AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib .....                     Hacıyevin Praqa səfərinin pərdəarxası .....                     İran vuruldu, Ermənistan da hazırlıq görməlidir .....                     "Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı .....                     Fidan İsrailin İrana zərbələri ətrafındakı vəziyyəti Lavrovla müzakirə edib .....                     Bu, qurtuluş savaşıdır, qalib gələcəyik .....                     Pekin İranın yanındadır: .....                     Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı .....                     Tehran Universitetində imtahanlar təxirə salındı .....                     İran ballistik raketlərin sayını 8 minə çatdıracaq .....                     Azərbaycanda prokuror müavini vəfat etdi .....                     Azərbaycanın bu rayonları təhlükədə .....                     İsrail–İran toqquşması: Hansı tərəf üstündür? .....                     Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı .....                     Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR .....                     "Bu hərəkətə dözə bilmirəm" .....                     "İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" .....                     İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür .....                     ABŞ-dən İrandaklı amerikalılara müraciət .....                     Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz .....                     İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib .....                     "Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" .....                     Azərbaycanın sülhə nail olmaq istəyini görürük .....                     İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır .....                     İran İsrailə qarşı kütləvi hücum planlaşdırır .....                     Netanyahunun oğlunun toyu təxirə salındı .....                     İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir .....                     Bu gün Bakının 550 küçəsi yuyulub .....                     İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: .....                     Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? .....                     İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib .....                     Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini .....                     İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib .....                     İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib .....                     Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var .....                     İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı .....                     AZAL-ın bir sıra reysləri ləğv edilib .....                     “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” .....                     Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir .....                     Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır .....                 

“Memarlıq Şəhərciyi 2021 MMC” sakinləri BOĞAZA YIĞIB... - Prezidentə müraciət olundu
Tarix: 25-10-2023, 08:29 | Çap et
“Memarlıq Şəhərciyi 2021 MMC” sakinləri BOĞAZA YIĞIB...
DİA.AZ bildirir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi 12 ünvandakı ikimərtəbəli binanın 6-cı mənzilində yaşayan Mir Yəhya Yusifli Mir Baba oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Sizə bildirirəm ki, mən Mir Yəhya Yusifli Mir Baba oğlu 1990-cı ildən bəri Bakıxanov qəsəbəsinin Aşıq Alı küçəsi 12 ünvandakı ikimərtəbəli binanın 6-cı mənzilində yaşayıram.

Mən yaşadığım məhəllədə 5 ikimərtəbəli bina var. Bu binalar 1959-cu ildə neftçi ailələri üçün məhz elə neftçilərin özləri tərəfindən tikilmişdir. Elə buna görə də həmin binalar bu gün də öz möhkəmliyini və davamlılığını qoruyub saxlamışdır.

Nəzərinizə çatdırıram ki, 4-5 il bundan öncə bu binaları söküb, yerində çoxmənzilli binalar tikmək istəyən bir neçə şirkət gəlib mənzillərimizi ölçüb getmişlər. Sonuncudan başqa, qalan şirkətlər həyətdə olan yardımçı təsərrüfat tikilisini mənzilin ayrılmaz hissəsi kimi qeydə alaraq, buna da 50 % olmaqla mənzil sahəsi hesablanıb veriləcəyini bildirmişlər.

Bir il olar ki, “Memarlıq Şəhərciyi 2021 MMC” şirkətinin əməkdaşları gəlib yenidən sakinlərin mənzillərini ölçdülər. Lakin bu zaman həyətdəki yardımçı təsərrüfat tikilisini, eləcə də evin girişindəki yay eyvanını ölçmədilər və qeydə də almadılar. Bundan başqa, onlar mənə bildirdilər ki, mətbəxin, dəhlizin və sanitar qovşağının sahəsini 50 % olaraq hesablayacaqlar. Hansı ki, onlar mənzilin ayrılmaz hissəsi olmaqla daxili sxemə aiddir və mətbəxin qapısı mənzilin içərisindəki dəhlizə açılır və ümumi mənzil vahid bir tavan altındadır. Təbii ki, buna görə də mən onlarla razılaşmadım.

Qeyd edim ki, digər sakinlərin də mənzilləri ölçülərkən bir çox ədalətsiz yanaşmalara yol verilirdi. Bütün bunlar da sakinlərin böyük narazılığna səbəb olmuşdur.

Nəzərinizə çatdırım ki, 1993-cü ildə Ali Məclis tərəfindən qəbul olunmuş qanuna əsasən, mənzillərin küçəyə baxmayan artırmaları mənzilin ümumi tərkibiniə aid edilən sahə kimi hesablanır.

Nəhayət, bir neçə ay öncə həmin şirkət düz bizim binanın qabağında özünə ofis qurduqdan sonra sakinləri ora dəvət edərək, mənimlə də söhbət etdilər. Bu zaman onlar yenə də mənə bildirdilər ki, mətbəxin, dəhlizin və sanitar qovşağın sahəsini 50 % olaraq hesablayacaqlar, hansı ki, onlar mənzilin daxilində olmaqla, mətbəxin qapısı mənzilin içərisindəki dəhlizə açılır və o mənzillə birlikdə vahid bir tavan altındadır. Təbii ki, mən də onlarla razılaşa bilməzdim.

Bildirmək istəyirəm ki, mən bura köçəndən sonra mənzildə hər hansı əlavə tikinti aparmamışam və yalnız evimi rahatlığımıza və imkanıma uyğun əsaslı təmir etmişəm.

Bundan iki gün sonra həmin “Memarlıq Şəhərciyi 2021 MMC” şirkətindən mənə məktub gəldi (məktub yazıya əlavə edilir). Mən bir daha onların hüzuruna getdim. Orada çalışan qızlar bildirdilər ki, “20 dəqiqə gözləyin, şirkət rəhbərliyi gəlib sizinlə söhbət edərlər”. Gözlədim, lakin heç kim gəlmədi. Mən ofis işçilərinə bildirdim ki, mənə göndərdiyiniz məktubda yazılanlar əsassızdır, bizim bina heç də qəzalı vəziyyətdə deyil. Əgər belə olsaydı, Fövqəladə Hallar Nazirliyinin yoxlama qurumları bura gəmiş olardı, binada yoxlama aparardı, nəticələri barədə bizə də məlumat verərdi. Əgər qəzalı olmuş olsaydı, ya bizi buradan köçürər, ya da dövlət dərhal başqa təxirəsalımaz tədbirlər görərdi.

Bundan sonra mən onlara bildirdim ki, həqiqi qəzalı binalar bizim məhəllədən 50 metr aralıda olan taxtadan tikilmiş binalardır. Həmin binaların sakinləri də səbrsizliklə evlərinin sökülməsini ğözləyirlər. Yaxşı olar ki, əvvəlcə həmin binaları (2 mərtəbəli 3 taxta binanı) söküb, yerində yeni çoxmənzilli bina tiksinlər və sökülən binaların, eləcə də bizim binaların sakinlərinə də oradan mənzil verdikdən sonra bütün məhəlləni söksünlər.

Mənzil sahiblərinin əksəriyyəti ahıl yaşda olan insanlarıq. Mən də bu ahıl yaşımda öz evimdə rahat yaşamaq istəyirəm, kirayə evdə ölmək istəmirəm. Yeri gəlmişkən qeyd edim ki, yaxın dostum olan bir qohumum da tikinti şirkətindən mənzil gözləyərkən kirayə qaldığı evdə rəhmətə getdi.

Əlavə olaraq diqqətə çatdırmaq istəyirəm ki, mənzil tikinti şirkətləri bir çox hallarda İcra strukturları - BŞİH və s. dövlət qurumların adından çıxış edir, onlardan mandat aldıqlarını bildirərək qanunsuz və ədalətsiz davranışlarının üstünü ört-basdır etməyə çalışırlar ki, bu da vətəndaşların ciddi narazılığına səbəb olur. Son vaxtlar belə hallarla tez-tez rastlaşırıq. Vətəndaşla hakimiyyətin həmrəyliyinə daha çox zərurət olduğu indiki tarixi məqamda bu kimi halların qarşısını almağa təşəbbüs etməyən və ya bunu istəməyən qurumların yönəticilərinin davranışlarını başa düşmək çox çətindir. Onların əsas məqsədi bəlli deyil - şəhərimizi daha da müasirləşdirmək, abadlaşdırmaq, yoxsa vətəndaşların narazılığını artırmaq?

Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, hazırda yaşadığımız mənzilin sahəsinə adekvat olan mənzil sahəsi ilə təmin oluna bilməyimiz üçün sakinlər adından bizə dəstək olmağınızı Sizdən xahiş edirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
Dünən, 21:20
Hacıyevin Praqa səfərinin pərdəarxası – “Zəngəzurdan keçib Türkiyəyə doğru…”
Dünən, 17:17
İran vuruldu, Ermənistan da hazırlıq görməlidir – Petrosyan təşvişə düşdü
Dünən, 17:14
"Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:09
Fidan İsrailin İrana zərbələri ətrafındakı vəziyyəti Lavrovla müzakirə edib - TASS
Dünən, 17:03
Bu, qurtuluş savaşıdır, qalib gələcəyik - Netanyahu
Dünən, 17:02
Pekin İranın yanındadır: - İsrailə qarşı kəşfiyyat müharibəsi başlayır?
Dünən, 17:00
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı - MƏQALƏ
Dünən, 12:24
Tehran Universitetində imtahanlar təxirə salındı
Dünən, 10:16
İran ballistik raketlərin sayını 8 minə çatdıracaq - Kəşfiyyat
Dünən, 09:50
Azərbaycanda prokuror müavini vəfat etdi
Dünən, 09:48
Azərbaycanın bu rayonları təhlükədə – “Görünməz düşmən” hücuma keçə bilər
Dünən, 09:46
İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov
Dünən, 09:42
Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı - GƏLİŞMƏ
Dünən, 07:04
Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR - BU NƏDİ BELƏ?
Dünən, 07:03
"Bu hərəkətə dözə bilmirəm" - Xalq artisti
Dünən, 06:45
"İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" - deputat
Dünən, 06:39
İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür - TƏFƏRRÜAT
Dünən, 06:37
ABŞ-dən İrandaklı amerikalılara müraciət - Azərbaycanla sərhəddən keçib gəlin
Dünən, 06:34
Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz – İsrail niyə bu qədər güclüdür?
Dünən, 06:29
İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib - “Axios”
Dünən, 06:20
"Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" - ANIM
Dünən, 00:56
Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
14-06-2025, 23:21
İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır - TƏFƏRRÜAT
14-06-2025, 23:15
İran İsrailə qarşı kütləvi hücum planlaşdırır - IRIB
14-06-2025, 23:13
Netanyahunun oğlunun toyu təxirə salındı
14-06-2025, 18:04
İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
14-06-2025, 18:01
Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
14-06-2025, 17:17
İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
14-06-2025, 17:11
Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
14-06-2025, 17:05
İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib - Bu vurhavurda da DİNC DAYANMIRLAR...
14-06-2025, 16:57
Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini - BU ŞİRKƏT UDDU
14-06-2025, 16:43
İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
14-06-2025, 16:34
İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
14-06-2025, 16:32
Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var - Azərbaycan Prezidentinin köməkçisi
14-06-2025, 16:29
İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
14-06-2025, 16:18
AZAL-ın bir sıra reysləri ləğv edilib - DİQQƏT!
14-06-2025, 16:17
“Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” - deputat
14-06-2025, 13:45
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
14-06-2025, 13:41
Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Prezidentin köməkçisi
14-06-2025, 13:14
İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”
14-06-2025, 13:08
Maliyyə Nazirliyində yeni təyinat olub - BUNDAN SONRA...
14-06-2025, 13:04
İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
14-06-2025, 13:02
"III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” - Ərəstun Oruclu ŞƏRH EDİR
14-06-2025, 12:56
“Nur” çörəyin içindən polietilen paket çıxdı - VİDEO
14-06-2025, 12:52
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
14-06-2025, 12:48
“Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi – Hacıyevdən kritik mesaj
14-06-2025, 12:43
SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək - Tehran YENƏ HƏDƏLƏDİ
14-06-2025, 12:37
“Sevimli dad” və “MilkPro” brendləri satılıb - DETALLAR
14-06-2025, 12:28
Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb - “Polsat News”
14-06-2025, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru