Partiya sədri qardaşı ilə sədrlik davasına qalxan deputata mesaj verdi .....                     "Bəli, Ramiz Mehdiyev haqda yüksək fikirdə olmuşam..." .....                     İşçilər bunları BİLSƏLƏR, YAXŞIDIR... .....                     Əgər Sahil Babayev mübarizədə səmimidirsə... .....                     ABŞ şirkəti Ukraynaya milyardlıq sursat kontraktını yerinə yetirə bilmədi .....                     Ramiz Mehdiyev AMEA-dan xaric edilməlidir .....                     Vaşinqtonun sanksiyaları: zərbə və ya xəbərdarlıq .....                     "İndi biz nə edək? Adam öldürməmişik ki..." .....                     "Hər bir qız nişanlana da bilər, ayrıla da..." .....                     Mehdiyevin atası görün kim olub: tanınmış naxçıvanlı sirləri açdı .....                     Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... .....                     Rusiya malları Ermənistana Azərbaycan üzərindən daşınacaq... .....                     "Sən canın, geyimimə heç nə deməyin..." .....                     Kilsə və "Qarabağ klanı" sülhü poza bilməyəcək .....                     Mer Vardan Qukasyana qarşı “Rusiya ilə birləşmə” fikrinə görə yeni cinayət işi açıldı .....                     Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib .....                     Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub .....                     “Panika salanlar insanların immunitetini riskə atır” .....                     “Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” .....                     Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi .....                     PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb .....                     “Evlənəndə özünə heç xeyir-dua verilməyib, 2-3 dəfə ər dəyişib, amma xına yaxır” .....                     Fəzail Ağamalının partiyasından yeni xəbər .....                     Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir .....                     Cəlilabad sakinləri Prezidentə müraciət etdi .....                     Ankarada əyləncə məkanına silahlı hücum olub .....                     Kassada bir qiymət, piştaxtada başqa qiymət... .....                     Ermənistan yenidən silahlanır: nə üçün və kimə qarşı? .....                     Paşinyan sülhə əsaslanan yeni respublika qurur .....                     Qardaş, bu milyonu HARDAN ALMISAN... .....                     Zəngəzur dəhlizi təkcə bizə lazımdırmı? .....                     Kirayə mənzil bazarında TƏLATÜM... .....                     Burda işçiləri təhdid edirlər, qanun isə deyir ki... .....                     İki jurnalistin Fəzail Ağamalı ilə bağlı BİR XATİRƏSİ... .....                     Bir müəllimin tamahı gələcəyimizi NECƏ TƏHDİD EDİR... .....                     “Monella” MMC-nin kölgəsində: polkovnikin biznes planı və gizli sazişlər .....                     Mətbuatımız BUNDAN SONRA GÜL AÇACAQ? .....                     Luvrdakı soyğunu yüzdən çox müstəntiq araşdırır .....                     Bəli, biz sülh istəyirik, AMMA... .....                     "Bu məsələ rəsmi olaraq həllini tapmadı..." .....                 

QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu - Ölü təşkilatları belə dirildirlər...
Tarix: 22-10-2025, 11:30 | Çap et

İctimai Nəzarəti həyata keçirdiyimizə görə ailə üzvlərimizdən əvəz çıxırlar...

Müşahidə Şurası üzvlərindən birinin təşkilatına 1 illik fəaliyyəti tamam olmamış orta qrant üzrə 20 min manat veriblər.

Hesablama Palatasında bir məsul şəxsin iki QHT-si var, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı redaksiyamıza daxil olan yeni məlumatlarla araşdırmalarımız davam edir. Məlum aktuallığını nəzərə alıb, bu sektordakı qaranlıq məqamlara işıq salmağa və onların geniş şəkildə təhlil olunmasına çalışırıq və çalışacağıq. Hələlik isə “Yenixeber.org”-un qonağı “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı ilə mövzunu davam etdiririk:

-Mətanət xanım, ötən müsahibələriniz oxucularımız tərəfindən geniş maraqla qarşılandığı üçün qərara gəldik ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı sizinlə mövzunu davam etdirək. Agentliyin qrant müsabiqələrindəki narazılıqlardan, rəhbərlikdə təmsil olunan şəxslərin yaxınları tərəfindən QHT-lərin satın alınması, sonradan onlara qrant verilməsi və başqa mövzulardan danışmaq istəyirik. Ona görə ilk sualımız da belə olacaq, həqiqətən də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində qanun pozuntusu varmı və konkret faktlar göstərə bilərsinizmi?

-Biz bu barədə dəfələrlə öz sosial şəbəkə hesablarımızda yazmışıq, öz etirazımızı bildirmişik. Təəssüf ki, Agentliyin fəaliyyətinə nəzarət edən qurumlar və şəxslər bu məsələlərə laqeyid yanaşaraq, eyni qanunsuzluqların davam etdirilməsinə yol veriblər və verirlər. Belə ki, Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli qərarı ilə Agentlik tərəfindən qrant müsabiqələrinin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi təsdiq edilib. Mən təklif edərdim ki, siz də bu qaydalara nəzər salasınız və müsabiqə nəticələrini təhlil edəsiniz. Bu qaydalar təsdiq olunduqdan sonra 2 müsabiqə keçirilib və hər ikisində də çoxlu sayda pozuntu aşkarlanıb.

Məsələn: Qaydalarda açıq aydın yazılır ki, böyük qranta layihə təqdim edən QHT-nin son 5 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 informasiyanın media subyektlərində yayılması tələb olunur. Eləcə də, orta qranta layihə təqdim edən QHT-nin son 3 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 informasiyanın media subyektlərində yayılması tələbi mövcuddur. Konkret olaraq, göstərilir ki, böyük qrant almaq istəyən təşkilatın azı 5 illik fəaliyyəti, orta qrant almaq istəyənin isə 3 illik fəaliyyəti olmalıdır. Burada aydın olmayan bir məsələ yoxdur.

Amma, gəlin 2024-cü il və 2025-ci il üzrə qrant müsabiqələrindəki pozuntulara baxaq.

Məsələn: 2024-cü il üzrə orta və böyük qrant verdikləri təşkilatların fəaliyyətə başladıqları illərə baxın.

“Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi (2023-cü il) - Böyük qrant üzrə 30200 manat;

“Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi (2022-ci ilin oktyabr ayı) – Orta qrant üzrə 15500 manat;

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi (2023-cü ilin aprel ayı) - Orta qrant üzrə 17800 manat;

"Bakı Politoloqlar Klubu" İctimai Birliyi (2021-ci ilin sentyabr ayı) - Böyük qrant üzrə 30350 manat.

Siyahını xeyli artırmaq olar. Siz hər bir təşkilatın qeydiyyat tarixi ilə onların layihə aldığı müddətlərə baxıb, necə qanunsuzluq baş verdiyini görə bilərsiz.

Çox maraqlıdır ki, Hesablama Palatası və Maliyyə Nazirliyi belə məqamlara səthi yanaşır.

Qeyd etməyi unutmuşdum, hətta Müşahidə Şurası üzvlərindən birinin təşkilatına 1 illik fəaliyyəti tamam olmamış orta qrant üzrə 20 min manat veriblər.

2025-ci il üzrə də eyni mənzərədi. Hətta 2024-cü ildən daha da çoxdur. Əksəriyyəti ilə yaxşı münasibətim olduğu üçün bir-bir adlarını sadalamağım düzgün çıxmaz. Özünüz siyahıya baxıb hər şeyi görə bilərsiniz.

-Mətanət xanım, bu cür faktları səsləndirdiyinizə görə şəxsinizə qarşı media vasitəsilə hücumlar təşkil olundu, əleyhinizə sifarişli yazılar yazıldı. İndi anlaşılır ki, Ədliyyə Nazirliyi sizin təşkilatın dövlət reyestrindən çıxarışını niyə təqdim etmir. Sözsüz ki, zaman gələcək bu faktlarınız çox vacib sübutlardan olacaq.

-Çox qəribədir, hər ötən gün QHT sektoru ilə bağlı baş verənlərdən dolayı mat qalıram. Söhbət təkcə şəxs olaraq Mətanət Əsgərqızından getmir. Mən bir ölkənin vətəndaşıyam. Vətəndaş olaraq da hüquqlarım var. Ölkə Prezidenti dəfələrlə deyir ki, İctimai Nəzarət, İctimai qınaq ləng gedir. Harada neqativ hallar var, məlumatları verin.

Birincisi, prezidentə məlumatlar əlçatan deyil. Vətəndaş olaraq səsimizi , yazdığımızı ona çatdırmırlar. Faciə odur ki, bir qurum tənqid olunursa, başlayırlar mediada sifarişli yazılar yazdırmağa. Trollar tökülüşüb eninə- boluna özlərinə yaraşanı yayırlar. Ailə üzvlərinlə təhdid edirlər. Mənim qızım da ictimai birlik rəhbəridir. Hər zaman həssas qruplarla işləyib. Yəni əsasən şəhid ailələri, qazilərlə. Hər zaman da gözəl layihələr icra edib. Deməzdim ki, hər qrant müsabiqəsində ona layihə veriblər. İndi mən İctimai Nəzarəti yerinə yetirirəm, əvəzini qızımdan da çıxıb, Ədliyyə Nazirliyinə tapşırıq veriblər ki, dövlət reyestrindən çıxarış sənədini verməsinlər. Ağıllarıyca guya başqa QHT-lərə gözdağı verirlər ki, baxın ha, çox danışsanız, aqibətiniz bunlar kimi olar… Bunlar vəzifədə oturublar, cənab Prezident bunlara etimad göstərib, indi gəlib xidmət etməkdənsə, vəziyyəti gərginləşdirib, Vətəndaş Cəmiyyətini (VC) ölkə rəhbərindən narazı salmaq istəyirlər. Düşünürlər ki, o kreslolar atalarının mirasıdır. İndi sual olunur, 37-ci ildir ailə üzvlərimizdən əvəz çıxırsınız? Düzü o sənəd bizə o qədər vacib deyil, çünki təşkilatı təkcə qrant almaq üçün açmamışıq. Qapımıza gəlib dərdini deyən şəhid ailəsi, qazinin problemini həll edə biliriksə özümüzü çox xoşbəxt hiss edirik. Gözləri doymayanlar, o vəsaitləri özlərinə, yaxınlarına saxlasınlar. Hər şeyin bir sonu olur. Gün gələcək bunlardan da hesab soruşacaqlar, işləyən, töhfə verən təşkilatlarla niyə intriqa aparıbsınız? Hər-halda cənab Prezidentin köməkçiləri sırasında vicdanlı, ona sadiq insanlar var. Onlar da xəbərdardılar ki, Vətəndaş Cəmiyyətinin başına hansı oyunlar açılır. Dövlət vəsaitlərini kimlər öz məqsədləri üçün istifadə edir.

-Qəribəsi budur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verənlərlə bağlı bizə də çox müraciətlər daxil olur. Amma sizlər kimi açıq mövqe nümayiş etdirən yoxdur.

-Açığı hamı baş verənlərin fərqindədir. Bilirlər ki, sağlam tənqid top-tüfənglə qarşlanır. Beləliklə də həmin QHT sədrlərinin QHT –lərə Dövlət Dəstəyi Agentliyinə, qrant müsabiqələrinə, bu cameədə görünməyə çıxışları bağlanacaq. Onlar da zamanlarını gözləyirlər. Son hadisələrə diqqətlə baxın, Ramiz Mehdiyevin qarşısında əyilənlər bu gün onu söyürlər. İndi Vətəndaş Cəmiyyətinə rəhbərlik edənlər, bu iyrənc mənzərəyə baxsınlar. Şuşa, Xankəndi səfərlərindən çoxlu şəkillər paylaşan, yazılar yazanların bəziləri inanın bir gün onları tənqid, təhqir edəcəklər. İnsanlar əyilmək, yaltaqlanmaq məcburiyyətində qalsalar da qarşısındakının ayağı bir gün büdrəyəndə ilk və ən sarsıdıcı zərbəni onlar vurur. Çünki aşağılanmaqlarını bağışlamırlar…

-Bu məqamda bir məsələni xatırladım. Youtube kanallarından birində qulaq asdım ki, jurnalistlərdən biri öz sosial şəbəkəsində qeyd edib ki, guya yeni QHT yaradıb və həmin təşkilatı “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi adlandırıb. Amma orada bəzi faktlar təqdim etdilər ki, o illərin təşkilatı olub və Fəridə Əliyeva rəhbərlik edib. Bu məsləyə də münasibətinizi öyrənmək istərdim.

- Əgər o təşkilat deyildiyi kimi yeni yaradılsaydı, ona bu ilin orta qrant müsabiqəsində 17 min manat verməzdilər. Həmin təşkilatı QHT Şurası dövründən yaxşı tanıyırdım. Görünür burada başqa məsələlər var. Artıq bunu aidiyyəti qurumlar araşdırmalıdır. Belə faktlar az deyil, ölü təşkilatların dirildilməsi prosesini izləyirik.

-Mətanət xanım, belə məlumatlar da dolanır ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva müxtəlif ölü təşkilatları diriltmək, sonra onları müxtəlif yaxın adamlarının adlarına rəsmiləşdirmək bacarıqlarına malikdir. Bunlar sadəcə sözdür, yoxsa konkret faktlar var?

- Bu mövzuda çox danışmaq olar. Amma, sizə fakt lazım olduğu üçün, bir misal üzərindən danışacam. Allah Mirzə Cəlilə rəhmət eləsin: “Ölülər”dəki məşhur Şeyx Nəsrullah yada düşür…

QHT Şurası zamanında müxtəlif tədbirlərdə qarşılaşdığım və Saatlı rayonunda fəaliyyət göstərən bir təşkilat var idi. Sonradan təşkilat rəhbəri hansısa dövlət qurumunda işə düzəldi və ictimai sektordan getdi. İllər sonra həmin təşkilatın adını qrant müsabiqəsinin qalibləri sırasında gördüm. “Mərkəzi Aranda Regional İnkişaf” İctimai Birliyi adlanırdı. Ona 9500 manat vəsait ayırmışdılar. Təşkilat rəhbəri isə Nahidə Mahmudova adlı bir nəfər idi. Maraq doğurduğu üçün xeyli axtardım ki, bu kimdir? Məlum oldu ki, Nahidə xanım Aygün Əliyevanın yaxın rəfiqəsi olmaqla yanaşı, TƏBİB-də onunla birgə çalışıb.

Unutmadan bir məsələni də vurğulamaq istəyirəm. Bu günlərdə öyrənmişəm ki, Aygün Əliyeva əvvəllər həmkarı olmuş icra başçısı müavinlərindən birinin həyat yoldaşına da QHT alıb, sonradan qrant verib. Hətta həmin ailədən səxavətini əsirgəməyərək, həmin xanımın qardaşını Agentlikdə işə də götürüb.

Görürsünüzmü kiçik bir qurumda nələr baş verir? Əslində çox məsələlər var, sadəcə hər şeyi də demək olmur. Amma köhnə təşkilatları elə Aygün Əliyevaya rəhbərlik edənlər də dirildirlər. Ona icazə verilməsə, dəstəklənməsə Aygün Əliyeva kimdir ki, özbaşına qanun pozuntusu etsin?

-Mətanət xanım, sizin söylədiyiniz faktları yəqin ki, Agentliyə nəzarət edən qurumlar və şəxslər eşidirlər. Eşitmədiklərini də buradan oxuyurlar. Sizcə niyə heç bir tədbir görülmür və heç kim cəzalandırılmır?

-Əslində çox maraqlı sualdı. Bir misal göstərəcəm, sizə də aydın olacaq. Bugünlərdə elə sizin saytda Agentliyin əməkdaşı Natiq Lahıcovun işdən azad olunma səbəbi yazılmışdı. Həmin şəxs 2 dəfə böyük məbləğdə ezamiyyət xərci yazdıraraq guya Almaniyada hansısa tədbirə gedib. O da məlum olub ki, həmin tədbirin dəvət məktubları da saxtalaşdırılıb. Həmin əməkdaşı haqlı olaraq işdən azad ediblər. Bəs yaxşı, həmin əməkdaş Agentliyə necə gəlib, hansı qurumun tapşırığı ilə işə götürülüb, Aygün Əliyeva hansı maraqdan onun böyük məbləğdə 2 ezamiyyətinə imza atıb, razılıq verib? Baxın aidiyyatı qurumlar bunları araşdırmalıdır. 4 qadının rəhbərlik etdiyi QHT-yə reyestrdən çıxarış sənədi vermək kiminsə qarnının ağrısıdırsa, getsin bu məsələləri araşdırsın.

Yuxarı qurumların susqunluğunun səbəbi təbii ki, Agentliyin icraçı direktorunun yanında gözükölgəli olmalarıdır. Əksəriyyətinin qohum və tanışlarının layihələrinə qrant verilməsi tapşırılır. Üstəlik bəzi şəxslərin yaxınları orada işə götürülür. Bütün bunlar əsas deyil ki, həmin şəxslər susqun qalsın?

Hesablama Palatasının bu məsələdə susqun mövqeyini də gözəl anlayıram. Sizin imkanınız olsa Palatanın auditoru Vəfa Mütəllimovaya sorğu ünvanlayın. Görün bu qanunsuzluqlardan xəbəri varmı? Yerinə düşər bir fakt, hələ , ad çəkmək istəmirəm, elə həmin Hesablama Palatasında bir məsul şəxsin iki QHT-si var, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır. Elələri imkan verərmi ki, Agentliyin adı korrupsiyada hallansın. Təkcə Hesablama Palatası deyil, digər qurumlar da qanunsuzluqlara göz yumurlar. Çünki hələ əmr yuxardan gəlməyib…











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiya sədri qardaşı ilə sədrlik davasına qalxan deputata mesaj verdi Partiya sədri qar- "Siyasət nə “Buta” bağçası, nə “La Vida”, nə də “Altus” MMC-dir..."
Bu gün, 06:08
"Bəli, Ramiz Mehdiyev haqda yüksək fikirdə olmuşam..." - AMMA...
Bu gün, 06:05
İşçilər bunları BİLSƏLƏR, YAXŞIDIR... - DİQQƏT
Bu gün, 05:56
Əgər Sahil Babayev mübarizədə səmimidirsə... - bu pulları GERİ QAYTARSIN!
Bu gün, 05:49
ABŞ şirkəti Ukraynaya milyardlıq sursat kontraktını yerinə yetirə bilmədi - "Financial Times"
Bu gün, 05:43
Ramiz Mehdiyev AMEA-dan xaric edilməlidir - Sabiq deputatdan çağırış
Bu gün, 01:00
Vaşinqtonun sanksiyaları: zərbə və ya xəbərdarlıq - NƏ BAŞ VERİR?
Bu gün, 00:45
"İndi biz nə edək? Adam öldürməmişik ki..." - Bu söz QƏZƏBƏ SƏBƏB OLDU
Bu gün, 00:43
"Hər bir qız nişanlana da bilər, ayrıla da..."
Bu gün, 00:38
Mehdiyevin atası görün kim olub: tanınmış naxçıvanlı sirləri açdı - VİDEO
Dünən, 18:48
Nazir Prezidentə ünvanlanan müraciətə belə cavab verirsə... - BU NƏDİ BELƏ?
Dünən, 18:44
Rusiya malları Ermənistana Azərbaycan üzərindən daşınacaq... - GƏLİŞMƏ
Dünən, 17:42
"Sən canın, geyimimə heç nə deməyin..." - FOTO
Dünən, 17:40
Kilsə və "Qarabağ klanı" sülhü poza bilməyəcək - ÇÜNKİ...
Dünən, 17:37
Mer Vardan Qukasyana qarşı “Rusiya ilə birləşmə” fikrinə görə yeni cinayət işi açıldı - Gümrüdə siyasi böhran dərinləşir
Dünən, 17:33
Gürcüstan və Ermənistan DTX rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Dünən, 12:52
Faiq Ələkbərlinin çox cildli “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının II cildi yenidən nəşr olunub - FOTO
Dünən, 12:50
“Panika salanlar insanların immunitetini riskə atır” - AKTUAL
Dünən, 12:00
“Eçmiədzini azad etməyin vaxtı çoxdan yetişib” - Paşinyan
Dünən, 11:57
Hindistan “Lukoyl” və “Rosneft”dən imtina etdi - Rusiya nefti yerini ərəb və Amerika neftinə verir
Dünən, 11:02
PKK Türkiyədən tamamilə çəkildiyini açıqlayıb - KİV
Dünən, 10:54
“Evlənəndə özünə heç xeyir-dua verilməyib, 2-3 dəfə ər dəyişib, amma xına yaxır” - İTTİHAM
Dünən, 10:08
Fəzail Ağamalının partiyasından yeni xəbər - QALMAQAL davam edir...
Dünən, 10:06
Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir
Dünən, 10:03
Cəlilabad sakinləri Prezidentə müraciət etdi - BUNA GÖRƏ...
Dünən, 10:01
Ankarada əyləncə məkanına silahlı hücum olub - FOTO
Dünən, 09:51
Kassada bir qiymət, piştaxtada başqa qiymət... - ETİRAZ VAR!
Dünən, 09:49
Ermənistan yenidən silahlanır: nə üçün və kimə qarşı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:28
Paşinyan sülhə əsaslanan yeni respublika qurur - ŞƏRH
Dünən, 09:26
Qardaş, bu milyonu HARDAN ALMISAN... - İcazə verin şübhələnək...
Dünən, 09:22
Zəngəzur dəhlizi təkcə bizə lazımdırmı? - GƏLİŞMƏ
Dünən, 09:17
Kirayə mənzil bazarında TƏLATÜM... - BELƏ HARA GEDİRİK?
Dünən, 09:13
Burda işçiləri təhdid edirlər, qanun isə deyir ki... - ÇAĞIRIŞ
Dünən, 08:58
İki jurnalistin Fəzail Ağamalı ilə bağlı BİR XATİRƏSİ... - İFŞA
Dünən, 08:43
Bir müəllimin tamahı gələcəyimizi NECƏ TƏHDİD EDİR... - NARAZILIQ VAR...
Dünən, 08:30
“Monella” MMC-nin kölgəsində: polkovnikin biznes planı və gizli sazişlər - ARAŞDIRMA
Dünən, 08:25
Mətbuatımız BUNDAN SONRA GÜL AÇACAQ? - AKTUAL
Dünən, 08:12
Luvrdakı soyğunu yüzdən çox müstəntiq araşdırır - "Le Journal du Dimanche"
Dünən, 08:05
Bəli, biz sülh istəyirik, AMMA... - GƏLİŞMƏ
Dünən, 08:01
"Bu məsələ rəsmi olaraq həllini tapmadı..." - QALMAQAL
Dünən, 07:57
"Kreml bu müdaxiləni yalnız Ermənistanın vasitəsilə edə bilərdi" - partiya sədri
Dünən, 07:55
"Eybi yox, mən əyləndim" - FOTO
Dünən, 07:52
Moldova hökuməti “Rusiya Evi”nin fəaliyyətini dayandıracaq
Dünən, 07:50
Zəngəzur dəhlizi ilə bağlı Rusiyanı qarışdıran məqam - İrəvandan cavab gözlənilir
Dünən, 07:48
İrəvan görüşü ona görə əhəmiyyətlidir ki... - AKTUAL
Dünən, 07:46
Kamala Harris yenidən seçkilərdə iştirak edəcək? - BBC
Dünən, 07:43
Vətən Müharibəsi Qəhrəmanının qızı qızıl medal qazandı
25-10-2025, 23:24
Vəkil Zabil Qəhrəmanov həbs edilib - QƏRAR
25-10-2025, 23:22
Bakıda sosial ev almaq istəyənlərin başına OYUN GƏLDİ - 90 minlik DƏLƏDUZLUQ
25-10-2025, 13:24
Avropa Məhkəməsinin “yenidən bax” dediyi işə Azərbaycan məhkəməsi barmaqarası baxır - "Gilan"ın toxunulmazlıq DOSYESİ
25-10-2025, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru