Bloqer Səlim Milli vəfat etdi .....                     Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb .....                     Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb .....                     Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı .....                     Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır .....                     Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib .....                     OĞRU ELƏ BAĞIRDI Kİ... .....                     Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? .....                     Dövlət Turizm Agentliyindən bir gündə iki tender: .....                     Saakaşvilidən Azərbaycan açıqlaması: .....                     Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? .....                     Balakənin küçələrini təmir edəcək .....                     “Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır .....                     Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir .....                     Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı .....                     Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün .....                     Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu .....                     Rüşvətxor polis zabitləri .....                     Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB .....                     Vardanyandan Azərbaycana barışıq təklifi .....                     AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb .....                     Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında .....                     "Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən onlar imiş" .....                     Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi .....                     Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb .....                     “Rusiya bu durumu bizimlə yox, .....                     Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün odun alır .....                     Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi? .....                     Şimal-şərq küləyi əsəcək .....                     “Sobsan” şirkəti ölkədən pul çıxarıb? .....                     Fəzail Ağamalı sədr postunu qızına təhvil verir .....                     Trampın yarpızı və İran yuvası .....                     Trampdan Putinə təcili Qafqaz mesajı .....                     Petrosyandan Zəngəzur açıqlaması: .....                     Klassik sülh müqaviləsi mümkün deyil .....                     Rusiya ilə hava atəşkəsini müzakirə etməyə hazırıq .....                     “Sea Breeze” MMC-nin vergi borcu var .....                     Əməyin mühafizəsi qayda tədbirlərinin maliyyələşdirilməsi... .....                     Zamin hansı halda ödənişi etməyə bilər? .....                     “1 saata ölməsən, yenə vuracam” .....                 

Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir - ŞƏRH
Tarix: Bu gün, 15:09 | Çap et

Azərbaycan və Ermənistan arasında sülh sazişinin Ağ Evdə paraflanması bölgəmizə dayanıqlı sülh gətirdi. Bu, həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə region üçün xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. Azərbaycan - Ermənistan normallaşması prosesində atılan hər addım, Birgə Bəyannamənin imzalanması və dünyanın ən qüdrətli dövlətinin buna dəstək verərək şahidlik etməsi bütün siyasi dairələrin maraqla izlədiyi gündəmlərdən biridir. Haqq və ədaləti müharibə yolu ilə bərpa edən Azərbaycan, indi bu prosesə siyasi müstəvidə də son nöqtəni qoydu.
 
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Prezident İlham Əliyevin Vaşinqtona səfəri məzmun və əhəmiyyət baxımından qlobal miqyaslı tarixi hadisədir:
"Bu, bütövlükdə region üçün yeni dövrün başlanğıcı hesab olunmalıdır. Dövlət başçımızın səfər gündəliyi iki vacib hədəfi ehtiva edirdi. Birincisi, Azərbaycan-ABŞ əlaqələrinin müasir reallıqlarla uzlaşdırılması, ikincisi isə Azərbaycan-Ermənistan sülh gündəliyinin realizəsi. ABŞ və Azərbaycan arasında əlaqələr ölkəmiz müstəqilliyini qazandıqdan sonra mürəkkəb tarixi inkişaf yolu keçib. Həmçinin dövlətlərimiz arasında iqtisadi, ticari, enerji və təhlükəsizlik sahələrində zaman-zaman böyük uğurlarla müşahidə olunan inkişaf tendensiyasına şahidlik etmişik. Lakin Bayden administrasiyası dövründə, cənab İlham Əliyevin təbiri ilə desək, münasibətlərimiz Azərbaycandan asılı olmayan səbəblərdən, daha dəqiq isə Bayden komandasının Azərbaycanla münasibətlərə Bakı-İrəvan yaxud Vaşinqton-İrəvan pəncərəsindən baxması nəticəsində faktiki olaraq sıfırlanmışdı. Eyni zamanda ötən dövr ərzində biz ABŞ Dövlət Departamentinin ayrı-ayrı rəsmiləri, habelə bu quruma bağlı ayrı-ayrı "vətəndaş cəmiyyəti institutları" tərəfindən müxtəlif bəyanat və hesabatlarda hücumlara məruz qalırdıq. Üstəlik, ölkəmiz ikili standartlara əsaslanan və beynəlxalq hüquqa zidd, ədalətsiz davranışlarla üzləşirdi".
 
Deputat əlavə edib ki, Donald Trampın ABŞ-də ikinci dəfə hakimiyyətə gəlməsi ilə Bayden administrasiyasının, ilk növbədə ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına zərbə vuran sərt gedişlərinə dur deyildi:
"Daha sonra isə bu yarıtmaz siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində real addımlar atılmağa başladı. Təsadüfi deyil ki, İlham Əliyev hələ ötən il Şuşa Media Forumunda açıq şəkildə bəyan etmişdi ki, ABŞ-nin həyata keçirdiyi mövcud yanlış siyasət yalnız cənab Trampın hakimiyyətə gəlməsi ilə dəyişə və Azərbaycanla çoxsaylı dəyərləri bölüşən Donald Trampın müdaxiləsi ilə vəziyyət düzələ bilər. Qısa müddət öncə Xankəndidə Şuşa Media Forumunda cənab İlham Əliyevin təkrar həmin mövqeyi ifadə etməsi, ABŞ-nin Prezidenti cənab Donald Trampın özünün sosial media hesabında Azərbaycan Prezidentinin nitqinə iki dəfə yer ayırması, o cümlədən dövlət başçımızın Vaşinqtona dəvət edilərək yüksək səviyyədə qarşılanması məhz cənab İlham Əliyevin proqnozlarında nə qədər haqlı olduğunu ortaya qoydu. Üstəlik, ABŞ-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinin başladığını göstərdi. Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfərinin gündəliyinə daxil olan çox vacib digər məsələ isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi istiqamətində müzakirələrin aparılması və prosesin irəlilədilməsi idi."
 
Bəhruz Məhərrəmovun sözlərinə görə, Vaşinqtonda baş tutan müzakirələr, imzalanan sənədlər göstərdi ki, cənab İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülh gündəliyinin təşəbbüskarı kimi prosesin bütün mərhələsində Azərbaycan dövlətinin və xalqımızın maraq və mənafelərini uğurla təmsil edə bildi:
"Azərbaycan və Ermənistan arasında sülh prosesi kifayət qədər gərgin və mürəkkəb bir perioddan keçib. Yalnız Azərbaycanın hərbi-siyasi qələbələri fonunda yaranan geosiyasi reallıqlar İrəvanı cari sülh ritorikasına gətirib çıxara bilib. Azərbaycan Vətən müharibəsindən sonra qalib tərəf olmasına baxmayaraq sülh təşəbbüslərinə start verib. Eyni zamanda rəsmi Bakı 2022-ci ilin əvvələrində bizim üçün onsuz aydın olan sülh konspesiyasının 5 əsas prinspini Ermənistana təqdim edib. Dövlət başçımızın da ifadə etdiyi kimi, həmin prinsiplər Azərbaycan və Ermənistanın bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının tanınmasını, dövlətlərin bir-birinə qarşı ərazi iddiaları ilə çıxış etməməsini, həmçinin Bakı və İrəvanın bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək prinsiplərinə tərəfdar olmasını, sərhədlərin delimitasiya və demarkasiyası, diplomatik münasibətlərin qurulmasını və həmçinin kommunikasiyaların açılmasını ehtiva edirdi. Məhz bu şərtlər əsasında Azərbaycan tərəfindən sülh müqaviləsinin mətni hazırlandı. Lakin Azərbaycan ərazisində hələ də separatizm ocağının mövcud olması, o cümlədən özünü beynəlxalq ictimaiyyət elan edən ayrı-ayrı güclər, bu qəbildən ABŞ-nin Bayden administrasiyası, Fransa və bu orbitdə olan ayrı-ayrı beynəlxalq subyektlərin təhriki ilə Ermənistan sülhdən maksimum yayınmaqda davam edirdi. İrəvan məğlub tərəf olmasına baxmayaraq sülh sazişində diktə edən tərəf kimi çıxış etməyə, o zaman Qarabağda yaşayan erməni sakinlərinin məsələsinə dair sülh müqaviləsində müvafiq bəndin olmasına çalışırdı. Lakin Azərbaycanın maraq və mənafelərini birmənalı şəkildə müzakirə mövzusu etməyən cənab İlham Əliyev ölkənin daxili məsələsini dövlətlərarası sənədin subyekti ola bilməyəcəyini və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini prinsiplərdən biri kimi dövlətlərin daxili işlərinə qarışılmasının yolverilməzliyini qətiyyətlə bəyan etdi və mövqeyimizi də məhz bu istiqamətdə möhkəmləndirdi".
 
Müsahib xatırladıb ki, Ermənistanın cəhdlərinin faydasız olduğunu görən İrəvanın o zamankı hamiləri Bayden administrasiyası və Makron rejimi açıq şəkildə prosesə müdaxilə etməyə sülh müzakirələri fonunda Azərbaycanın qəbul etmədiyi mövqeyi özlərinin diktəsi ilə qəbul etdirməyə can atırdılar:
"Onlar bu istiqamətdə təxribatlardan, ölkəmizə münasibətdə heç bir siyasi, hüquqi əxlaqa sığmayan çirkab kampansiyasından çəkinmirdilər. Amma Azərbacanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri region üçün təhdid edən separtizm amilinə son qoymaqla bərabər, həm də qeyri-region güclərinin təsir riçaqlarını heçə endirməklə onların bölgədə sülh prosesinə yarıtmaz müdaxilə imkanlarını da sonlandırmış oldu. Bu isə öz növbəsində sülh prosesinin yenidən aktivləşməsinə və bu ilin mart ayında sülh müqaviləsi üzrə danışıqların müqavilə mətninin şərtlərinin razılaşdırılması ilə yekunlaşdı. Beləliklə də, cənab İlham Əliyevin hərbi-siyasi qələbələri ilə yaratdığı geosiyasi konfiqurasiyanın zamanı Azərbaycanın lehinə çevirməsi fonunda, nəhayət, üç on illikdən sonra real sülh istiqamətində səmərəli addımlar müşahidə edilməyə başladı. Qısa müddət öncə Əbu-Dabi görüşü, ardınca ABŞ Prezidenti cənab Donald Trampın təşəbbüsü ilə Vaşinqton təmasları Azərbaycanın beynəlxalq hüququn aliliyinə yönələn mövqeyinin ifadə olunduğu sülh mənzərəsinin meydana çıxmasına səbəb oldu. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Bəyannamə qeyd edilən tendensiyanın məntiqi sonu və Ermənistanın rəsmən Azərbaycanın bütün şərtlərini qəbul etməsi demək idi".
 
Deputat qeyd edib ki, Vaşinqtondan səslənən və imzalanan həmin bəyanat müharibədə qalib gəlmiş Prezident İlham Əliyevin sülhü də qazandığını ehtiva edən bir reallıq ortaya qoydu:
"Çünki bu sənəddə Azərbaycanın israrla tələb etdiyi bütün şərtlərin təmin edilməsi ehtiva olunub. İlk növbədə rəsmi Bakının Minsk qrupunun ləğvi ilə bağlı mövqeyinə uyğun olaraq ATƏT-in Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanmasına dair mövqe ifadə edildi. Həmçinin sülh sazişinin paraflanmasının ardınca Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə Minsk qrupunun bağlanması barədə birgə müraciəti ünvanlandı.
Bu, özlüyündə Azərbaycan Respublikasının sülh prosesi ilə bağlı müəyyən etdiyi prinsipial şərtlərdən birinin qeyd-şərtsiz qəbul edilməsi deməkdir. Lakin Bəyannamənin mətnindən də göründüyü kimi, Azərbaycanın şərtlərinin təmini yalnız Minsk qrupunun buraxılması ilə çərçivələnmir. Ermənistan, həmçinin bu bəyanatla öz konstitusiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını birmənalı şəkildə qəbul edir. Eyni zamanda rəsmi İrəvan bu gün erməni cəmiyyətində hakim olan revanşist ab-havadan imtina etməyi birmənalı öhdəlik kimi üzərinə götürür. Nəzərə alsaq ki, Ermənistan qısa müddət öncəyə qədər bu məsələnin İrəvanın daxili işi olduğunu və heç bir formada sülh müqaviləsinin imzalanması üçün şərt olaraq bilməyəcəyini bütün səviyyələrdə rəsmən bəyan edirdi. Belə bir vəziyyətdə Ermənistanın Vaşinqtonda mövqeyini praqmatik istiqamətdə dəyişməsi, Bakının konseptual qələbəsidir. Qəbul edilən sənəddə Azərbaycan Prezidentinin daim vurğuladığı və Bakı üçün ümummilli maraq hesab edilən Zəngəzur dəhlizinin açılması ilə bağlı məqamın yer alması bir daha sübut etdi ki, birgə Bəyannamə regionda Azərbaycanın yaratdığı status-kvonun ABŞ başda olmaqla, bütövlükdə beynəlxalq ictimaiyyət tərəfindən qəbullanan bir format şəklində ortaya qoyulub".
Bəhruz Məhərrəmov onu da vurğulayıb ki, cənab İlham Əliyevin Vaşinqtonda qazandığı böyük qələbə beynəlxalq diplomatiya tarixində ustad dərsi olmaqla yanaşı, yalnız Cənubi Qafqaz regionu yox, bütövlükdə dünyanın təhlükəsizlik arxitekturasında önəmli rol oynayan bir prosesi başlatmış oldu:
"İlham Əliyevin Cənubi Qafqazda hərbi, siyasi və diplomatik yolla nail olduğu status-kvo bu gün dünyanın münaqişələrdən və separatizmdən əziyyət çəkən, sülhə və sabitliyə ehtiyac duyulan regionları üçün əmsala çevriləcək. Bir sözlə, cənab İlham Əliyev tarix yazdı, bu tarixə sahib çıxmaq isə artıq ümummilli məsələdir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bloqer Səlim Milli vəfat etdi
Bu gün, 16:21
Son bir ildə mənzillərin qiyməti 14%-ə yaxın bahalanıb
Bu gün, 16:19
Həbsdə olan Karapetyan yeni hərəkat yaratdığını açıqlayıb - KİV
Bu gün, 16:16
Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı - VİDEO
Bu gün, 16:15
Avropa liderləri Ukraynada nizamlanma üzrə sövdələşməyə hazırdır - Tramp
Bu gün, 16:11
Məmməd İsmayılın vəziyyəti ağırlaşıb, reanimasiyaya yerləşdirilib - AÇIQLAMA
Bu gün, 16:08
OĞRU ELƏ BAĞIRDI Kİ... - KREML BİZDƏN JEST GÖZLƏYİR?
Bu gün, 15:42
Zakir İbrahimov və müavinləri "AzerGold"dan nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 15:38
Dövlət Turizm Agentliyindən bir gündə iki tender: - 305 min manat nəyə xərclənəcək?
Bu gün, 15:26
Saakaşvilidən Azərbaycan açıqlaması: - Bu, xainlər üçün pis xəbərdir
Bu gün, 15:21
Azərbaycan-Rusiya “ticarət savaşı”: Kim udacaq, kim uduzacaq? - ARAŞDIRMA
Bu gün, 15:17
Balakənin küçələrini təmir edəcək - ŞİRKƏT AXTARILIR
Bu gün, 15:14
“Tramp marşrutu”nun açılması zamanı Ermənistanda Rusiya sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır - Rəsmi Moskva
Bu gün, 15:12
Ermənistanın Vaşinqtonda mövqeyini dəyişməsi, Bakının konseptual qələbəsidir - ŞƏRH
Bu gün, 15:09
Rusiyanın “5-ci kolon”undan Gümrü bəyanatı - TƏFƏRRÜAT
Bu gün, 15:06
Rusiya XİN Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib
Bu gün, 15:03
Azərbaycanda son 5 ilin ən populyar adları məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 14:54
Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
Bu gün, 14:51
Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:47
Vardanyandan Azərbaycana barışıq təklifi – Onları bağışlamaq olarmı?
Bu gün, 14:40
AZAL və “Gulf Air” arasında kod-şerinq razılaşması imzalanıb - DİQQƏT!
Bu gün, 14:34
Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək
Bu gün, 13:10
"Səni gerçəkdən sevən, acılarına göz yaşı tökən onlar imiş"
Bu gün, 13:08
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi - AKTUAL
Bu gün, 13:00
Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb - Şok DETALLAR
Bu gün, 12:58
“Rusiya bu durumu bizimlə yox, ABŞ və Ermənistanla çözməyə çalışmalıdır...”
Bu gün, 12:53
Elm və Təhsil Nazirliyi təhsil müəssisələri üçün odun alır – 264 min xərclənəcək
Bu gün, 12:52
Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi? - “Middle East Eye”
Bu gün, 12:50
Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:47
“Sobsan” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Fəzail Ağamalı sədr postunu qızına təhvil verir - AÇIQLAMA
Bu gün, 12:43
Trampın yarpızı və İran yuvası - Ədalət Verdiyevin şərhi
Bu gün, 12:41
Trampdan Putinə təcili Qafqaz mesajı – “Bunu Azərbaycan bacardı”
Bu gün, 12:34
Petrosyandan Zəngəzur açıqlaması: -İran məni çaşdırdı
Bu gün, 12:31
Klassik sülh müqaviləsi mümkün deyil - RƏY
Bu gün, 12:30
Rusiya ilə hava atəşkəsini müzakirə etməyə hazırıq - Ukrayna PA
Bu gün, 12:27
“Sea Breeze” MMC-nin vergi borcu var
Bu gün, 12:24
Əməyin mühafizəsi qayda tədbirlərinin maliyyələşdirilməsi... - Ekspert danışır...
Bu gün, 12:21
Zamin hansı halda ödənişi etməyə bilər? - AKTUAL
Bu gün, 12:16
“1 saata ölməsən, yenə vuracam” - 27 yaşlı Aynur 11 il həbsdə qalacaq...
Bu gün, 11:55
Kollecdə qalmaqal - Direktor hüquqşünası məhkəməyə verdi
Bu gün, 11:51
Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Zaur Mikayılov 10 ayda “T.T.Ş.-İnşaat” MMC-yə 127 milyon manatlıq tender verdi – Daimi müştərisidi
Bu gün, 11:43
Ermənistan konstitusiyasını dəyişəcək - Tarixlər AÇIQLANDI
Bu gün, 11:37
Aytən Səfərovanın qəzasında ölən gəncin qardaşı nələr yazdı? - FOTO
Bu gün, 11:34
Bakı və Vaşinqton: praqmatizmdən strateji zərurətə doğru - İNCƏLƏMƏ
Bu gün, 11:30
Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 11:26
Cəmil Ünal da Bakıya qarşı çıxdı - Nəyi anlamır?
Bu gün, 11:24
Naxçıvanda 13 milyonluq tikinti tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 11:18
Paşinyan hökuməti Samvel Karapetyana qarşı kampaniya HAZIRLAYIR
Bu gün, 11:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru