36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi .....                     "4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" .....                     Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb .....                     Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb .....                     Azərbaycanın enerji suverenliyində yeni səhifə .....                     Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib .....                     “Zelenski Trampı razı sala bilərmi?” .....                     Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır .....                     Erməni diasporundan sonra erməni kilsəsi də .....                     Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir .....                     Rusiya müharibədən öyrənərək çıxır .....                     Kinostudiya gündəlik fəaliyyətini davam etdirir .....                     Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender .....                     İqtisadi inkişafda əhəmiyyətli ləngimə .....                     27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət .....                     "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" .....                     Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi .....                     "Ailələrin dağılma səbəbi budur" .....                     "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" .....                     Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil .....                     Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı .....                     İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib .....                     Bu binalara qaz verilməyəcək: .....                     Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib .....                     “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                     Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu .....                     Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış .....                     Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır .....                     Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? .....                     "Əməliyyat olundum, hər şey yaxşıdır" .....                     Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... .....                     Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır .....                     "Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" .....                     ““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” .....                     12 günlük savaşda məqsədə çatıldımı? .....                 

Səhiyyə Nazirliyinin tender “oyunları”: - Ünvansız xərclər, məhdud sayda podratçı, fantastik rəqəmlər
Tarix: 17-06-2016, 09:32 | Çap et
Səhiyyə Nazirliyinin tender “oyunları”:
Ölkədə satınalma prosesləri xeyli şübhəli aparılır və kifayət qədər açıq qalan suallar var. Bir sıra satınalmaları offşor şirkətlər götürür, tenderlərin çoxu rəqibsiz keçirilir, eyni şirkətlər bir ildə onlarla, yüzlərlə müsabiqəni "qazanır”, məmurların yaxın çevrələrinə məxsus, yeni yaradılmış, təcrübəsiz firmalara milyonlarla dəyərdə iş həvalə olunur. Hesablama Palatası da bu cür neqativ hallara audit apardığı demək olar ki, bütün dövlət qurumlarında rast gəlir və bunu hesabatlarında qeyd edir.

Budəfəki araşdırmamız səhiyyə xərclərinə dairdir. Keçirilən tender sayı o qədər çoxdur ki, onların hamısını əhatə etmək mümkün deyil. Belə ki, keçmiş Satınalamalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrlərinə əsasən 2010-cu ildə nazirlik üzrə 662 tender keçirilib. 2011-ci ildə say 1688, 2012-ci ildə 1877, 2013-cü ildə 1783, 2014-cü ildə 1637, 2015-ci ilin 6 ayı ərzində 1153 satınalma barədə məlumat var. Bu yazıda nazirliyin yalnız bir strukturu üzrə satınalma xərclərini təhlil etmişik. 2010-2015-ci illərdə təkcə İnnovasiya və Təchizat Mərkəzinə tibbi vasitələr, avadanlıqlar və digər alışlar üçün tenderlərdə 510 493 936,85 manat yönəldilib, yəni yarım milyard manatdan çox.

2010-cu ildə mərkəz 16 tenderdə 22 029 577,52 manat sərf edib. Nəzərə alsaq ki, dövlət qurumları bir neçə il əvvəl satınalamalara maraq göstərmir, müqavilələri özləri bağlayırdılar, gerçək rəqəmlər bunun çox-çox üzərindədir. Növbəti illərin satınalma həcminin dəfələrlə artması da bunu deməyə əsas verir. Bu qurum üzrə keçirilən tenderlərin əksəriyyətinin qiyməti yüksək faizlə milyonun üzərindədir, "kiçik” rəqəmlər yüz minlərlə ifadə olunur. Vəsaitlərin 8 723 654,68 manatı dərman, vaksin və tibbi təyinatlı vasitələrə gedib. Tibbi aparat və avadanlıqlar yenə 8 901 301,53 manat, mebel və inventarlar 3 284 524,96 manat, kompüter texnikası 2 042 622,58 manat aparıb. Sadəcə dövlət proqramlarına ayrılan vəsaitləri sadalayacağıq. "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na müvafiq alınan tibbi aparat və avadanlıqların dəyəri 1 909 536,18 manat olub. 830 600 manat böyrək çatmamazlığında istifadə olunan tibbi avadanlıqlara sərf edilib. Podratçılar "AvroMed Company” MMC 5 298 556,58 manat, "Arash Medical Company” MMC 7 399 455,98 manat, "Farm-Qafur” MMC 5 992 712,68 manat, "Rota” MMC 1 222 094.49 manat, "Macanda Corporation” 830 600 manat, "Güllübulag” MMC və "Nobel Elektrik” də 1 216 155,79 manat dəyərində sifariş alıb.

Bağlanan 37 müqavilədən 21-nin dəyəri milyonların üzərindədir

2011-ci ildə mərkəzin rəsmi satınalma sayı iki dəfədən çox artıb, qiymət isə dörd dəfə çoxalıb – 37 tenderdə 87 536 648,51 manat xərclənib. Bağlanan 21 müqavilənin dəyəri milyondan yuxarıdır. Dərman və müxtəlif növ tibbi təyinatlı vasitələr 70 080 702,56 manat, tibbi texnika və avadanlıqlar 13 381 903,25 manat, ofis və tibbi təyinatlı mebellər, inventarlar 2 797 081,3 manat, kompüter avadanlıqları, məişət texnikası, digər avadanlıqlar 1 241 961,4 manat olub. "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na uyğun dərman vasitələrinə 20 356 428,37 manat, bu məqsədlə istifadə olunan avadanlıqlara 405 077,15 manat, "Şəkərli diabet üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrə 12 101 629,24 manat, "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”na müvafiq tibbi təyinatlı vasitə və avadanlıqlara 3 153 891,12 manat, "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”na uyğun dərman vasitələri və tibbi avadanlıqlara 13 053 687,14 manat, "Yoluxucu xəstəliklərin immunoproflaktikasına dair Tədbirlər Proqramı” üzrə vaksinlər və tibbi təyinatlı vasitələrə 3 966 411,89 manat, "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na müvafiq tibbi aparatlar və avadanlıqlara 1 800 028,64 manat, "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulmuş dərman preparatları 2 190 120,8 manat, 2008-2012-ci illər üçün "Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə üzrə Tədbirlər Proqramı”na uyğun tibbi avadanlıqlara 494 844,8 manat, imtiyazlı qruplara daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinə 807 561,73 manat, müalicə-profilaktik idarələrin təminatından ötrü zəruri dərman vasitələrinə 6 680 997,46 manat, verilib. Podratçılar "AvroMed Company” MMC 28 244 843,85 manat, "Farm-Qafur” MMC 31 265 805,62 manat, "Arash Medical Company” MMC 12 164 658,89 manat, "Frezenius İNC” 6 352 552,07 manat, "Pharmex Healthcare Products LTD” 6 900 576,75 manat, "Güllübulag” MMC 1 241 961,4 manat, "Osteosintez-Bakı” ETİB, "Albatros Heltkeyr” MMC və "Evrovision” da 1 331 249,93 manatlıq satış edib.

Vəsaitlər hər il bir neçə şirkət arasında bölünür

2012-ci ildə 33 tenderdə 102 048 074,16 manat istifadə edilib. Bunun da yenə yarıdan çoxu – 19-u milyondan bahadır. 79 516 675,52 manat dərman preparatları və müxtəlif vasitələr, 17 050 190,85 manat avadanlıq, 3 779 938,54 manat mebel və inventar, 1 701 269,25 manat məişət texnikası, kompüter avadanlıqlarına verilib. "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş dərman preparatları və tibbi avadanlıqlar 18 571 045,32 manat, "Şəkərli diabet üzrə Dövlət Proqramı”na uyğun dərman preparatları və tibbi təyinatlı vasitələr 11 900 883,51 manat, şəkərli diabet xəstələri, qan xəstələri, qan bankları və digər tibb müəssisələri üçün dərman preparatları və tibbi təyinatlı vasitərlər 3 111 231,15 manat, "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”na uyğun tibbi təyinatlı vasitələr və avadanlıqlar 1 389 664,76 manat, "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”na uyğun dərman preparatları, hemodializ və periton dializdə istifadə olunan dərmanlar, tibbi təyinatlı vasitələr, avadanlıqlar 20 210 570,39 manat, hemodializdə istifadə olunan duzlar və tibbi təyinatlı vasitərlər 1 401 134,7 manat, xroniki böyrək çatışmazlığı, immunizasiya, vərəm xəstələri, imtiyazlı və digər xəstələr üçün reaktivlər, reagentlər, dərman preparatları və tibbi təyinatlı vasitərlər 5 796 282 manat olub. "Yoluxucu xəstəliklərin immunoproflaktikasına dair Tədbirlər Proqramı”na uyğun vaksinlər və tibbi təyinatlı vasitələr 2 953 612,9 manat, 2008-2012-ci illər üçün "Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulmuş testlər və dərman preparatları, xüsusi reagentlər, tibbi aparat və avadanlıqlar 3 042 742,8 manat, "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”na uyğun dərman preparatları və tibbi təyinatlı vasitələr 1 988 689,3 manat, "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tibbi aparat və avadanlıqlar 1 991 712,56 manat, imtiyazlı qruplara daxil olan xəstələrin təminatı üçün dərman preparatları 793 512 manat, müalicə-profilaktik idarələrinin təminatı üçün zəruri dərman preparatları 6 028 487,1 manat aparıb. Podratçılar "Pharmex Healthcare Products” LTD 37 408 662,9 manat, "AvroMed Company” MMC 33 783 811,9 manat, "Frezenius İNC” 9 380 074,99 manat, "Arash Medical Company” MMC 9 345 891,72 manat, "Farm-Qafur” MMC” 8 571 373,68 manat, "Güllübulag” MMC 1 701 269,25 manat, "Albatros Heltkeyr” MMC 1 035 420,5 manat, "Osteosintez-Bakı” ETİB 821 569,22 manat istifadə edib. Göründüyü kimi hər il vəsaitlər yalnız bir neçə şirkət arasında bölünür və bu ənənə nazirliyin satınalmalarında daim müşahidə edilir.

Bir tenderdə 23 milyon manat "qazanılıb”

2013-cü ildə 30 tenderdə 89 992 525,12 manat sərf edilib. Onun 16-sı milyonlarla dəyərləndirilib. 74 032 771,03 manat dərman və müxtəlif tibbi vasitələr, 11 079 003,92 manat yenə tibbi avadanlıq və aparatlar, 4 102 361,2 manat mebel və inventarlar, 778 388,98 manat da kompüter avadanlıqlarına sərf olunub. 22 928 189,8 manat "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”na uyğun nəzərdə tutulmuş dərman preparatları, dializ və hemodializdə istifadə olunan dərman və tibbi təyinatlı vasitələr, bu sahədə tibbi avadanlıqlar, 16 567 330,98 manat "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na uyğun dərman preparatları, tibbi avadanlıqlar, 11 446 985,44 manat "Şəkərli diabet üzrə Dövlət Proqramı”nda tutulmuş dərman və tibbi təyinatlı vasitələr, 3 788 578,8 manat "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”na müvafiq dərman preparatları və tibbi təyinatlı vasitərlər, tibbi və digər avadanlıqlara istifadə olunub. 2 989 657,19 manat "Yoluxucu xəstəliklərin immunoproflaktikasına dair Tədbirlər Proqramı”na uyğun vaksinlər və tibbi təyinatlı vasitələr, 1 810 999,47 manat ölkədə HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə məqsədi ilə testlər və dərman vasitələri, aparatlar, 1 080 219,66 manat "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”na uyğun dərman və tibbi təyinatlı vasitələr, 1 672 249,36 manat "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”ndan dolayı tibbi və digər aparatlar, avadanlıqlar, 1 088 710,42 manat "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”na uyğun tibbi təyinatlı vasitələr və müvafiq avadanlıqlar, 791 422,87 manat imtiyazlı qruplara daxil olan xəstələrin təminatı üçün dərman preparatları, 6 146 685,87 manat müalicə profilaktik idarələrin təminatı üzrə zəruri dərman preparatlarına yönəldilib. Podratçılar "Pharmex Healthcare Products” LTD 35 838 866,38 manat, "AvroMed Company” MMC 28 077 670,62 manat, "Fresenews Limited” 9 979 135,57 manat, "Arash Medical Company” MMC 9 648 436,23 manat, "MTC Medikal Ürünleri Sanayi ve Ticaret Anonim Şirketi” 4 157 587,55 manat, "Osteosintez-Bakı” ETİB 1 053 300,24 manat, "Güllübulag” MMC və "Albatros Healtkeyr” MMC ümumilikdə 1 237 528,54 manat sərf edib.

Maliyyənin təyinatı əsasən ünvansız dərman və tibbi vasitələrdir

2014-cü il üzrə daha 30 tenderdə 82 655 025,33 manat xərclənib. Satınalmaların tam yarısı milyondan bahalıdır. Dərman və tibbi təyinatlı vasitələr 71 483 368,4 manat, tibbi aparat və avadanlıqlar 4 779 038,88 manat, mebel, inventar, xüsusi geyim, məişət texnikası, mətbəx avadanlıqları 2 660 411,34 manat, kompüter avadanlıqları 3 732 206,71 manat tutub. "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tibbi aparatlar və avadanlıqlar 1 994 162,24 manat, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”na uyğun tibbi avadanlıqlar 992 026 manat, "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” üzrə avadanlıqlar 698 793,64 manat, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na uyğun tibbi və digər avadanlıqlar 596 097 manat, HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə məqsədli tibbi aparatlara 497 960 manat sərf edildiyi baza məlumatlarında əksini tapıb. Neonatal xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulan dərmanlara 850 859,62 manat, kardiocərrahiyyədə istifadə olunan tibbi təyinatlı vasitələrə 3 390 194,6 manat, müalicə-profilaktik idarələrin təminatı üzrə dərmanlara 4 981 079,42 manat xərclənib. Bu dəfə proqramlara az pul yönəldilib və cəmi dörd proqram üzrə vəsait istifadə olunub. Maliyyənin çox hissəsi ünvansız dərman və tibbi təyinatlı vasitələrə gedib. Əlbəttə, avadanlıqla müqayisədə dərmanları balansdan "silmək” çətin deyil. Podratçılar "AvroMed Company” MMC 29 486 218,92 manat, "Fresenews Limited” MMC 11 187 795,74 manat, "Pharmex Healtcare Products” LTD 26 106 872,2 manat, "Arash Medical Company” MMC 5 500 918,01 manat, "MTC Medikal Ürünleri Sanayi ve Ticaret Limited Şirketi” 3 390 194,6 manat, "Osteosintez-Bakı” ETİB 4 298 475,18 manat, "Labservis LTD” MMC 1 294 890,64 manat, "Güllübulağ” MMC və "Albatros Healtkeyr” MMC ümumilikdə 1 389 660,04 manat xərcləyib.

2015-ci ildə istifadə olunan vəsaitlər, 6 ildə nazirliyin bütün satınalamalarını götürən cəmi 10 podratçı haqqında maraqlı bilgiləri növbəti yazıda təqdim edəcəyik.
AzToday










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22
“Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Dünən, 17:20
Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Dünən, 17:19
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Dünən, 17:11
Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Dünən, 17:05
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Dünən, 16:57
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Dünən, 16:54
Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Dünən, 16:52
İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Dünən, 16:48
27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Dünən, 16:42
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Dünən, 16:39
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Dünən, 16:36
"Ailələrin dağılma səbəbi budur"
Dünən, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Dünən, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Dünən, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Dünən, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Dünən, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Dünən, 13:44
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Dünən, 13:36
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Dünən, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Dünən, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Dünən, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Dünən, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Dünən, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Dünən, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Dünən, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Dünən, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Dünən, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Dünən, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Dünən, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Dünən, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Dünən, 11:45
““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Dünən, 11:41
12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Dünən, 11:33
Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Dünən, 11:30
Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Dünən, 11:23
Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Dünən, 11:20
Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Dünən, 11:18
Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Dünən, 11:04
Rusiya ordusu Zaporojyedə intensiv hücuma hazırlaşır
Dünən, 10:57
Qənirə Ataşova ABŞ vətəndaşı oldu
Dünən, 10:48
"Azərbaycanfilm" kinostudiyasında baş verən yanğının səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır - RƏSMİ AÇIQLAMA
Dünən, 10:45
İrəvandakı həbslər sülhü yaxınlaşdırır? - AKTUAL
Dünən, 10:31
Türkiyə MMU-nun nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət edib
Dünən, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru