“Masazır Bələdiyyəsinin qarşısında özümü yandıracam ” - NARAZILIQ VAR...
Tarix: 18-02-2025, 10:01 | Çap et
 Şəhid atası Səfərov İrzəxan Həmzəxan oğlu Analoq.az-a müraciət edərək ona məxsus 0.06 ha həyətyanı torpaq sahəsinin Masazır Bələdiyyəsi tərəfindən zəbt edilərək qanunsuz ələ keçirilməsini bildirib. Qeyd edək ki, şəhid atası Səfərov İrzəxan Həmzəxan oğlu Masazır Bələdiyyəsinin 16.04.2007-ci tarixli, 17 saylı qərarına əsasən alqı – satqı müqaviləsi ilə İslamova Zümrüd Rəşid qızına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsini notarial qaydada 24.12.2004-cü ildə almışdır.


İrzəxan Səfərov sənədləşdirmə prosesini davam edərək torpağa müvafiq çıxarış almaq üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etdikdə ona həmin qurumun 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən rəsmi cavab verilərək sözü gedən torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü bildirilmiş və bu səbəbdən də onun müraciəti imtina edilib.
Səfərov İrzəxan Həmzəxan oğlu iddia edir ki, onun qanuni şəkildə aldığı torpaq sahəsini Masazır Bələdiyyəsi, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin keçmiş müdiri Elvin Quliyevlə əlbir olub başqa şəxsə satıblar. İddianın nə dərəcədə həqiqətə uyğun olduğunu araşdırmaq və obyektivliyi qorumaq üçün Abşeron rayonu, Masazır Bələdiyyəsinin ötən dönəmki sədri Elşad Sadıqovla əlaqə saxladıq. O belə bir problemin olmasını bildirdi və əlavə etdi ki, hazırda bu məsələ ilə bağlı məhkəmə prosesi gedir. Məsələnin mahiyyəti, səbəbləri barədə vətəndaşın iddiaları ilə bağlı daha ətraflı cavab vermək üçün Bələdiyyənin hüquqşünasının bizimlə əlaqə saxlayacağını bildirdi. Təəssüf ki, hələ də əlaqə saxlayıb aydınlıq gətirən olmadı.
 Fotoda Elşad Sadıqov
Səfərov İrzəxanın ölkə başçısına və bir çox dövlət qurumlarına , o cümlədən redaksiyamıza yolladığı şikayət ərizəsində daha çox diqqət çəkən məqam isə onun Masazır Bələdiyyəsinin qarşında intihar etmək mesajıdır.
Ölkə başçısı Cənab İlham Əliyev “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalqın xidmətçiləridir” deyirsə Masazır bələdiyyəsinin sədri Elşad Sadıqov da birmənalı olaraq şəhid atası İrzəxan Səfərovun və Masazır sakinlərinin problemlərinin yanında olmalı , onların həllində bilavasitə iştirak etməlidir. Çünki Elşad Sadıqov da ölkəmizdə keçirilən şəffaf bələdiyyə seçkilərində də səsi məhz xidmətçisi olduğu xalqın nümayəndələrinin sayəsində qazanıb.
SİTAT : Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq”.


Bu yazılanlardan sonra ümid edirik ki, şəhid atasının problemi obyektiv şəkildə araşdırılıb öz həllini tapacaq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Bu gün, 02:48 |
|
|
|
• "Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Bu gün, 02:45 |
|
|
|
• "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Bu gün, 02:31 |
|
|
|
• "Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Bu gün, 02:26 |
|
|
|
• Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Bu gün, 02:20 |
|
|
|
• Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Dünən, 15:09 |
|
|
|
• “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
Dünən, 13:05 |
|
|
|
• Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
Dünən, 13:03 |
|
|
|
• Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
Dünən, 12:55 |
|
|
|
• Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
Dünən, 12:53 |
|
|
|
• "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
Dünən, 12:43 |
|
|
|
• Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
Dünən, 12:37 |
|
|
|
• Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
Dünən, 12:25 |
|
|
|
• Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
Dünən, 12:16 |
|
|
|
• Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
Dünən, 12:14 |
|
|
|
• Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Dünən, 12:13 |
|
|
|
• Şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
Dünən, 12:01 |
|
|
|
• Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
Dünən, 12:00 |
|
|
|
• “Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
Dünən, 11:30 |
|
|
|
• "Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
Dünən, 11:14 |
|
|
|
• Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Dünən, 11:11 |
|
|
|
• “ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq
Dünən, 11:10 |
|
|
|
• “Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” - Qazaryan
Dünən, 11:07 |
|
|
|
• ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli - Görünəni odur ki...
Dünən, 11:05 |
|
|
|
• “Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır
Dünən, 11:02 |
|
|
|
• Yeni Roma Papası Azərbaycan üçün dua edib
Dünən, 11:02 |
|
|
|
• Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma... - GƏLİŞMƏ
Dünən, 10:58 |
|
|
|
• “Xətai-Rabitə-Tikinti” ASC-nin icra orqanı dəyişdirilir
Dünən, 10:54 |
|
|
|
• Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin guya "oğurlanması" barədə şayiələri təkzib edib - KİV
Dünən, 10:41 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünən, 10:39 |
|
|
|
• Məktəblərdə TƏLİM-TƏRBİYƏ PROBLEMİ... - NƏ ETMƏLİ?
Dünən, 10:27 |
|
|
|
• BU NƏDİR BELƏ: Kəlbəcərdə PKK simpatizanları PUL QAZANIR! - MALƏSƏF...
Dünən, 10:24 |
|
|
|
• Sarkisyanın partiyasından baş nazir postuna namizəd məlumdur - “Armenpress”
Dünən, 10:12 |
|
|
|
• “AST Telman”ın killerinin məhkəməsi BAŞLADI
Dünən, 10:10 |
|
|
|
• AZAL Qurban bayramı ilə əlaqədar Naxçıvan istiqamətində reyslərin sayını artırıb - DİQQƏT!
Dünən, 10:00 |
|
|
|
• Xoşqədəm Hidayətqızının atası da vəfat etdi - bir neçə həftə əvvəl isə...
Dünən, 09:58 |
|
|
|
• Qanlı iğtişaş planı: Nikol Paşinyanı təhdid etdilər - NƏ BAŞ VERİR?
Dünən, 09:54 |
|
|
|
• Ordubadda 38 yaşlı kişi kafedə dava saldı: meyxanaçıya söz atdı, pivə bakalını... - TƏFƏRRÜAT
Dünən, 09:53 |
|
|
|
• `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
Dünən, 09:47 |
|
|
|
• "Məhkəməyə müraciət etsəm, udmaq şansım nə qədər realdır?" - ÇARƏSİZLİK...
Dünən, 09:39 |
|
|
|
• Tramp Maskın davranışının narkotiklə əlaqəli olub-olmadığı ilə maraqlanıb - "İnterfaks"
Dünən, 09:33 |
|
|
|
• “Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
Dünən, 09:28 |
|
|
|
• Dövlət qurumunun 2,2 milyon manatlıq icarə tenderinin QALİBİ BƏLLİ OLDU - TƏFƏRRÜAT
Dünən, 09:23 |
|
|
|
• "Pezeşkiana ümid Güneydə arxayınlıq yaradıb, amma..." - ŞƏRH
Dünən, 09:20 |
|
|
|
• İcra başçısından Prezidentə ŞİKAYƏT - BAŞÇINI DURDURUN...
Dünən, 09:16 |
|
|
|
• Tanınmış müğənni `Azparkinq`ə ÜSYAN ETDİ - "Bu nə səmimiyyətsiz davranışdır ki?"
Dünən, 09:07 |
|
|
|
• Paşinyan üçün ÇIXIŞ YOLU RESEPTİ... - O GƏRƏK...
Dünən, 08:57 |
|
|
|
• Paşinyanın təbriki o vaxt effektiv olar ki... - AKTUAL
Dünən, 08:55 |
|
|
|
|