Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib .....                     Müştərilər fırıldaqdan təngə gəlib... .....                     Neftçilər Gününü ac qarına qeyd edən neftçi... .....                     Mikayıl Cabbarov bu işi bacarmadı... .....                     Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? .....                     Bölgələrimizin inkişafı bundan asılıdır... .....                     İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... .....                     Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü .....                     Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər .....                     Son çıxışında Putin Rusiyasını ifşa etdi .....                     BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub .....                     "Onları teatrdan qovmaq lazımdır" .....                     Ermənistanda yeni partiya yaradıldı .....                     “Dəbdə” olan xəstəlik: .....                     Ağlar günə qalan Azərbaycan təhsili... .....                     Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir .....                     “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək .....                     Pezeşkian ABŞ-a gedir .....                     Putin sülh yolu ilə həllə açıqdır .....                     Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... .....                     İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib .....                     "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                     Azərbaycanlı vəkilə hücum etdilər .....                 

Fətullah Gülənin azərbaycanlı məddahları - Arasında şair də var, professor da…
Tarix: 21-02-2017, 08:34 | Çap et
Fətullah Gülənin azərbaycanlı məddahları
FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin Azərbaycandakı əsas dəstəkçiləri “səngər taktikası”na keçiblər.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizdə sürətlə yayılan Fətullah Gülən şəbəkəsinə bağlı strukturlar uzun müddət yüksək komfort şəraitində fəaliyyət göstərərək, çirkin məqsədlərinə doğru maneəsiz irəliləməyə nail olublar.

Bununla belə, bütün divarların sonu olduğu kimi, həm Türkiyədə, həm də Azərbaycanda dövlətin ən mühüm strukturlarına sızmağa nail olan gülənçilərin gerçək hədəflərini gizləyən pərdə nəhayət, qalxdı. Türkiyədə Gülən şəbəkəsinin zərərsizləşdirilməsinə istiqamətlənmiş tədbirlər dalğası Azərbaycana da çatdı və “xoca”nın yüksək dövlət postları tutan bəzi “imam”ları vəzifələrindən götürüldülər, onların nəzarətində olan media orqanları isə bir-bir sıradan çıxdı. Gülənin Azərbaycandakı şəbəkəsi strukturlaşma baxımından siyasətdən tutmuş təhsilə, ədəbiyyata, mədəniyyətə qədər bütün mühüm sahələri əhatə edirdi. Eyni zamanda, gülənçilər ölkə biznesində də əhəmiyyətli pay sahibinə çevrilmişdilər və əldə etdikləri kapitalın müəyyən hissəsi Azərbaycandakı fəaliyyətin həyata keçirilməsinə, şəbəkənin genişləndirilməsinə yönəldilirdi. Gülənin Azərbaycandakı əsas adamı Elnur Aslanovun 2014-cü ilin martında dövlət başçısının sərəncamı ilə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən azad edilməsi ilə “gəmi” kapitansız qaldı və şəbəkənin “siyasi qanadı” iflic vəziyyətinə düşdü. Bunun ardınca Aslanovun sayəsində müxtəlif vəzifələrə yerləşdirilən gülənçi məmurlar demək olar ki, tam neytrallaşdırıldılar.

Lakin Azərbaycandakı gülənçi şəbəkənin “siyasi qanadı” aradan qaldırılsa da digər sferalarda, ilk növbədə təhsil və ədəbiyyatda kök atmış fətullahçılar öz mövqelərini böyük mənada qorumağa nail olublar. Qeyd etmək yerinə düşər ki, son 3 ildə, o cümlədən Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra Azərbaycandakı Gülən məktəblərinin ard-arda bağlanması prosesinin şahidi olduq. Ancaq mövcud reallıq onu göstərir ki, bağlanan Gülən məktəbləri Azərbaycandakı “gizli əllər”in dəstəyi ilə başqa adlar altında fəaliyyətini bərpa edərək, azərbaycanlı uşaqların beyinlərini hələ də zəhərləməkdədirlər. Bu məsələdə konkret ad çəkmək lazım gəlirsə, “İstək” liseyini nümunə göstərmək olar.

Ədəbiyyat sferasında da özlərinə geniş mövqe tutan gülənçilər Yazıçılar Birliyinin sədri Anarın sayəsində “xocanın şərəfinə” üçüncü onillikdir ki, şövqlə yazıb-yaratmaqdadırlar. Anarın timsalında Gülənlə bağlılığını obrazlı şəkildə inkar etməyə çalışan Yazıçılar Birliyi hazırda Azərbaycandakı fətullahçıların “əsas qalası” sayıla bilər. O baxımdan, 10 il əvvəl Fətullah Gülənin 32 dildə (!?) yayımlanan rəsmi saytında azərbaycanlı şair, Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylının “xoca”ya həsr olunmuş “Əfəndim” şeirinin yerləşdirilməsi diqqəti cəlb etməyə bilməz (http://fgulen.com/az/metbuat/kose-yazilari/22039-efendim). Maraqlıdır ki, Gülənin saytında 2007-ci il iyunun 25-də dərc olunan həmin şeir hələ də orada saxlanılır. Şeirin son bəndi isə müəllifin Gülənə münasibətini tam ifadə edir:

Əl ver, haqqın elçisi,

Yol ver, haqqın yolçusu,

Fəthullah Gülən Xoca!

Fəthullah Gülən Xoca!

Yazılma tarixinə aşağıda aydınlıq gətirəcəyimiz bu şeir 2007-ci ildə, yəni bütün dünyada “Gülən fenomeni”nin yüksəlişdə olduğu dövrdə yayımlanıb. Aradan keçən 10 ildə isə çox “sular axıb”, Gülənin gerçək üzü və hədəfləri üzə çıxarılıb. Türkiyədə 15 iyul çevriliş cəhdinin iflasından sonra isə onun qurduğu “hörümçək toru”na bənzər şəbəkəsi darmadağın edilib. Maraqlıdır, bu baş verənlər azərbaycanlı şairin “haqqın elçisi”, – deyə xitab etdiyi Gülənə münasibətini dəyişdiribmi?

Bu barədə Yeniçağ.Az-a danışan “Əfəndim” şeirinin müəllifi Ramiz Qusarçaylı həmin əsəri 1992-ci ildə, müstəqilliyin bərpasından sonra Azərbaycan-Türkiyə münasibətlərinin yenidən vüsət aldığı dönəmdə yazdığını deyib:

“1991-ci ildən sonra Azərbaycanda Türk liseyləri yaradılırdı və o məktəblərdən biri də Qubada açılmışdı. Mən orada dərs deyirdim və işlədiyim müddətdə türkiyəli dostlarla münasibətlərimiz yaranmışdı. Bir dəfə həmin dostlarımızdan biri 1990-cı il 20 Yanvar qırğınından sonra Fətullah Gülənin İzmir məscidindəki çıxışının videosunu mənə göstərdi. Mən də bu videodan təsirlənərək “Əfəndim” şeirini yazdım”.

Qusarçaylı Gülən ideyaları ilə bağlılığını inkar etməyə və “siyasi çəkişmələr”ə qarışmadığını desə də, onun bu şəbəkə ilə əlaqəsini təsdiqləyən faktlar məsələnin tam əksini göstərir. Aşağıda təqdim olunan fotoşəkil isə Qusarçaylının “İstək” liseyinin tədbirindəki iştirakını əks etdirir. Fotodan da aydın görünür ki, Qusarçaylı o tədbirə heç də sıravi statusda qatılmayıb.

Fətullah Gülənin azərbaycanlı məddahları

Gülənə müxtəlif səpkilərdə çox sayda mədhiyyə həsr etmiş azərbaycanlı müəlliflərdən biri də Məhəmməd Nəsiblidir. Hər yazısında “Xoca əfəndi”ni ilahiləşdirməyə cəhd göstərən Nəsibli FETÖ liderinin saytında 20 may 2010-cu ildə dərc olunmuş “Fətullah Gülən 100 rasional sualda” məqaləsində (http://fgulen.com/az/metbuat/kose-yazilari/22989-fethullah-gulen-yuz-rasional-sualda ) bir sıra müəlliflərin əsərlərinə istinadla “ustad”ını müxtəlif aspektlərdən ilahiləşdirməyə cəhd göstərib.

Güləni öz “mürşid”i kimi görən Azərbaycan alimləri arasında Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin də olmasına təəccüblənməyin. Ölkənin ən strateji sahələrindən biri olan təhsildə mühüm mövqe tutan Ağayevin də özünü “Gülən ideyası”na təslim etməsinin formalaşan gənc nəslin təfəkkürünə vurduğu zərəri təsəvvür etmək çətin deyil. Sözügedən professor Gülənin saytında 6 sentyabr 2012-ci ildə yerləşdirdiyi “Elmi və mənəvi kamilliyin zirvəsinə aparan yol” məqaləsində (http://fgulen.com/az/metbuat/kose-yazilari/22914-agil-ve-zekanin-sehrinde ) FETÖ liderinin “Yeni insan layihəsi”nə və “ürfan aşiqliyi”nə heyranlığını gizlətmir:

Fətullah Gülənin azərbaycanlı məddahları

“Beləliklə, hər zaman görülən işlərin əsla və əsla şəxsinə aid edilməməsini, əksinə, ilahi bir lütfün nəticəsi olduğunu təkrar etməkdən yorulmayan dövrümüzün böyük humanisti, filosofu, ensiklopedik biliyə malik alimi, elm və ürfan aşiqi möhtərəm Fəthullah Gülən Xoca əfəndinin irəli sürdüyü yeni insan layihəsinin təcəssümünə canlı şahid olduq. Görülən işləri səbəblər baxımından ancaq və ancaq Anadolu insanının maddi və mənəvi fədakarlığının, sevgi məktəblərinə qucaq açmış digər xalqların bəslədiyi etimadın məntiqi nəticəsi olduğunu vurğulayan Xoca əfəndi qəbul etməsə də, o məfkurə insanının rolunu etiraf etmək bizim borcumuzdur. Əgər bu müdrik şəxsiyyətin dediklərinə diqqət yetirsək, onun necə qlobal düşündüyünü asanlıqla sezmək mümkündür”.

Görünən budur ki, Gülənin Azərbaycandakı şəbəkəsi müəyyən dövrü əhatə etmiş qabarmadan sonra indi “çəkilmə” taktikasına keçib. Yəni öz imkanlarını qorumaq və şərait yetişəcəyi təqdirdə yenidən baş qaldırmaq düşüncəsi ilə “səngər”ə qayıdıb. Onlara “səngər”dən çıxmağa imkan veriləcəkmi?

Mövzuya qayıdacağıq…

Yeniçağ.Az Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib - İNCƏLƏMƏ
Bu gün, 05:57
Müştərilər fırıldaqdan təngə gəlib... - GİLEY
Bu gün, 05:55
Neftçilər Gününü ac qarına qeyd edən neftçi... - NARAZILIQ VAR...
Bu gün, 05:43
Mikayıl Cabbarov bu işi bacarmadı... - FAKT BUDUR!
Bu gün, 05:32
Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? - “Öz mahnılarını oxuyacam”
Bu gün, 05:14
Bölgələrimizin inkişafı bundan asılıdır... - partiya sədri AÇIQLADI
Bu gün, 05:09
İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... - DETALLAR
Bu gün, 05:01
Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü
Bu gün, 04:58
Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər - FOTO
Bu gün, 04:49
Son çıxışında Putin Rusiyasını ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 04:46
BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub
Dünən, 22:03
"Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:35
Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Dünən, 17:31
“Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Dünən, 17:28
Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Dünən, 17:25
Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Dünən, 14:50
“Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Dünən, 14:48
Pezeşkian ABŞ-a gedir - İSNA
Dünən, 14:43
Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Dünən, 14:31
Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Dünən, 14:25
İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Dünən, 14:16
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Dünən, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Dünən, 14:06
Putin Paşinyana məktub göndərdi
Dünən, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Dünən, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Dünən, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Dünən, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Dünən, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Dünən, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Dünən, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Dünən, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Dünən, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Dünən, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Dünən, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Dünən, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Dünən, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Dünən, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Dünən, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Dünən, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Dünən, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Dünən, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Dünən, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Dünən, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Dünən, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
20-09-2025, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
20-09-2025, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
20-09-2025, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
20-09-2025, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru