Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                 

Zülfəli Bakını GƏMİRİR: Sakinlər DAD DEYİR... - BU ADAMI KİM DURDURACAQ?
Tarix: 4-12-2025, 14:19 | Çap et

Yasamal rayonunun Əjdər Xanbabayev, İsmayıl bəy Qutqaşınlı və Qədirli küçələrində evləri sökülən sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov, Mənzil-Kommunal İstismar Sahəsi müdiri Sədulla Abıyev və maliyyə məsələlərinə cavabdeh olan Nazim Əliyev tərəfindən aldadıldıqlarını iddia edirlər.
Bu barədə sakinlərin Bakupost.az -a müraciətində bildirilir.
Şikayətçilərin sözlərinə görə, adı çəkilən şəxslər sakinlərə yaşadıqları binanın ərazisinin plana düşdüyünü və dövlət tərəfindən satın alınacağını bildiriblər:
"Onlar müxtəlif vədlər verərək, bu işə yaramayanda isə hədə-qorxu gələrək, bizi evimizi dəyərindən ucuz qiymətə satmağa məcbur ediblər. Həm mənzillərimizin sahəsi düzgün ölçülməyib, həm də bazar dəyərindən aşağı qiymətə alınıb".
Sakinlərin sözlərinə görə, adıçəkilən şəxslər ərazidə dövlət tərəfindən park salınacağını bildirsələr də, sonradan orada yaşayış binası tikilib:
"2023-cü ildə söküntü üçün müəyyən edilən 1 kvadratmetrə görə 2200 manatlıq məbləğ sonradan 2700 manata qaldırıldı. Zülfəli İsmayılov artım olacağı halda əlavə ödəniş ediləcəyinə söz versə də, heç bir kompensasiya ödənilmədi".
Şikayətçi Mirseyid Zeynalov deyir ki, 1905-ci ildə tikilən evi sökülən zaman dəfələrlə əlavə ödənişlə bağlı sual verib və hər dəfə “narahat olmayın, artım olsa, sizə də veriləcək” cavabı alıb:
“Yaşadığım mənzil İsmayıl bəy Qutqaşınlı,12 ünvanında olub. 1905-ci ildə tikilib, 1928-ci ildə babam oranı almanlardan alıb. İki il əvvəl bunlar gəldilər, qapıdan qovdum. Sonra yenidən gəldilər ki, guya dövlət layihəsidir, burada park salınacaq. Çox fikirləşdim, götür-qoy etdim, düzü, bir az çəkindim. Dedilər ki, qiymət 2200 manatdan olacaq. Dedim, bizdən 50 metr o yanda, yolun o biri tərəfində hamı kvadratını 4-5 mindən satır. Həm də ora bağlı yerdir, amma mənim evimin damına çıxanda bütün bulvar görünür. Bunlar gəldilər, dirəndilər. Dönə-dönə soruşdum ki, bundan yuxarı qiymət olmayacaq? Dedilər ki, narahat olmayın, artım olsa, sizə əlavə pul veriləcək. Razılaşdım. Pulum az qalmışdı, gəldim Masazırda həyət evi aldım götürdüm. İndi baxıram, birinə 2700-dən veriblər, birinə 3000-dən, birinə 3500-dən. Getdim onların üstünə, dedilər ki, o vaxt elə idi, indi belədir. Özü də mənim həyətimi guya dövlət layihəsi üçünə alıblar, indi baxıram ki, notariusda başqa adamın adına rəsmiləşdiriblər. Özü də mənim mənzilimin sahəsini içəridən hesablayıblar. Bütün bunları Zülfəli, Nazim, Sədulla edib. Sədulla and-aman edirdi ki, vallah, bundan artıq verə bilmirik, dövlət burada park tikəcək. Amma indi burada evlər tikilir. Bizi aldatdılar".
Yunis Dağlı küçəsinin sakini Gülər Cəbrayılova isə iddia edir ki, həm evinin sahəsi az hesablanıb, həm də varis kimi ona çatan mülkünün dəyəri ödənməyib:
“Bizim orada evimiz var idi. Hazırda evimizin üstü qalıb, sökməyiblər. Zülfəli İsmayılov şəxsən mənə dedi ki, 1 nəfərə artıq pul verilsə, gələrsiz, sizə də veriləcək.Amma bizim evimizin pulunu kəsdilər. Hətta sahəsini 10 kvadratmetr az yazdılar. Halbuki dövlətin verdiyi texniki pasporta görə, həmin 10 kvadratmetr nəzərə alınmalı idi. Üstəlik, hər kvadratmetrdən 500 manat pulumu kəsdilər. Anamın adına paylı mülkiyyət də var idi, məhkəmə qərarı ilə anam 21 kvadratmetr həyəti olan evə köçürülmüşdü və mən yeganə varis idim .Ancaq o evin pulunu mənə vermədilər. Dedilər, vermirik, hara gedirsinizsə, gedin. Bu, açıq-aşkar dələduzluq, insan haqqına girməkdir. Hansı qanunda var ki, anadan övlada qalan payı varisə verməsinlər? Üstəlik, qızım onkoloji xəstədir, xəstəxanada idim, evə qayıdanda gördüm əşyalarımı çölə çıxarıblar ki, evi boşaldın. Alqı-satqı zamanı dövlət rüsumu olan 187 manatı da Nazim mənim pulumdan çıxıb. Çox haqsızlıq ediblər".
Digər şikayətçi Natiq Qurbanov da ailəsi ilə birlikdə aldadıldığını deyir. Onun sözlərinə görə, həm özü, həm də xroniki xəstəliklərdən əziyyət çəkən ailə üzvləri hazırda kirayədə qalmağa məcburdurlar:
“Yaşadığım və qeydiyyatda olduğum ünvan Yasamal rayonu, 3-cü Nərimanov döngəsi, 6/4-dür. Bizim evlər dövlət deyil, müəyyən şəxslər tərəfindən söküntüyə məruz qalıb. Həyətimdə birinci mərtəbə 18 kvadratmetr, ikinci mərtəbə isə 15 kvadratmetr idi. Orada tikinti aparmaq üçün əlavə 100 kvadratlıq yerim var idi. Birinci mərtəbədə xərçəng xəstəsi yoldaşım, evi olmadığı üçün evlənə bilməyən 36 yaşlı oğlum, bir də özüm yaşayırdım. İkinci qrup əliləm, uşaqlıqdan ağır şəkər və astma xəstəsiyəm, iki dəfə infarkt keçirmişəm, belimdə 5 dəmir mil var. İkinci mərtəbədə qızım, kürəkənim və iki nəvəm yaşayırdı. Bunlar söz verdilər ki, aşağıda oğlum, yuxarıda qızım üçün də 3 otaqlı ev alacaqlar, olmasa pul veriləcək. Sonradan Zülfəli ilə görüşdüm, dedi ki, Nazim həll edəcək. Nazimlə "JEK" müdiri olan rəisi Sədulla puldan ötrü hamıdan nəsə gözləyən adamdır. Sədulla dedi ki, narahat olma, görüm-baxım edərsən, yaxşı olacaq. Nazim də dedi ki, arxayın ol, oğlun və yoldaşın üçün aşağıda ev alınacaq, qızın və sənə də pul veriləcək, ev alarsınız. Çağırdılar bizi notariusa, dedilər qol çəkin, söz danışıqdan keçər. Mən də qol çəkdim, qızım da. Amma nə yoldaşıma, nə oğluma, nə qızıma, nə mənə 120 mindən bir qəpik artıq vermədilər. İndi qızım iki körpəsi ilə kirayədə yaşayır, mən də kirayədəyəm. Qaldığım ev aylıq 550 manatdır, 150 manat da kommunal. Bu xəstəliklə necə dolanım? Bizi aldadıblar. 69 yaşımda küçələrdə əzab çəkirəm. Kimsə başqalarının bədbəxtliyi üzərindən pul qazanır”.
Nuranə Məlikova adlı şikayətçi isə atasının hədə-qorxu nəticəsində mülkündən imtina etdiyini bildirib:
“Atam Qəndəli Məlikovun mülkünü ona hədə-qorxu gələrək əlindən alıblar. Atam həbsdən təzə çıxmışdı, ona demişdilər ki, başına niyə iş açırsan? Çıxdığın yerə qayıtmaq istəyirsən? Buna görə atam məcbur olub evi satmağa razılıq verib. Artıq atam rəhmətə gedib, tək varis mənəm. Bizim oradakı evimizin sahəsini kiçiltmişdilər. O boyda evdən bizə 49 kvadratmetr yazdılar. Düzgün iş getmədi. Atam qoca adam idi, hər şeyə razılıq verdi. Xahiş edirəm bizə kömək edin, haqqımızı istəyirik”.
Naibə Əliyeva adlı sakin də eyni problemlə üzləşdiyini deyir. Onun sözlərinə görə, evinin sahəsi az hesablanıb:
“İsmayıl Qutqaşınlı, 16 ünvanında yaşayırdım. Çox ucuz aldılar. Bizə 2200 manat verdilər. Dedilər ki, buranı dövlət alır, park edəcəklər, çıxmalısınız. Biz də inandıq ki, yəqin dövlət bu qiyməti qoyub. Dedim, bizdən aşağı məhəllələrdə 4-5 minə alırlar. Dedilər ki, ora pilot layihədir, oranı şirkət alıb, buranı dövlət, qiymət artımı olsa, gəlib sizə də verəcəyik. Mən onkoloji xəstəyəm. Dedim bu pulla ev ala bilməyəcəyəm. Dedilər, dövlət bundan artıq verə bilməz, çıxmalısan. Mənim 42 kvadratmetr evimi 37 kvadratmetr yazdılar, kompensasiyamı kəsdilər. Evlər bir-birinə bitişik idi. Arxa tərəfi sökdülər, divarım çatladı. Məcbur qalıb çıxdım. İndi tələb edirik ki, bizim hər kvadratmetr üzrə artımımızı versinlər”.
Eyni problemlə üzləşən Xanımana Əzizova da Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri Zülfəli İsmayılov, Nazim Əliyev və Sədulla Abıyevin dövlətin adından yalan məlumat verərək sakinləri aldatdığını vurğulayıb.
Narazı sakinlər məsələ ilə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Milli Məclisə müraciət ediblər. Onlar həmçinin Milli Məclisin önünə toplaşaraq, kompensasiya məbləğinin artırılmasına uyğun olaraq onlara əlavə ödəniş verilməsini tələb ediblər.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən Bakupost.az-a bildirilib ki, sakinlərin problemini həll etmək onların səlahiyyətinə aid deyil. Qeyd edilib ki, sakinlər söküntü üzrə komissiyaya müraciət etməlidirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən İsrafil Kərimov isə Bakupost.az-a bildirdi ki, məsələ ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmək lazımdır:
“Pulu Maliyyə Nazirliyi verir, bizimkilər isə sökürlər. Ona görə o sual bizlik deyil. Köçürmə baş plana uyğun olaraq Memarlıq İdarəsi tərəfindən həyata keçirilib”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə sakinlərin ittiham etdiyi şəxslərin Komitənin əməkdaşları olmadığını bildirib:
“Bu səbəbdən İcra Hakimiyyəti ilə əlaqə saxlamanız xahiş olunur”.
Sakinlərin ittiham etdiyi Sədulla Abıyev isə Bakupost.az-ın suallarını belə cavablandırıb:
“Sədullanın adı orada niyə var? Mən ev tikirəm? Mən "JEK"-əm də, təmizliyə baxıram. Onlar savadsız adamlardır ki, elə deyirlər. Savadlı olsalar bilərlər ki, zibil təmizləyən ev söküb, ev tikmir?? Bəli, ora sökülən, bizim "JEK"-ə aid ərazidir. Amma sökən başqa idarə, başqa təşkilatlardır. Gedin o təşkilatları tapın, deyin ki, nə əsasla sökürsünüz? Həmin evlər həyət evləridir, ora dövlət baxır, yəni Bakı Şəhər İcra Hakimiyyəti. Biz baxmırıq. 5 mərtəbə olsa, deyərəm hökumət evidir, sənədi məndə var, mən demişəm. Mən sadəcə, təmizliyə baxıram. Bütün bu suallar mənə aid deyil".
Sakinlərin narazı olduğu Nazim Əliyev isə çoxsaylı zənglərimizə cavab vermədi.
Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov isə Bakupost.az-ın mövzu ilə bağlı sualını eşidən kimi telefonunu söndürdü.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru