Məhkəmə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovla bağlı qərar verib.
“Report”un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.
Sözügedən məsələ ilə bağlı saxlanılan şəxslər Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə ittiham olunur.