"1958-ci il təvəllüdlü Türkiyə vətəndaşı, ATEF zavodunun rəsmisi Günay Mustafa azyaşlı qızları ələ keçirib"
7NEWS.az xəbər verir ki, bu barədə azyaşlının anası məlumat verib.
Möhtərəm, vitse -prezident!
Sizə yazmağımın səbəbi uşağımın insan alverinin qurbanı olmasıdır. Belə ki, mənim qızım 26.05.2005-ci il təvəllüdlü Əhmədova Ə.M. (red.: ad şərtidir) qızım yüngül əqli qüsurludur. Lakin qız uşağı olduğu üçün mən heç vaxt bu barədə aidiyyati orqanlara müraciət etməmişəm. Onu qorumaq istəmişəm. Lakin bilməmişəm ki, elə mənim bu səhvim uşağımı bədbəxtliyə sürükləyəcəkdir.O,15.09.2022-ci il tarixdə evdən qaçaraq polisə şikayət verdi. Müvafiq polis bölməsi tərəfindən qızım "Azərbaycan Uşaqları” İctimai Birliyi Uşaq Sığınacağı –Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdir. Lakin orada da sığnacaq sakinləri ilə ünsiyyət qura bilməməsi səbəbindən 22.09.2022-ci il tarixdə mənim qardaşıma təhvil verilmişdir. Bir müddət atamın evində qaldıqdan sonra, atamın da evindən çıxıb gedərək 1958-ci il təvəllüdlü Türkiyə vətəndaşı Günay Mustafa (Tel:+994 51 255 63 66) ilə birlikdə yaşayır. Nəzərinizə çatdırmaq istəyirəm ki, həmin şəxsin 68 yaşı var. O, mənim qızımın əqlində problem olduğundan və hamıya inandığından istifadə edərək onu istismar edir. Uşağımı mənə qarşı öyrədir. Qızım mən onu bir ildir ki, görməyə görməyə şər-böhtan xarakterli şikayətlər verərək məni əzazil göstərmək istəyir. Günay Mustafa qızıma çoxlu vəkillər tutub. Mənim ona yaxınlaşmağım qeyri mümkündür. Qeyd etmək istəyirəm ki, bu hadisədən gec xəbər tutsam da, əldə etdiyim məlumata görə bu münasibət övladımın 16-17 yaşlarından başlamışdır. Belə ki, özüm saf niyyətli bir insan olduğumdan heç bir zaman şübhələnməmişəm. Sonradan bu barədə məlumat almışam. Belə bir xəbər bir ana üçün ölümdən də ağırdır. Bu əxlaqsız Mustafa Günay əqli cəhətdən zəif olan övladımdan bu dərəcədə yararlanmağı, cinsi istismar etməyi tam bir cinayət əməlidir. Yazı ilə ifadə edə bilmədiyim , etməyə utandığım çox nüanslar var. Möhtərəm vitse -prezident, qeyd etmək istəyirəm ki, Bakı Şəhər Baş Polis İdarəsində, Sabunçu rayon Baş Polis İdarəsində və İnsan Alverinə qarşı mübarizə Baş İdarəsində şikayətimlə bağlı ərizələr daxil olmuşdur, lakin heç bir nəticə verməmişdir. Belə ki, bircə dəfə olsa da, əxlaqsız Mustafa Günayı çağırıb izahatın belə almamışdırlar. Bir ananın fəryadına, əqli-qüsurlu gənc qızın taleyinə biganə yanaşırlar. Mən dəfələrlə uşağı psixolji ekspertizadan, həmçinin narkoloji müayinədən keçirilməyini yalvararaq xahiş etsəm də, heç bir nəticəsi olmamışdır və bu haqda heç bir tədbir görülməmişdir. Bundan əlavə qeyd etmək istəyirəm ki, Günay Mustafa ölkəyə müvəqqəti yaşama vəsiqəsi ləğvə getdiyindən, giriş-çıxışla yaşayır. Mən bu barədə Dövlət Miqrasiya Xidmətinə məlumat versəm də, heç bir tədbir görülməmişdir. Belə ki, Mustafa Günay ATEF zavodunda hal- hazırda qeyri rəsmi fəaliyyət göstərir. O, maddi vəziyyətindən istifadə edərək əxlaqsızlıqla məşqul olur, gənc qızları yoldan çıxardır. Qızım Azərbaycandan çıxsa mən onu bir daha tapa bilməyəcəm, insan alverinin qurbanı olacaq. Bir əcnəbi vətəndaşın bizim vətənimizdə əxlaqsız hərəkətlərlə məşğul olmağı çox acınacaqlıdır və bu onun ilk əxlaqsızlığı deyil. Belə ki 2022-ci il noyabr, dekabr aylarında buna bənzər şikayətlər olmuşdur ki, Mustafa Günay bir xanımı narahat etdiyi üçün Nəsimi rayonu Polis İdarəsinə xanımın şikayət ərizəsi daxil olmuşdur. Lakin nəticə əldə edilməmişdir. Belə ki, Günay Mustafanın işlədiyi ATEF zavodunun sahibləri əsas da, böyük oğlu Azər Əlixanbəyov keçmiş polis əməkdaşı olduğundan Mustafa Günaya arxa dayaq olmuşdur. Sizdən xahiş edirəm bu işi nəzarətə götürərək Günay Mustafa barəsində cinayət işinin açılması üçün mənə köməklik göstərəsiniz. Baxmayaraq ki, mənim bundan əvvəlki müraciət ərizələrim insan alverinə, Bakı Şəhər Baş Polis idarəsinə göndərilsə də, bu haqda hələ tədbir görülməmişdir. Mustafa Günay haqqında heç bir araşdırma aparılmamış və cinayət işi açılmamışdır. Eyni zamanda qeyd etmək istəyirəm ki, Mustafa Günay Azərbaycan Respublikasında qanunsuz yaşamaqdadır. Belə ki, Mustafa Günay hazırda 90 günlük turist vizası ilə ölkəmizdə yaşayır və qeyri qanuni əmək fəaliyyəti ilə məşğuldur. Sizə bir ana kimi yalvarıram. Mənim övladımı və başqa anaların övladlarını bu manyakın əlindən xilas edin. Belə bir insanın törətdiyi əməllərə baxmayaraq,hələ də bu məsələyə niyə laqeyd yanaşılmasını anlaya bilmirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, polis əməkdaşları Mustafa Günay haqqında heç bir tədbir görmürlər, onunçün heç bir axtarış verilməyib, məsələ ilə bağlı izahat alınmayıb. Dəfələrlə qızımın əqli qüsurlu(anlaqsız) olmasını dediyim halda belə nə Bakı şəhər Baş Polis İdarəsi, nə də Sabunçu rayon Polis İdarəsi qızımı psixiatriya müayinəsinə göndərməmişlər. Dəfələrlə bölmələrdə övladımın talehindən nigaran oldugumu və harda yaşadığını bilmədiyimi üçün axtarış ərizəsi yazsam da, onun tapılıb məcburi müayinəyə göndərilməsini xahiş etsəm də, bu barədə heç bir tədbir görülməmişdir. Əqli qüsurlu gənc qızın bir faciə qurbanı olduqdan sonra görülən tədbirlərin heç bir anlamı qalmayacaqdır. Çox xahiş edərək bir ana olaraq sizə yalvarıram ki, Bakı şəhər Baş Polis İdarəsinə (İnsan Alverinə qarşı mübarizə Baş İdarəsi) bu işlə bağlı tədbir görülməsi barədə təlimat verəsiniz. Bir gənc qızın taleyi sizin əlinizdədir. Əks halda, bir ana kimi bu vəziyyətə dözə bilməyib özümü öldürəcəm. Qeyd etmək istəyirəm ki, Mustafa Günayın narkotik vasitə istifadəçisi oldugundan şübhələnirəm."
Məlumat üçün qeyd edək ki, ATEF zavodu və Türkiyədən gələn rəsmiləri ilə bağlı zaman-zaman neqativ məlumatlar paylaşılır. Məlumatda qeyd olunur ki, ATEF-rəsmiləri təkcə pozğunçuluqla deyil, eyni zamanda, çirkli pulların yuyulması ilə də məşğul olurlar. Bu məlumatlar təsdiqini tapdıqdan sonra saytımızda dərc ediləcəkdir.