Sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas rol oynayan qudası kimdir? - İDDİA
Tarix: 21-08-2020, 09:27 | Çap et
 Bir neçə gün öncə sabiq baş prokuror, Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsi ölkənin siyasi gündəmini dəyişdi. Xarici İşlər Nazirliyində aparılan islahatlardan sonra burada dəyişikliklərin olacağı gözlənilən olsa da, uzun illər siyasi hakimiyyətdə təmsil olunan və siyasi iddiaları ilə fərqlənən birisinin həbsi bir çox müəmmalar doğurdu. İlkin olaraq E.Həsənovun həbsində əsas motiv kimi büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması göstərilsə də əksər ekspertlər və siyasi analitiklər səfirin həbsində siyasi səbəblərin olduğu qənaətindədir. İyul ayında Tovuz rayonunda Ermənistanın törətdiyi təxribat zamanı E.Həsənovun səfir olduğu Serbiyanın düşmən ölkəyə silah satması ətrafında yaranan diplomatik qalmaqal da bir çox suallar doğurur.
Qeyd etdiyimiz kimi E.Həsənovun həbsinin bir çox versiyaları olduğuna baxmayaraq daha çox onun ölkədaxili siyasi qruplaşmalarla əlaqələrinin və siyasi iddialarının saxlanılmasına səbəb ola bilinəcəyi söylənilir. Verilən məlumatlara görə, sabiq səfir ölkənin aparıcı müxalif qüvvələri ilə əlaqədə olub və istər ölkə daxilində, istərsə də xaricdə fəaliyyət göstərən müxalifətçilərə fəal maliyyə dəstəyi göstərib. Eldar Həsənovun xaricdəki mühacir mediasının maliyyələşməsində adının hallandığını nəzərə alsaq, onun daha sərt ittihamlarla üz-üzə qalacağı və həbslərin davam edəcəyi istisna edilmir. Sabiq səfir güclü maliyyə rıçaqlarına malik biri hesab olunur və onun özünün və yaxın ətrafının güclü biznes şəbəkəsi mövcuddur. İstər ölkə daxilində, istərsə də xaricdə E.Həsənova bağlı olan böyük şirkətlər fəaliyyət göstərir ki, onların illik dövriyyəsi milyonlarla ölçülür. Məhz belə güclü maliyyə dayaqlarına malik olması onun siyasi hakimiyyətə iddia etməsinə və müxalif qüvvələrlə əlaqələrinin yaranmasına əsas kimi göstərilir.
Rubrika.Az-a verilən məlumatlara görə, E.Həsənovun Azərbaycanda əsas maliyyə dayaqlarından və müttəfiqlərindən biri qudası, "Bakı Şərab-2" ASC-nin rəhbəri Rabil Hüseynov hesab olunur. Rabil Hüseynovun sabiq səfirin əsas maliyyə qaynağı olmaqla bərabər siyasi müxalifətlə əlaqələrində və maliyyə transferlərində mühüm rol oynadığı qeyd edilir.
Xatırladaq ki, E.Həsənovun yaxınlarının nəinki Azərbaycanda,eləcə də Türkiyədə spirtli içkilər istehsalı biznesinin olması barədə mediada əvvəllər də məlumatlar verilib. Bildirilir ki, şirkəti Bəhruz Əsədbəyli, sabiq baş prokuror Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev və Fuad Quliyev təsis edib. “2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir”. 27 milyon dollar civarında sabit investisiyaya malik RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ-nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkət Kırklareli vergi dairəsində 7340876728 saylı vergi nömrəsi ilə qeydiyyatdan keçirilib. Türkiyə Rəsmi Gazetesinin 2 may 2008-ci il məlumatına görə, fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı istehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var.
2017-ci ilə qədər "Bakı Şərab-2" ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqlarından olub. Türkiye Sicili Gazetesinda yer alan məlumata görə, 2017-ci ilin 27 dekabr tarixində Beşiktaş 25 saylı notariusda təsdiqlənmiş 42182 saylı etbarnamə ilə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə (o zamankı kursla təxminən 3 milyon dollar) Əkbər Fərəcova satıb.
Xatırladaq ki, hələ 2015-ci ildə Vergilər Nazirliyi R.Hüseynovun rəhbərlik etdiyi ASC-ni vergi borcunu ödəməyən müəssisələr siyahısına daxil etmişdi. Göründüyü kimi, qohumluqdan əlavə sıx biznes əlaqələrinə malik olan E.Həsənov və R.Hüseynlinin birgə fəaliyyəti uzun illərin dostluğuna söykənir. Odur ki, R.Hüseynlinin sabiq səfirin siyasi müxalifətlə əlaqələrində əsas fiqurlardan biri kimi göstərilməsi səbəbsiz sayıla bilməz. Yəqin ki, hüquq-mühafizə orqanları faktları daha dərindən araşdırırlar və yaxın zamanlarda bütün müəmmalara aydınlıq gətiriləcək. Yəqin ki, o zaman oturduğu budağı baltalayan çoxlarının kimliyi üzə çıxacaq.
PS. Qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da alınmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
|