Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB .....                     Moskvaya daha bir “sürpriz” .....                     Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir .....                     Azərbaycan təhsilinin QARA GÜNLƏRİ .....                     "Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır" .....                     BU NƏDİ BELƏ: Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi… .....                     Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir .....                     Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? .....                     Ölkədə hərbi baza yerləşdirməyimizin vaxtı çatıbmı? .....                     Putin üçün xüsusi tribunal: .....                     Aİ-nin İrana qarşı təzyiq mexanizmləri məhduddur .....                     Rusdilli məktəblərin bağlanması ilə bağlı VACİB XƏBƏR .....                     “Bəli, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi olmayacaq” .....                     Hava ilə bağlı yeni narahatlıq .....                     "Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" .....                     “Vaqif Bakinski” Azərbaycanın sorğusu əsasında həbs edilib? .....                     “Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı .....                     Orenburqda “qanuni oğru” Zaur Naxçıvanski saxlanıldı: .....                     Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib .....                     Ayı ilə öz dilində danışmaq lazımdır .....                     Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar .....                     Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? .....                     Ölkəyə ekstazi gətirən Ramazanov .....                     Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə .....                     Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama .....                     ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR .....                     Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb .....                     Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb .....                     Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR .....                     Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib .....                     Memarlıqda... təhlükəli DURUM... .....                     Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? .....                     Məktəb direktoru faciəvi şəkildə vəfat etdi .....                     Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi .....                     Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək .....                     “Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...” .....                     İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır .....                     Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir .....                     Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb .....                     Agentlik 189 mənzil alacaqdı: .....                 

Bakida müdhiş “obnaliçka” əməliyyatı: - 18 milyon manat kimə və niyə verilib?
Tarix: 14-06-2017, 09:34 | Çap et
Bakida müdhiş “obnaliçka” əməliyyatı:
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyunun 13-də zərərçəkmiş Kamal Seyfullayevin iddiası üzrə epizod çərçivəsində zərərçəkmiş və şahidlər dindirilib.

“Pulları bankdan götürüb, qoyduq inkassator maşınına”

Epizod üzrə zərərçəkmiş qismində ifadə vermiş İlkin İbadov bildirdi ki, 2015-ci ilin əvvəllərinə qədər dayısı oğlu, epizod üzrə əsas zərərçəkmiş sayılan Kamal Seyfullayevin rəhbərlik etdiyi iki şirkətdə - “Bakı-Tikinti” və “Alfa-Tikinti” şirkətlərində direktor vəzifəsini icra edib.

Zərərçəkmiş ifadəsində qeyd etdi ki, 2014-cü ilin dekabr ayının sonlarında şəhərin mərkəzində olarkən ona Kamal Seyfullayevdən zəng daxil olub. K.Seyfullayev ona lazım olduğunu deyib və avtomobillə dalınca gəlib. “Getdik banka. Mən dayanmışdım küçədə, o isə içəridə söhbətini edirdi. Bankdan pul götürərək inkassator maşınına qoyduq və pulları tanımadığım bir şəxsə təhvil verməyə gəldik. Oradan ayrılarkən bizi tutdular”, - zərərçəkmiş deyib.

Zərərçəkmişin sözlərinə görə, onu 3 gün MTN-də saxlayıblar. “Mənim Kamalın nazirliyin əməkdaşları ilə apardığı söhbətlərdən xəbərim yox idi. 3 gündən sonra bizi buraxdılar”, – İ.İbadov qeyd edib. O, MTN-dən çıxarkən Kamal Seyfullayevin “müflis oldum” dediyini əlavə edib və qeyd edib ki, nazirliyin əməkdaşları dayısı oğlundan 2 milyon manat tələb ediblər.

Üç kisə pul kimə təhvil verilib?

Dövlət ittihamçısının suallarını cavablandırarkən zərərçəkmiş İlkin İbadov bildirib ki, direktoru olduğu MMC-lərin təsisçilərinin kim olduğunu bilmir, lakin Kamal Seyfullayev təsisçi olmasa da, həmin şirkətlərə rəhbərlik edib. Eyni zamanda, zərərçəkmiş direktoru olduğu şirkətlərin yarandığı ili xatırlaya bilmədi.

Zərərçəkmişin sözlərinə görə, Kamal Seyfullayevlə birlikdə pulları “Texnikabank”ın Tibb Unuiversitetinin yaxınlığında yerləşən “Xəzər” filialından götürüblər. Pullar üç kisə olub.

Bu yerdə bir maraqlı məqamı qeyd edək ki, İlkin İbadov inkassator maşını ilə getdikdən sonra Kamal Seyfullayevlə birlikdə tutulduğunu deyib. Bir qədər irəli gedərək deyək ki, Kamal Seyfullayev onu bankda tutduqlarını bildirib.

Zərərçəkmişin sözlərinə görə, bankdan çıxdıqdan sonra onlar inkassator maşını ilə “Olimpik Star” idman sarayının yaxınlığından sola tərəf hərəkət ediblər və qarajların yaxınlığında inkassator maşınından pullar Kamal Seyfullayevə məxsus “Niva” avtomobilinə yüklənib. Sonra isə tanımadığı hündür bir şəxs gələrək, pul kisələrini Kamaldan götürərək aparıb.

Tikinti şirkətlərinin direktoru bircə tikinti işini xatırlaya bilmədi

Vəkil Adil İsmayılovun “Tikinti şirkətinin direktoru kimi yerinə yetirdiyiniz hər hansı tikinti işini nümunə kimi göstərə bilərsinimi?” sualına zərərçəkmiş İlkin İbadov cavab verə bilmədi və direktoru olduğu iki şirkətdən birinin heç olmasa bir tikinti işini xatırlaya bilmədi.

Vəkil Adil İsmayılov: Hansı banklara getmisiniz?

Zərərçəkmiş İlkin İbadov: Çox banka getmişəm. Hara pul vururdularsa, ora da gedirdim.

Vəkil: O pulları niyə vururdular?

Zərərçəkmiş: Nəsə almaq üçün, nəsə eləmək üçün. Mən də gedib götürürdüm.

Vəkil: Pulları sizə niyə köçürürdülər?

Zərərçəkmiş: Tikinti işlərinin pulları gəlirdi.

Vəkil: O işləri sizdə kim işləyirdi?

Zərərçəkmiş: İşçilər.

Hakim Elbəy Allahverdiyev: Harda idi o işçilər? Sən direktorsan, bunları bilməlisən.

Zərərçəkmiş: Mən ancaq nəzarət edirdim. Biznes Kamalın idi, belə işlərlə o məşğul olurdu.

Hakim Elbəy Allahverdiyev: Bəs sənin vəzifən nə idi o şirkətlərdə?

Zərərçəkmiş: Mən ancaq tapşırıqları yerinə yetirirdim, maaşımı alırdım.

Vəkil: Aydındır, sənin işin bankdan pul götürmək olub.

“1 kilo heroini qarşıma qoyub 12-15 il həbs cəzası alacağımı dedilər”

Zərərçəkmiş Kamal Seyfullayev ifadəsində qeyd etdi ki, kommersiya işi ilə məşğul olub və həmin işə görə 2014-cü ilin dekabr ayının 25-də MTN-ə aparılıb. Orada üç gün saxlanıldıqdan sonra zərərçəkmişdən 2 milyon manat pul istənilib. Pulu verə bilməyəcəyini dedikdə, onu 1 kiloqram heroinlə təhdid edərək, 12-15 il müddətinə həbs cəzası ilə hədələyiblər. “Bilirdilər ki, bankda pul var, gedib götürdülər, o gündən də müflis oldum və indiyə qədər camaatın borcunu qaytarıram”, - K.Seyfullayev ifadəsini bu sözlərlə bitirib.

Dövlət ittihamçısının “Rəhbərlik etdiyiniz tikinti şirkətlərinin təsisçiləri kim idi?” sualına vacab olaraq zərərçəkmiş bildirdi ki. təsisçilərin adlarını çəkə bilməz, lakin MMC-lərin fəaliyyətinə özü rəhbərlik edib.

Prokuror: Bildirildi ki, bankdan 3 kisə pul çıxarmısınız. O, nəyin pulu idi?

Zərərçəkmiş Kamal Seyfullayev: Mal-materialların pulu idi, fəhlələrin pulu idi.

Prokuror: Kimə verdiniz o pulu?

Zərərçəkmiş: Bu mənim şəxsi işimdir və kommersiya sirridir.

Prokuror: Bəs o pulun tikinti şirklətlərinə aidiyyatı yox idi?

Zərərçəkmiş: Yox, o başqa iş idi.

Zərərçəkmiş: “Məni yavaş-yavaş silkələyir”

Təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov zərərçəkmişin nəzərinə çatdırıb ki, istintaqa verdiyi ilk ifadəsində o, 2 milyon manat pulu Novxanıdakı bağından götürdüyünü deyib, indi isə pulu Bankdan götürdüyünü iddia edir. “Fikirləşdim ki, heç kimi məsələyə qatmayım. Sonra düşündüm ki, xeyir ola? Borcun içindəyəm, necə varsa, elə də deyim”, - zərərçəkmiş cavab verib.

Vəkil Adil İsmayılov

Vəkilin rəhbərlik etdiyi şirkətləri kimdən aldığı və həmin şirkətlərin rəhbərlərinin kim olması barədə suallarını zərərçəkmiş cavablandırmayıb və “xatırlamıram” kimi absurd cavabla kifayətlənib. “Məktəb tikmisiniz?” sualına isə Kamal Seyfullayev “bu mənim kommersiya sirrimdir” cavabını verdikdə vəkilin səbri çatmadı: “Siz hansı kommersiya sirrindən danışırsınız? Nə şirkət adınıza deyil, MMC-lərlə heç bir hüquqi əlaqəniz yoxdur, sizin hansı kommersiya sirriniz ola bilər?”

Qeyd edək ki, prosesin bu yerində zərərçəkmişin halı pisləşdi və Adil İsmayılov ona “özünüzü pis hiss edirsiniz?” sualını verdi. Yalnız məhkəməyə sədrlik edən hakim Həbib Həsənovun icazəsindən sonra vəkil suallarını davam etdirdi. Bu vaxt təqsirləndirilənlərdən birinin öz qoluna doğru digər əli ilə xarakterik hərəkətlə zərərçəkmişin narkotik aludəçisi olmasına işarə vurması nəzərdən qaçmadı. “Problem yoxdur ki?” – vəkil bir də soruşdu. “Problem var da, məni yavaş-yavaş silkələyir”, - Kamal Seyfullayev cavab verdi.

Zərərçəkmişin “kommersiya sirri”

Vəkil Adil İsmayılovun bankda pulları kimin imzası ilə götürməsi sualına zərərçəkmiş Kamal Seyfullayev cavab verdi ki, o adamların adlarını çəkə bilməz və bu “kommersiya sirri”dir.

Bu dəfə vəkil İlkin Mustafa tab gətirmədi: “Möhtərəm hakim, bu adamın şirkətlərə hüquqi olaraq heç bir aidiyyatı yoxdur, hansı kommersiya sirrindən danışır?”

Vəkil: Onda pulun hansı şirkətlərin adına gəldiyini deyin.

Zərərçəkmiş: Demirəm, o kommersiya sirridir. Əcəb işdir, vergidənsiniz? Nəyinizə lazımdır?

Zərərçəkmiş ilk şikayətini niyə geri götürüb?

Vəkil Adil İsmayılov zərərçəkmişin nəzərinə çatdırıb ki, ilk dəfə MTN əməkdaşlarından şikayət ərizəsini yazdıqdan sonra o, peşman olduğunu bildirərək, ərizəsini geri gotürüb.

Kamal Seyfullayev bunu inkar etmədi və bildirdi ki, ilk ərizəsindən 4 gün sonra yenidən ərizə yazaraq şikayət ərizəsini geri götürüb, lakin bir müddət sonra yenidən prokurorluğa şikayət edib. “Şikayət ərizənizi geri götürməyə sizi kimsə məcbur etdi?” sualına zərərçəkmiş “xeyr” cavabını verdi.

Vəkil: Birinci şikayət ərizəsini yazdıqdan sonra İrana getmisiniz?

Zərərçəkmiş: Bəli, müalicədə idim.

Vəkil: İranda olduğunuz müddətdə sizi istintaqdan axtarıblar?

Zərərçəkmiş: Bəli.

Vəkil: İrandan qayıdanda nə baş verdi?

Zərərçəkmiş: Aeroportda məni sərhədçilər saxladı.

Vəkil: Xəbəriniz var idi ki, artıq o vaxt telefon danışıqlarınız dinlənilib?

Zərərçəkmiş: Sonradan bildim.

Vəkil: Epizod üzrə şahid Yasin Muxtarova İrandan zəng edib bildirmisiniz ki, “sənin zibilinə düşmüşəm, gəl, qurtar”. Belə bir hal olub?

Zərərçəkmiş: Ola bilər.

Vəkil: Onun bu işə nə aidiyyatı var?

Zərərçəkmiş: Ona 400 min manat borcum var.

Büdcə pulları zərərçəkmişin əlinə necə düşüb?

Vəkil: Cinayət işinin materiallarına görə, həmin gün bankdan götürdüyünüz pullar Müdafiə Sənayesi Nazirliyinə aid dövlət büdcəsindən ayrılmış vəsaitlər olub. Bundan xəbəriniz var?

Zərərçəkmiş: Sizdən eşidirəm.

Vəkil: Yasin Muxtarov o vaxt harada işləyirdi?

Zərərçəkmiş: Xəbərim yoxdur.

Vəkil: Pulu sizdən götürən adamın adını deyə bilərsiniz?

Zərərçəkmiş: Xeyr, o mənim şəxsi işimdir.

Vəkilin arayışından məlum oldu ki, zərərçəkmiş Kamal Seyfullayev əvvəllər narkotik vasitələrin dövriyyəsi ittihamı ilə 4 il məhbəs həyatı yaşayıb. Bundan başqa, o, müxtəlif vaxtlarda müxtəlif hüquq-mühafizə orqanları ilə problemlər yaşayıb.

Zərərçəkmiş əlavə edib ki, bu pul əməliyyatlarından onun gəliri cəmi 50-100 min manat təşkil edirdi və pulların hamısı ona məxsus deyildi.

Vəkil Adil İsmayılov qısa arayışla çıxış edərək deyib: “Bu işdə dövlətin 18 milyon manat pulu gedib. Zərərçəkmiş bilərəkdən heç kimin adını çəkmək istəmir. Dediyinə görə, bilir ki, ad çəkilsə, həmin adamlar istintaqa cəlb olunmalı idilər”.

“Kamal Seyfullayev məşhur “obnaliçka” makleridir”

Vəkil Adil İsmayılov vəsatət qaldıraraq bildirdi ki, məhkəmədən “Texnikabank”dan 2014-cü ilin dekabr ayında zərərçəkmiş Kamal Seyfullayevin adına hər hansı pul hərəkətinin və hesabın mövcudluğu barədə arayış tələb edilməsini xahiş edir.

Dövlət ittihamçısı məhkəmədən vəsatətin baxılmamış saxlanılmasını xahiş etdi. Digər vəkillər Adil İsmayılovun vəsatətinin əsaslı olduğunu və bu cinayət işinin belə arayış olmadan araşdırılmasının qeyri-mümkünlüyünü bildirdilər.

Təqsirləndirilən Füzuli Əliyev

Təqsirləndirilən Füzuli Əliyev vəsatətlə bağlı dedi: “Vəsatət tamamilə haqlıdır. Çünki hamı, o cümlədən istintaq da bilir ki, adı çəkilən şirkətlərin Kamal Seyfullayevə heç bir aidiyyatı yoxdur, Vergilər Nazirliyinə verilmiş sorğuya alınmış cavab da bunu təsdiq edir.

Mən Kamal Sefullayevi 2005-ci ildən tanıyıram. Bu adam “obnaliçka” ilə məşğul olan məşhur maklerdir. Ölkədə borcu olmadığı adam yoxdur və ümumilikdə, milyonlarla manat borcu var, hamıdan qaçıb gizlənir”.

Məhkəmə vəsatətin hələlik baxılmamış saxlanılması barədə qərar qəbul etdi.

Bankın filial müdirindən müəmmalı ifadələr

Məhkəmədə şahid qismində çıxış etmiş, bir vaxtlar “Texnikabank”ın “Xəzər” filialının müdiri olmuş, hazırda isə “GünayBank”da filial müdiri vəzifəsində çalışan Fərid Məmmədov bildirib ki, 2014-cü ilin dekabr ayının 24-25-də Kamal Seyfullayevə rəhbərlik etdiyi şirkətlərin adına köçürülmüş 18 milyon manat vəsait verib.

Şahidin sözlərinə görə, hesablara 18 milyon manat oturduqdan sonra o, bu barədə Kamal Seyfullayevə xəbər verib və zərərçəkmiş bütün pulları nağd şəkildə çıxarmaq istədiyini bildirib. Bundan sonra Fərid Məmmədov “Texnikabank”ın mərkəzi ofisinə məktub yazaraq, tələb olunan həcmdə nağd pul istəyib. Lakin 50 və 100 manatlıq əskinaslar kifayət qədər olmadığından, birinci gün zərərçəkmişə 12 milyon manat verə bilib. Həmin pullar 3 kisə şəklində verilib və zərərçəkmiş tərəfindən inkassator maşınında aparılıb. İnkassator maşınının kimə və hansı banka aid olduğu isə müəyyənləşdirilməyib.

Sonrakı gün zərərçəkmiş banka artıq MTN əməkdaşlarının müşayiəti ilə gəlib və şahidin bildirdiyinə görə, yerdə qalan 6 milyon manatdan 4,2 milyon manat tanımadığı şəxs tərəfindən götürülüb, 1,8 milyon manatı isə təqsirləndirilən Füzuli Əliyev alıb.

Vəkillərin “bu həcmdə məbləğin hesaba daxil olması sizi şübhələndirmədi?”, “bu barədə hüquq-mühafizə orqanlarına məlumat verdinizmi?” suallarına cavab olaraq bank işçisi deyib ki, onu daha çox bankın gəlirlərinin artması maraqlandırırdı və bu əməliyyatdan 0,2% komissiya haqqı olaraq, “Texnikabank” 36 min manat qazanıb.

Füzuli Əliyev “düyün”ü açdı

Kifayət qədər qarışıq və qalmaqallı məsələ barədə təqsirləndirilən Füzuli Əliyev hələlik ifadə verməsə də, şahid Fərid Məmmədova ünvanlı sual-çıxışında bunları dedi:

“Əsl həqiqəti mən də bilirəm, Kamal Seyfullayev də bilir, qismən vəkillərə də məlumdur. Bu şirkətlərin kimə məxsusluğu barədə heç kim danışmaq istəmir. Həmin şirkətlər məhz bu əməliyyatların keçirildiyi 2014-cü ildə yaradılmışdı. Hər il belə şirkətlərin neçəsi açılır, neçəsi bağlanır, mən bilirəm. Bu şirkətlərin kimə məxsus olmasını siz də bilirsiniz və onların Kamal Seyfullayevə heç bir aidiyyatı yoxdur. Çünki sabah məhkəmə həmin şirkətlərin dövriyyəsini çıxarsa, məlum olar ki, o şirkətlərin işi hər gün pul çıxarmaqdan ibarətdir. Kamal Seyfullayev bu işdə yalnız maklerlik edib.

Mən bu barədə geniş ifadə verəcəyəm, lakin bilirəm ki, bank əməkdaşı da bilir ki, Kamal Seyfullayevin adına heç bir hesab olmayıb”.

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın cümə axşamı, iyunun 15-də keçiriləcəyini elan etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB - BU NƏDİ BELƏ?
Bu gün, 07:23
Moskvaya daha bir “sürpriz” – Bakıda mühüm müzakirələr başladı
Bu gün, 07:13
Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:11
Azərbaycan təhsilinin QARA GÜNLƏRİ - təhsili oyun-oyuncağa çeviriblər...
Bu gün, 06:59
"Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır" - İstiqlalçı deputatdan ÇAĞIRIŞ
Bu gün, 06:53
BU NƏDİ BELƏ: Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi… - Şok səs yazısı
Bu gün, 06:50
Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir - Tural Abbaslı
Bu gün, 06:41
Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 06:38
Ölkədə hərbi baza yerləşdirməyimizin vaxtı çatıbmı? - GƏLİŞMƏ
Bu gün, 06:34
Putin üçün xüsusi tribunal: - Nürnberq və Haaqa arasında
Bu gün, 06:32
Aİ-nin İrana qarşı təzyiq mexanizmləri məhduddur - Tehran hakimiyyəti əlini gücləndirir
Bu gün, 06:30
Rusdilli məktəblərin bağlanması ilə bağlı VACİB XƏBƏR - AKTUAL
Bu gün, 06:26
“Bəli, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi olmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:21
Hava ilə bağlı yeni narahatlıq – Kəskin dəyişə bilər
Bu gün, 06:13
"Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" - GİLEY
Bu gün, 06:10
“Vaqif Bakinski” Azərbaycanın sorğusu əsasında həbs edilib? - TƏFƏRRÜAT
Bu gün, 00:18
“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı - Qalmaqallı ev söküldü
Bu gün, 00:16
Orenburqda “qanuni oğru” Zaur Naxçıvanski saxlanıldı: - Lənkəranskinin “xaç oğlu”, Talıbovun varisi kimdir?
Dünən, 22:14
Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib - KİV
Dünən, 22:11
Ayı ilə öz dilində danışmaq lazımdır - başqa yolu yoxdur!
Dünən, 18:05
Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar - TASS
Dünən, 18:03
Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? - RƏSMİ AÇIQLAMA
Dünən, 18:00
Ölkəyə ekstazi gətirən Ramazanov HAKİM QARŞISINDA
Dünən, 17:57
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - Qərar
Dünən, 17:52
Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama
Dünən, 17:49
ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR – Emi Karlo Bakıya gəlir
Dünən, 17:48
Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb
Dünən, 17:35
Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb
Dünən, 17:34
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
Dünən, 16:17
Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib
Dünən, 16:07
Memarlıqda... təhlükəli DURUM... - AXI NİYƏ?
Dünən, 16:01
Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
Dünən, 15:45
Məktəb direktoru faciəvi şəkildə vəfat etdi
Dünən, 15:36
Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 15:31
Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək
Dünən, 15:26
“Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...”
Dünən, 15:16
İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır -ŞƏRH
Dünən, 15:11
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir
Dünən, 15:07
Rusiyada Azərbaycan xəbər saytlarına giriş məhdudlaşdırılıb
Dünən, 13:37
Agentlik 189 mənzil alacaqdı: -13 milyonluq satınalma niyə baş tutmadı?
Dünən, 13:34
Kremldəkilərin “günah keçisi” axtarışı VƏ... - “ən yaxşı günahkar miqrantlardır”
Dünən, 13:26
Fərid Əsgərovun təyinatdan sonra ilk - Fotosu
Dünən, 13:22
Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib - TƏFƏRRÜAT
Dünən, 13:17
Məşhur tikinti şirkəti yarım milyon borca düşdü
Dünən, 13:07
KOBİA ölkədaxili sərgilərin keçirilməsinə 160 min xərcləyəcək
Dünən, 13:00
Ermənistanla “qapı”ya Tələt Paşanın adı veriləcək? - KİV
Dünən, 12:54
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:37
Ordumuz qərbdədir, Bakını “yerinə oturda” bilməyəcəyik! - Ruslardan ETİRAF
Dünən, 12:33
Agentlik sədri onu departament müdiri təyin etdi - ƏMR
Dünən, 12:28
Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
Dünən, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru