Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                 

Kasıb zümrə ƏƏSMN-nin son dəyişikliklərindən boşuna həvəslənməsin... - Müslümovun "inqilabı" elə belə də olmalı idi...
Tarix: 2-03-2016, 08:25 | Çap et
Kasıb zümrə ƏƏSMN-nin son dəyişikliklərindən boşuna həvəslənməsin...
İlk əvvəl onu bildirək ki, Səlim Müslümovun 3 ildir pafoslu danışmağına baxmayaraq onun rəhbərlik etdiyi Nazirlik ortaya sanballı nəsə çıxara bilmədi. Köhnə qaydaları kopiya edərək, onlara bir-iki əlavə etməklə işlərini bitmiş saydılar. Görünür bundan yaxşı nəsə etməyə qabiliyyətləri də çatmadı. Çünki başları ünvanlı sosial yardım sistemindən kasıbların, əlillərin, kimsəsizlərin yardım pullarını mənimsəməyə möhkəm qarışıb.


Səlim Müslümov ünvanlı sosial yardımla bağlı elektronlaşmanı böyük pafosla cəmiyyətə sırıdığına görə hamı oturub elə səbirsizliklə gözləyir ki, yardım üçün müraciət elektronlaşdıqdan sonra onlar evdə komputerin qarşısında oturub müraciət etməklə asanlıqla yardım ala biləcəklər. Belə fikirləşənlər bilməlidirlər ki, əsla belə olmayacaq. Yeni qaydalarda olan şərtlər bunu deməyə əsas verir. Səlim Müslümovun pafoslu çıxışlarına da aldanmasınlar. Bu adam pis gördüyü işi pafos hesabına yaxşı təqdim etmək sahəsində peşəkardır, gördüyü iş də ancaq budur: nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevi qabağa verib bütün çirkin işləri onun əli ilə gördürsün, özü də çıxıb pafoslu danışmaqları ilə onları pərdələsin.

Bu sadə həqiqəti bilməyənlər az qala fikirləşirlər ki, Səlim Müslümov doğurdan müsbət işlər görür. Çox keçməz belə düşündüklərinə görə yanıldıqlarını görəcəklər. Çoxları xəyal qırıqlığına uğrayacaq. Həqiqətən Səlim Müslümovla Əjdər Cəbiyev istənilən sistemdə özlərinin korrupsiya maraqlarını təmin etmələrinin peşəkarlarıdır. Onlar heç bir halda imkan verməzlər ki, əsas gəlir mənbələri əllərindən çıxsın. Buna heç kimin şübhəsi olmasın. Az müddət sonra hamı bunun şahidi olacaq.

Yeni qaydalarla bağlı əsas nüanslar isə bunlardır:

1. Ünvanlı sosial yardım almaq üçün edilən müraciətin və onun təyin olunmasının tam elektronlaşdırılması ilə bağlı deyilənlər doğru deyil. Qaydaların 2.2 bəndində yazılır: ailəni təmsil edən şəxs (bundan sonra – təmsilçi) müraciəti elektron formada və ya kağız üzərində edə bilər. “Və ya kağız üzərində” o deməkdir ki, özlərinə sərf edən adamların sənədlərini əvvəlki qaydada qəbul edə biləcəklər. Elektronlaşma güya məmur vətəndaş əlaqəsini kəsəcək. Digər tərəfdən də qaydalarda qeyd olunur ki, yardım almaq üçün müraciət edən vətəndaşların ev ünvanlarında işçilər tərəfindən yoxlamalar aparılacaq, onların maddi-məişət şəraiti qiymətləndiriləcək. Onda, bu necə məmur vətəndaş əlaqəsini kəsmək olacaq, başa düşülən deyil.

2. Əgər əvvəllər yardım almaq üçün müraciət edənlərin sənədlərinin 10 gün ərzində araşdırılması nəzərdə tutulurdusa, yeni qaydalarda bu müddət 15 günə qədər artırılıb.

3. Ünvanlı sosial yardımın verilməsindən imtina edilməsi hallarından biri kimi qaydalarda “Ərizə-bəyənnamə”də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar olduqda qeyd olunub. Konkret hansı məlumatlarla bağlı uyğunsuzluq qeyd edilmədiyindən, bu onlara imkan verəcək ki, yardım təyinatı aparmaq istəmədikləri ailələrə filan məlumatınız uyğun olmadı deyərək, insanların başlarını uzun müddət yazışma ilə qatsınlar.

İkinci bir imtina halı kimi “ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda” göstərilib. Bu isə o deməkdir ki, məsələn, 3 nəfərdən ibarət ailənin bu xərcləri təxminən 40 manatdan çox olarsa həmin ailə yardım ala bilməyəcək.

4. Qaydaların 5.22 bəndində yazılır: ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablanma qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya I və II qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür:
YM(30%+11,7%+6,1%) + R + RM
Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği;
R – ev telefonu üçün adambaşına son 12(on iki) ay ərzində xərcinin orta aylıq məbləği;
RM – mobil telefonu üçün ailənin adambaşına son 12(on iki) ay ərzində xərcinin orta aylıq məbləği.
Bu birbaşa kasıb ailələrin əleyhinə olan bir qaydadır. Ailələrə təyin oluna biləcək sosial yardımın məbləğinin azaldılmasına və məhdudlaşdırılmasına hesablanıb. Məsələn, 2 azyaşlı uşaq və valideynlərdən ibarət 4 nəfərlik ailənin əgər yalnız bir əmək qabiliyyətli üzvü işləyib ayda 200 manat gəlir əldə etdiyi halda köhnə qaydalarla həmin ailəyə 220 manat (4*105 – 200) ünvanlı sosial yardım təyin olunurdusa, artıq yeni qaydalarla hesablandıqda bu yardımın məbləği 140-150 manatdan çox ola bilməz. Çünki hər bir ailə üzvünün orta aylıq gəliri realda olduğu kimi 50 manat (200:4) deyil, təqdim olunan hesablanma qaydasına görə məcburi olaraq 60-70 manat hesablanacaq. Bu da yuxarıda qeyd olunan aylıq gəlirə malik 4 nəfərlik ailənin hazırki dövrdə aldığı yardımın aylıq məbləğinin 70-80 manat azaldılması deməkdir.

5. Yeni qaydalara görə ailənin aldığı borc və kredit ailənin gəlirlərinə daxil ediləcəkdir. Bu dəyişiklik də aztəminatlı ailələrə təyin olunacaq ünvanlı sosial yardımın məbləğinin azaldılması məqsədi daşıyır. Bu baxımdan da, ünvanlı sosial yardımın verilməsində ailənin təhsil haqqı ödəməsi və bankda kredit öhdəliyinin olmasına görə mövcud olan qadağaların aradan qaldırılmasının da bütövlükdə müsbət dəyişiklik kimi qələmə verilməsi doğru deyildir. Bir tərəfdən həmin qadağalar götürülür, ikinci tərəfdən isə yeni maneələr yaradılır. Məsələn, ailə borc və ya kredit götürüb təhsil haqqı ödəyərsə, o halda həmin borc və ya kreditin məbləği ailənin gəlirlərinə daxil edilir. Bu isə yenə sonda ailənin yardım ala bilməməsi deməkdir. Bu qədər insanları aldadan, absurd dəyişiklik olmaz ki.

Yeni qaydalarda müsbət sayıla biləcək yeganə cəhət aztəminatlı ailəni təmsil edən şəxsə müxtəlif idarələrdən sənədlər toplamaqdan azad olmağı nəzərdə tutan elektron formada müraciət etmək imkanının yaradılmasıdır ki, onun da necə işləyəcəyi, vətəndaşlara faydalı olub-olmayacağını zaman göstərəcək.

Qeyd olunanlarla bağlı ortaya çıxan əsas sual budur: görən qaydaları bu formada dəyişdirməklə kasıb insanları hökumətdən narazı salmaqda Səlim Müslümovun güddüyü əsas məqsəd nədir?

Cavid Əliyev – DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru