Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib - FOTO
Tarix: 25-04-2025, 10:49 | Çap et
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Sahibkarlar Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Keşlə qəsəbəsində Veysəloğlu Şirkətlər Qrupuna məxsus “Ulduz” şokolad fabrikini ziyarət edib.
Rayon İcra Hakimiyyətinin başçısı Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov tərəfindən qarşılanıb və ilk öncə “Ulduz” fabrikinin icraçı direktoru Kazım Babayev ziyarətçilərə müəssisənin fəaliyyəti, yerli və xarici bazarlar üçün istehsal olunan məhsullar barədə ətraflı məlumat verib. Ardınca fabrikin məhsulları nümayiş etdirilib və istehsal prosesinin mərhələləri ilə yerində tanışlıq imkanı yaradılıb.
Fabrikin istehsal sahəsində keçirilən infotur zamanı müasir texnoloji avadanlıqların iş prinsipi, qablaşdırma və digər texnoloji proseslər barədə geniş məlumat verilib. Ziyarətçilər eyni zamanda fabrikin nəzdində fəaliyyət göstərən və ən müasir avadanlıqlarla təchiz olunmuş Mikrobioloji Laboratoriyanın fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, laboratoriyada Şirkətlər Qrupuna daxil olan müxtəlif bizneslər üçün qida və qeyri-qida məhsullarının mikrobioloji analizi aparılır.
İnfoturun sonunda dəyirmi masa ətrafında müzakirələr aparılıb, Veysəloğlu Şirkətlər Qrupunun inkişaf dinamikasını əks etdirən videoçarx nümayiş olunub.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri inkişaf etdirilir. Bildirib ki, Veysəloğlu Şirkətlər Qrupu kimi iri biznes nümunələrinin fəaliyyəti ölkənin iqtisadi gücünün artmasına və qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərir.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov isə bildirib ki, ölkədə iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramların icra olunması ilə investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Aydın Talıbov qeyd edib ki, biznesin inkişafı üçün yaradılan münbit şərait Veysəloğlu Şirkətlər Qrupunun da dayanıqlı inkişafını təmin edir.
Hər iki tərəf bəyan edib ki, bu kimi təmaslar dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir. Sonda sahibkarlar üçün yaradılan şəraitə və onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlıq ifadə edilib.
30-dan artıq yaşı olan Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən və vergi ödəyicilərindən biridir. Hazırda Şirkətlər Qrupunda 26 mindən artıq əməkdaş çalışır.
"DİA-AZ"





|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyana vaxt lazımdır... - ONA GÖRƏ DƏ...
Bu gün, 07:02 |
|
|
|
| • Azərbaycan ermənilərlə savaşırdı... ABB də Qarabağ qazisi ilə! - İNDİ DƏ...
Bu gün, 06:56 |
|
|
|
| • Deputatın 'obyektində' utancverici mənzərə - FOTO, VİDEO
Bu gün, 06:49 |
|
|
|
| • Təhsil təxribatçıları bir məktəbin simasında… - BU NƏDİ BELƏ?
Bu gün, 06:44 |
|
|
|
| • 'Padişah'a BİƏT EDƏN hansı məmurdur ki... - qanun-manun hərləmir...
Bu gün, 06:41 |
|
|
|
| • İrəvandakı sammitdə Əliyevlə Ərdoğanın iştirakı mümkündür - GÖZLƏNTİ
Bu gün, 06:30 |
|
|
|
| • Mehdiyevin müxalifət sevgisi - Bu işdə kimlərin barmağı var?
Bu gün, 06:28 |
|
|
|
| • Sülhə gedən... ticarət yolları - Azərbaycan və Ermənistanın mövqeləri necə fərqlənir?
Bu gün, 06:25 |
|
|
|
| • "Çəki atdığım üçün sevə-sevə bir-bir o libasları geyinirəm"
Bu gün, 06:21 |
|
|
|
| • PKK-nın geri çəkilməsi ciddidir, amma tam etibar etmək olmaz - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • Ramiz Mehdiyevin cinayət işi və həbsi barədə rəsmi açıqlamalar nədən ləngiyir?.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:34 |
|
|
|
| • Keçmiş MTN polkovniki: Ramiz Mehdiyev çevriliş planını təkbaşına... - TƏFƏRRÜAT
Dünən, 18:32 |
|
|
|
| • Rusiya bizi parçalamağa çalışır, təhlükədəyik - Frederiksen
Dünən, 18:27 |
|
|
|
| • Dövlət xəstəxanaları: Daha həkimə gedəndə "əlimiz cibimizdə" olacaq - AXI NİYƏ?
Dünən, 18:03 |
|
|
|
| • Monteneqroda həbs olunan azərbaycanlıların taleyi – Deputat açıqladı
Dünən, 18:01 |
|
|
|
| • Elman Nəsirovdan Şərurlu İsfəndiyarın ev təklifinə REAKSİYA
Dünən, 17:58 |
|
|
|
| • BP-nin Azərbaycandakı nümayəndəliyinin 68 milyon manatlıq vergi borcu var
Dünən, 17:57 |
|
|
|
| • Rusiyada Azərbaycan əsilli generala hökm oxundu - BUNA GÖRƏ...
Dünən, 17:55 |
|
|
|
| • “Fransa Ukrayna cəbhəsində pay qazanmağa çalışır” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:54 |
|
|
|
| • Azərbaycan şirkəti müflisləşir
Dünən, 17:53 |
|
|
|
| • Fiaskoya uğrayan "sülh planı" – Hamı başa düşəcək, Trampdan başqa...
Dünən, 17:52 |
|
|
|
| • Sabiq icra başçısı külli miqdarda borca düşdü - BUNA GÖRƏ
Dünən, 17:48 |
|
|
|
| • "Paris Mebel"də oğurluq - İşçi müdirin otağından seyfi soydu
Dünən, 17:47 |
|
|
|
| • Şəkər dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır – Son rəqəmlər
Dünən, 17:46 |
|
|
|
| • “Xəyal Adası” MMC-də səhmdar dəyişikliyi baş verib
Dünən, 17:45 |
|
|
|
| • “Ramiz Mehdiyevin əli 50-dən çox adamın qanına batıb” - İTTİHAM
Dünən, 17:43 |
|
|
|
| • AQTİ-də qalmaqal: Qoşqar Təhməzli onu işdən çıxardı - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
| • Çörək yolunun əvəzinə... - “iki qəpiklik” təklif və arxasındakı böyük hiylə
Dünən, 17:29 |
|
|
|
| • Mehdiyevlə bağlı daha bir MÜƏMMA - Rəsmi qurumlar indiyədək niyə susur?
Dünən, 15:43 |
|
|
|
| • Milyonçu qardaşların işində yenilik - TƏFƏRRÜAT
Dünən, 15:40 |
|
|
|
| • YAP-ın qurucularından olan Əli Əlirzayev sükutu pozdu - “Ramiz bunu mənə qarşı etməməli idi”
Dünən, 15:37 |
|
|
|
| • Avropa Parlamentinin deputatı İrəvanda Ermənistan hakimiyyətini tənqid edib - Ermənistan mediası
Dünən, 15:23 |
|
|
|
| • BDU-da Süni İntellekt Etikası üzrə Türk Dünyasının I Beynəlxalq Konfransı və Payız məktəbinin açılış mərasimi
Dünən, 15:19 |
|
|
|
| • Göyçay Xəstəxanasında KT aparatı 500 manata görə işləmir! - ETİRAZ VAR...
Dünən, 15:17 |
|
|
|
| • “Yeni ulduz”un finalçısı musiqiyə qayıtdı - VİDEO
Dünən, 14:31 |
|
|
|
| • Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb? - İLGİNC
Dünən, 14:29 |
|
|
|
| • “Bu ruhanilər məsuliyyət daşımalıdır” – Paşinyanın partiyasından sərt reaksiya
Dünən, 14:10 |
|
|
|
| • “O, “rajok”la üstünə getsə də, Sənan kolbasa bıçağına əl atıb” - TƏFƏRRÜAT
Dünən, 13:02 |
|
|
|
| • Qazaxıstan "Lukoil"la bağlı bir neçə həftə ərzində qərar qəbul edə bilər
Dünən, 13:00 |
|
|
|
| • "Mən ona şantajla heç nə aldırmamışam" - Tiktoker "Bəniz" məhkəmədə üsyan etdi
Dünən, 12:48 |
|
|
|
| • Ulduzlararası ziyarətçi: Kometdir, yoxsa UNO? – NASA nə deyir?
Dünən, 12:46 |
|
|
|
| • Monteneqroda insidentə görə onlarla azərbaycanlı saxlanıldı - “Mümkün qədər çölə çıxmamağa çalışırıq”
Dünən, 12:42 |
|
|
|
| • Tenderlərə ayrılan pulları ehtiyacları üçün xərcləyən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 12:38 |
|
|
|
| • Fəzail Ağamalının gizlətdiyi oğlu üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
Dünən, 12:35 |
|
|
|
| • “Axmaq vəziyyət qurşaqdan aşağı hırıldatmaqdır” - Qalmaqal
Dünən, 12:33 |
|
|
|
| • Doğrudanmı, Azərbaycandan Rusiyaya "çevriliş məktubu"göndərilib?! - AKTUAL
Dünən, 12:29 |
|
|
|
| • Lerikdə qohumlar arasında dava - XƏSARƏT ALAN VAR
Dünən, 12:22 |
|
|
|
| • "Toyda 26 min dollar şabaş yığdım"
Dünən, 12:17 |
|
|
|
| • “Qeybət olan verilişlərə getmirəm, özümü orada görmürəm, camaat bezib...”
Dünən, 12:14 |
|
|
|
| • Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL
Dünən, 12:05 |
|
|
|
|