Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın iyul ayının sonlarında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində görüşə biləcəyi ehtimalı var.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə hökumətə yaxın mənbələr məlumat yayıb.
Qeyd olunur ki, iki lider sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşmüşdülər.
“Mart ayında Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, Bakı hələ də sazişi rəsmi şəkildə imzalamazdan əvvəl bir sıra əlavə şərtlərdə israr edir. Rəsmi Bakı İrəvandan Azərbaycan ərazisinə iddiaların aradan qaldırılması üçün konstitusiyaya dəyişiklik etməyi tələb edir. Həmçinin sülh şərtlərinə Ermənistanda Avropa İttifaqının Monitorinq Missiyasının fəaliyyətinə son verilməsi, ATƏT-in Minsk Qrupunun ləğvi istənir” – deyə məlumatda qeyd olunub.