ABŞ İranı vuracaq: .....                     İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir .....                     Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir .....                     Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi .....                     102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... .....                     “Aztelekom”un işçisi 1600 cərimələndi, .....                     Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA .....                     Naxçıvanda seçkiləri .....                     “Rusiya Ukraynada yeni hücuma başlayıb” .....                     Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir .....                     Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” .....                     Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi .....                     Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi .....                     İranda internet tamamilə kəsildi .....                     Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb .....                     Adil Vəliyev nəyi vecinə alır ki... .....                     Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? .....                     Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib .....                     SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib .....                     Kimi sağ çıxdı, kimi yox... .....                     Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... .....                     Paşinyan Türkiyəyə niyə gedir? .....                     "Hafka" villalarını satdı: Kirayədə qalır .....                     "Niyə şose yola çıxan kimi hamı sürəti artırır?" .....                     Ermənilər hər vəchlə çalışır ki... .....                     Babək rayonunda tək sakinlərin yox, ALLAHIN DA EVİ SUSUZ QALIB... .....                     Rəsmi Bakı Güney Azərbaycanla bağlı İsrailə NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ .....                     Neftçi əgər ezamiyyətə çıxarsa... .....                     Dövlət 1 milyard ayırmışdı ki SUSUZ QALMAYAQ... .....                     Tikinti sahəsində tam nəzarətsizlik .....                     Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma... .....                     “Bank of Baku” müştərisini şantaj edir .....                     Bakı-Naxçıvan uçuşlarının dayandırıldığı bildirilir .....                     Meyiti tapılan yeniyetmə Elgünlə eyni məktəbdə oxuyurmuş .....                     “Mikayıl Müşfiqin və Cəfər Cabbarlının ev muzeyi pis vəziyyətdədir, şəxsi imkanım yoxdur ki...” .....                     Qafqazşünaslıq İnstitutunun PULU KƏSİLDİ .....                     70 kq qızılla saxlanılan Məmmədovun həbsi uzadıldı .....                     Diaspora Komitəsinin vəzifəli şəxsi ticarət obyekti inşa etdirib? .....                     “Sabirabad-konserv” ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                 

“Qarabağı aldıq, Bakıda evimizə çıxarış ala bilmirik” - Gürcüstanda problemi iki ilə həll ediblər
Tarix: Bu gün, 10:02 | Çap et

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı, xüsusilə mülkiyyət hüququnu təsdiq edən çıxarış (“kupça”, “əmlak şəhadətnaməsi”) alınması uzun illərdir ki, vətəndaşların ən ağrılı problemlərindən biri olaraq qalır. Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunub, müvafiq fərman və sərəncamlar imzalayıb, lakin bu sənədlərin real nəticələrə çevrilməsi gözlənilən səviyyədə olmayıb.

Prezident İlham Əliyev 2019-cu il fevralın 19-da imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsi və daşınmaz əmlak bazarının inkişafına dair əlavə tədbirlər haqqında” fərmanda daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi və sürətləndirilməsi barədə göstəriş verib. Bundan əvvəl 2009-cu ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən dəyişikliklərlə də bu sahənin tənzimlənməsi məqsəd qoyulmuşdu. 2016-cı ildə isə Nazirlər Kabinetinin qərarı ilə torpaq sahələrinin sənədləşməsi proseduru yüngülləşdirildi. Eyni zamanda 2014-cü ildə imzalanmış “Elektron xidmətlərin təşkili haqqında” fərman daşınmaz əmlakın elektron qaydada qeydiyyatını nəzərdə tuturdu.

Bununla belə, xüsusən Bakıda və Abşeron yarımadasında, eləcə də kənd yerlərində sənədsiz evlərin sayı 500 minə çatır. Prezident 2018-ci ilin sentyabrında qeyd etmişdi ki, əmlak şəhadətnaməsi məsələsi Azərbaycanın sosial-iqtisadi inkişafı üçün kritik əhəmiyyət daşıyır.

Bəs verilən fərman və sərəncamlar niyə əmlak şəhadətnaməsi problemini aradan qaldırmır?

Bu problemin obyektiv və subyektiv səbəbləri var.

Sovet dövründə aparılan torpaq bölgüsü və qeyri-rəsmi tikililər, bələdiyyələrin torpaq əmlakı zamanı dövlət qeydiyyatının aparmaması, köhnə sənədlərin - texniki pasport, qərar, çıxarışların yeni qanunvericiliyə uyğun olmaması, dövlət orqanları arasında məlumat mübadiləsinin zəifliyi obyektiv səbəblər sırasındadır. Azərbaycan vətəndaşının qarşısında dayanan ən əsas problem isə məsul dövlət qurumlarının, vəzifəli şəxslərin bu problemin uzanmasında maraqlı olmasındadır. Rüşvət və bürokratik əngəllər vətəndaşa evi üçün şəhadətnamə almağa, yaşadığı torpağa sahiblənməyə imkan vermir.

2004-cü ilə qədər qonşu Gürcüstanda da belə olub.

Lakin Gürcüstan 2004-cü ildə problemin köklü şəkildə həllinə qərar verib. 2004-cü ildən 2006-cı ilə qədər daşınmaz əmlak qeydiyyatında dərin islahatlar həyata keçirib. Bunun üçün Beynəlxalq Bank və Dünya Bankının texniki yardımı ilə vahid “Daşınmaz Əmlak Agentliyi” yaradılıb. Gürcüstanda istənilən vətəndaş internet üzərindən mülkiyyət sənədinə baxa, cəmi 1-2 gün ərzində əmlak aktı ala bilir. 2012-ci ildən bütünlüklə reyestr elektronlaşdırılıb. Bundan başqa, Gürcüstanda qanunsuz tikililər üçün 2010-cu ildə amnistiya tətbiq olunub. Sənədsiz evlərə dövlət tərəfindən status verilib və qeydiyyata alınıb. Nəticədə hazırda Tiflisdə sənədsiz ev demək olar ki, qalmayıb.

Azərbaycan Respublikasında daşınmaz əmlakın dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun (2004-cü il, 12 fevral) ilə tənzimlənir. Qanunun 4-cü maddəsinə əsasən, daşınmaz əmlakın hüquqi statusu yalnız dövlət qeydiyyatından keçməklə təsdiq edilir. Bu sənəd olmadan, yəni əmlak şəhadətnaməsi alınmadan mülkiyyət hüququ tam təsdiqlənmiş sayılmır.

Azərbaycan qanunvericiliyində faktiki tikili olan, lakin torpaq sahəsinə dair çıxarışı olmayan evlər üçün tam leqallaşdırma proseduru nəzərdə tutulmayıb. Gürcüstanda, elə də Ermənistanda bu problem qanunla tənzimləndiyi halda, Azərbaycanda bu istiqamətdə real hüquqi akt mövcud deyil.

1999-cu ildən sonra bələdiyyələr tərəfindən verilən torpaq sahələrinin çoxu dövlət reyestrində qeydiyyatdan keçirilməyib. Torpaq Məcəlləsi və “Bələdiyyə mülkiyyəti haqqında” Qanuna əsasən, belə torpaq sahələrinin də dövlət qeydiyyatına alınması şərtdir. Amma təcrübədə bu mexanizm işləmir.

2014-cü ildən tətbiq edilən elektron xidmətlərin (https://e-emdk.gov.az) əhatə dairəsi hələlik məhduddur. Xüsusilə Bakıətrafı kəndlərdə yaşayanlar üçün elektron xidmətlər əlçatan deyil. Bu isə hüquqi proseslərin ləngiməsinə səbəb olur.

Bu problemin illərlə həll edilməməsi ipoteka bazarında da canlanma yaranmasını əngəlləyir. “İpoteka haqqında” Qanuna əsasən, yalnız kupçalı evlər ipoteka predmeti ola bilər. Sənədsiz tikililərin bank təminatı kimi qəbul edilməməsi sənədsiz mülk sahibi olan vətəndaşların maliyyə bazarından faktiki kənarda qalmasına gətirib çıxarır. Gürcüstanda isə hətta qeydiyyat prosesi davam edən evlər müvəqqəti ipoteka predmetinə çevrilə bilir.

Gürcüstanla müqayisədə Azərbaycanda qeyri-qanuni tikililərin leqallaşdırılması üçün “torpaq və tikili amnistiyası haqqında” xüsusi qanun mövcud deyil. Halbuki “Əmlak amnistiyası haqqında” ayrıca qanun layihəsi parlamentdə uzun illərdir müzakirəyə çıxarılmır.

“Daşınmaz əmlakın amnistiyası haqqında” qanun layihəsi qəbul edilməklə, problemin həlli mümkündür. Bələdiyyələr tərəfindən verilmiş sənədlərin hüquqi qüvvəsinin bərpası üçün keçid müddəaları müəyyən etməklə də problem bitirmək olar. Gürcüstan modeli ilə uyğun vahid əmlak reyestri orqanı yaradılaraq İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsi də problemin çözülməsi olardı.

Gürcüstanın təcrübəsi göstərir ki, ciddi siyasi iradə, hüquqi amnistiya və tam elektronlaşdırma ilə bu problem 3-5 il ərzində tam aradan qaldırıla bilər. Azərbaycanda isə hüquqi mexanizmlərin yarımçıq olması və texniki gerilik satış şəhadətnaməsi probleminin çözülməsinin qarşısını alır. Qanunvericilikdəki boşluqlar və korrupsiya amili “kupça” probleminin aradan qalxmasına imkan vermir. Bəzi ekspertlərin fikrincə, Gürcüstandakı kimi vahid reyestr orqanının yaradılmaması və amnistiyanın tətbiq edilməməsi əsas maneələrdəndir.

Əgər dövlət Bakıda və Abşeronda sənədsiz evlərə kütləvi amnistiya versə, bu, həm büdcəyə əlavə gəlir gətirər, həm də vətəndaşın hüququnu tanımış olar. Amma prosesin gecikməsi daha çox yerli məmur maraqları ilə bağlıdır. İqtisadi baxımdan bu, bazara dinamika verəcəkdi.

Uzun illərdir ki, Azərbaycanda torpaq və tikili amnistiyası elan edilməsi müzakirə olunur. Lakin bu müzakirələrin real nəticəsi yoxdur.

Azərbaycanda elektron reyestr olsa da, tam şəkildə tətbiq olunmur. Yerli icra strukturlarının səlahiyyətlərindən evi üçün sənəd almaq istəyən vətəndaşdan rüşvət qoparmaq üçün istifadə edirlər. Yerli icra strukturlarının səlahiyyətləri məhdudlaşdırmaqla vahid dövlət agentliyi yaradılmalıdır.

Gürcüstan modeli Azərbaycan üçün nümunə ola bilər.

Bütün bu tədbirlər sözügedən problemi tarixin arxivinə göndərə və vətəndaşların mülkiyyət hüququnu real təmin edə bilər.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ İranı vuracaq: - Təyyarə və gəmiləri SƏFƏRBƏR EDİR
Bu gün, 13:17
İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
Bu gün, 13:15
Qadağa tanımayan “CƏRRAH”LAR: Xəbərdarlığa baxmayaraq fəaliyyətləri DAVAM edir - ARAŞDIRMA
Bu gün, 13:07
Erkan Turan Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə getdi
Bu gün, 13:01
102-ci baza çıxır, 300 min azərbaycanlı yurduna qayıdır... -"Hraparak"
Bu gün, 12:59
“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı
Bu gün, 12:56
Sistanidən İsrailin Xameneini öldürəcəyi xəbərinə REAKSİYA - "Press TV"
Bu gün, 12:49
Naxçıvanda seçkiləri Prezident TƏYİN EDƏCƏK
Bu gün, 12:47
“Rusiya Ukraynada yeni hücuma başlayıb” - ISW
Bu gün, 12:43
Kazinolar turist cəlb etmək üçün mühüm vasitədir - keçmiş deputat BELƏ DEYİR...
Bu gün, 12:41
Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:40
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Bu gün, 12:30
Pedaqoji Kollecdə rəhbərlik ona həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 12:26
Rüşvət almaqda ittiham olunan nazirlik işçisi özünü təqsirli bilmədi - TƏFƏRRÜAT
Bu gün, 12:24
İranda internet tamamilə kəsildi - İSRAİLƏ GÖRƏ...
Bu gün, 12:23
Gürcüstanın İsraildəki səfirliyinin yaxınlığına raket düşüb
Bu gün, 12:17
Adil Vəliyev nəyi vecinə alır ki... - Neft borusunun üstünü də satıb...
Bu gün, 12:16
Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? - “Onsuz da mərc oyunları var”
Bu gün, 12:11
Xanım iş adamının 100 min dolları blogger tərəfindən ələ keçirilib - Cəmi 2 ay evli olublar
Bu gün, 12:08
SEPAH-ın Quru Qoşunlarına yeni komandan təyin edilib - IRNA
Bu gün, 12:06
Kimi sağ çıxdı, kimi yox... - Ölkəyə səs salan qətllər
Bu gün, 11:59
Bakıda binanın damında qanunsuz inşa olunan HOVUZLU OTEL... - FOTOLAR
Bu gün, 11:56
Paşinyan Türkiyəyə niyə gedir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53
"Hafka" villalarını satdı: Kirayədə qalır - BU DA SON...
Bu gün, 11:51
"Niyə şose yola çıxan kimi hamı sürəti artırır?" - ETİRAZ
Bu gün, 11:47
Ermənilər hər vəchlə çalışır ki... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:34
Babək rayonunda tək sakinlərin yox, ALLAHIN DA EVİ SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 11:29
Rəsmi Bakı Güney Azərbaycanla bağlı İsrailə NÖVBƏTİ DƏFƏ MÜRACİƏT ETDİ - BİZ NARAHATIQ...
Bu gün, 11:18
Neftçi əgər ezamiyyətə çıxarsa... - AKTUAL
Bu gün, 11:14
Dövlət 1 milyard ayırmışdı ki SUSUZ QALMAYAQ... - AYIRMAMIŞDI Kİ SİZ YEYƏSİNİZ...
Bu gün, 11:01
Tikinti sahəsində tam nəzarətsizlik - BU FAKTDIR...
Bu gün, 10:56
Elan olunmamış raket savaşının bir həftəsi: İran ağır itkilər verir, amma... - GƏLİŞMƏ
Bu gün, 10:54
“Bank of Baku” müştərisini şantaj edir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:52
Bakı-Naxçıvan uçuşlarının dayandırıldığı bildirilir - Tək Türkiyə yolu qaldı...
Bu gün, 10:48
Meyiti tapılan yeniyetmə Elgünlə eyni məktəbdə oxuyurmuş - İLGİNC NÜANS
Bu gün, 10:47
“Mikayıl Müşfiqin və Cəfər Cabbarlının ev muzeyi pis vəziyyətdədir, şəxsi imkanım yoxdur ki...” - ANAR GİLEYLƏNDİ
Bu gün, 10:41
Qafqazşünaslıq İnstitutunun PULU KƏSİLDİ - QƏRAR
Bu gün, 10:38
70 kq qızılla saxlanılan Məmmədovun həbsi uzadıldı - TƏFƏRRÜAT
Bu gün, 10:36
Diaspora Komitəsinin vəzifəli şəxsi ticarət obyekti inşa etdirib? - FOTOFAKT
Bu gün, 10:34
“Sabirabad-konserv” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:30
Oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi qadının bir gözü kor oldu - GİLEY
Bu gün, 10:26
Yeni parkda gənc rəssamların sərgisi keçirilib
Bu gün, 10:19
Rafael Abdullayevə KİMSƏ SÖZ KEÇİRƏ BİLMİRMİ? - DƏLİXANADIR, VALLH...
Bu gün, 10:17
"Gələn təklifləri təkidlə rədd etmişəm"
Bu gün, 10:07
“Qarabağı aldıq, Bakıda evimizə çıxarış ala bilmirik” - Gürcüstanda problemi iki ilə həll ediblər
Bu gün, 10:02
Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Bu gün, 09:58
Putin Azərbaycandan DANIŞDI - AMMA...
Bu gün, 07:42
"Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:40
"Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" - İTTİHAM VAR...
Bu gün, 07:34
“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTOLAR
Bu gün, 07:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru