Avqustun 23-nə qədər dünyada yeni zəlzələlər olma ehtimalı var.
Axar.az xəbər verir ki, bu barədə kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev bildirib.
“Zəlzələlərin 13, 14 avqust, 18-23 avqust tarixlərində baş vermə ehtimalı daha böyükdür.
Yaponiya, Papua Yeni Qvineya, Yeni Zelandiya, Venesuela və həmin ölkələrin qonşu dövlətləri, o cümlədən İslandiya kimi ölkələr 2025 və 2026-cı illərdə zəlzələ və digər təbii fəlakətlərə məruz qalacaqlar.
Böyük Britaniya ilə bağlı isə daha sonra paylaşım edəcəyəm”, - deyə ekstrasens qeyd edib.