Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                 

“İcra başçı elə davrandı, anama elə sözlər dedi ki...” - NARAZILIQ VAR...
Tarix: 1-11-2023, 08:12 | Çap et
“İcra başçı elə davrandı, anama elə sözlər dedi ki...”
Ağdam sakini Cəsarət Məmmədov təqsiri olmadığı halda, işdən çıxarıldığını deyir. Onun sözlərinə görə, bu haqsızlığın cəzasını özü ilə yanaşı, 10 və 17 yaşlarında görmə və hərəkət məhdudiyyətli iki əlil övladı da çəkmək məcburiyyətində qalıb.

“Uşaqlarımın üzünə baxa bilmirəm. Belə insafsızlıq olar?!”, – Ağdamın Quzanlı qəsəbəsində yaşayan Cəsarət Məmmədov Meydan TV-yə danışır.

“Rüşvətə etiraza görə adamı həbs eləyirlər ki, “səs-küy salırsan””

45 yaşlı Cəsarət Məmmədov “Azərsu” ASC-nin 5 nömrəli Regional Su-kanal İdarəsinin tabeliyindəki Ağdam su-kanal sahəsində sürücü işləyib. O, 2021-ci ilin dekabrında işdən çıxarılıb. Əmək Məcəlləsinin 70 (ç) maddəsilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla müqaviləyə xitam verilib.

Amma Cəsarət Məmmədov bununla razılaşmır:

“Həmin dövrdə atam vəfat eləmişdi. Yas üçün pul lazım idi deyə, atamın köhnə bir maşını vardı, onu satmaq istəyirdim. Onu adıma keçirmək üçün dekabr ayında iş yerində müdirimiz Zamin Əliyevdən şifahi şəkildə icazə alıb, Ağcabədiyə getdim. Çünki regional qeydiyyat idarəsi orada yerləşir. Orada məndən böyük məbləğdə rüşvət istədilər. Buna etiraz eləyəndə polislərdi deyə, tutub məni apardılar. Guya səs-küy salmışam. Bu əsasla da mənə 8 sutka cəza verdilər. Təsəvvür edin, rüşvətə etiraza görə adamı həbs eləyirlər ki, səs-küy salırsan. Nə isə, oradan çıxıb işə gələndə məni məcbur elədilər ki, işdən çıxmaq barədə ərizəmi yazım. Dedim, axı 8 gün işə gəlməməyim üzrsüz səbəbdən olmayıb? Ora gedəndə də icazə almışdım. Heç olmasa, töhmət verin. Baxmadılar, işdən çıxardılar…”.

“Nə vaxtdır imkansızlıqdan uşaqların müalicəsini saxlamışıq”

O, 5 nömrəli Regional Su-kanal İdarəsinə qarşı işəbərpa tələbilə məhkəmədə iddia qaldırıb. Ağcabədi Rayon Məhkəməsinin hakimi Rəşad Nuriyev onun iddiasını təmin etməyib. Şirvan Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə isə müraciət etmə müddətini ötürdüyünə görə onun şikayətinə baxmayıb:

“Əvvəl məni hədələyirdilər ki, Regional İdarənin rəisi Zahid müəllimin yaxın qohumu DTX-da işləyir, sənin başına oyun açacaq. Sonra müxtəlif orqanlara şikayətlər elədim. Regionalın rəhbəri məni çağırdı ki, “get, sakit otur, səni bərpa edəcəyik”. Vaxt keçdi, eləmədilər. Mən də bilmirəm ki, Ali Məhkəməyə şikayət vermək üçün müddət var. Sən demə, məni aldadıb, başımı qatırlar”.

Məhkəmədə Su-kanal İdarəsinin hüquqşünası iddia edib ki, məsələ təkcə 8 sutkalıq həbs deyil, Cəsarət Məmmədov ümumiyyətlə, işinə səhlənkar və məsuliyyətsiz yanaşırdı.

Lakin Cəsarət Məmmədov ünvanına səslənən ittihamla razılaşmır:

“Guya mən idarənin maşınını dəfələrlə içkili idarə eləmişəm, buna görə məni polis saxlayıb. Araşdırsınlar, görsünlər ki, mənə maşını içkili idarə etməyə görə protokol yazılıb? Mənə o maşınla 3 dəfə 10 manatlıq protokol yazılıb, o da sürət həddini az keçib, radara düşdüyümə görə. Yazıblar ki, guya dekabrın 11-də mən iş yerinin maşınıyla avtomobili öz adıma keçirməyə getmişəm. Halbuki, ayın 11-də mən polis idarəsində təcridxanada olmuşam. Bunlar vəzifədən ötrü ki əlil uşağın haqqına girib, necə yalan danışırlar? Fikirləşmirlər ki, bizim yalanlarımız nəticəsində o uşaqlar nə vəziyyətdədir. Uşaqlara verilən pensiya heç yeməklərinə çatmır. Nə vaxtdır uşaqların müalicəsini saxlamışıq, onlara iynə-dərman eləyə bilmirik imkansızlıqdan. Anamın pensiyası da kreditlərə gedir. Elə ağır vəziyyətdəyik ki, deyiləsi deyil…”.

“İnsan təhqiri həzm eləyə bilmir, ona görə intihara əl atdım”

O iddia edir ki, su-kanal sahəsindəki işini başqasına satıblar və bundan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun da xəbəri var. Cəsarət Məmmədovun sözlərinə görə, təxminən 2 ay əvvəl ailə üzvlərilə birlikdə icra başçısının yanına gedib, ağır vəziyyətdə olduqlarını ona izah etməyə çalışıblar:

“Elə davrandı, anama elə söz dedi ki, sentyabrın 6-da icra hakimiyyətindən qayıdandan sonra intihara cəhd elədim. Özümü asmışdım. İnsan təhqiri həzm eləyə bilmir. Məni təcili yardım vasitəsilə Ağdam xəstəxanasına aparıb, orada xilas elədilər. Ona görə intihara əl atdım. Xəstəxanada izahat alanda da dedim ki, icra başçısına görə olub. Sonra evə gəlib anamdan, yoldaşımdan izahat almışdılar. Bizə dedilər ki, prokurorluqda araşdırma gedir. Hələ ki, nəticə yoxdur”.

İcra hakimiyyətinin vəzifəliləri cavab vermir, Su-kanal idarəsi isə qərarın əsaslı olduğunu iddia edir

Cəsarət Məmmədovun icra hakimiyyətində baş verənlərlə bağlı dediklərinə qarşı tərəfin münasibətini öyrənmək mümkün olmayıb. Çünki Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, o cümlədən icra başçısının özü və köməkçisi, müavinləri, vətəndaşların müciətlərilə iş şöbəsi və s. Meydan TV-nin zənglərinə cavab verməyib.

5 nömrəli Regional Su-kanal İdarəsinin məktubunda isə iddia olunur ki, Cəsarət Məmmədovun işdən çıxarılması üçün yetərincə əsaslar var:

“Cəsarət Məmmədov 11 dekabr 2021-ci ildə idarə etdiyi “Ford Carqo” markalı su maşını ilə adına avtomobil sənədləşdirmək məqsədilə Daxili İşlər Nazirliyinin Ağcabədi Regional Qeydiyyat İdarəsində olarkən orada münaqişə yaradıb. Orada polis nəfərini təhqir etdiyi üçün 8 sutka həbs olunub. Dəfələrlə bu və başqa xarakterli əmək vəzifəsinin pozulması hallarına yol verib. Buna görə də Əmək Məcəlləsinin 70 ç maddəsilə əmək müqaviləsinə xitam verilib”.
//Meydan TV//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru