İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                 

İcra hakimiyyəti hərbi şəhərciyi satışa çıxarıb - Qəbələdə şok!
Tarix: 21-01-2016, 08:35 | Çap et
İcra hakimiyyəti hərbi şəhərciyi satışa çıxarıb
Qəbələ rayonundan cumhuriyyət.az-ın elektron poçtuna ilginc məlumat daxil olub. Məlumata görə rayonun bütün idarə və müəssisə rəhbərləri keçmiş hərbi şəhərcikdəki mənzilləri inhisara almışlar. Məlumat üçün bildirək ki, sözügedən şəhərcikdə 700- ə yaxın yaşamaq üçün yararlı mənzil var. Qəbələ RLS-in tam şəkildə Azərbaycanın balansına verilməsi ilə rus hərbçilər bu ərazini tərk edib və mənzillər sahibsiz qalıb.

Əslində keçmişdə rus hərbçilərinin yaşadıqları şəhərcik sahibsiz deyil. Bu ərazi Azərbaycan Respublikasının mülkiyyətidir və insanların indiki ağır sosial durumunda bu şəhərcik mənzil ehtiyacı olan yüzlərlə ailəni sevindirə bilər. Amma rayon icra hakimiyyətinin başçısı Səbuhi Məmmədov başda olmaqla onun müavinləri Arif Allahverdiyev və Abil Ağasəfov buradakı mənzilləri idarə müəssisə rəhbərlərinə satıblar. İcra hakimiyyətindəki mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, hər həftə icra hakimiyyətinə onlarla evsiz Qəbələ sakinləri bu şəhərcikdən mənzil almaq üçün müraciət edir, ancaq əli boş geri qayıdırlar. Mənbəmiz mənzillərin satışının aşağıdakı qiymətlərlə həyata keçirildiyini bildirir:

1 otaqlı mənzilin qiyməti 2000 AZN;
2 otaqlı mənzilin qiyməti 3000 AZN;
3 otaqlı mənzilin qiyməti 5000 AZN.

Mənzilləri zəbt edən müdir və digər məmurların bəzilərinin adları və zəbt etdiyi mənzillərin nömrəsi məlumdur. Şəhərcikdə adları və ünvanları cumhuriyyət.az-a məlum olan onlarla məmur var ki, onların da burada bir neçə mənzili var. Həmin məlumatların bir hissəsini də diqqətinizə çatdırırıq:

1. Qəbələ şəhər bələdiyyə sədri Ramin Əliyevin 62-ci binada, 2 və 3-cü mənzillər. Əlavə olaraq səkkiz (8) mənzili də zəbt edərək kirayəyə verdiyi qeyd edilir.
2. Gilan Holdinqin trast (trust) mühafizə şirkətinin rəisi Kənan adlı şəxsin 6 mənzili zəbt edərək kirayəyə verdiyi qeyd edilir.
3. Eldar Dəmirov. Hərbi şəhərciyin mənzil istismarı idarəsinin müdir müavini 62-ci binada, mənzil 22-23 cü mənzillər və əlavə olaraq 3 zəbt olunmuş mənzili kirayəyə verdiyi qeyd edilir.
5. Famil Nurəddinov. 71-ci binada, 62-64 cü mənzillər.
6. Ağayeva Fatima. 71-ci binada, 22-30 cu mənzillər.
7. Rübabə Qasımova. 71-ci binada, 39-cu mənzil və 74 cü binada, 9-cu mənzil.
8. Vüqar Məmmədov. Şəhərcikdə polis əməkdaşı. 74-cü binada, 38-39 cu mənzillər. Əlavə olaraq 3 mənzili zəbt edərək kirayəyə verib.
9. Elnur Nəzirov. Ramiz Bilalovun kürəkəni. 74-cü binada, 53-54 cü mənzillər.
10. Müsəddin Həmidov. 31-ci binada, 10-11 ci mənzillər.
11. Zəminə Sultanova. 31-ci binada, qapı nömrəsi bilinməyən 2 mənzilə sahibdir.
12. Natəvan Dəmirova. ”JEK”-in müdiri Eldar Dəmirovun katibəsi. 73-cü binada, 50-54-cü mənzillər.
13. Ağamurad Muradov. 3 mənzilə sahib olduğunu qeyd edir.
14. Azər Alxasov. 62-ci binada, 2 mənzilə sahibdir.
15. Qəbələ dioqnostikasının müdir müavini Kamil həkim 3 mənzilə sahibləndiyini bildirir.
16. Hərbi dağın müdiri İsmayıl adlı şəxs. 61-ci binada, 2 mənzilə sahibdir.
17. Füzuli Əliyev. Texnika bankın keçmiş filial müdiri. 3 mənzilə sahibdir və mənzilləri kirayəyə verdiyini qeyd edir.

Qəbələ rayonunda məmur özbaşnalığının pik həddə olduğu, insanların bürokratik əngəllərlə hər addım başı qarşılaşdıqları haqqında mütəmadi olaraq dövri mətbuat silsilə yazılar dərc edir. Burada cəzasızlıq mühiti olduğuna görə, istənilən ranqlı məmur öz bildiyini edir. Qəbələ sadə qəbələlilər üçün əsl, üstü açıq həbsxanaya döndərilib. Burada yalnız rayon rəhbərliyinə və nazir Kəmaləddin Heydərova yaxın olan şəxslər yaşaya, firavan həyat sürə bilərlər. Yerdə qalanlar isə sürünməli və hər ötən gün bir az da necə alçaldılmalarına tamaşa etmək məcburiyyətindədirlər.

Yazı dərc olunması üçün hazırlanarkən rayon icra hakimiyyətindəki mənbəmiz yenidən cumhuriyyət. az-a informasiya ötürdü ki, hərbi şəhərcikdə baş verənlər haqda kənara məlumat sızması ilə bağlı rayon rəhbərliyi məlumat alıb.

Buna görə də icra baçısı Səbuhi Məmmədovun göstərişi ilə rayon polisi və prokurorluğu gecə ikən şəhərciyə soxulmuş və burada yaşayan əhalini təhdid edərək hədələmişdilər. Əməlliyata rəhbərlik edən rayon polis rəisinin əməlliyat işləri üzrə müavini Etibar Babayev sakinləri hədələmiş və bildirmişdir ki, burada hər hansı video, foto çəkilişi həyata keçirilib KİV-də dərc olunsa hamınızı dubinkanın altına salacağıq. Görünən budur ki, rayon rəhbərliyi baş verənlərin ictimailəşməsindən bərk narahatdır. Çünki ərazidə olan mənzilləri rayon rəhbərliyi və onlara yaxın şəxslər, hüquq-mühafizə orqanlarının rəhbərləri ya satıblar, ya da ki, zəbt ediblər.

Bu üzdən onlar baş verənlərin zor yoluyla gizli saxlanılmasının tərəfdarıdırlar. Hərbi şəhərcikdə yaşayan, adının çəkilməsini istəməyən sakin qeyd edir ki, son vaxtlar rayon rəhbərliyi və yerli polis əhaliyə qarşı amansız davranışları ilə gündəmdədirlər: "Bu oyunları başımıza icra başçısı Səbuhi Məmmədov açdırır. Bu oyunlardan rayonumuzun deputatı, respublika ağsaqqallar şurasının sədri hörmətli Fəttah Heydərovun da, onun oğlu rayonumuzun qeyri-rəsmi rəhbəri nazir Kəmaləddin Heydərov cənablarının da xəbəri var. Görünür onlar razılıq veriblər ki, başımıza bu oyunlar gətirilir. Fəttah müəllim Qəbələ rayonunu ağsaqqal kimi yola verib, işləri qaydasına qoya bilmirsə bəs onda bu boyda ölkəyə necə ağsaqqallıq edə bilər?Gəlsin də görsün başımıza polis, icra başçısı, prokuror nə oyun açır. Rayon prokuroru Məqsəd Orucov deyir ki, rayondan sirr kənara çıxsa sizin həbsinizə qərar verəcəm. Niyə? Ona görə ki, şəhərcikdə bir neçə mənzili də o zəbt edib. Biz uzun illər hərbi hissə burada fəaliyyətə başlayandan bu günədək burada məskunlaşmışıq, işləmişik. İndi bizi buradan çıxarırlar ki, evlər dövlətindir. Bəs dövlətindirsə onda sizlər niyə hərənizə 5-10 ev zəbt edirsiniz? Bütün qohum-əqrabanıza, kürəkənlərinizə ev tutmusunuz. Bizi hara qovursunuz? Rayon rəhbərliyi bizim beynimizi paslı dəmirlə qurdalayır ki, biz də hökumətə, qarşı etiraza qalxaq. Qəbələ camaatı həmişə dövlətə bağlı olan camaat olub. İndi bizi qəsdən hökumətimizdən, prezidentimizdən narazı salırlar. Prezident İlham Əliyevdən xahiş edirik ki, Qəbələ məmurlarına, polisinə tərbiyə verilməsinə, əxlaq öyrədilməsinə sərəncam versin.

Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxsləri dinləyib, fikilərini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru