Paşinyan yolların açılmasından danışdı .....                     Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib .....                     Mollayevi cəzalandıran olacaqmı? .....                     ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" .....                     Sabiq qərargah rəisi vəfat etdi .....                     Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək .....                     İrəvanda təşviş: .....                     “Qala Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı .....                     Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsidir .....                     Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir .....                     Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... .....                     Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var .....                     “Almet Baku” kiçilib .....                     "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" .....                     İsrailin 5 dollarlıq yeni silahı .....                     "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" .....                     Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında .....                     “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” .....                     Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? .....                     3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri .....                     Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər .....                     Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem .....                     `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... .....                     Dələduzluq edən qadınla bağlı qərar açıqlandı .....                     Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? .....                     Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                     Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu .....                     Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi .....                     Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib .....                     Rusiyada Azərbaycan məhsullarına “stop”: .....                     Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir .....                     Anri “Qarabağ”a niyə inanırdı? .....                     Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir .....                     "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz" .....                     Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı .....                     Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı .....                     Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR .....                 

Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Tarix: Bu gün, 11:06 | Çap et

Məlum olduğu kimi noyabrın 1-dən Ermənistan hakimiyyəti ölkə sərhədini keçənlərin pasportlarına vurulan möhürlərdən Ağrı dağının təsvirini yığışdıracaq. Müvafiq qərarı Ermənistan Nazirlər Kabineti qəbul edib. Hökumətin qərarı ilə 12 may 2011-ci il tarixli qərarda dəyişiklik edilib. Dəyişikliklərdə markanın təsvirində “Ararat” adı çəkilmir.
Bundan əlavə, Ağrı dağının da olmadığı hökumətin saytında möhür nümunəsi dərc edilib. Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşları Ermənistanın ən hündür nöqtəsinin Araqats (Alagöz və ya Ələyəz) dağı olduğunu tanımağa və Türkiyədə yerləşən Ararata diqqət yetirməməyə çağırıb. Daha sonra ofisinin divarını Alagöz dağının təsviri ilə bəzədib. Qeyd edək ki, Ağrı dağının təsvirinin Ermənistanın dövlət gerbində və digər rəsmi sənədlərində əks olunması ermənilərin Türkiyəyə məxsus bu əraziyə tarixi iddiası ilə bağlıdır. Ağrı dağının təsviri 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının, sonra Ermənistan SSR-in, müstəqillik dövründə Ermənistanın dövlət gerbində yer alıb. Ağrı dağının təsviri Ermənistanın 1992-ci ilin aprel ayında qəbul edilmiş “Dövlət gerbi haqqında” Qanunda da təsbit olunub. Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün gerbin dəyişdirilməsini İrəvan qarşısında əsas şərtlərdən biri kimi irəli sürür. Baş nazir Nikol Paşinyan, Ermənistan parlamentinin spikeri Alen Simonyan gerbin dəyişdirilməsinin vacibliyi məsələsini dəfələrlə gündəmə gətiriblər. Onlar gerbdəki təsvirlərin, o cümlədən Ağrı dağının Ermənistana aidiyyəti olmadığını, bu səbədən də dövlət rəmzinin dəyişdirilməli olduğunu bildiriblər. Lakin buna nail olmaq üçün ilk növbədə Ermənistanın konstitusiyasına dəyişiklik edilməlidir. Ermənistanın xarici pasportlar üçün dövlət möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması yeni konstitusiya layihəsinin mətnində Türkiyənin tələbinin yerinə yetirildiyini deməyə əsas verir. Çox güman ki, bu məsələ Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin sentyabrın 12-də keçirilmiş görüşündə də müzakirə olunub. Yəqin ki, referendumda qədər Ermənistanın yeni dövlət gerbinin layihəsi də ictimaiyyətə təqdim olunacaq və onun təsviri konstitusiyaya daxil ediləcək. Türkiyənin Ermənistan qarşısında irəli sürdüyü tələblərdən biri konstitusiyanın preambula hissəsinin ali qanunun mətnindən çıxarılması ilə bağlıdır. Ona görə də Ermənistan hakimiyyəti yalnız 21-ci maddəni dəyişməklə, yəni Ağrı dağının təsvirinin dövlət gerbindən çıxarılması ilə kifayətlənməməli, həm də preambula hissəsinin konstitusiyadakı mövcudluğuna hüquqi xitam verməlidir.
 
Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, bəhs edilən nəticələr Azərbaycan liderinin rəhbərliyi ilə ölkəmizin uzun müddət Türkiyə ilə apardığı siyasətin nəticəsidir. Deputatın sözlərinə görə, əslində proses mürəkkəb olduğu üçün daha uzun müddət çəkə bilərdi:
"Ancaq məsələnin önəmli tərəfi odur ki, Ermənistan mərhələli şəkildə Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirir, öz iddialarından imtina edir. Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbi var. Tələb edirik ki, Ermənistan digər dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, qanunvericilikdə bununla bağlı maddəni aradan qaldırmalı, dövlət rəmzlərində də qonşu ölkələrə məxsus bölgələr əsk olunmamalıdır. Ermənistan gerbində Ağrı dağının simvolunun əks olunması əslində Türkiyəyə qarşı da ərazi iddiası deməkdir. Artıq Ermənistan rəhbərliyi anlayır ki, utopik iddialardan əl çəkməlidir. Burada vacib məqam odur ki, biz Ermənistanı təcrid etmək yox, əksinə, normal qonşuluğa, regional əməkdaşlığa cəlb etməliyik. Əks halda Ermənistandan yenə də bölgədə kimlərsə alət kimi istifadə edəcək. Görünür, İrəvan hökuməti bu reallığı anlayır və lazımi addımları atır. Ermənistan əhalisinə gəldikdə isə, bilirik ki, bu cəmiyyət zərərli ideologiyalarla uzun müddət zəhərlənib. Əvvəlki hakimiyyətlərin, Kilsənin, diasporun siyasəti ermənilərdə bizə, türklərə qarşı düşmənçiliyi ciddi formada bəsləyib. Ona görə qısa müddətdə Ermənistanda xalq arasında ciddi dəyişikliyin baş verəcəyini gözləmək tezdir. Önəmlisi odur ki, artıq bu cür addımlar atılır, mərhələli şəkildə erməni cəmiyyəti sülh prosesinə hazırlaşdırılır".
 
Parlamentari diqqətə çatdırıb ki, Azərbaycanın və Türkiyənin yanaşması ondan ibarətdir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması yalnız Bakı-İrəvan arasında yekun sülh imzalandıqdan sonra baş verə bilər:
"Bu, çox önəmli məsələdir. Əslində Ermənistan uzun müddətdir çalışır ki, Türkiyə ilə sərhədləri açsın. İrəvan hökuməti Ankaraya təklif edirdi ki, gəlin, sərhədləri açaq, onsuz da Azərbaycanla danışıqlar gedir, sülh sazişinin imzalanması yaxındır və s. Amma Ankara və Bakı bunu qəbul etmir. Qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Türkiyə rəhbərliyi və digər rəsmilər də davamlı açıqlama verirlər ki, Ermənistanla sərhədlərin açılması Bakı-İrəvan arasındakı sülh prosesindən asılıdır. Ermənistan bunu nəzərə almalıdır. Yəni İrəvan hökuməti düşünməsin ki, əgər Türkiyə nümayəndə heyəti Ermənistan ərazisinə gedirsə, bu, sərhədlərin açılması deməkdir. Bu, olmayacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44
Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42
ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34
Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31
Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29
İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24
“Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20
Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16
Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02
Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51
“Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49
"Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41
İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37
"Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31
Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16
Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06
Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03
`Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00
Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52
Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44
Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36
“Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22
Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20
Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19
Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17
Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15
"Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11
ABŞ-dən Bakı və İrəvana sərhəd xəbərdarlığı - təxribat planı
Bu gün, 09:07
Regionda sürpriz gəlişmə: İrəvandan yeni ordu həmləsi – Bakı artıq hazırdır
Bu gün, 08:29
Kupyanskda nələr baş verir? - Makovski
Bu gün, 07:15
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Bu gün, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru