İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                 

Sahil Babayevin işçiləri bu ailəyə rədd cavabı veriblər... - Quba sakini acınacaqlı durumda...
Tarix: 31-08-2020, 09:10 | Çap et
Sahil Babayevin işçiləri bu ailəyə rədd cavabı veriblər...
Qubanın kiçik kəndlərindən olan Qamqamda lap uzaqdan gözə nimdaş bir ev dəyir. Nemətullayevlər ailəsi burada əziyyətlə yaşayır. DİA.AZ bildirir ki, iki uşaq anası Turac Nemətullayeva ikinci övladı doğulandan sonra Hepatit C-yə yoluxub. 36 yaşlı qadın buna görə Quba Rayon Mərkəzi Xəstəxanasının tibbi heyətini günahlandırır.

“Dörd il əvvəl yoluxmuşam. Uşaq yaşyarım olanda xəbər tutdum. Doğuşdan sonra təxminən bir həftə qaldım. Hamiləlik vaxtı xəstəxanada analizlər vermişdim, heç bir problem çıxmamışdı. Çıxandan sonra heç vaxt iynə vurdurmamışam, diş çəkdirməmişəm, başqasından mənə virus keçirə biləcək heç nə eləməmişəm. Nə olubsa, xəstəxanada baş verib”.

Xəstəlikdən əziyyət çəkən qadın deyir ki, bundan xəbər tutan kimi xəstəxananın baş həkimi ilə görüşüb, ona sənədlərlə haqlı olduğunu sübut edib: “Kağızlara baxanda əmin oldu ki, məndə əvvəllər Hepatit C olmayıb. Qorxurdu ki, polisə verərik. Mənə bircə xəstəxanada pulsuz analizlər qaldı. Başqa heç nə...”

Ailənin yaşadığı ev çox köhnədir. Düz-əməlli döşəmə, tavan yoxdur, pəncərələr şüşəsiz qalıb. Bir neçə yerdə şüşəni müşəmbənin əvəz etdiyi nəzərə çarpır: “Yağış yağanda evin içi su olur. Evin neçə yerində deşik var. Uşaqlar tez-tez xəstələnir. Nəmişlik olur. Yayda evə kərtənkələ daraşır. Evin hər yerinə qab-qacaq düzürük ki, yağış içinə tökülsün. Qışda buralarda dəhşət soyuq olur. Dizə qədər qar yağır. Belə evlə qışın qarşısına çıxmaq olmur”.

Evdə çox əşya yoxdur. Turac xanım danışır ki, həyat yoldaşı Mətləb Nemətullayev uşaq evində böyüyüb, kimsəsiz olub. Buna görə də həmişə çətinlik içində yaşayıb: “Onu yaşlı adamlar götürüb saxlayıb. Mən 2013-cü ildə gəlin gələndə atası sağ idi. O vaxt qohumları deyirdi ki, Mətləblə evlənəndən sonra sizə dayaq olacağıq. Amma sonradan evimizdə nə dəyərli əşya vardısa, daşıyıb apardılar”.

Qadın təəssüflə deyir ki, həyat yoldaşı da xəstədir, böyrəyində daş var...

Turac Nemətullayevanın sözlərinə görə, ərini məhz böyrəyində daş əmələ gələndən sonra işlədiyi qaz idarəsindən kənarlaşdırıblar. Mətləb Nemətullayev şiddətli ağrılara görə bəzən işə gedə bilmirmiş. Günlərin birində tamamilə işsiz qalıb: “Dəhşət sancıları olurdu. İşdən çıxardılar. Onda hələ karantin elan olunmamışdı. Qoy yadıma salım... Keçən ilin payızında. Deyirdilər ki, əməliyyat lazımdı. Türkəçarə elədik nə qədər. Ot dəmləyib verirdim ona”.

Bir neçə gün əvvəl həkim ona deyib ki, böyrəyindəki daş balacalaşıb, daha əməliyyata ehtiyac yoxdur. Ailə bununla bir az təskinlik tapır. İndi daşın düşəcəyi günü gözləyirlər.

Turac Nemətullayeva deyir ki, problemlər içində elə qovrulur, öz müalicəsini tamam unudub. Çünki ailənin buna heç imkanı yoxdur. Evə daimi pul gəlmir. Təkcə analizlərə isə 700 manat tələb olunur.

“Müalicə üçün təkcə öz hazırladığım doşabdan istifadə eləyirəm, başqa heç nə”, - qadın çox çarəsiz görünür...

Turac Nemətullayeva həyətdəki tut ağacını göstərir. Deyir ki, doşab hazırlamağa işə yarayır: “Qışda dəyər-dəyməzə satıram. Alça qurudub satıram. Beləcə acından ölməməyə çalışırıq. Anam pensiyasından kömək eləyir. Sosial şəbəkələrdə neçə dəfə yardım istəmişəm. Apreldə Qubadan bir nəfər təxminən 100 manatlıq ərzaq yardımı eləmişdi. Dünənə qədər həmin ərzağın qalığından bir şey hazırlayırdım. İndi evdə bir çimdik un yoxdu ki, nəsə bişirib uşaqlara verim”.

Mətləb Nemətullayev qaz idarəsində işini itirəndən sonra fəhləlik etməyə başlayıb. Qamqamda, Qubada nə iş tapırsa, arxasınca gedir.

“Daş daşıyır, torpaq yükləyir. Neyləsin?! Onun da arxası, dayağı yoxdu. İndi ər-arvad hər ikimiz iş axtarırıq. Çox ağır vəziyyətdəyik”, - həyat yoldaşı kədərli-kədərli danışır.

Ailə sosial yardım almağa da cəhd göstərib. Amma kənd adamların əksəri kimi pay torpaq bəhanəsi ilə rədd cavabı alınıb.

Ailəni kommunal xərclər də çox sıxır. Xeyli borc yığılıb: “İşığa 100, qaza 300 manatdan çox borcumuz var. 2018-dən sonra qazpulu ödəyə bilməmişik. Qazı kəsmək istəyəndə yoldaşım qarşılarına çıxdı. Orada işləyib deyə, ağız açdı ki, kəsməsinlər. Qulaq asmadılar. İndi bağdan yığdığımız çör-çöplə həyətdə ocaq qalayırıq”.

Sahil Babayevin işçiləri bu ailəyə rədd cavabı veriblər...
Sahil Babayevin işçiləri bu ailəyə rədd cavabı veriblər...
Sahil Babayevin işçiləri bu ailəyə rədd cavabı veriblər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru