Azərbaycanda yağ və ət problemi yaşanır .....                     "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" .....                     “Tramp marşrutu”na qarşı “qara piar” .....                     Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? .....                     Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası .....                     Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? .....                     Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma .....                     Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                 

İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Tarix: Dünən, 14:57 | Çap et

Məlum olduğu kimi, İranda son dövrlərdə müşahidə olunan gərginlik fonunda bölgədəki siyasi və ictimai proseslər yenidən diqqət mərkəzinə gəlib. Mövcud vəziyyət Güney Azərbaycan Milli Hərəkatının gələcək taleyi ilə bağlı sualları da aktuallaşdırır.

Bu şəraitdə hərəkatın hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur.

“Cümhuriyət”-in suallarını Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı Əjdər Tağızadə cavablandırıb.

-Əjdər bəy, baş verənlərdən sonra Güney Azərbaycanda durum necədir?

-İranda İsrailin rejimlə bağlı öz davası, Amerikanın da özünün ayrıca bir savaşı var. Əslində, Tehrandakı mövcud rejim 47 ildir ki, İsrailə qarşı bir savaş başladıb. Tehrandakı rejim uzun illərdir “Sizi dənizə tökəcəyik”, “Sizi məhv edəcəyik” kimi ifadələr səsləndirirlər.

Eyni zamanda, qonşu ərəb ölkələrində, istər İraq, istər Livan və digər bölgələrdə proksi qüvvələr vasitəsilə İsrailə qarşı mübarizə üçün milyardlarla vəsait xərclənib. İndi İsrail də İrana qarşı hərəkətə keçib.

ABŞ ilə münasibətlərdə də oxşar ritorika müşahidə olunub. 47 il ərzində Amerikaya “Sən dünyanın şeytanısan”, “İsrail onun əlindədir”, “Amerikanı məhv etmək lazımdır” kimi şüarlar səsləndirilib, ABŞ bayrağı təhqir olunub, “ölüm Amerikaya” kimi çağırışlar edilib. Bütün bunlar, əslində, soyuq savaş dövrünün boş sloqanlarıdır.

Bu baxımdan, əslində “Biz onlarla savaşacağıq”, “Onları məhv edəcəyik” deyə-deyə ABŞ və İsraili özü çağırıb. Yəni uzun illər davam edən bu ritorika və qarşıdurma çağırışları indiki gərginliyin formalaşmasında müəyyən rol oynayıb.

Elə bilirsiniz, Donald Trampı ABŞ-də boşu-boşuna prezident seçdilər? Barak Obamanın öz missiyası var, Co Baydenin, Cimmi Karterin öz işi vardı. Corc Buş və Trampın da öz vəzifələri var. Əgər Tramp yenidən hakimiyyətə gətirilibsə, deməli, onun bir missiyası var. Bu prosesdə Benyamin Netanyahu bu işi bitirəcək.

-Yəni proses davamlı olacaq?

- İran adlanan yerdə mövcud olan hazırkı rejimin savaşı ilk növbədə ölkə daxilində əsarətə alınmış xalqlara, xüsusilə Azərbaycan türklərinə qarşıdır. Xomeyni hakimiyyətə gəldiyi ilk gündən bəri azərbaycanlılara və ümumilikdə türk kimliyinə qarşı sərt mövqe sərgiləyib.

Onun ucbatından Güney Azərbaycanda yaşayan türklər uzun illərdir ki, öz hüquqları uğrunda mübarizə aparırlar. Axırda bu bölgədə milli hərəkat formalaşdı və onun platforması var. Hərəkatın əsas məqsədi fars dövlətçiliyindən xilas olmaq, mövhumatçı və “adamyeyən” rejimdən qurtarmaqdır.

Bu millət ayaqlanıb. İstəyir ki, öz torpaqlarını, göllərini, meşələrini qorusun, azadlığını əldə etsin, qadın haqlarını müdafiə etsin. Bu hərəkata, prosesə qoşulanların sayını yüzminlərlədir. Tehran rejimi həmişə ABŞ və digər ölkələrə yalvarıb ki, “Azərbaycan məsələsi”ni qaldırmayın, gündəmə gətirməyin, onun söhbətini etməyin.

Güneydə Azərbaycan Milli Hərəkatı var. Bu gün bəzi çevrələr deyir ki, Azərbaycan Milli Hərəkatı haradadır?

İran adlanan yerdə hansı hərəkatın, hansı dərnəyin və ya qurumun normal, azad fəaliyyəti var? Belə bir imkan mövcud deyil. İnsanlar ən kiçik etirazlara görə belə həbs edilir, hətta edamlarla üzləşirlər. Qorxunu elə oturdublar ki...

-Atəşkəsdən sonra da Güneydəki Milli Hərəkat qaldığı yerdən davam edəcək?

- Tehran hakimiyyəti xarici qüvvələrə - xüsusilə ABŞ və İsraillə deyir ki, siz çıxıb gedin, içərdəkilərlə, daxildəkilərlə işiniz olmasın, onları mənə tapşırın. Buna baxmayaraq, Güney Azərbaycan Milli Hərəkatı illərdir mövcudluğunu nümayiş etdirir.

İran adlanan yerdə yüzminlərlə insan demokratik yola çıxıb, amma insanlar həbs olunur, işgəncələrə məruz qalır. Necə ki, indi də zindanlar hələ doludur və insanları azadlığa buraxmırlar. Amma milli hərəkat var və onun öz platforması da var.

Hərəkatın əsas məqsədi Güney Azərbaycanı İran- Tehran rejimindən azad etməkdir. Bu çərçivədə hərəkat dünyəvi, parlamentli, respublika idarəetmə formasına malik dövlət qurulmasını hədəfləyir.

Eyni zamanda, qadın və uşaq hüquqlarının qorunduğu, inkişaf etmiş, çağdaş və müasir cəmiyyətin formalaşdırılması əsas prioritetlərdən biri kimi irəli sürülür. Azərbaycanlılar bu ideallar uğrunda Məşrutə hərəkatı dövründən etibarən mübarizə aparırlar. Məhz bu səbəbdən də Təbrizə tez-tez “inqilablar şəhəri” deyilir.

-Deməli, Güneydə hərəkatı yatırmaq mümkün olmayacaq?

-Xeyr, proses bu gün də davam edir. Rejim müxtəlif vasitələrlə Azərbaycan türklərinin səsinin yüksəlməsinin qarşısını almağa çalışır. Çünki anlayırlar ki, Güney Azərbaycanın həmin ölkə daxilində rolu və mövqeyi nəzərə alınmadan nə ölkə daxilində, nə də regionda əsaslı problemlərin həlli mümkündür.

Bütün təzyiqlərə baxmayaraq, milli hərəkat bu gün də fəaliyyətini davam etdirir. Bəzən sual olunur ki, niyə bəs küçələrdə, meydanlarda deyillər? Meydanda idilər, görənlər gördü.

Cəmiyyətin içində bu ruh və istək qorunub saxlanılır. Bu proseslər fonunda xarici güclərin açıq şəkildə daxildə hansısa demokratik qüvvəni hakimiyyətə gətirmək məqsədi güddüklərini bəyan etmirlər.

Məsələn, Tramp demir ki, mən demokratçı gətirirəm. elə bir söz demir. O, öz hesabını, kitabını çürüdür. Netanyahu başqa söz demir, sadəcə deyir ki, İran bomba düzəldir və mən bununla mübarizə aparıram.

Buna baxmayaraq, region xalqları, xüsusilə Azərbaycan türkləri çətin sosial-iqtisadi şəraitdə - işsizlik, yoxsulluq, həbslər və təzyiqlər fonunda belə öz haqlarından geri çəkilmirlər. Bu gün oradakı xalq, xüsusilə Azərbaycan türkləri fəaldırlar, gözləyirlər.

Tarix boyu olduğu kimi, uyğun şərait yarandığı anda millət kütləvi şəkildə ayağa qalxaraq öz hüquqlarını tələb edəcək. Rejimin də qorxusu bundandır. Rejim isə əslində dövlət formatında dağılıb.

Nəticə etibarilə, Güney Azərbaycan Milli Hərəkatı mövcuddur və onun məqsədləri də aydındır. Azərbaycanın güneyinin azadlığı, müstəqillik ideyası və tarixi ədalətin bərpası. Buna da nail olacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru