5 ildə bir milyondan çox azalma: .....                     Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər .....                     Nazirliyin 100 minə aldığı xalça NƏDİR? .....                     “Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” .....                     Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... .....                     “Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” .....                     “Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir .....                     Ankara bələdiyyəsində əməliyyat keçirildi .....                     Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun! .....                     ``Dimdiyindən ilişən`` Anar Rzayev... .....                     10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var .....                     Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu .....                     “Xankəndi” qara siyahıya salına bilər .....                     “Cəlilabad Şərab-2”-nin yarım milyon manata yaxın .....                     Azərbaycan İsrailə görə "Avroviziya"da iştirakdan imtina etməyib .....                     FTX azərbaycanlını saxladı: sürücülük vəsiqəsi "satırmış" .....                     Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılacaq .....                     “Asfalt Raqib” məhkəməni uduzdu .....                     Azərbaycan və İran ortaq baza yaradır .....                     Daha bir məktəbdə pul yığılır .....                     “Bakıda özbaşınalıq davam edir, axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar” .....                     15 ədəd soyuducu, 2 ədəd televizor, 5 ədəd mikrodalğalı soba… .....                     Ermənistanda hamı Stalinin düsturları ilə yaşayır .....                     Göyçayda qadına xəsarət yetirərək 23 min manatı götürüb Rusiyaya qaçan şəxs tutulub .....                     Pezeşkianın oğluna ABŞ-a getməyə icazə verilmədi .....                     “GoldenPay”in (hesab.az) rəhbərliyinə təyinat olub .....                     Bakıya Vyetnamdan çirkli sudan tutulan balıq gətirilir? .....                     Bir türk prezident də molla rejiminin mahiyyətini dəyişmir .....                     Dövlət Sərhəd Xidməti bu şirkətdən 3 avtomobil aldı .....                     Naxçıvan Dövlət Universiteti rəhybərliyinə RÜŞVƏT İTTİHAMI .....                     Məsud Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb .....                     Erməni katolikos Rusiya liderinin Qarabağdakı “abidələrə” sahib çıxmasını istəyir .....                     Nazirimiz NECƏ ARIQLADI: özü deyir ki... .....                     Gömrük postunu ələ keçirmək istəyən və DTX-nin həbs etdiyi cinayətkar qrup üzvlərinin .....                     Vətən müharibəsindəki Şanlı Qələbəmiz .....                     Ölkəmizin şanlı tarixi .....                     Rektorun tender əməliyyatları .....                     Tikinti şirkətinin direktoru payçının 25 faizini əlindən alıb .....                     Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlı .....                     Bilmək olmur... məmurdur, ya biznesmen? .....                 

Bir türk prezident də molla rejiminin mahiyyətini dəyişmir - HƏQİQƏTƏN DƏ...
Tarix: Bu gün, 10:47 | Çap et

Güneyli mədəni fəal və Azərbaycan rəqsini təbliğ edən Peyman İbrahimi Təbriz İstintaq İdarəsinin 15-ci bölməsinə çağırıldıqdan sonra həbs olunaraq zindana atılıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Onun həbsi "dövlət quruluşuna qarşı təbliğat aparmaq" ittihamı ilə əsaslandırılıb. Qeyd edək ki, Peyman İbrahimi 2023-cü il avqustun 27-də atasının evində saxlanılmış, iki aydan artıq həbsdə qaldıqdan sonra zaminə buraxılmışdı. Həmin ilin dekabrında keçirilən məhkəmə prosesində o, "dövlət quruluşuna qarşı təbliğat" və "ölkə rəhbərini (Əli Xameneini) təhqir" ittihamları ilə ümumilikdə 22 ay 17 gün azadlıqdan məhrum edilib.
 
Siyasi şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında təəssüflə bildirib ki, İranı idarə edən fars-molla rejimi hələ də islahatlara meyl etmir, dəyişikliklərə getmir:
"Əksinə, ölkə əhalisinin az qala yarısını təşkil edən türklərin milli kimliyini silmək, onları assimilyasiya edib yox etmək üçün dövlət qurumlarını səfərbər edir. Azərbaycan türkləri nəinki öz milli rəqslərini və musiqilərini sərbəst şəkildə təbliğ edə bilmir, hətta uşaqlarına öz ata-baba adlarını qoymaqdan belə məhrum edilirlər. Ana dilində məktəb məsələsi isə illərdir açıq qalır, molla rejimi türk dilində təhsilə qətiyyən icazə vermir. Bu, açıq-aşkar milli ayrı-seçkilikdir. Ən acınacaqlısı odur ki, hazırda İranın prezidenti özü türk olmasına baxmayaraq, molla rejimi türk kimliyini boğmaq siyasətini davam etdirir. Yəni bir türk prezidentin olması belə bu rejimin mahiyyətini dəyişmir. Üstəlik, fars rejimi uzun illərdir üzərində çalışdığı daha bir cinayəti də həyata keçirib, Urmiya gölünü qəsdən qurudub. Bu, sadəcə bir gölün quruması deyil, əsl ekoloji soyqırımdır. Quruyan gölün duzları indi fırtınalar şəklində ətraf kənd və şəhərlərə yayılır, insanların həyatını cəhənnəmə çevirir. Son vaxtlar Güney Azərbaycandan aldığımız görüntülər dəhşətlidir: duz fırtınaları insanların göz açmasına imkan vermir, nəfəs almaq çətinləşir. Bu, o deməkdir ki, həmin bölgədə yaşayan türklər doğma yurdlarını tərk etməyə məcbur ediləcək. Məqsəd də budur, insanları torpaqlarından qoparmaq, köçürmək və milli kimliyi sıradan çıxarmaq. Əslində, fars-molla rejiminin bütün bu addımlarının məqsədi eynidir: türklər milli kimliklərini yaşada bilməsinlər, tarix səhnəsindən silinsinlər. Təbrizdən, Urmiyadan, Zəncandan, Ərdəbildən gələn xəbərlər isə göstərir ki, vəziyyət günü-gündən ağırlaşır. Mədəni fəallarımız, sadəcə bir rəqsimizi, bir musiqimizi təbliğ etdikləri üçün həbsxanalara atılır. Son nümunə – Azərbaycan rəqsini təbliğ edən güneyli mədəni fəal Peyman İbrahiminin Təbriz İstintaq İdarəsinə çağırılıb həbs olunmasıdır. Bu, molla rejiminin türk kimliyinə qarşı düşmənçiliyinin ən bariz sübutudur".
 
A.Həsrətin sözlərinə görə, bütün bunların qarşısını almağın yeganə yolu var:
"Güney Azərbaycan Respublikası qurulmalıdır! Güneyli qardaşlarımız öz dövlətlərinə sahib olmalı, öz talelərini özləri həll etməlidirlər. Çünki fars rejimi Güney Azərbaycanın zəngin təbii sərvətlərini talamaqla məşğuldur, amma yerli əhali aclıq və məhrumiyyətlə sınağa çəkilir. Bu ədalətsizlik davam edə bilməz! Artıq bəsdir, Güney Azərbaycan milli iradəsini ortaya qoymalı, müstəqil siyasət yürütməli və öz gələcəyinə özü sahib çıxmalıdır. Başqa yol yoxdur!".
 
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan da "Şərq"ə açıqlamasında Güney Azərbaycanda mədəni fəallara qarşı repressiyalar, təzyiqlərin davam etdiyini xatırladıb:
"Əgər dövlət İslam dövlətidirsə, rəqsin dövlət quruluşuna heç bir mənfi təsiri ola bilməz. Yox, əgər İslam adı altında fars şovinist quruluşudursa, bu zaman digər milli rəqs və musiqinin təsirindən danışmaq olar. Amma İran rejimi özünü İslam quruluşu elan edib. Buradan da görünür ki, İslam adı altında fars şovinizmi və antitürk, antiislam təbliğatı aparılır. İranın radikal rejim mənsublarının mədəni fəallara qarşı siyasətinin davam etməsi onu göstərir ki, hakimiyyət heç zaman Prezidentin aparmaq istədiyi islahatlara meyilli deyil və onun türk olmasından, türk dilində danışmasından da narahatdır. Əslində, bu kimi təsirlər Prezident Pezeşkianın siyasətinə qarşı yönəlib. Daxildəki mühafizəkarlar və quruluşun içindəki dairələr buna imkan vermək istəmir. Milli-mədəni kimliyi boğaraq qeyri-rəsmi şəkildə saxlamaq istəyirlər. Yəni kitab, məktəb, rəqs, musiqi olmaqdan sadəcə dildə, şifahi danışıqda olsun millilik. Prezidentin türk dilində şeir deməsi kimi. Son zamanlar milli-mədəni fəallıqlar artıb. Getdikcə də artacaq və daha da aktivlik müşahidə olunacaq. Çünki Məsud Pezeşkianın hakimiyyətdə olması Güney Azərbaycan əhalisinin milli-mədəni aktivliyini labüdləşdirir. Repressiyalar və həbslər bunun qarşısını ala bilməyəcək. Hesab etmək olar ki, bəzi belə məsələlərdə Prezident Pezeşkianın mövqeyindən fərqli mövqedə olan digər hakimiyyət dairələri türklərin milli-mədəni fəaliyyətinə son qoymaq istəyir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
5 ildə bir milyondan çox azalma: - Turistər Azərbaycana niyə gəlmir?
Bu gün, 12:57
Ermənistan Avropa İttifaqına üzv olmaya da bilər - Paşinyan
Bu gün, 12:54
Nazirliyin 100 minə aldığı xalça NƏDİR? - FOTO
Bu gün, 12:53
“Üzdəniraqları xəstəxana düzəldib, ora basmaq lazımdır, hamısını gözdən salmalıyıq...” - Tahir Kərimli
Bu gün, 12:31
Biləsuvarda BÜDCƏ PULLARI... belə qarət olunur... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 12:29
“Kilsə və revanşistlər erməni cəmiyyətini onillərlə aldadıb” - ŞƏRH
Bu gün, 12:25
“Holcim” şirkəti sürücülərini yoxlamadan keçirmir – Məhkəmə
Bu gün, 12:23
Ankara bələdiyyəsində əməliyyat keçirildi – 13 nəfər saxlanıldı
Bu gün, 12:21
Rusiyadan tələb: Ağalarovların əmlakına həbs qoyulsun! - TƏFƏRRÜAT
Bu gün, 12:16
``Dimdiyindən ilişən`` Anar Rzayev... - Deyəcək sözü də qalmayıb...
Bu gün, 12:11
10 manatlıq şərab şirkətinin 129 min manat vergi borcu var
Bu gün, 12:10
Müharibəyə Petrosyan, Köçəryan və Sərkisyan səbəb oldu - Erməni nazir
Bu gün, 12:03
“Xankəndi” qara siyahıya salına bilər - KİV
Bu gün, 12:00
“Cəlilabad Şərab-2”-nin yarım milyon manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 11:58
Azərbaycan İsrailə görə "Avroviziya"da iştirakdan imtina etməyib - AÇIQLAMA
Bu gün, 11:54
FTX azərbaycanlını saxladı: sürücülük vəsiqəsi "satırmış" - İDDİA
Bu gün, 11:51
Bəxtiyar Hacıyevin kassasiya şikayətinə baxılacaq
Bu gün, 11:47
“Asfalt Raqib” məhkəməni uduzdu - 100 hektar meşəni geri qaytaracaq
Bu gün, 11:46
Azərbaycan və İran ortaq baza yaradır - bu həftə Tehranda...
Bu gün, 11:42
Daha bir məktəbdə pul yığılır – Müavindən özünəməxsus AÇIQLAMA
Bu gün, 11:34
“Bakıda özbaşınalıq davam edir, axşam yatırsan, səhər görürsən ki, binanın çıxışında obyekt qurublar” - deputat
Bu gün, 11:25
15 ədəd soyuducu, 2 ədəd televizor, 5 ədəd mikrodalğalı soba… – AYNA cehiz yığır?
Bu gün, 11:23
Ermənistanda hamı Stalinin düsturları ilə yaşayır - Paşinyan belə deyir...
Bu gün, 11:16
Göyçayda qadına xəsarət yetirərək 23 min manatı götürüb Rusiyaya qaçan şəxs tutulub - FOTO
Bu gün, 11:06
Pezeşkianın oğluna ABŞ-a getməyə icazə verilmədi
Bu gün, 10:52
“GoldenPay”in (hesab.az) rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:51
Bakıya Vyetnamdan çirkli sudan tutulan balıq gətirilir? - İLGİNC
Bu gün, 10:49
Bir türk prezident də molla rejiminin mahiyyətini dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:47
Dövlət Sərhəd Xidməti bu şirkətdən 3 avtomobil aldı - HƏR BİRİ ÜÇÜN 57 MİN MANAT ÖDƏYƏCƏK
Bu gün, 10:44
Naxçıvan Dövlət Universiteti rəhybərliyinə RÜŞVƏT İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 10:42
Məsud Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO
Bu gün, 10:25
Erməni katolikos Rusiya liderinin Qarabağdakı “abidələrə” sahib çıxmasını istəyir - Moskvaya nə dəxli?!
Bu gün, 10:23
Nazirimiz NECƏ ARIQLADI: özü deyir ki... - AÇIQLAMA
Bu gün, 10:15
Gömrük postunu ələ keçirmək istəyən və DTX-nin həbs etdiyi cinayətkar qrup üzvlərinin məhkəməsi başlayıb
Bu gün, 10:11
Vətən müharibəsindəki Şanlı Qələbəmiz - MƏQALƏ
Bu gün, 10:06
Ölkəmizin şanlı tarixi - İsrafil Kərimovun yazısı
Bu gün, 10:05
Rektorun tender əməliyyatları – BDU bir şirkətə gah invertar, gah da təmir işləri sifariş verir
Bu gün, 09:56
Tikinti şirkətinin direktoru payçının 25 faizini əlindən alıb - ÖZBAŞINALIQ...
Bu gün, 09:51
Rüşvət almaqda təqsirləndirilən sayt rəhbəri və oğlu ilə bağlı QƏRAR
Bu gün, 09:44
Bilmək olmur... məmurdur, ya biznesmen? - İTTİHAM VAR...
Bu gün, 09:38
Bakıda tanınmış iş adamının ailə üzvləri ilə bağlı cinayət işi: istintaq davam edir - TƏFƏRRÜAT
Bu gün, 09:31
Simonyan Bakıda onların azad olunmasını xahiş edib - SİYAHI
Bu gün, 09:25
Erməni əsgərinin Qarabağda nə işi var idi? - Ermənistan Baş nazirindən HAQLI SUALLAR...
Bu gün, 09:19
Xalq rəssamı müəllifi olduğu xalçanı nazirliyə 100 min manata satdı
Bu gün, 09:16
Mələyin görüntüsünü paylaşıb pul toplayan şəxs tutuldu - Foto
Bu gün, 09:12
Azərbaycan Rusiyaya qarpız satışını - 2,6 dəfə ARTIRIB
Bu gün, 08:59
Trampın adamından qorxunc xəbərdarlıq: Azərbaycana təhlükə? - Görünəni odur ki...
Bu gün, 08:52
Rusiya hücum etsə, Tramp bu ölkələri qorumayacaq - FT
Bu gün, 08:29
Bakının son şərti referendumsuz reallaşa bilər - GƏLİŞMƏ
Bu gün, 08:27
“Banklar qaytarılmayan krediti vətəndaşa yükləyir” - AKTUAL
Bu gün, 07:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru