Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                 

Xəzər Dəniz Gəmiçiliyi rəhbərindən Prezidentə ŞOK ŞİKAYƏT - “Haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin”
Tarix: 7-04-2021, 08:59 | Çap et
Xəzər Dəniz Gəmiçiliyi rəhbərindən Prezidentə ŞOK ŞİKAYƏT
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin neft daşıyan gəmilərinin (tankerlər) bir qrup işçisi Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Surəti “Təzadlar” qəzetinə göndərilən müraciət-şikayətdə QSC-də baş verən və kimsənin belə təsəvvür edə bilmədiyi problemlərdən bəhs olunur. Aşağıda həmin müraciəti və əlavə olunmuş fotosübutları təqdim edirik və şikayətçilərin xahişi ilə (məktubda belə yazıblar) KİV-də işıqlandırıldığından imzalarını hələ ki təqdim etmirik:
Hörmətli cənab Prezident!
Bildiririk ki, Sizin 2021-ci il 11 fevral tarixli sərəncamınıza əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası təsis edilmişdir. Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovdur. Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları hazırda Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasının tranzit yükdaşımalarının həyata keçirilməsində xüsusi əhəmiyyətini daha da artırır. Eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin və beynəlxalq yük daşınmalarının həyata keçirilməsində vacib rol oynayır. Biz dənizçilər-gəminin matros və kapitanları bununla fəxr edirik. Lakin bizim iş və social şəraitimiz, əmək haqlarımız... ölkə iqtisadiyyatı qarşısında göstərdiyimiz misilsiz xidmətlərə qətiyyən uyğun gəlmir. Dəfələrlə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevə müraciətlərimiz olub ki, mövcud problemlərin aradan qaldırılmasına nail olunsun. Amma heç bir xeyri olmayıb. Həmin problemlər isə bunlardan ibarətdir: Beynəlxalq Dəniz Təşkilatının (İMO) tövsiyyələri və beynəlxalq qanunlara görə biz dənizçilərə maaşdan əlavə sutkalıq əlavələr də verilməlidir. Yəni, nə qədər ki, sahilə çıxmırıq, sudayıq, bu əlavələr ödənilməlidir. Biz isə qonşu Xəzəryanı ölkələrdən, o cümlədən Qazaxıstandan, Türkmənistandan, Rusiyadan nefti gətirib boşaldırıq, bəzən günlərlə sahilə çıxmırıq. Digər yük gəlincə Türkanda reyddə qalmalı oluruq. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərliyi isə təzə qayda çıxarıb ki, ayda yalnız 5 gün sutkalıq pulu verilsin. Qalanını isə vermirlər. Azərbaycan büdcəsinə yüz milyonları gətirən biz dənizçilərə bu cür münasibət nə dərəcədə ədalətlidir?
Cənab Prezident!
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmilərində matrosun maaşı 400 manatdır, matorçunun maaşı isə vur-tut 500 manat. Bu maaşdan isə bəhanə edib “Yaşat” Fonduna məcburi pul tuturlar. Hansı ki, QSC-nin hesabında milyonlarla sərbəst vəsait var. Lazımsız yerlərə milyonları silməkdənsə, bu Fonda pul köçürə bilərlər. “Sutka” pulu isə günə 15 dollar olmalıdır, onun isə 5 gününü verirlər, qalanını saxlayırlar. vermirlər. Gəmilər, tankerlər (13 min tonluq yük götürənlər) təxminən 15-dir, 5 min tonluq yük daşıyanlar isə təxminən 5-6, bərələr təxminən 10-12, quru yük gəmiləri isə daha çoxdur. Heç birinə sutkalıq pul vermirlər. Əvvələr verirdilər, sabiq rəis Aydın Bəşirovun vaxtında. Yəni, bu Beynəlxalq Dəniz Təşkilatının (İMO-nun) qərarıdır. Azərbaycan da İMO-nun üzvüdür.
Ən dəhşətlisi budur ki, bu qədər əziyyətlərə qatlaşan biz dənizçilərə verilən ərzaqlar da ölkənin iri ticarət mərkəzlərində satılmayan, vaxtı keçmiş, məhv edilməyə veriləsi ərzaqlardır ki, bizə verirlər (fotoşəkillərini göndədirik). Gəmilərdə bizə heç bir gigiyena, sanitar ləvazimatları da verilmir. Amma bilirik ki, bunlara kifayət qədər pul silinir. Axı biz dənizçilər bəzən 6 ay evimizdən uzaq oluruq. Dəhşətli hal həm də budur ki, gəmilərin hamısında ərzaq təchizatına Gəmiçiliyin rəisi Rauf Vəliyevin qardaşı rəhbərlik edir. Rauf Vəliyevin Zaur adlı bacısı oğlu var, onun üçün ərzaq, yemək və s. xidmətlər göstərən “Grand Catering” şirkəti yaradıblar və bütün bu korrupsiya əməlləri bu şirkətin əli ilə edilir. Əgər təftiş edilsə və audit yoxlaması aparılsa, məlum olacaq ki, bu şirkətin əli ilə biz dənizçilərin ailəsinin boğazından kəsilən pullar necə silinir. Məsələn, bir acınacaqlı fakt: bizə aprel ayının ilk günlərində fotosunu təqdim etdiyimiz xamanı veriblər. 28 mart tarixində istifadə müddəti bitmişdi, qorxumuzdan yemədik. Fotosunu təqdim etdiyimiz bu kolbasanın istifadə müddəti isə fevral ayında qurtarıb. Hətta gəmi aşpazları yeyilməsi təhlükəli olan bu kolbasaları və digər ərzaqları dənizə tullamayaraq soyuducuya yığıb itlərinə aparırlar. Novruz bayramında isə Rauf Vəliyev günlərlə dənizdə can çürüdən biz dənizçilərə Bayram payı göndərtmişdi (fotosu təqdim edilir). Hərəyə 5-6 ədəd alma, 2 ədəd apelsin, 6 ədəd kivi ruletinə bənzər nəsə. Müddəti keçdiyindən dadı zəhər kimi idi.
Cənab Prezident!
Təsəvvür edin, gəmiləri keyfiyyətli ərzaq məhsulları ilə təmin etməli olan “Grand Catering” şirkətinin Zaur adlı direktoru, dayısı Rauf Vəliyevə arxalanaraq istədiyini edir. Hətta diqqətinizə çatdıraq ki, Rauf Vəliyevin rəhbərliyi ilə 40 köhnə gəmini kəsib-doğratdırıb metallom kimi satdılar. Bütün işlərə isə, qeyd etdiyimiz kimi, Rauf Vəliyev və qardaşı rəhbərlik edirdi.
Biz dənizçilər nə istəyirik: istəyirik ki, Azərbaycanın büdcəsinə milyardlarla qazanc gətirən biz dənizçilərə insan rəftarı və münasibəti olsun, haqqımız bu dayı-bacıoğlu tərəfindən təhqiramiz formada mənimsənilməsin. Nə vaxta kimi istifadə müddəti keçmiş ərzaqları bizə yedirdəcəklər??? Bəlkə buna görədir ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda (mətbuatdan oxumuşuq) Rauf Vəliyevin adı korrupsiyalaşmış məmur siyahısındadır. Həmin hesabatda qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan Rauf Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində “Braxon Group S.A” şirkətini yaradan dörd şəxsdən biri olub (vizual). Daha sonra şirkət Britaniyanın Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə yəqin ki Azərbaycanın hüquq mühafizə orqanları məlumat verə bilər.
Güman edirik, bu gün gəmiçilikdəki əksər problemlər doğru olmayan kadr siyasəti ilə də bağlıdır. Sosial şəbəkələrdən də oxuyuruq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə vacib postlarda çalışan şəxslərin əksəriyyəti sədr Rauf Vəliyevin yaxın adamları, qohumlarıdır. Misal kimi, onun birinci müavini Zamiq İsmayılovu, müavini Nəzrəddin Əhmədzadəni, eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevi, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutunun baş direktoru Fazil Qəhrəmanovu, Dəniz Nəqliyyatı Donanmasının rəisi Emin Nəzərovu, Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu, “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanovu, “Zığ” Gəmi Təmiri Zavodunun direktoru Rəfail Mikayılovu, İstehsalat Xidmətləri İdarəsinin rəisi Faiq Xəlilovu, Sosial İnkişaf İdarəsinin rəisi Namiq Nurməmmədovu göstərmək olar.
Cənab Prezident!
Dənizçilərin həyatı suda keçir, onların problemləri, gəmiçilikdə baş verən neqativlər sanki görünməz olur. Biz mövcut problemləri qaldırdıq ki, bu nöqsanlar aradan qaldırılsın. Siz dəfələrlə bildirmisiniz ki, mənə məlumat verin, korrupsioner məmurların barəsində ölçü götürülsün. Bu məqsədlə də Sizə müraciət etdik. İnanırıq ki, tezliklə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də və “Grand Catering” MMC-də yoxlamalar aparılacaq, ciddi tədbirlər görüləcək.
Redaksiyadan: Cənab Prezidentə ünvanlı şikayətlə əlaqədar “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Müraciətdə bəzi ciddi faktlar vardır ki, araşdırılmasına ehtiyac vardır, bunun üçün “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə və Baş Prokurorluğa, eləcə də Hesablama Palatasına rəsmi sorğu göndəriləcək.
”Təzadlar”ın
Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru