Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                 

ETSN Oğuzdakı YAŞIL SOYQIRIMI nədən ört-basdır edir? - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 13-01-2023, 09:21 | Çap et
ETSN Oğuzdakı YAŞIL SOYQIRIMI nədən ört-basdır edir?
"Meşədəki irigövdəli, sağlam ağacları kəsib taxta sexlərinə daşıyırlar. Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də gəlib, əraziyə baxış keçirdilər. Amma bizim müraciətimiz nəticəsiz qaldı, guya, ağacların kəsilməsi faktı təsdiqlənmədi”.

Bunu Meydan TV-yə Oğuz rayonun Tayıflı kənd sakinləri bildiriblər.

Sakinlərin sözlərinə görə, kəndin ətrafındakı meşələrinin qorunmasına cavabdeh şəxslər məsələni ört-basdır etməyə çalışırlar.

"Biz sakinlər meşələrimizi "delimka” adı altında ən sağlam və yekə ağalarının "Drujba” alətilə qırdırılmasının təşkilatçılarının kim olduğunu da bilirik. Həmin şəxslərdən biri laçınlıdır, Oğuzda özünə dörd ev tikdirib. Həmin şəxsin qohumu meşəbəyidir, digər qohumu nazirlikdə çalışır. Meşədəki qırılan ağacların hansı avtomobillə daşındığının da şahidi olmuşuq”, – sakinlərdən biri deyib.

Şikayətçilər deyirlər ki, kəsilən ağacları xəstə və ya qurumuş kimi qeydə alınır: "Ağacları taxta sexlərinə aparıb alma, pomidor, xurma yığmaq üçün taxta yeşiklər düzəldirlər. Biz Tayıflı meşəsinin meşəbəyindən ağacların kəsilib daşınmasına qarşı tədbir görməsini istədik. Cavab verdi ki, onun qarışa biləcəyi məsələ deyil. Meşəbəyinin etiraf videosu müraciət etdiyimiz dövlət qurumlarına göndərilib”.

Sakinlər ağacların kəsilməsinin araşdırılması üçün Prezident İlham Əliyevə müraciət ediblər.

Tayıflı kənd icra nümayəndəsi Sahib Balakişiyev Meydan TV-yə bildirib ki, meşədə ağac kəsilməsi ilə bağlı məlumatlı deyil.

"Ecofront” təşkilatının əməkdaşı Kənan Xəlilzadə isə bildirib ki, sakinlər məsələ ilə bağlı onlara da müraciət ediblər.

"Oğuz rayonu, Tayıflı kəndi yaxınlığında meşədə bir neçə gün əvvəl iri diametrli, təxmini diametri 1.80 sm olan 50- yə yaxın və orta diametrli onlarla ağac kəsilib. Bununla bağlı sakinlərin müraciətini əks etdirən videogörüntü də var. Baxmayaraq ki, nazirlik sakinlər tərəfindən müraciət edilmədiyini sübut etməyə çalışır”,- K.Xəlilzadə deyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında isə deylir ki, Oğuz rayonu Tayıflı kəndinin ətrafındakı meşələrdə ağacların kütləvi şəkildə kəsilərək ağac emalı sexlərinə daşınması barədə yayılmış məlumatlarla bağlı bayram günlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı sözügedən məlumatda adları şikayətçi kimi çəkilən vətəndaşların müraciətdən xəbərsiz olduğu müəyyən edilib: "Oğuz rayonu Tayıflı kənd sakinləri Şirinov Tapdıq Zahid oğlu, Dursunov Mürvət Seyid oğlu və Xəlilov İlham Nəcməddin oğlu Oğuz Rayon İcra Hakimiyyəti başçısının Tayıflı İƏD üzrə nümayəndəliyində yazılı izahat verərək müraciətdə adlarının qeyd olunmasına baxmayaraq, həmin müraciətin yazılmasından xəbərsiz olduqlarını bildiriblər. Lakin buna baxmayaraq, Oğuz rayonu Tayıflı kənd ətrafında yerləşən meşə dolaylarına yerində baxış keçirilərkən ağacların kütləvi şəkildə kəsilməsi və ağac emalı sexlərinə daşınması halları qeydə alınmayıb”.

Yanvarın 11-də "Ecofront” təşkilatı meşələrdə ağacların kəsilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunub ki, son illər meşələrdə kommersiya məqsədi ilə işlik material tədarükü üçün ağacların kütləvi kəsilməsi təşkilatı ciddi narahat edir: "Bu məqsədlə ən sayseçmə, düz, hündür, irigövdəli ağaclar seçilib kəsilir. Ən narahatedici məqam isə odur ki, bu dağıdıcı fəaliyyətlər artıq birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyin verdiyi qərarlarla icra edilir.

Cənab Prezident, xahiş edirik meşələrimizdə işlik material tədarükünü qadağan edəsiniz. Meşə təsərrüfatında tədarük edilən və qanunsuz fəaliyyətlərdən müsadirə edilən oduncağın hamısının yalnızca qazlaşdırılmamış yaşayış məntəqələrinin və müəssisələrin yanacaq odun tələbatının qarşılanmasına ayrılmağına göstəriş verəsiniz”.

Müraciətdə daha sonra vurğulanır ki, qanuni işlik material tədarükü zamanı büdcəyə çox cuzi ödənişlər edilir. Çünki qiymətlər 2004-cü ildən bəri dəyişməyib və real bazar qiymətlərindən 10 dəfəyə yaxın ucuzdur: "Bu vəziyyət cuzi rəsmi ödəniş qarşılığında sahibkarlara bu tədarükə çıxış imkanı yaradan məmurlar üçün korrupsiya mühiti yaratmaqla yanaşı, digər qanunsuz fəaliyyətlərlə mübarizə aparmağı da praktik olaraq mümkünsüz edir. Kiçik bir miqdar qanuni işlik material alışı edən sahibkar davamlı olaraq qanunsuz fəaliyyətini bu alış sənədi ilə əsaslandırır”.

Təşkilat xatırladır ki, Azərbaycanda meşə örtüyü əksər ölkələrlə müqayisədə çox azdır. Az meşə örtüyünün böyük bir hissəsi isə uzun illər antropogen təzyiq altında deqradasiyaya uğrayıb.

"Bizim məhdud meşələrin torpaqqoruyucu, suqoruyucu, biomüxtəlifliyin qorunması funkisyaları onun sənaye potensialından daha vacibdir. Bizim meşələrin sənaye potensialı çox məhduddur. Əksər meşələrimiz erroziyaya meylli sərt yamaclarda qalıb. Buna görə də bütün qırmaların yükü düzən və az meylli məhdud meşələrə düşür. Bu meşələr isə ətraf kəndlərin otarma fəaliyyətinin təzyiqi altındadır. Bu meşələrdə böyük ağaclar kəsildikdə otarmanın təzyiqi altında meşə özünü bərpa edə bilmir, daha sürətlə deqradasiyaya uğrayır”, – müraciət müəllifləri qeyd edib.

Təşkilat qeyd edir ki, sovetlər dövründən qalan, ən böyük ərazisi və nəhəng meşələri olan Rusiyanın Meşə Məcəlləsinin tərcüməsi ilə tərtib edilmiş qanun ilə meşələri idarə etmək, ona ancaq oduncaq, material kimi yanaşmaq dayanıqlı yanaşma hesab edilə bilməz: "Tədarük edilən işlik materialın əksəriyyəti meyvə-tərəvəz ixracı üçün bir istifadəlik taxta yeşiklərin hazırlanmasına istiqamətlənir. Meşələrimizin ən gözəl ağaclarının yeşik istehsalı üçün məhv edilməsi və buna qanuni don geyindirilməsi qəbuledilməzdir. Bu fəaliyyətlər bəzən o qədər barbarcasına həyata keçirilir ki, işlik materiala yaramayan oduncaq meşədə tərk edilir, odun tədarükü üçün də istifadə edilmir. Qazlaşdırılmamış kəndlərdə insanlar yetərincə yanacaq odun əldə edə bilmədiyi müddətdə bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi işlik material ticarəti ilə məşğuldur”.

Təşkilat hesab edir ki, bu yanaşmanın qarşısında Azərbaycanda sağlam meşə qala bilməz: "Qırma sahələrinin və normalarının ayrılmasına qərar verən və nəzarət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun əsas qərarverici şəxsi cənab nazir Muxtar Babayevin ekoloji həssasiyyətinə və şəffaflığına bizim heç bir güvənimiz yoxdur. Buna səbəb cənab nazirin rəsmi qərarları ilə bu günə qədər baş verən dağıdıcı fəaliyyətlərdir. Bu səbəbdən biz sizə müraciət etmək zərurətinin yarandığını düşündük. Cənab Prezident, ümid edirik xahişimizi nəzərə alacaqsınız və Azərbaycanda meşələrin kommersiya məqsədi ilə qırılmasına birdəfəlik son qoyulacaq”.
//Meydan TV//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru