"Yeni Bakı"nın köhnə dərdi... - Müraciət
Tarix: 7-02-2019, 09:49 | Çap et
 İllərdir problemlərinin həllini gözləyən, mənzillərinə çıxarış ("kupça") ala bilməyən və bununla da qeydiyyata düşə bilməyən, "İlin Dörd Fəsli" MMC tərəfindən min bir bəhanələrlə aldadılan Abşeron rayon Masazır qəsəbəsi "Yeni Bakı" şəhərciyinin sakinləri bu dəfə adıçəkilən şirkətin rəhbəri Elnur Hüseynova müraciət ünvanlayıb. Narazı şəhərcik sakinləri "Yeni Bakı Yaşayış Kompleksi" "facebook" qrupu vasitəsilə yaydıqları müraciətdə problemlərinin tezliklə həll olunmasına ümidlidirlər. Onlar şirkət rəhbərini şəhərciyə dəvət edərək problemlərin ən qısa zamanda həll olunmasını tələb edirlər.
Müraciətdə deyilir:
"İlin Dörd Fəsli" MMC-nin sahibi Elnur Hüseynova,
"Yeni Bakı" yaşayış kompleksinin sakinlərinin açıq müraciəti.
​Hörmətli Elnur müəllim,
​Biz - şirkətinizin Abşeron rayonunun Masazır kəndində inşa etdiyi "Yeni Bakı" yaşayış kompleksinin çoxsaylı sakinləri sizinlə görüşmək üçün dəfələrlə müraciət etmişik. Hətta bunun üçün baş ofisinizə belə gəlmişik. Ancaq siz bizi qəbul etməmisiniz. Halbuki bir mədəni biznesmen kimi sizə milyonlarla manat pul qazandıran biz sakinləri, yəni müştərilərinizi qəbul etmək sizin ən azı etik borcunuzdur. "Ən azı etik borcunuzdur" deyirik, çünki əslində siz həm də bu problemli yaşayış kompleksini bizə satmaqla bizi aldatdığınız üçün aldadılmış vətəndaşlar olaraq bizi dinləmək sizin Azərbaycan qanunları qarşısında öhdəliyinizdir. Bu görüş həm də yarımçıq qoyduğunuz həlli vacib məsələlərin aradan qaldırılması üçün sakinlərin sizə verdiyi yaxşı bir fürsətdir.
​Elnur müəllim,
​Siz bu ölkənin prezidenti, cənab İlham Əliyevdən niyə nümunə götürmürsünüz ?
Məgər dövlətimizin başçısının rayonlara səfərləri çərçivəsində sakinlərlə şəxsən görüşdüyünü, onların problemlərini şəxsən dinlədiyini və bu problemlərin həlli üçün yerindəcə göstərişlər verdiyini görmürsünüz ?Bəlkə eşitməmisiniz ki, Prezident İlham Əliyev hər dəfə yerli icra qurumlarının rəhbərləri ilə görüşlərində onlara vətəndaşları şəxsən qəbul etmələri barədə qəti tapşırıqlar verir. Bu, sizin üçün bir nümunə deyilmi ki, Prezidentin göstərişi ilə artıq neçə ildir nazirlər mütəmadi şəkildə regionlara ezam olunurlar, vətəndaşları onların yaşadıqları rayonlarda şəxsən qəbul edirlər, onları dinləyirlər, problemlərini həll edirlər ?
Bütün media bunlardan reportajlar hazırlayarkən siz doğrudanmı nazir-vətəndaş görüşlərindən məlumatsızsınız ?
Əgər məlumatınız varsa, niyə 3200-dən çox mənzilin yerləşdiyi bir yaşayış kompleksinin sakinlərinin problemlərinə biganəsiniz ?
Niyə bu kompleksi istifadəyə verdiyiniz 9 il ərzində bir dəfə də olsun sakinlər ilə görüşməmisiniz ?
Elə bilirsiniz ki, Ehtiram Yusifov kimi nə özünə, nə də sakinlərə hörmət edən birini kompleksə komendant təyin etməklə işiniz bitir ?
Yoxsa hələ də mənzillərimizə çıxarış ala bilməməyimiz, təyin etdiyiniz komendant tərəfindən təhqir və təhdidlərə məruz qalmağımız, həmçinin mənzillərimizin su və elektrik təchizatının qanunsuz şəkildə dayandırılması, elektrik sayğaclarımızın kabellərinin doğranması, su sayğaclarımızın hələ də rəsmi qeydiyyatdan keçirilməməsi, kommunal xərclər adı altında sakinlərlə razılaşdırılmayan məbləğlər müəyyənləşdirərək reket üsulu ilə sakinlərdən pul tələb edilməsi sizin üçün problem deyil ? Bu qədər qanunsuzluğa göz yummağı necə bacarırsınız ?
​Elnur müəllim,
​Biz sizə daha bir şans vermək istəyirik. Sizi 10.02.2019-cu il tarixində bazar günü, saat 11:00-da "Yeni Bakı" şəhərciyində sakinlərlə, açıq havada görüşə dəvət edirik. Gəlin, sakinləri dinləyin, səmimi olduğunuzu nümayiş etdirin.
05.02.2019 (Demokrat.Az)


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
| • Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39 |
|
|
|
| • ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35 |
|
|
|
| • "450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30 |
|
|
|
| • Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02 |
|
|
|
| • Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
|