Bu dəqiqələrdə bir qrup valideyn Elm və Təhsil Nazirliyinin qarşısında toplaşıb.
"Cebheinfo.az " xəbər verir ki, onlar lisey və gimnaziyaların 5 və 6-cı siniflərinə mərkəzləşmiş qaydada qəbul imtahanının ləğvinə etiraz edirlər.
Belə ki, dünən Təhsil İnstitutu lisey və gimnaziyanın ancaq 7-ci sinfinə şagird qəbulu elan edib. Bu da valideynlər arasında ciddi narazılıq yaradıb. Məhz valideynlər 1 il ərzində övladlarının ciddi şəkildə 5 və 6-cı siniflərə mərkəzləşmiş qaydada qəbul imtahanına hazırlaşdığını, bunun üçün böyük məbləğdə vəsait sərf etdiklərini, hər ay 12-15 manat müqabilində sınaq imtahanları keçirildiyini bildiriblər.
Valideynlər qərarın daha əvvəldən elan olunmadığını əsas gətirərək bu tədris ilinə şamil olunmamasını tələb edirlər. Hazırda nazirlik rəsmilərinin bir qrup valideyni qəbul edəcəyi bildirilir.