Vergilər Nazirliyində Vüsal İsmayılov fenomeni... - Mikayıl Cabbarovun gücü çatmır?
Tarix: 20-02-2019, 08:55 | Çap et
 Bir neçə gün öncə ölkə mediasında Vergilər naziri Mikayıl Cabbarovun əmri ilə 58 nəfər vergi orqanları əməkdaşlarının tutduğu vəzifələrdən azad edilməsi ilə bağlı xəbər yayıldı. İşdən çıxarılanların nazirin apardığı vergi islahatları çərçivəsində olduğu və sahibkarları incidən vergi əməkdaşlarından xilas olmaq üçün qeyd edilən addımı atdığı bildrilirdi. Xəbərdə işdən çıxarılan 58 vergi işçisi arasında 4 yüksək vəzifəli şəxsin olduğuda qeyd edilirdi. Bildirək ki, sahibkarları incidən vergi əməkdaşlarının siyahısına nəzər saldıqda burda xeyli sayda kəsirin olduğu açıq şəkildə görsənir. Belə ki, nazir Mikayıl Cabbarovun siyahısında nədənsə İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovun adı yoxdur. Təəssüf ki, Vergilər nazirliyində Mikayıl Cabbarovun təmizləmə əməliyyatından kənarda qalmağı bacarmış, Fazil Məmmədovun vaxtında olduğu kimi, hələ də vergi ödəyicilərinə qənim kəsilən vəzifə sahibləri qalmaqdadır. Nazirlik içindəki bilgili şəxslərin cumhuriyyet.az-a verdiyi məlumatda indiki nazirin kadr dayişikliklərinə “stop” deməsinin səbəbi sələfi ilə eyni komandada olması və bəzi vergi məmurları ilə keçmişə dayanan münasibətlərlə əlaqələndirilir. Hazırkı nazir Mikayıl Cabbarov tez-tez media önünə çıxaraq vergi strukturlarında islahatların yaxın illərdədə davam edəcəyini və ölkəmizdə fəaliyyət göstərən yerli, əcnəbi sahibkarlara qarşı sələfinin dövründə baş verən haqsızlıqların təkrarlanmayacağını dilə gətirir. Ancaq son aylar mətbu orqanlarda ölkənin müxtəlif bölgələrindən bəzi sahibkarların yenədə vergi məmurları tərəfindən sıxışdırılması ilə bağlı müxtəlif şikayətlər işıqlandırılır. Cumhuriyyət.az olaraq media üzərindən apardığımız araşdırmalar istinadən bildirik ki, son 4 ayda ölkə mətbuatında sahibkarların şikayəti daha çox Vergilər nazirliyi yanında və buna görə İri Vergi Ödəyiciləri ilə İş İdarəsi ilə bağlıdır. Bu idarənin Vergilər nazirliyində ən strateji və kilid qurum olduğu hər kəsə bəllidir. Ölkə mediasında İri Vergi Ödəyiciləri ilə İş İdarəsi rəhbərliyinin bir çox sahibkarları köhnədə olduğu kimi “soyub soğana” çevirmələri barədə davamlı məlumatlar verilir. Həmin məlumatlarda vurğulanır ki, nazirliyin strateji bir idarəsində sabiq nazir Fazil Məmmədovun dövründə olan “adət ənənə” yenədə davam etdirilir. Köhnə “adət-ənənənin” adı çəkilən qurumda davam etdirilməsi əsas səbəblərindən biri isə İri Vergi Ödəyiciləri ilə İş İdarəsiin rəhbərliyində sabiq nazir Fazil Məmmədovun komandasının qalmasıdır. Oxucularımız üçündə maraqlı olar ki, niyə hazırkı nazir Mikayıl Cabbarov sələfinin komandasını bu idarədən uzaqlaşdırmayıb? Bu suala cavab tapmaq üçün isə cumhuriyyət.az olaraq media üzərindən təkzib olunmayan məlumatlara istinadən apardığımız kiçik bir araşıdrmalarda çox ilginc detallara vardıq. Belə ki, Vergilər nazirliyinin İri Vergi Ödəyiciləri ilə İş İdarəsinə rəhbərlik edən Vüsal İsmayılov sabiq nazir Fazil Məmmədovun dövründə bu vəzifəyə təyinat alıb.Vüsal İsmayılovun bu təyinatında baş rolu sabiq nazirin ən “kilid” adamlarında olan, müaşaviri Mahir Rəfiyev aparıb. Məlumata görə Mahir Rəfiyevlə Vüsal ismayılov həmkəndli olmaqla bərabər həmdə qohumdurlar. Ancaq Mikayıl Cabbarov nazir təyin edildikdən sonra Fazil Məmmədovun “kilid” adamlarının kadrları nazirlikdən uzaqlaşdırsada Mahir Rəfiyevin qohumu Vüsal İsmayılova “gözün üstəq aşın var” deyən olmayıb. Çünki İri Vergi Ödəyiciləri ilə İş İdarəsi rəisinin Mahir Rəfiyefdən sonrada himayədarı tapılıb və buna görədə Vüsal İsmayılov öz işini rahat şəkildə görməkdə davam edir. Apardığımız araşdırmalrda məlum oldu ki, Vüsal İsmayılovun Vergilər nazirliyindəki yeni himayədarı nazir Mikayıl cabbarovun xalası oğlu həmdə müşaviri Elnur Əliyevdir. Elnur Əliyevin idarə rəisinə himayədarlıq eləməsinin səbəbinə gəlincə nazirin xalası oğlunun Vüsal İsmayılovun rayonu olan Neftçala rayonu ilə qohumluq bağlılığı və Mahir Rəfiyevlə yaxşı münasibətlərinin olması göstərilir. Onuda qeyd edək ki, mediada yayılan məlumatlara görə Mahir Rafiyev Vüsal İsmayılovun bu vəzifəyə təyinatı üçün ondan vaxtı ilə 200 min manat “şirinlik” alıb. Həmin pulu Mahir Rəfiyevə isə Vüsal İsmayılovun atası Azər İsmayılovun verdiyi deyilir. Azər İsmayılov uzun illərdir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzidində fəaliyyət göstərən Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsində işləyir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
| • Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39 |
|
|
|
| • ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35 |
|
|
|
| • "450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30 |
|
|
|
| • Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02 |
|
|
|
| • Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
|