Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                 

Deputat qardaşının cinayətlərini “yuyur”? - Elşən Cəbrayılovun daha bir 150 minlik fırıldağı üzə çıxdı
Tarix: 9-04-2019, 08:09 | Çap et
Deputat qardaşının cinayətlərini “yuyur”?
Azərbaycanda bir çox vəzifəli şəxslərin ailə üzvləri və yaxın qohumlarının özlərini “xüsusi imtiyazlı təbəqə” qismində görərək, qanunları veclərinə almamaları, vətəndaşlara qarşı etika və hüquqdan kənar davranmaları haqda az qala hər gün yeni faktlar ortaya çıxmaqdadır.

Çox təəssüf ki, prezident İlham Əliyev keçirdiyi hökumət müşavirələrində və başqa tədbirlərdə məmurlardan və yüksək status sahiblərindən öz ailə üzvlərinin nalayiq hərəkətlərinə son qoymağı dəfələrlə tələb etsə də, bu çağırışın qarşılığında hələ də məsuliyyətsizlikdən əl çəkməyənlər az deyil.
Dövlət başçısının xalqla səmimi təmaslarından, onun tələb və tövsiyələrindən nəticə çıxarmayan məmur qohumları özlərini yenə cəzasızlıq mühitində hiss etməkdədirlər. Media və sosial şəbəkədə bununla bağlı yayılan yeni fakt və məlumatlar belə deməyə tam əsas verir.

Redaksiyamıza da tez-tez analoji müraciətlər daxil olur. Bizə üz tutan vətəndaşlar əksər hallarda məmur və statuslu şəxslərin yaxın adamlarının qanunazidd əməllərindən və onlara qarşı ölçü götürülməməsindən şikayətlənirlər. Yardım və dəstək üçün redaksiyamıza müraciət edən Bakı şəhər sakini, həkim-stomatoloq Məmmədova Sülhiyyə Abid qızı isə Milli Məclisin deputatı Rafael Cəbrayılovun qardaşı, “Dərhal” Mənzil Tikinti Kooperativinin təsisçisi və direktoru Elşən Cəbrayılovun ona qarşı yol verdiyi qanunsuzluqdan şikayətçidir.

Sülhiyyə Məmmədovanın sözlərinə görə, 2009-cu ildə oğlu Fərid Əliyevlə birlikdə iş qurmaq məqsədilə Elşən Cəbrayılovun kooperativinin inşa etdiyi tikilidə qeyri-yaşayış sahəsi əldə etmək üçün 150 min manat ödəsə də, deputatın qardaşı öhdəliyini yerinə yetirməkdən və ona verilmiş pulu geri qaytarmaqdan imtina edir.

Şikayətçi bildirib ki, məsuliyyətdən yayınmaq işində Elşən Cəbrayılova deputat qardaşı Rafael Cəbrayılovun sinif yoldaşı, vaxtilə prokurorluq orqanlarında işləmiş Mirəhməd Abbasov yaxından kömək edir:

“Biznes qurmaq məsələsini ailəvi dostumuz olan Mirəhməd Abbasovla müzakirə etdik. Mirəhməd təkidlə qeyri-yaşayış sahəsi almağımızı, gələcəkdə də həmin sahəni icarəyə verərək, gəlir əldə etmək imkanının olduğunu dedi. Mən ona dost kimi etibar etdiyim üçün Mirəhmədin bu işdə bizə kömək edəcəyi haqda vədinə inandım.

Mirəhməd faktiki olaraq tələbə yoldaşı, deputat Rafael Cəbrayılovla birgə inşa etdirdikləri Novxanı yolu ilə Mehdiabad-Fatmayi yolunun kəsişməsində yerləşən beşmərtəbəli binanın əlverişli variant olması barədə təklif verdi. Həmçinin dedi ki, həmin binalar onlar tərəfindən inşa edilsə də, şirkətin direktoru rəsmi olaraq Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdur. Mirəhmədin təkidli təklifini qəbul etdik və həmin sahəyə birgə baxış keçirdik. Baxış zamanı həmin binalarda ilkin inşaat işlərinə başlanılmışdı, hətta qeyri-yaşayış sahəsinin ilkin beton-konstruksiya işləri aparılırdı.

Bundan sonra Mirəhmədlə birlikdə “Dərhal” Məhdud Məsuliyyətli Cəmiyyətin ofisinə getdik. Həmin ofisdə Elşən və Mirəhmədə 150 min manat pul verdim və oğlum Fəridin adına müqavilə bağlandı. Həmçinin ödənilmiş pul vəsaitinə dair seriya kassa mədaxil orderinin qəbzi mənə təqdim edildi. Fəridin imzası olmadan Elşən Cəbrayılov tərəfindən imza edilərək möhürlənmiş müqaviləni evə apardım, oğlum Fərid imzaladıqdan bir həftə sonra Mirəhməd gəlib müqaviləni mənim evimdən apardı”.

Şikayətçinin sözlərinə əsasən, oğlu 2010-cu ilin noyabrından, özü isə 2011-ci ilin iyun ayından işləmək üçün Dubaya gedib. Çalışdıqları şirkətin ciddiliyi və özlərinin işlərinin çox olması səbəbindən Azərbaycana tez-tez gəlmək imkanları olmayıb. O ərəfədə ailəvi dostları olan Mirəhmədin qeyri-müəyyən cavabları da şikayətçini şübhələndirib. Sülhiyyə Məmmədova 2016-cı ildə Bakıya gələrək, “Dərhal” MMC-yə artıq pulunu ödədiyi qeyri-yaşayış sahəsinin satışa çıxarıldığını görüb:

“2016-cı ilin dekabrında yaxın qohumumun vəfatı ilə əlaqədar Bakıya gəldim. Mirəhmədlə münasibətlər bir qədər pozulmuşdu, zəngimə cavab vermirdi. İşlərin necə aparıldığına baxmaq üçün 2017-ci il martın 15-də tikinti olan əraziyə gəldim. Mənə məxsus qeyri-yaşayış sahəsinin (Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər şəhərciyi” Yaşayış Kompleksi, əvvəllər 1, hazırda isə 19 saylı bina) yanından keçəndə üzərində “Satılır” elanını, onun altında da əlaqə saxlamaq üçün 055 611 56 35, 077 535 41 17 telefon nömrələrinin yazıldığını gördüm.

Bu məsələni araşdırmaq üçün “Dərhal” MTK-nın ofisinə müraciət etdim. Ofisin Rasim adlı əməkdaşı məsələdən məlumatı olmadığını bildirdi və bu barədə Elşən Cəbrayılova müraciət etməyimi tövsiyə etsə də, onun hazırda ölkə xaricində olduğunu qeyd etdi. Həmin vaxtdan bəri Elşən Cəbrayılovu tapa bilmədim və aldadıldığımı başa düşərək, məhkəməyə müraciət etdim”.

Sülhiyyə Məmmədovanın “Dərhal” MTK-nın sədri Elşən Cəbrayılova qarşı qaldırdığı iddiaya baxan Binəqədi Rayon Məhkəməsi şikayətçinin lehinə qərar çıxarsa da, deputatın qardaşı mənimsədiyi pulu ona qaytarmaqdan hələ də yayınır:

“Məhkəmə 150 000 (yüz əlli min) manat məbləğində pulun “Dərhal” MTK-dan alınaraq, Əliyev Fərid Vaqif oğluna ödənilməsi barədə qərar çıxarıb. Qətnamənin icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsə də, icra məmuru məhkəmə qətnaməsini icra etməkdən yayınır, hakimlərə müxtəlif yollarla təzyiq edilir”.

Elşən Cəbrayılov Azərbaycan Respublikasının adından çıxarılan qərarı nəinki icra etmir, hətta məhkəmə çağırışlarından yayınır və öz himayədarlarının yardımı ilə ölkəni tərk etməyə çalışır. Biznesini Türkiyəyə daşıyan Elşən Cəbrayılov qanunun tələbini yerinə yetirmək, vətəndaşa vurduğu maddi ziyanı ödəmək əvəzinə, xaricə çıxmaq haqqında fikirləşir. Təbii ki, havadarları, başlıca olaraq, qardaşı Rafael Cəbrayılovun da bu məsələdə müstəsna xidmətləri var. Məhz deputatın himayəsi ilə “toxunulmaz” olan Elşən Cəbrayılovla bağlı heç bir qərar icra olunmur”.

Sülhiyyə Məmmədovanın danışdıqlarından belə anlaşılır ki, onlar Mirəhməd Abbasov və “Dərhal” MTK-nın yeganə qurbanları deyillər. Şikayətçi bildirib ki, Mirəhməd Abbasov deputat Rafael Cəbrayılovla yaxın münasibətlərindən istifadə edərək, onun qardaşı “Dərhal” MTK-nın direktoru Elşən Cəbrayılovla əlbir olub digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi də eyni qaydada aldadaraq, pullarını mənimsəyiblər, bu azmış kimi onları müxtəlif yollarla təhdid etməklə borcu ödəməkdən yayınırlar.
İcmal.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru