Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                     Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? .....                     170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? .....                     Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var .....                     Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir .....                     Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib .....                     Adı nə olursa olsun... BU YOL AÇILACAQ .....                     "Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" .....                     Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası .....                     İşçi məsuliyyəti... .....                     Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? .....                     "Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" .....                     “Azəriqaz” öz itkilərini belə ört-basdır edir .....                     Bu çay evi də qanunlara tabe olmur... .....                     Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? .....                     'Vurulacaq' rektorlar arasında ONUN DA ADI VAR .....                     Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı .....                     Turizm şirkətinin yeni tender müəmması .....                     AYNA şefinin tərəzisi də HARAM ÇIXDI .....                     İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq .....                 

Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
Tarix: Bu gün, 09:55 | Çap et

İran parlamentinin nümayəndəsi Kamran Qəzənfəri qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Deputat iddia edib ki, prezident Məsud Pezeşkianın İsraillə əlbir olduğunu sübut edən sənəd və dəlillər mövcuddur. Musavat.com xəbər verir ki, Qəzənfərinin sözlərinə görə, Pezeşkianın əsas məqsədi “İranı zəiflətmək və məhvə aparmaq, eyni zamanda, İsrailin süqutunun qarşısını almaqdır”. Bu fikirlər ölkənin siyasi dairələrində və mediada geniş rezonans doğurub.

Məsələ ilə bağlı yayılan xəbərlərdə qeyd olunur ki, İran parlamentindəki mühafizəkar qanad Azərbaycan türkü olan Pezeşkianı uzun müddətdir hədəf alır və onu Qərblə, xüsusilə də ABŞ və İsraillə yaxınlaşmaqda ittiham edir. “Intelligence Online”-un təhlillərində vurğulanır ki, bu cür iddialar hakimiyyət daxilində siyasi təzyiq vasitəsi kimi istifadə olunur.

Ekspertlər hesab edirlər ki, bu iddialar reallıqdan çox siyasi mübarizənin ritorikasına xidmət edir. Çünki Pezeşkianın prezidentliyi dövründə İranın daxili və xarici siyasətində ciddi ziddiyyətlər ortaya çıxıb, onun daha yumşaq xətt yürütməsi isə sərt xətt tərəfdarlarının etirazına səbəb olur. Hazırda Tehranda bu ittihamların ətrafında ciddi siyasi qalmaqal davam edir və Pezeşkian tərəfdarları iddiaları əsassız və böhtan kimi dəyərləndirirlər.

Yeri gəlmişkən, bu yaxınlarda İran prezidenti Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə olmasının günahını öz ölkəsində görmüşdü. Pezeşkian bildirmişdi ki, qonşu olaraq Azərbaycanla düzgün münasibət qura bilməyiblər.

O, Azərbaycanın İran üçün “qardaş və qohum” olduğunu bəyan edərək, iki ölkə arasında əlaqələrin qurulmamasında əsas məsuliyyətin Tehrana məxsus olduğunu açıq şəkildə etiraf edib. “Azərbaycan bizim qohumumuz və qardaşımızdır. Necə olur ki, biz ünsiyyət qura bilmirik, amma İsrail bacarır? Əgər ünsiyyət qura bilməmişiksə - günah bizdədir!”, - deyə Pezeşkian bildirib.

Bu mövqedən çıxış etmiş azərbaycanlı prezidentə indi casus ittihamları və təzyiqlər varsa, biz Pezeşkianı qorumalıyıqmı? İrandakı dini rejimə bağlı qüvvələr niyə onu İsrail “agenti” çıxarmağa çalışırlar?

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, hər şeydən öncə Pezeşkian elm adamıdır, alimdir, özü də kifayət qədər təcrübəlidir: “Elm adamı olduğu üçün də dinin bəzi xurafat tərəflərini ayırd edə bilir. Ayırd edə bildiyinə görə də İranı idarə edən fars rejiminin ölkəni bərbad günə qoymasının fərqindədir. Bunun üçün də Pezeşkian dünyaya açılmaq, özəlliklə də qonşularla, Azərbaycanla yaxın münasibətlər qurmağın tərəfdarıdır. O bunu təkcə türk olduğu üçün etmir. Adam ağılla hərəkət edir və bir açılım etmək istəyir. Təbiidir ki, bu açılım zamanı da Azərbaycanla münasibətlərin yaxşılaşmasına şərait yaratmaq istəyir. Bu isə fars-molla rejiminin ürəyincə deyil”. A.Həsrətin fikrincə, İrandakı rejimin çörəyi cəfəngiyatdan, fanatizmdən çıxır: “Fanatizmdən çörək qazanan rejim təbiidir ki, elmlə hərəkət edən prezidenti belə başlı-başına buraxmaz. Ona görə də Pezeşkiana dəxli olmayan böhtanlar atırlar. Onun İsrail agenti olması kimi absurd iftiralardan belə çəkinmirlər. Məqsəd bu cür cəfəng iddiaları ortaya atıb İran əhalisini ona qarşı qaldırmaq istəyirlər”.

Siyasi şərhçi hesab edir ki, belə bir mərhələdə Azərbaycan olaraq, Pezeşkianın xərclənməsinə imkan verməməliyik: “Çünki illər sonra nəhayət ki, İranda Azərbaycan dövlətinin danışa biləcəyi bir prezident var. Bu prezidentlə biz ikitərəfli münasibətlərin normal məcraya yönəldilməsinə nail ola bilərik. Əks təqdirdə bizi yenə də uzun illər davam edən İran-Azərbaycan qarşıdurması, narahatlıqlar, narazılıqlar gözləyir. Əlbəttə ki, bunu da biz arzu etmirik. Sözümün canı odur ki, Pezeşkiana böhtan atılır və bu böhtana həm də Azərbaycan Respublikasını ortaq edirlər. Və təbiidir ki, ona atılan böhtanla əslində həm də Azərbaycanın üzərinə gəlirlər. Belə bir şəraitdə Məsud Pezeşkiana Azərbaycan ən azından mümkün olan dəstəyi verməlidir. Mən demirəm ki, təmtəraqla, hay-küylə dövlət səviyyəsində bu məsələlərə müdaxilə edilməlidir. Ən azından ictimai rəylə məşğul olan adamlar bu məsələlərdə gerçəkləri gün üzünə çıxarmalıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
Bu gün, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
Bu gün, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
Bu gün, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
Bu gün, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
Bu gün, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
Bu gün, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
Bu gün, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
Bu gün, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
Bu gün, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
Bu gün, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
Bu gün, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
Bu gün, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
Bu gün, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
Bu gün, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
Bu gün, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
Bu gün, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
Bu gün, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
Bu gün, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
Bu gün, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
Bu gün, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
Bu gün, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
Bu gün, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
Bu gün, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
Bu gün, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
Bu gün, 08:40
"Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" - FAKT BUDUR!
Bu gün, 08:04
“Azəriqaz” öz itkilərini belə ört-basdır edir - BU DA FAKT...
Bu gün, 07:51
Bu çay evi də qanunlara tabe olmur... - qapalı məkan olsa da...
Bu gün, 07:41
Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? - TƏFƏRRÜAT
Bu gün, 07:36
'Vurulacaq' rektorlar arasında ONUN DA ADI VAR - SİYAHI
Bu gün, 07:20
Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir
Bu gün, 07:15
Turizm şirkətinin yeni tender müəmması - TƏFƏRRÜAT
Bu gün, 07:13
AYNA şefinin tərəzisi də HARAM ÇIXDI - sürücülər deyir ki...
Bu gün, 07:07
İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq - AKTUAL
Bu gün, 07:04
Qala hərbi şəhərciyində qadına qarşı zorakılıq: sifarişli hadisənin arxasında komandir dayanır? - BU NƏDİ BELƏ?
Bu gün, 07:02
Minsk qrupu daha yoxdur: Son sözü Azəbaycan dedi - GƏLİŞMƏ
Bu gün, 06:59
Binəqədinin icra başçısı kimsədən qorxmur - Rüşvət verməyənin BAŞINA OYUN AÇIRLAR
Bu gün, 06:57
"Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər" - Başqa cür ola da bilməz...
Bu gün, 06:50
“Ölü doğulmuş layihənin” uğursuz əks-sədası - İNCƏLƏMƏ
Bu gün, 06:42
Rusiyanın xof yaratma planı: Paşinyan geri addım atacaq? – “Hraparak”
Bu gün, 06:40
Azərbaycanın borcu var: dağların o üzündəki qardaşlara əl uzatmaq - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38
"Uşaqlıqdan musiqinin içində böyümüşəm..."
Bu gün, 06:35
Payızda bazarda gözlənilən vəziyyət: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:29
"Putinin zamanı bir az da uzadaraq sonunda tam imtina etməsi gözləniləndir" - ŞƏRH
Bu gün, 06:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru