Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib .....                     Ağdamda körpəni ölümcül hala salan valideynlərə .....                     Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı .....                     "Bəzən sevgi əzaba çevrilir" .....                     Rusiya Avropa İttifaqının ofisini vurdu .....                     "Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" .....                     43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... .....                     Ramiz Mehdiyevin olduğu deyilən villa satılır .....                     Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" .....                     Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır .....                     Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi .....                     Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər .....                     Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? .....                     Muğam qalmaqalına Xalq artisti də qoşuldu: .....                     Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... .....                     Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır .....                     "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" .....                     Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb .....                     Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət .....                     “Azersun Holding”in zavoduna yeni direktor təyin edildi .....                     Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq .....                     "Həyatımda unudulmaz bir gündür" .....                     II Qaregin vəzifəsini tərk etməlidir .....                     Naxçıvan "canişin"liyinin yeni kirli oyunu .....                     İrəvanla Bakı arasında yeni səhifə açılır .....                     "Bu qurumlar birləşməlidir" .....                     Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər .....                     Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir .....                     “Rüstəm, niyə belə elədin, niyə belə tez?” .....                     Paşinyan Rusiyaya səfəri haqqında: .....                     "17 yaşlı uşağın 1 manatına qalmısan?" .....                     Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır .....                     Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin .....                     “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar .....                     Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi .....                     Bankın texniki nasazlığı sizi borca sala bilər .....                     Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub .....                     Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb .....                 

Prezidentin müsahibəsindəki şifrələr: müharibə bitdi, yeni mərhələdə gözlənilənlər - İNCƏLƏMƏ
Tarix: Bu gün, 09:27 | Çap et

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər bölgədə baş verən prosesləri və regionu gözləyən perspektivləri anlamaq baxımından əhəmiyyətlidir. Azərbaycan lideri Ermənistanla sülh müqaviləsinin paraflanmasından tutmuş, regional və qlobal müstəvidə baş verənləri, bunun ölkəmizə təsirləri, eləcə də rəsmi Bakının tutduğu strateji xətti aydın şəkildə izah edir.

Prezidentin hər suala verdiyi cavabı ayrı parafda şərh etmək zərurəti var.

Vaşinqton anlaşması və sülh sazişinin paraflanması

Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 8-də Vaşinqtonda baş tutan görüşü Cənubi Qafqazda müharibə mərhələsinin başa çatması kimi dəyərləndirilir, xüsusilə əldə olunan razılaşmalar buna əminlik yaradır. Prezident də müsahibəsində Vaşinqton görüşünü “münaqişənin, müharibənin sonu” kimi qiymətləndirir. Və onu da qeyd edir ki, “Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır”.

Vaşinqton anlaşması 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə başlanan sülh danışıqlarının məhz bizim maraqlarımıza uyğun şəkildə məntiqi sonluğa çatdırılması idi. İmzalanmmış Birgə Bəyannaməyə əsasən, Azərbaycanın bütün tələbləri qəbul olundu:

- Azərbaycan və Ermənistan ATƏT-in baş katibinə de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılması ilə bağlı birgə müraciət etdi;

- Zəngəzur dəhlizinin açılması – Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi razılaşdırıldı;

- Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının buraxılması məsələsi yekun sülh sazişinin imzalanması üçün əsas tələb kimi vurğulandı;

Növbəti mərhələdə bu razılaşmanın praktiki müstəvidə icrası həyata keçirilməlidir. Vaşinqton görüşündən sonra yaranmış əsas suallardan biri də məhz belədir: Ermənistan anlaşmanın icrasından imtina edərsə, yaxud prosesi gecikdirməyə cəhd göstərərsə, hadisələr necə inkişaf edəcək?

Prezident İlham Əliyev bu sualın cavabını açıqlayıb.

Birincisi, Vaşinqton anlaşması liderlər arasında, yəni Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında yox, Azərbaycan və Ermənistan dövləti arasında imzalanıb: bu o deməkdir ki, Ermənistanda gələn il keçiriləcək seçkilərdən sonra hakimiyyətə kimin gəlməsindən – mövcud hakim qüvvənin qalması, yaxud getməsi halında heç bir şey dəyişməməlidir;

İkincisi, Ermənistanda hansısa siyasi dəyişiklik baş verərsə və razılaşmadan imtinaya cəhd edərlərsə, bu, birbaşa ABŞ-a qarşı atılmış addım olacaq, eyni zamanda, Vaşinqton anlaşmalarını dəstəkləyən beynəlxalq ictimaiyyətə qarşı da çıxmış olacaqlar;

Üçüncüsü, Ermənistan anlaşmadan yayınacağı və Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirəcəyi təqdirdə, adekvat addımlarla üzləşəcək;

Prezident müsahibəsində bununla bağlı açıq mesaj verdi və bu mesaj həm İrəvana, həm də razılaşmanın qarantı olan Tramp Administrasiyasına ünvanlanıb.

“Əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik. Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil”, - dövlət başçısı açıq şəkildə bildirdi.

Artıq top Ermənistanın sahəsindədir və rəsmi İrəvan Vaşinqton anlaşmasının müddəalarını icra etməli, xüsusilə yekun sülh sazişinin imzalanması önündə əngələ çevrilən konstitusiya dəyişikliyini həyata keçirməlidir. Dövlət başçısı da bildirdi ki, formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur: “Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq”.

Zəngəzur dəhlizi: Azərbaycan 100 illik tarixi ədalətsizliyi bərpa edir

Prezident İlham Əliyev müsahibəsində Qərbi Zəngəzurun ermənilərə verilməsinin tarixi üzərində xüsusilə dayanır.

“Əl-Ərəbiyyə”nin əməkdaşı soruşur:

- Necə oldu ki, “Tramp marşrutu” ideyası ortaya çıxdı? Həmin marşrut Azərbaycana hansı mərhələləri vəd edir? Bu isə təbii ki, Sizin dəstəyinizlə baş tutacaq. Bu keçid Azərbaycanla Avropa arasında mühüm strateji rol oynayacaqmı?

Azərbaycan lideri öncə tarixi nüanslara toxunur və bu, heç də təsadüfi deyil.

- Bu suala cavab vermək üçün bir qədər tarixə nəzər salmalıyam və tamaşaçılara izah etməliyəm ki, necə oldu Azərbaycan iki yerə bölündü. Bu, Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi. 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. 1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı. Sovet dövründə bu, problem deyildi, çünki sərhədlər yox idi, müharibə də yox idi. İnsanlar avtomobillə və ya dəmir yolu ilə Azərbaycanın əsas hissəsindən Naxçıvana sərbəst şəkildə gedə bilirdilər. Amma Ermənistan Azərbaycana qarşı təcavüzə başlayandan sonra bu əlaqə xəttini kəsdi. Ermənilər dəhlizi bağladılar.

Dövlət başçısının tarixi nüanslar üzərində dayanması ona görə təsadüfi deyil ki, məqsəd Azərbaycanın Zəngəzur dəhlizi layihəsinin heç də “Ermənistana qarşı ərazi iddiası” olmadığını izah etməkdir. Azərbaycan faktiki olaraq, tarixi torpaqlarından məhrum olub və özünün tərkib hissəsi olan Naxçıvan ərazi baxımdan blokada vəziyyətinə düşüb. Dəhlizin açılması hər şeydən öncə Naxçıvanın blokadadan çıxarılması məqsədi daşıyır. 44 günlük müharibənin başa çatması ilə Azərbaycanın Zəngəzur dəhlizi layihəsini irəli sürməsi – Naxçıvana maneəsiz keçidin təmin edilməsi ilə bağlı Ermənistanın üzərinə öhdəlik qoyması da buna hesablanmışdı. Halbuki, 44 günlük müharibə dövründə Azərbaycan ordusunun Qərbi Zəngəzura daxil olması və Naxçıvana dəhliz açması olduqca asan idi: məhv edilmiş və fərariliyin baş alıb getdiyi Ermənistan ordusunu əzmək və irəliləmək üçün cəmi bir neçə gün, bəlkə də saatlar yetərli olardı.

Lakin Azərbaycan bunu etmədi, əvəzində Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr razılaşmasında öhdəlik olaraq öz əksini tapdı. Prezident vurğulayır ki, “biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik, amma Ermənistana bildirdik ki, onlar Naxçıvanla əlaqəmizi kəsə bilməzlər”.

Son 5 ildə - 2020-ci ildən etibarən Zəngəzur dəhlizinin açılması istiqamətində danışıqlar davam etdi. Ermənistan tərəfi öhdəliyini yerinə yetirməmək üçün müxtəlif yollara əl atırdı: gah öz havadarlarını prosesə qoşur, gah sərhəd təxribatları ilə gündəmi dəyişməyə çalışırdı. Hərçənd, Prezident İlham Əliyevin qətiyyəli mövqeyini heç bir cəhd dəyişdirə bilmədi. Nəhayət, Vaşinqton anlaşmasında Zəngəzur dəhlizinin açılması rəsmiləşdi.

Dövlət başçısı ABŞ-ın məsələyə yanaşması ilə bağlı maraqlı detal açıqlayıb.

“Təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq”, - Prezident qeyd edib.

Və bir daha aydın olur ki, Azərbaycan lideri bizim üçün tarixi və strateji əhəmiyyəti olan Zəngəzur dəhlizi məsələsində bir addım da geri atmayıb, ABŞ qarşısında irəli sürülən əsas məsələlərdən biri də məhz bu olub.

Zəngəzur dəhlizinin (TRIPP) açılması artıq praktiki müstəvidə atılacaq addımlardan asılıdır. Azərbaycan dəhlizin öz ərazisinə düşən hissəsində bütün infrastrukturu tamamlayıb, növbə Ermənistandadır. İrəvan 42 kilometrlik məsafədə avtomobil və dəmir yolunun çəkişini etməlidir. Bunu Ermənistanın özünün, yaxud ABŞ sərmayədarlarının etməsinin fərqi yoxdur, Azərbaycan üçün əsas məsələ Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsidir. Ən önəmli məqamlardan biri də Naxçıvana təkcə Qərbi Zəngəzurdan yox, İrandan da yeni yolun açılacağıdır. Bununla bağlı Azərbaycan və İran arasında “Araz dəhlizi” layihəsi icra olunur. Beləliklə, Naxçıvan blokadadan çıxacaq, lakin Zəngəzur dəhlizi təkcə bu imkanı yaratmır, həm də Avrasiyanın nəqliyyat şəbəkəsində yeni imkanlar açır.

Prezident İlham Əliyev də qeyd edir ki, bu, yalnız Azərbaycanın iki hissəsinin birləşdirilməsi demək deyil, bu, yeni nəqliyyat xəttini çəkmək deməkdir.

“Bu gün Orta Dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır. Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və ya TRIPP isə alternativ yaradacaq. İkinci dəhliz Ermənistan ərazisindən keçəcək. Bu isə Ermənistan üçün faydalıdır. Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq”. – dövlət başçısı vurğulayıb.

Zəngəzur dəhlizi təkcə Şərqlə Qərbi – Avropanı Asiya ilə deyil, Şimalla Cənubu – Rusiya və İranı da birləşdirir, Fars körfəsinə yeni çıxış imkanı yaradır. Prezident bunun detallarını açıqlayıb.

- Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək. Sualınıza qayıdaraq qeyd edim, mən bilirəm ki, İran Hökuməti bunu başa düşür və Azərbaycan bütün bölgə ölkələri arasında regional əməkdaşlığı gücləndirmək üçün hər şeyi edəcək.
Göründüyü kimi, bu unikal layihədir. Hərçənd, Zəngəzur dəhlizi layihəsinə qarşı müəyyən “səslər” də eşidilməkdədir, xüsusilə İranda. Təəccüblü deyil, hələ 44 günlük müharibədən sonra İranda bəlli dairələr müxtəlif iddialardan çıxış edir, layihənin reallaşmasını qəbul etmirdilər. Halbuki, Zəngəzur dəhlizindən ən böyük iqtisadi dividenti İranın özü qazana bilər. Bunu İranda mövcud hakimiyyət – Pezeşkian administrasiyası anlayır. Prezident İlham Əliyev müsahibədə açıq mesaj verdi: Azərbaycan üçün İranın rəsmi mövqeyi – Prezident və xarici işlər nazirinin münasibəti əsasdır, hansısa müşavirələrin uydurmaları yox.

Rusiyanın Zəngəzur dəhlizinə, ümumilikdə bölgədə baş verənlərə müdaxilə riskinə gəlincə, Azərbaycan lideri bu sualı diplomatik incəliklə cavablandırdı. Qeyd etdi ki, “onların (Rusiyanın-red) Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”.

Bu o deməkdir ki, Rusiyanın Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları Azərbaycan üzərindən pozmaq imkanları məhduddur, lakin Ermənistanla bağlı təhlükə var. Tramp Administrasiyası, eləcə də Ermənistan hakimiyyəti bu haqda düşünməlidir.

Teleqraf











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saatlını 109 minə abadlaşdıracaq şirkət: 4 dəfə ad dəyişib, vergi borcu var - DETALLAR
Bu gün, 16:01
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəlilərin cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 15:58
Ağdamda körpəni ölümcül hala salan valideynlərə hansı CƏZA VERİLƏCƏK?
Bu gün, 15:53
Xalq artistinin dəniz kənarında bodidə canlı ifası müzakirə yaratdı - VİDEO
Bu gün, 15:50
"Bəzən sevgi əzaba çevrilir"
Bu gün, 15:47
Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
Bu gün, 15:42
"Əməliyyat etdirən qızlar buna görə bir-birinə oxşayır" - Adil Qeybulla SİRLƏRİ AÇDI
Bu gün, 15:30
43 saylı məktəb: Valideynlərdən pul yığmaq istədilər, etiraza səbəb oldu... - Bakının mərkəzində XARABAXANA
Bu gün, 15:15
Ramiz Mehdiyevin olduğu deyilən villa satılır – Qiymət
Bu gün, 15:03
Bakıda hərbi qulluqçu bibisi oğlu ilə metroda qızlara sataşdı: "Dedi, mənlikdi" - TƏFƏRRÜAT
Bu gün, 14:48
Mirzoyan və Paşinyan xalqı bəhanə gətirərək vaxt qazanmağa çalışır -ŞƏRH
Bu gün, 14:44
Rus əsirliyində olan jurnalistin dəhşətlərlə dolu hekayəsi - “Bizi it kimi...”
Bu gün, 14:26
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər - BUNA GÖRƏ...
Bu gün, 14:06
Nazir sabiq səfirin qızını işdən niyə çıxarıb? - AÇIQLAMA
Bu gün, 14:04
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: - Münsiflər ədalətsizlik edib
Bu gün, 13:59
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ... - AYNA-dan SUSQUNLUQ
Bu gün, 13:56
Paşinyan xalqın seçkilərdə Sarkisyan və Koçaryanı siyasi səhnədən siləcəyinə inanır
Bu gün, 13:54
"Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?" - Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi
Bu gün, 13:50
Ermənistanın dövlət borcu 14,1 milyarda çatıb
Bu gün, 13:41
Tibbi qurumun avadanlıqlarını təmir edəcək şirkət - 3,7 MİLYON QAZANACAQ
Bu gün, 13:37
“Azersun Holding”in zavoduna yeni direktor təyin edildi – FOTO
Bu gün, 13:32
Dövlət qurumu 67 ton çirkli paltarını yuyacaq - ŞİRKƏT AXTARIR
Bu gün, 13:29
"Həyatımda unudulmaz bir gündür"
Bu gün, 13:26
II Qaregin vəzifəsini tərk etməlidir - Paşinyan
Bu gün, 13:20
Naxçıvan "canişin"liyinin yeni kirli oyunu - Məhəllə basqısı...
Bu gün, 13:16
İrəvanla Bakı arasında yeni səhifə açılır - “Chatham House”
Bu gün, 13:09
"Bu qurumlar birləşməlidir" - ÇAĞIRIŞ
Bu gün, 13:07
Ermənistan və Azərbaycan arasında sülh qurulub, lakin fikir ayrılıqları qalıb - Paşinyan
Bu gün, 13:04
Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxa bilər - AÇIQLAMA
Bu gün, 13:02
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Bu gün, 12:54
“Rüstəm, niyə belə elədin, niyə belə tez?” - ANIM
Bu gün, 12:53
Paşinyan Rusiyaya səfəri haqqında: - Moskvada məni gözlədiklərinə şadam
Bu gün, 12:49
"17 yaşlı uşağın 1 manatına qalmısan?" - ETİRAZ
Bu gün, 12:48
Rusiya diplomatiyası topu öz meydanına keçirməyə çalışır
Bu gün, 12:00
Az istifadə edənlər 1 manat, çox istifadə edənlər 25 qəpik gedişhaqqı ödəsin – Yeni təklif
Bu gün, 11:58
“Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” qanunu pozurlar - ÇÜNKİ...
Bu gün, 11:56
Daha bir iştirakçı Muğam Müsabiqəsindən şikayətləndi - AÇIQLAMA
Bu gün, 11:55
Bankın texniki nasazlığı sizi borca sala bilər - ABB müştərilərinin NƏZƏRİNƏ
Bu gün, 11:51
Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub - AÇIQLAMA
Bu gün, 11:43
Ləqəbi "Xata Bala" imiş, müəmmalı məsələlər var, evdə heç kəs omayıb - Ata qətlinin təfərruatları
Bu gün, 11:41
Hökumətə satılmışam, ona görə də parkda kitab satmağıma icazə verdilər… - Kəramət Böyükçöl
Bu gün, 11:38
Rusiya FTX azərbaycanlı qadını həbs etdi - VİDEO
Bu gün, 11:31
Mərkəzi Bank "Delta Capital” və “Zuhur” MMC-nin lisenziyasını dayandırıb
Bu gün, 11:26
“Qarabağ” tarixi uğura görə nə qədər qazanc əldə etdi? – ŞOK MƏBLƏĞ
Bu gün, 11:24
Ruslar Avropa İttifaqı missiyasının binasını VURDU
Bu gün, 11:15
Ermənistanın TÜRK DÜNYASI GEDİŞİ... - Görünəni odur ki...
Bu gün, 11:13
Müəllim-sahibkardan Prezidentə müraciət... - "Evim əlimdən alındı..."
Bu gün, 11:10
CHP sədri barəsində istintaq başlanılıb - "TRT Haber"
Bu gün, 11:00
Azərbaycan - Ermənistan sülhü rəsmiləşir - Paşinyanın açıqlamaları da göstərir ki...
Bu gün, 10:59
Ambulansda doğuş hallarına görə kim günahkardır: TƏBİB, nazirlik, yoxsa ayrılan milyonlar? - ARAŞDIRMA
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru