Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                 

DİQQƏT: Bakıda saxta armatur istehsalşıları peyda olub - Ev tikənlər üçün risq bölgəsi...
Tarix: 7-10-2014, 14:14 | Çap et
DİQQƏT: Bakıda saxta armatur istehsalşıları peyda olub
Son dövrlər ölkəmizdə keyfiyyətsiz və istifadəsi təhlükəli olan tikinti məhsulları istehsal olunur. Misal kimi, bəzən gizli, bəzən də açıq-aşkar şəkildə fəaliyyət göstərən armatur sexlərini göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, həmin sexlərdə filizin tullantılarından armatur istehsal edilir. Belə ki, bu cür sexlərdə ən ucuz ferrobirləşmələrdən istifadə edilərək, aşağı keyfiyyətli və istifadə üçün təhlükəli tikinti armaturları istehsal edilib nisbətən ucuz qiymətə bazarlara təqdim olunur.

Bu cür keyfiyyətsiz armatur istehsal edən müəssisələrə misal olaraq paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 4 ünvanında yerləşən, vaxtilə UMS trest kimi tanınan və hazırda Tikinti Mexanizləşdirmə İdarəsi kimi fəaliyyət göstərən obyektin ərazisindəki sexi göstərmək olar. Həmin ərazinin ayrı-ayrı şəxslərə icarəyə verildiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, aidiyyəti qurumlar mütləq həmin obyektdə ciddi araşdırmalara başlamalıdır: "Həmin sexin istehsal etdiyi armaturların üzərində texniki göstəricilər yoxdur. Çünki qeyd olunan müəssisənin məhsulları kustar üsullarla istehsal edilir. Bir neçə il öncə bu cür sexlərin sayı daha çox idi. Lakin sonradan onların fəaliyyətinə xitam verildi. Görünən odur ki, artıq hansısa işbazlar bu sahədə yenidən canlanmaya başlayıblar. Elə bu səbəbdən də son zamanlar keyfiyyətsiz armatur istehsal edən sexlərin sayı xeyli artıb. Əhali bir həqiqəti qəbul etməlidir ki, bu cür armaturlardan istifadə sonda ciddi fəsadlar verə bilər. Ümumiyyətlə, aşağı keyfiyyətli armatur heç bir tikilidə istifadə edilməməlidir. Çünki onun istifadəsi gələcəkdə mənfi nəticələr ortaya qoya bilər. Xüsusi ilə də Bakının iqlim şəraitində kifayət qədər keyfiyyətli armaturlardan istifadə etmək lazımdır. Aşağı keyfiyyətli armaturlardan müvəqqəti, 10-15 illik kiçik tikililərdə istifadə etmək olar. Ancaq Bakıda tikilən möhtəşəm tikililərdə həmin armaturlardan istifadə olunmamalıdır".

Ekspertlər bildirirlər ki, armatur istehsalı çox çətin prosesdir. Normal qaydalar çərçivəsində istehsal olunmuş armaturların 150- 200 il istismar müddəti olur. Ümumiyyətlə, armaturun ömrü onun tərkibindəki maddələrə görə ölçülür. Mütəxəssislərin sözlərinə görə, onların yüksək və orta keyfiyyətli markaları olur. İnşaat işlərinin təyinatından asılı olaraq müxtəlif markalardan istifadə olunur. Bakının 9 ballıq zəlzələnin baş verə biləcəyi seysmik zonada yerləşdiyini iddia edən ekspertlərin açıqlamalarından bu qənaətə gəlmək olar ki, paytaxtın seysmik şəraitilə əlaqədar Yaponiyada olduğu kimi, bizdə də yalnız üzən özülə malik olan monolit binalar tikilməlidir. Bundan başqa, Bakının kosmosdan müşahidəsinin nəticələri göstərir ki, şəhər sürüşmə baxımından da təhlükəlidir. Buna görə də Bakıda maksimum 12-16 mərtəbəli binalar tikmək olar. Lakin buna əhəmiyyət verməyən bəzi tikinti şirkətləri barəsində söhbət açdığımız keyfiyyətsiz, sex armaturlarından istifadəyə üstünlük verirlər. Məsələn, peşəkar inşaatçı Çingiz Hüseynovin sözlərinə görə, monolit tikili onunla fərqlənir ki, zərbənin, dağıntının necəliyindən, gücündən asılı olmayaraq, armatur karkas binanın bir hissəsini saxlayır: "Monolit binanın hətta partladıldığı halda belə, bir küncü, yaxud hər hansı bir hissəsi dağıla bilər. Qalan hissəsi isə zədə alsa da, dağıla bilməz. Bir neçə il əvvəl Bakıda çoxmərtəbəli bina uçdu, həmin vaxt beton toz kimi səpələnmişdi. Sizi əmin edirəm ki, yeni binaların 90 faizində bu hal mövcuddur. Bunun birinci səbəbi odur ki, beton keyfiyyətsizdir. Bununla yanaşı, betonlama qaydalarına əməl olunmur. Betonun bərkiməsi üçün mütləq 7 gün lazımdır və bu müddət ərzində betonun üst örtüyünü yükləmək olmaz. Amma yəqin siz özünüz də müşahidə etmiş olarsınız, bu gün özül qazılır, sabah baxırsan ki, artıq bir neçə daş hündürlüyündə hörgü qaldırılıb. Belə bir özül üzərində tikilən binanın hansı təhlükəsizlik normalarına cavab verdiyi aydın deyil".

Mövzu ilə bağlı apardığımız araşdırma nəticəsində belə məlum oldu ki, kiçik sexlərdə istehsal olunan armaturlar paytaxtın seysmik şəraitinə qəti cavab vermir. Həmçinin ekspertlər də iddia edirlər ki, binaların möhkəmliyinin əsas amili tikilidə istifadə olunan armatur partiyasının keyfiyyətindən asılıdır. Belə ki, əgər armaturun tərkibində daha çox karbon varsa, bu armaturlar daha kövrək olur və tez qırılır. Şübhəsiz ki, belə armaturlardan istifadə edərək tikilən binaların da möhkəmliyi yaxşı olmur. Armaturun tərkibində karbonun daha çox olmasını isə ilk baxışdan müəyyənləşdirmək mümkündür. Tərkibində karbon daha çox olan armaturların içi dənəvər-dənəvər olur. Təkanlar baş verəcəyi təqdirdə binanın hansı mərtəbəsində karbonu daha çox olan armaturdan istifadə olunubsa, həmin armaturların qırılmaq ehtimalı da daha çox olur. Bu isə zəlzələ zamanı binanın çökmə ehtimalını artırır. Odur ki, armaturun möhkəmliyi onun hansı xammaldan hazırlanmasından da çox asılıdır. Metal filizinin ərintisindən hazırlanan armatur sonradan istifadə olunmuş rels, metal çən, paslanmış metal məmulatlardan əridilmiş xammaldan hazırlanmış armaturdan daha möhkəm sayılır. Odur ki, aidiyyəti qurumlar mütləq və qısa zaman ərzində kustar üsulla, sex şəraitində hazırlanmış keyfiyyətsiz, istifadəsi təhlükəli olan armaturları bazardan yığışdırmalı, bu cür əməllərə qol qoyan işbazları isə qanuna müvafiq formada cəzalandırmalıdırlar.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru