Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                     Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                 

"Azərbaycan Prezidenti dilimizin qorunmasına və inkişafına bu qədər güzəştsiz, bu qədər ciddi yanaşır" - Sabir Rüstəmxanlı
Tarix: 7-01-2026, 06:37 | Çap et

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin, ədəbi dilin saflığının qorunması ilə bağlı mühüm məqamlara toxunaraq bu istiqamətdə dövlət siyasətinin əsas prinsiplərini diqqətə çatdırıb.

Dövlət başçısı dilin milləti birləşdirən əsas amillərdən biri olduğunu qeyd edərək, xarici kəlmələrin nəzarətsiz şəkildə dilə daxil olmasının milli kimliyə ciddi təhlükə yaratdığına diqqət çəkib. Prezident Azərbaycan dilinin zənginliyini, tarixi dövrlər boyu qorunub saxlanmasını xalqın böyüklüyünün göstəricisi adlandırıb və həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıları ana dilinin qorunması uğrunda birgə mübarizəyə çağırıb.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, bu, mədəniyyət və dil məsələsi olmaqdan daha çox siyasi məsələdir. O qeyd edib ki, cəmiyyətdə geniş razılıq doğuran əsas məqam Azərbaycan Prezidentinin dilin inkişafına ardıcıl və prinsipial şəkildə göstərdiyi diqqətdir:

“Bu, daha çox siyasi müstəvidə qiymətləndirilməlidir. Ona görə də burada konkret yol göstərmək və çıxış yolu tapmaq son dərəcə çətindir. Amma əsas diqqəti cəlb edən və cəmiyyətdə razılıq doğuran əsas məqam Azərbaycan Prezidentinin dilin inkişafına ardıcıl və prinsipial şəkildə göstərdiyi qayğıdır.

Akademiyanın yubileyində də bu məsələyə ciddi şəkildə toxundu. Sonradan mövzu geniş ictimai müzakirə olundu. Prezident jurnalistlərlə görüş zamanı da həmin məsələyə yenidən və ətraflı şəkildə qayıtdı.

Təbii ki, 50 milyonluq Azərbaycan xalqının bir hissəsi indiki İrandadır. İranda indiyə qədər Azərbaycan dilində, Azərbaycan türkcəsində bir dənə də olsun məktəb yoxdur. İnsanlara nəinki ana dilində təhsil almaq, hətta bəzən uşaqlarına öz istədikləri adları qoymaq imkanı belə verilmir.

Bu gün İranda etiraz dalğalarının getdikcə güclənməsinin səbəblərindən biri də ölkənin bir sıra xalqlar üçün həbsxanaya çevrilməsidir. Əgər insanlara öz ana dilində danışmaq qadağan edilirsə - bu, istər dini dövlət olsun, istərsə də İslam dövləti adı altında idarə edilsin - qəbuledilməzdir. Çünki İslamda hər hansı bir dilin yasaqlanmasına dair nə Quranda, nə də Peyğəmbərin hədislərində rast gəlinir.

Dil insana Tanrı tərəfindən verilibsə, o dildə danışmalıdır. Bu məsələyə vaxtilə mərhum Heydər Əliyev də dəfələrlə toxunub, Azərbaycan dilinə münasibətin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Dilimizin inkişafı ilə bağlı dəfələrlə məsələ qaldırmışdı.

Bu gün Azərbaycan Prezidenti əslində o ənənəni davam etdirir. Mənə elə gəlir ki, bu məsələ təkcə Azərbaycanın hüdudlarında və bizim mətbuatda qalmayacaq. Bu fikirlər anında qonşu ölkələrə, o cümlədən İrana da yayılır. Çünki bu, ən adi insan haqlarıdır. İnsan öz dilində danışmaq hüququnu itirməməlidir”.

Xalq şairi vurğulayıb ki, məsələ təkcə İranla məhdudlaşmır:

“Bu gün Dərbənddə yaşayan azərbaycanlıların ana dilində fəaliyyət göstərən məktəblərinin sayı getdikcə azalır. Dərslik məsələsi problemdir. Getdikcə ana dilinin istifadə dairəsi, çərçivəsi daralır. Borçalıda yaşayan azərbaycanlılar məcburən gürcü dilini öyrənməyə başlayırlar. Bu təbiidir, çünki gürcü dili yaşadıqları dövlətin rəsmi dilidir və onu öyrənmək zəruridir.

Amma Azərbaycan dilinə göstərilən qayğı azalmamalıdır. Əslində, hələ xalqımızın ayrılmaz parçaları olan İraq türkmənlərini və Suriya türklərini demirəm. Onlar gündəlik məişətdə, ailə daxilində Azərbaycan türkcəsində danışırlar. Türkiyə ilə qonşu olsalar da, onların danışıq dili Azərbaycan türkcəsinə daha yaxındır. Amma təəssüf ki, dilin orada inkişafı problemdir”.

Sabir Rüstəmxanlı əlavə edib ki, bununla yanaşı, vaxtında siyasi oyunbazlıqların qurbanına çevrilmiş əlifba problemi də var:

“Bu gün eyni millətin nümayəndələri müxtəlif əlifbalardan istifadə edirlər. Bir qismi ərəb əlifbası ilə yazır, digər qismi latın qrafikasından istifadə edir, yəqin ki, haradasa, bəzi bölgələrdə kiril əlifbası ilə yazanlar da var. Bu, çox ciddi məsələdir. Bir də varlıq məsələsi var.

Prezidentin də vurğuladığı kimi, dilin coğrafiyası və dildən istifadə birbaşa millətin özünün mövcudluğu ilə bağlıdır. Millət öz dilindən istifadə etmədiyi anda varlığını da tədricən itirməyə başlayır. Buna görə bu prinsipial mövqeyinə görə Azərbaycan Prezidentinə yazıçı, dilin taleyi ilə bağlı olan adam və Azərbaycan Dil Qurumunun rəhbəri kimi. minnətdarlığımı bildirmək istəyirəm. Mən sevinirəm ki, Azərbaycan Prezidenti dilimizin qorunmasına və inkişafına bu qədər güzəştsiz, bu qədər ciddi yanaşır”.

Onun sözlərinə görə, bu gün dünyada diasporlaşma və köç prosesi sürətlə genişlənir:

“Miqrasiya güclənir, millətlər qitədən qitəyə, ölkədən ölkəyə axın edir. İqtisadi, sosial və digər amillər insanları hərəkətləndirir. Yerdəyişmələr getdikcə daha sürətlənib və güclənib. Belə bir şəraitdə ailə ənənələri, dini və mədəni dəyərlər xüsusi rol oynayır. Məhz bu mühitdə dilin qorunması məsələsi daha həssas xarakter daşıyır.

Təəssüf ki, bizdə məsələn, tarixən İslam dini gəlib gərək ərəbcə oxuyasan. Dualar ərəb dlindədir. Yəni daha çox İslamı təbliğdən daha çox ərəbi təbliğ edir. Bunu açıq demək lazımdır ki, dinimiz bir növ siyasi yolla olmasa da, sakit yol ilə dilimizin inkişafına müəyyən mənada mane olub. İnsan ölüsünə öz ana dilində dua oxumur”.

Xalq şairi bildirib ki, bu məsələdə ailə ənənələrinin rolu son dərəcə vacibdir:

“İnsan harada yaşamasından asılı olmayaraq, gərək öz dilini qorusun. Təəssüf ki, bizdə bu məsuliyyət hər zaman lazımi səviyyədə dərk edilmir. Bir çox hallarda insanlar hansı ölkəyə gedirsə, tez adını da dəyişir, yerli xalqın adına uyğunlaşdırır.

Elə olur ki, heç ailə daxilində belə ana dilini qoruyub saxlamırlar. Bu isə artıq milli mentalitet, milli xarakter və milli dirəniş məsələsidir. Dilin qorunması birbaşa milli dövlətçiliyin inkişafı, məqsədyönlü təbliğat, siyasət, ailə tərbiyəsi və ailə mədəniyyəti ilə bağlıdır. Gərək bununla da ailələr məşğul olsun”.

Sabir Rüstəmxanlı insanların messenatlığı, bir-birinə dayaq olmağı, yardımlaşma və xeyirxahlıq dəyərlərini unutduğunu təəssüflə qeyd edib:

“Halbuki imkanlı şəxslər bir araya gəlib öz hesablarına bazar günü məktəbləri, yaxud həftədə bir dəfə dərs verən tədris ocaqları aça bilərlər. Rusiyanın müxtəlif bölgələrində kifayət qədər imkanlı azərbaycanlılar yaşayır.

Buna baxmayaraq, orada ana dilimizdə fəaliyyət göstərən bir dənə də olsun normal məktəb yoxdur. Bunu Rusiya dövləti açmır, deyək ki, marağı yoxdur. Amma orada yaşayan vətəndaşlarımız övladlarını Vətənlə bağlamaq, ana dilini qorumaq və yaşatmaq üçün bir qeyrət sərf etməlidirlər. Məktəblərin yaradılması üçün müəyyən məbləğdə vəsait ayıra bilərlər.

Təəssüf ki, hamı Vətəndən gözləyir, hamı Vətəndən umur. Halbuki Vətəndən ummaqla yanaşı, insan özünə sual verməlidir ki, mən Vətən üçün nə etmişəm? Onun dilini, mədəniyyətini qorumaq üçün bir fərd olaraq hansı addımları atmışam? Bunları da düşünmək vacibdir. Bunu etmədən Vətəndən ummaq çox asandır. Bu isə zəif olanların yoludur”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru