"Təşkilata üzv olan digər ölkələr 2021-2022-ci illərdə Azərbaycanla vəziyyətin gərginləşməsi ilə bağlı siyasi bəyanatlar verməsə, Ermənistan KTMT-yə üzvlüklə bağlı qərar qəbul edə bilər".
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan məlumat verib.
O, jurnalistlərə bildirib: “Əgər KTMT-nin tərəfdaşları, o cümlədən Rusiya, Ermənistanın suveren ərazisinə qarşı hələ illər əvvəl İrəvanın danışdığı təcavüzlə bağlı siyasi qərarlar qəbul etməsələr, o zaman Ermənistan bu məsələ ilə bağlı yekun qərarı verəcək”.