Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər .....                     Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... .....                     İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? .....                     İranda xalq DEVRİMƏ QALXARSA... .....                     Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq .....                     Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Daxili savaş gedir, .....                     Bəzi dağlıq ərazilərdə arabir duman olacaq .....                     İranda rejimi hərbi yolla dəyişmək istəyənlər... .....                     İsrail-İran gərginliyi: .....                     Sığorta şirkətinin rəhbərliyinə təyinatlar olub .....                     “Vəziyyət ağırlaşır, bacaranlar Tehranı tərk edir” .....                     Atasını öldürən yeniyetmənin anası və qardaşı da həbs edildi .....                     Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub .....                     Vəhdət Partiyası və Tahir Kərimlidən nümunə götürmək zamanı... .....                     Binəqədidə tikinti anarxiyası .....                     Yeni Klinikanın həkimindən Baş Prokurora şikayət edildi: Araşdırma başlansın! .....                     Paşinyan Karapetyana məxsus elektrik şəbəkələrini milliləşdirmək niyyətindədir .....                     Solovyov yenə Azərbaycana tərəf HÜRDÜ .....                     "Rusiya görür ki, Paşinyana qarşı impiçment prosesi uğursuzluğa düçar olur: .....                     FHN "Azercell"lə anlaşdı .....                     NAZİR TAPŞIRIQ VERDİ: TROLLAR HÜCUMA KEÇDİ... .....                     Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək .....                     Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub .....                     Paşinyan yenə kilsədən yazdı .....                     7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu .....                     Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq .....                     Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək .....                     Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü .....                     “Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? .....                     İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər .....                     Məhkəmə evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar verdi .....                     Baş prokuror Ləmbəranskini işdən çıxardı .....                     “Azərbaycan ikinci cəbhə planlarının fərqindədir” .....                     Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub .....                     Bakıda məşhur uşaq bağçasının mühüm sənədləri yoxa çıxdı .....                     Azərbaycanda terror hücumu həyata keçirə biləcək kəşfiyyatçı qruplar yoxdur: Hazır olmaq lazımdır .....                     “Bakı Toxucu” QSC-nin rəhbərliyi seçiləcək .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib .....                     Söykəndiyi İRAN DAĞI dağılan Paşinyan yenidən Rusiyaya meyllənməkdədir... .....                 

Zəngəzur dəhlizi üçün YENİ ŞANS... - HƏM DƏ...
Tarix: Bu gün, 08:42 | Çap et

İsrail-İran arasında davam edən qarşılıqlı raket zərbələrindən regionda ən çox qorxuya düşən Ermənistandır. Belə ki, erməni mediasında xüsusi panika hiss edilməkdədir. “Yeni Müsavat”ın xəbərinə görə, yazılarda əsas narahatlıq Zəngəzur dəhlizi ətrafında hiss edilir.

Bildirilir ki, İran rəsmilərinin son açıqlamalarında Zəngəzur dəhlizi mövzusunun gündəmdən çıxarıldığına müəyyən ümidlər yaranmışdı, lakin hadisələrin sürətlə inkişafı, xüsusən də İranın İsraillə hərbi münaqişəyə cəlb olunması regionun sabitləşməsi perspektivlərini şübhə altına alır.

“Əvvəllər İran Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhlükə hesab etdiyi Zəngəzur dəhlizi ideyasının irəli sürülməsinin əsas əleyhdarlarından biri olub. İran bu ideyanın həyata keçirilməsinə fəal şəkildə mane olan azsaylı dövlətlərdən biri idi. Lakin İsrailə qarşı hərbi əməliyyatlarda iştirak edən İran Cənubi Qafqazdakı proseslərə, o cümlədən Ermənistanla bağlı məsələlərə təsir etmək imkanını itirir”, - deyə Ermənistanın Yekramas.org saytı təhlilində yazır. O da qeyd edilir ki, hərbi qarşıdurma şəraitində İranın diqqəti daxili və xarici təhdidlərə yönəldiyi bir vaxtda onun Türkiyə və Azərbaycanın təzyiqlərinə tab gətirmək qabiliyyəti də xeyli zəifləyir.

“Bu, Ermənistan tərəfi üçün potensial təhlükələr yaradır. İran-İsrail qarşıdurması ilə yanaşı, Rusiya-Ukrayna münaqişəsi də regiondakı vəziyyətə təsir edən mühüm amil olaraq qalır.

Ənənəvi olaraq Cənubi Qafqaz regionunda təhlükəsizliyin təminatçısı rolunu oynayan Rusiyanın diqqəti də hazırda Ukrayna probleminə yönəlib. Bu vəziyyət Rusiyanın regionda sabitliyi qorumaq imkanlarını zəiflədir və digər oyunçuların bundan istifadə etməyə çalışacaqları təhlükəsizlik boşluğu yarada bilər. Xüsusən də Türkiyə və Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək, regionda fəaliyyətlərini gücləndirə bilərlər" - deyə, həmin analizdə bildirilir. İddia olunur ki, guya yaranmış gərginlikdən istifadə edən Bakı və Ankara Zəngəzur dəhlizinin yaradılmasına çalışa bilər: “Bu da öz növbəsində Ermənistanın vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Bu dəhlizin reallaşması təkcə regionun geosiyasi xəritəsini dəyişməyəcək, həm də mürəkkəb beynəlxalq vəziyyətdə Ermənistanın manevr imkanlarını xeyli azaldacaq. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin milli maraqlara xəyanət etməsi Ermənistanın vəziyyətinə nikbinlik qatmır”.

Təhlükəsizlik üzrə ekspert Georgiy Qobronidze isə “Exo Kavkaza” deyib ki, İranın mövqeləri dərhal deyil, tədricən zəifləyəcək. Xüsusilə də hesab edir ki, bu, İranın Azərbaycanla, İranın Ermənistanla, İranın Gürcüstanla münasibətlərini dəyişəcək. Gürcü analitikin fikrincə, əgər İranın Cənubi Qafqazdakı vəziyyətə daha fəal müdaxilə etmək üçün resursları yoxdursa, bu, o deməkdir ki, Azərbaycanın fəaliyyət üçün daha geniş imkanları var. Sitat: “Azərbaycanın Zəngəzur dəhlizinə iddialar irəli sürməsi hələlik hipotetik olsa da, artıq bütün regionun təhlükəsizliyinə təsir edə bilər”.

Politoloq Sergey Melkonyan isə hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl İranın mövqeyindən narazılığını bildirərək, Zəngəzur dəhlizi adlanan layihənin həyata keçirilməsinə mane olanın Tehran olduğunu bəyan etmişdi. Daha sonra buna cavab olaraq İranın ruhani liderinin ən yaxın məsləhətçilərindən biri Əli Əkbər Vilayəti geniş müsahibəsində demişdi ki, İranın Zəngəzur dəhlizində qəti mövqeyinin əhəmiyyətli təsiri olub. “İran konkret addımlar atdı və buna nail oldu. Amma genişmiqyaslı müharibə başlayarsa, bu imkanlar çox güman ki, xeyli zəifləyəcək”, - Melkonyan yekunlaşdırıb.

Göründüyü kimi, təhlillərdə əsas vurğu Azərbaycanın bölgədə liderelik rolunun daha da artacağı proqnozlaşdırılır.

Bəs səslənən iddialar hazırkı geosiyasi burulğanda nə dərəcədə realdır? İranın müharibəyə sürüklənməsi Zəngəzur dəhlizinin işə düşməsi imkanlarını sürətləndirirmi?

Siyasi analitik Qədir Aslanın sözlərinə görə, İran-İsrail müharibəsi kontekstində beynəlxalq ticarət yolları mövzusu yenidən aktivləşir: “İranın düşdüyü bu vəziyyətdə Zəngəzur dəhlizi ilə bağlı fürsətimiz yaranır. Son dövrlərdə İrana şans verilmişdi ki, Tehran ticarət yollarında güzəştə getsə, ona bəzi imkanlar yaradıla bilər. Ancaq İran rəsmiləri Zəngəzur dəhlizinin əleyhinə bəyanatları dayandırmadı. Biz bilirik ki, bu koridor əslində Orta dəhliz deməkdir. Deməli, Tehran beynəlxalq maraq doğuran bir layihəyə qarşı çıxırdı, təhdid edirdi. Üstəlik, bu dəhlizin İrandan keçməsi absurd olardı. Sanksiya altında olan dövlətə niyə bu imkanı yaratsınlar? Ona görə də məqsəd oradakı rejimi dəyişməkdir. Yəni İran Orta dəhlizlə bağlı belə sərt mövqedə dayanmasaydı, İsrailin əməliyyatı bu dərəcədə güclü olmazdı. Çünki Orta dəhlizə beynəlxalq korporasiyalar nəzarət edəcək”.

Q.Aslan yada salır ki, Şimal-Cənub yolundan isə Rusiya və İran istifadə etməkdədir: “Kim zəmanət verə bilər ki, bir gün İranın, yaxud Rusiyanın raketi gəlib həmin beynəlxalq korporasiyaların daşıdığı yükə düşməyəcək? Odur ki, bu beynəlxalq ticarət yolunun açılması üçün həm də rejimlər dəyişməlidir”. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qısa replika verib: “Müharibə başladı - bu, pis xəbərdir. Zəngəzur mövzusu artıq İran üçün aktuallığını itirib - bu, yaxşı xəbərdir”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025" çərçivəsində keçirilən "Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti" paneli zamanı bu mövzuya toxunub, İrəvana çağırış edib. H.Hacıyevin sözlərinə görə, münaqişənin həll olunduğu bir vaxtda hesab edirik ki, “Şərq-Qərb” nəqliyyat dəhlizinin vacib komponentlərindən biri də ölkədə təhlükəsizlik və sabitliyin hökm sürməsidir: “Bu, həmin dəhlizin tam miqyasda və effektiv fəaliyyəti üçün zəruridir. Biz regionda təhlükəsizliyi və sabitliyi təmin etmişik. Ermənistan regionda aparılan hərtərəfli müzakirələrin və dəhlizlərin tərkib hissəsi ola bilər. Bu, mümkündür. Bizim də təbii ki, Ermənistandan gözləntilərimiz var. 30 ildir Ermənistan Naxçıvanı blokada şəraitində saxlayıb. İndi isə biz onlardan ilk vacib addımı atmasını, yəni Zəngəzur dəhlizi ilə bağlı addım gözləyirik. "Dəhliz" sözü Ermənistandakı həmkarlarımda qıcıq yaradır. Qoy buna nə istəyirlər desinlər. Lakin biz ilk olaraq Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvanla əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın Türkiyəyə səfəri İranla əlaqəli ola bilər - AÇIQLAMA
Bu gün, 12:28
Dünyamalıyevanın gözü DÜNYA MALINDADIRSA... - NARAZILIQ VAR...
Bu gün, 12:24
İsrail İrana qarşı müharibədə niyə ABŞ-a möhtacdır? - AKTUAL
Bu gün, 12:21
İranda xalq DEVRİMƏ QALXARSA... - QAN... QİSAS... VƏ...
Bu gün, 12:19
Xalq bizimlə olsa, heç bir problem ölkəyə təhlükə yaratmayacaq - Məsud Pezeşkian
Bu gün, 12:15
Rövşən Nəbiyev yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Bu gün, 12:13
Daxili savaş gedir, generalların yeri İsrailə ötürülür
Bu gün, 12:11
Bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:07
İranda rejimi hərbi yolla dəyişmək istəyənlər... - Makron xəbərdarlıq etdi
Bu gün, 12:04
İsrail-İran gərginliyi: - Pezeşkian müşavirə keçirdi
Bu gün, 12:03
Sığorta şirkətinin rəhbərliyinə təyinatlar olub - ADLAR...
Bu gün, 11:53
“Vəziyyət ağırlaşır, bacaranlar Tehranı tərk edir” – Əfşar Süleymani
Bu gün, 11:50
Atasını öldürən yeniyetmənin anası və qardaşı da həbs edildi - Balakəndəki dəhşətli qətldə şok detallar
Bu gün, 11:47
Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub - BUNDAN SONRA...
Bu gün, 11:31
Vəhdət Partiyası və Tahir Kərimlidən nümunə götürmək zamanı... - ÇAĞIRIŞ
Bu gün, 11:22
Binəqədidə tikinti anarxiyası – Elxan Allahverdiyevin ÇƏTİRİ ALTINDA...
Bu gün, 11:18
Yeni Klinikanın həkimindən Baş Prokurora şikayət edildi: Araşdırma başlansın! - NARAZILIQ VAR...
Bu gün, 11:15
Paşinyan Karapetyana məxsus elektrik şəbəkələrini milliləşdirmək niyyətindədir - KİV
Bu gün, 11:11
Solovyov yenə Azərbaycana tərəf HÜRDÜ - VİDEO
Bu gün, 11:01
"Rusiya görür ki, Paşinyana qarşı impiçment prosesi uğursuzluğa düçar olur: - kilsənin iştirakı kifayət etmir, odur ki..."
Bu gün, 10:59
FHN "Azercell"lə anlaşdı
Bu gün, 10:58
NAZİR TAPŞIRIQ VERDİ: TROLLAR HÜCUMA KEÇDİ... - NAXÇIVAN YENİDƏN DƏLİXANAYA DÖNÜB!!!
Bu gün, 10:56
Rüstəm Xəlilov 1.1 milyonluq abadlıq işləri həyata keçirəcək
Bu gün, 10:41
Bank “BTB” ASC-də Əməliyyat departamentinə rəhbər təyin olub - DOSYE
Bu gün, 10:33
Paşinyan yenə kilsədən yazdı - Keşişlər əxlaqsızlıq edir
Bu gün, 10:30
7–9-cu siniflər üçün dərslikləri hazırlayacaq şirkət bəlli oldu - TƏFƏRRÜAT
Bu gün, 10:23
Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq - İcazə verin şübhələnək...
Bu gün, 10:20
Azərbaycanda süni torpaq sahələrində kazino oyunları təşkil ediləcək - TƏDARÜK VAR...
Bu gün, 10:00
Müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb öldü
Bu gün, 09:57
“Naxçıvanbank”dakı 1 milyarddan çox pul HARA QEYB OLUB? - İLGİNC İDDİALAR...
Bu gün, 09:55
İrandakı rejimin dəyişməsinə yalnız daxili proseslər təsir göstərə bilər - İsazadə
Bu gün, 09:34
Məhkəmə evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar verdi - DETALLAR
Bu gün, 09:30
Baş prokuror Ləmbəranskini işdən çıxardı - ƏMR
Bu gün, 09:24
“Azərbaycan ikinci cəbhə planlarının fərqindədir” - AKTUAL
Bu gün, 09:22
Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bakıda məşhur uşaq bağçasının mühüm sənədləri yoxa çıxdı
Bu gün, 09:16
Azərbaycanda terror hücumu həyata keçirə biləcək kəşfiyyatçı qruplar yoxdur: Hazır olmaq lazımdır - ÇAĞIRIŞ
Bu gün, 09:15
“Bakı Toxucu” QSC-nin rəhbərliyi seçiləcək
Bu gün, 09:12
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 09:11
Söykəndiyi İRAN DAĞI dağılan Paşinyan yenidən Rusiyaya meyllənməkdədir... - GƏLİŞMƏ
Bu gün, 09:06
Tikinti şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 09:03
Bakı “İbrahim sazişləri”ni imzalamağı təxirə salır - ÇÜNKİ...
Bu gün, 08:54
Xameneyi: Döyüş başlayır - “X”
Bu gün, 08:53
İşəgötürənlər bunu etməyə borcludur... - Ekspert danışır...
Bu gün, 08:49
Araşın oxu İranın özünə girəcək... - BU ŞƏKKSİZDİR...
Bu gün, 08:46
Zəngəzur dəhlizi üçün YENİ ŞANS... - HƏM DƏ...
Bu gün, 08:42
İranla bağlı Ağ Evdə keçirilən qapalı iclas nəticəsiz yekunlaşıb
Bu gün, 08:40
İsrail İran uranın zənginləşdirilməsi üçün istifadə olunan istehsalat obyektlərinə zərbələr endirib - "Times of Israel"
Bu gün, 08:39
Nəcəfli də Talıbovun yolu ilə gedir... - BU DA FAKT!
Bu gün, 08:37
İranda Azərbaycanla bağlı qərar verildi – Minlərlə insan…
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru