Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsi elan etdiyi tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, satınalma predmeti maşın və avadanlıqların satın alınması olub.
Ləğv edilmə səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.
Bu da "Dövlət Satınalmaları Haqqında" qanunun 36.1.1-ci maddəsi ilə tənzimlənir.
Həmin maddəyə görə bu Qanunun 45.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma komissiyası satınalmanın ləğv edilməsi haqqında qərar qəbul edir