Rusiyada şovinizm dövlət səviyyəsinə keçib .....                     Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirildi .....                     Xamenei niyə Azərbaycanla müharibə aparır? .....                     Simonyan Paşinyanı təhqir etdi .....                     Subhani də erməni müxalifəti kimi RUS AĞZI ilə HÜRÜR .....                     Ağdamda polis əməkdaşı minaya düşərək xəsarət alıb .....                     Yekaterinburq QƏTLİAMI .....                     Manana anasının arzusunu gerçəkləşdirdi .....                     Putinin əli azərbaycanlıların qanına batıb .....                     "Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur" .....                     Azərbaycanlı şahmatçını küsdürdülər, ölkədən getdi… .....                     "Əgər Putin onları cəzalandırmasa, biz bunun qarşılığını verməyi bilirik" .....                     Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb .....                     İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir .....                     Yekaterinburqda “qara bayram” .....                     Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir .....                     Uydurma keçmişin əsarəti altında .....                     “Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” .....                     Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır .....                     Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? .....                     Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi .....                     “Bədheybət poqonlular”in zühuru .....                     Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb .....                     Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... .....                     Növbəti RUS VƏHŞİLİYİ... .....                     Boğaza qədər zibilin içində olan səhiyyəmiz... .....                     "Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ .....                     Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? .....                     "Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" .....                     "Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." .....                     İran yeni savaş astanasında: sərhəddə aktivlik .....                     Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... .....                     Masallıda baş verən cinayət işinin motivi məlum olub .....                     Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib .....                     Postimperial və Putinal şovinizm .....                     Avropanın baş diplomatı İrəvana gəlir .....                     Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq .....                     Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: .....                     "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" .....                     Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb .....                 

Putinin əli azərbaycanlıların qanına batıb - AzTV
Tarix: Bu gün, 00:39 | Çap et

Azərbaycan Dövlət Televiziyası (AzTV) Rusiya Prezidenti Vladimir Putini, Moskvanın azərbaycanlılara qarşı yönələn siyasətini sərt tənqid edib.

"DİA-AZ" xəbər verir ki, bu barədə AzTV-nin sədri Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramında danışılıb.

O, məsələnin şərhinə Prezident İlham Əliyevdən sitat gətirməklə başlayıb:

“Doğurdan da 44 günlük Vətən müharibəsində qazanılan qələbə Prezident İlham Əliyevin dediyi kimi çox böyük layları yerindən tərpətdi. Laylar yerindən tərpənəndə də hər kəsin əsil siması üzə çıxır – elə region ölkələlərinin də... O cümlədən də Rusiyanın...

Nə olub, cənab Putin? Azərbaycanın regionda güclü bir dövlətə çevrilməyi, son 200 ildə ilk dəfə olaraq torpaq verməyib, öz gücü ilə torpaq alıb suverenliyini və ərazi bütövlyünü bərpa etməsi, milli maraqlarını qoruması, prinsipial siyasət ortaya qoyması, Prezident İlham Əliyevin qlobal arenada liderliyinin qəbulu və ən müxtəlif beynəlxalq kürsülərdən etirafı sizi beləmi narahat edir? Başa düşürük, siz axı öyrəşmisiniz böyük Rusiyanın zorla öz ərasizinə daxil etdiyi xalqlar üzərində hökmranlığına...

İstər Çar Rusiyası dövründə olsun, istərsə də İttifaq dönəmində ali irq rus xalqı idi, azərbaycanlılar, özbəklər, qazaxlar, qırğızlar, türkmənlər və digər millətlərin nümayəndələri hər zaman ikinci dərəcəli xalq kimi qəbul olunub və bu gün hər iki imperiya tarixin zibilliyinə atılsa da düşüncə dəyişməyib, ənənə davam edir. Bir zamanlar Stalin başını qaldırıb azadlıq tələb edəni NKVD-nin əli ilə yox edirdi, bu gün isə Putin haqqını tələb edəni OMON-nun əli ilə yox edir. Necə deyərlər, davam edir 37, daha kəskin, daha ciddi...

Amma görəsən rəsmi Kreml və konkret Rusiya Prezidenti Vladimir Putin anlayırmı ki, artıq 37-ci il deyil, 2025-ci ildir və bir zamanlar İttifaqın tərkibində olan dövlətlər də 30 ildən çoxdur ki, müstəqildirlər. Anlayırmı ki, tarixdə heç nə unudulmur? Nə Stalin dövrünün repressiyası, hansı ki, Azərbaycan xalqının düşünən başları kəsildi, nə “20 Yanvar” hadisəsi, nə “Xocalı soyqırmı”, nə Azərbaycan torpaqlarının işğalı və 30 il bu torpaqların işğal altında qalması - hansı ki, üzdə Ermənistanın, altda isə birbaşa Rusiyanın əli ilə bu xalqa yaşadıldı. Bəli, məhz Rusiyanın... 30 illik dönəmdə öz əsəri olan Qarabağ probleminin həllinə imkan verməyən və bu illər ərzində də Azərbaycanın məhz Qarabağ damarını basmaqla biz min bir əziyyət verən, əsəblərimizlə, milli qürurumuzla oynayan Rusiya Qarabağ problemi həll olununca gücünü ölkəsində yaşayan azərbaycanlılara göstərir".

R.Məmmədov daha sonra növbəti süjeti nümayiş etdirib və bildirib:

“Buyurun, baxın... OMON xüsusi təyinatlı dəstəsi Yekaterinburqda məhz azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirir, Səfərovlar ailəsinə edilən basqında dinc sakinlər vəhşicəsinə döyülərək öldürür, sağ qalanlar isə həbsxanaya salınır və bu vəhşilik azərbaycanlılara münasibətdə nə ilkdir, nə də son... Bu zorakılıqlar məhz Qarabağ zəfərindən sonra Rusiyanın azərbaycanlılara qarşı davam edən və daha da azğınlaşan şovinist siyasətinin, bir növ qisas əməliyyatının davamıdır. İndi də Rusiya tərəfi bildirir ki, hadisə araşdırılır. Nə araşdırılacaq? Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin məhz Rusiya səmasında raketlə vurulmasının səbəbləri araşdırıldımı? Hansı ki, 38 nəfər həlak oldu... Rusiya tərəfi faciədən ötən müddət ərzində bir dəfə də olsun açıq şəkildə rəsmən üzr istəməyi də bacarmadı, yaxud özünə sığışdırmadı. Eləcə də azərbaycanlı millət vəkili Moskva hava limanında saxlanılır və heç bir səbəb göstərilmədən ölkəyə girişinə icazə verilmir. Eləcə də çoxsaylı kiberhücumlar, hansı ki, birbaşa Rusiyadan gəlir, eləcə də Solovyov kimi ünsürlərin Azərbaycan xalqına ünvanladığı təhriqlər, hədələr... Özü də hansısa Yutub kanalında deyil, Rusiyanın dövlət kanalında...

Və bütün bunlar da azmış kimi, Rusiyanın teleqram kanalları da Azərbaycanın üzərinə hücuma keçir, İsrail-İran münaqişəsində ölkəmizin iştirakı barədə dezinformasiyalar yayır. Təsadüfdürmü? Əlbəttə ki, xeyr... Kampaniyadır. Və bu kampaniyanın da başında birbaşa rəsmi Kreml, birbaşa Rusiya prezidenti Vladimir Putin durur. Niyə əminliklə deyirik? Ona görə ki,

1. Azərbaycana qarşı hücumlar kütləvidir, sistemlidir və birbaşa rəsmi mənbələrin iştirakı ilə həyata keçirilir.

2. Bütün bu proseslərdə Rus Pravoslav kilsəsinin də iştirakı, nəyinki iştirakı birbaşa qızışdırıcı yer tutması, ideoloji təxribatları əsaslandırması, hüquq mühafizə orqanlarının vəhşiliyinə haqq qazandırması, 3. Baş vermiş hadisələrlə bağlı Rusiya tərəfinin ən azı qonşuluq prinsiplərinə uyğun Azərbaycanı məlumatlandırmaması, rəsmi açıqlama verməməsi... Hər bir halda bu gün Yekaterinburqda yaşananlar humanizmdən, sağlam əməkdaşlıqdan, dostluqdan dəm vuran Rusiya dövlətinin və rus xalqının faciəsidir. Baş verənlər Azərbaycan – Rusiya münasibətlərinə çox ciddi zərbədir. Yaşananlar regional təhlükəsizliyə və sabitliyə təhdiddir və nəyin nə üçün baş verdiyini gözəl anlayan Azərbaycan tərəfi də Rusiyaya konkret mesajlar göndərir ki, münasibətləri gərginləşdirmək heç bir tərəfin xeyrinə deyil".

AzTV sədri həmçinin qeyd edib ki, Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə rəsmi Bakının gözləntilərini qarşı tərəfin diqqətinə çatdırılıb:

"Nəticəsi olacaqmı? Ümid edirik ki, olacaq... Lakin sonra da düşünürsən ki, Rusiya dili, dini eyni olan slavyan xalqına, konkret Ukraynaya nələr yaşatdı...”

AzTV-nin Vladimir Putinin adını çəkərək Kremlin siyasətini tənqid edən süjetlərini təqdim edirik:











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada şovinizm dövlət səviyyəsinə keçib - ONA GÖRƏ DƏ...
Bu gün, 06:31
Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirildi - TƏFƏRRÜAT
Bu gün, 06:29
Xamenei niyə Azərbaycanla müharibə aparır? - VİDEO
Bu gün, 06:26
Simonyan Paşinyanı təhqir etdi - İlk dəfə deyil...
Bu gün, 06:23
Subhani də erməni müxalifəti kimi RUS AĞZI ilə HÜRÜR - FAKT BUDUR!
Bu gün, 06:19
Ağdamda polis əməkdaşı minaya düşərək xəsarət alıb
Bu gün, 06:16
Yekaterinburq QƏTLİAMI - deputat ŞƏRH EDİR
Bu gün, 00:44
Manana anasının arzusunu gerçəkləşdirdi - VİDEO
Bu gün, 00:42
Putinin əli azərbaycanlıların qanına batıb - AzTV
Bu gün, 00:39
"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"
Dünən, 18:07
Azərbaycanlı şahmatçını küsdürdülər, ölkədən getdi… - AXI NİYƏ?..
Dünən, 18:04
"Əgər Putin onları cəzalandırmasa, biz bunun qarşılığını verməyi bilirik" - Partiya sədrindən SƏRT açıqlama
Dünən, 18:01
Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb - TƏFƏRRÜAT
Dünən, 17:58
İran Azərbaycanı bununla “vurur”: ermənilər sevinir - KİV
Dünən, 12:21
Yekaterinburqda “qara bayram” - Qubernator hücumdan əvvəl Azərbaycan konsuluna nə deyib?
Dünən, 12:18
Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir - Nazirlik
Dünən, 12:14
Uydurma keçmişin əsarəti altında - AKTUAL
Dünən, 10:32
“Rasim Balayevlə yoldan keçən adi adama eyni qonorarı vermək olmaz” - ETİRAZ
Dünən, 10:29
Rusiyanın terrorçu 'OMON'çularına Azərbaycan DTX-da cinayət işi açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 10:24
Dost ölkənin ordusuna dəhşətli hücum: Yeni müharibə başlayır? - GƏLİŞMƏ
Dünən, 10:18
Deputatın qudasının şirkəti "Carçıoğlu Group"un vergi borcu 220 min manatı keçdi – cəmi 17 günə / FOTO+ VİDEO
Dünən, 10:08
“Bədheybət poqonlular”in zühuru - Aeroportda gözləyən “qara lentli maşınlar” dönəmi qayıdır
Dünən, 10:02
Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLENT
Dünən, 09:59
Əmrullayevin işçilərindən ŞÜBHƏLİ ALIŞ-VERİŞ... - DETALLAR
Dünən, 09:00
Növbəti RUS VƏHŞİLİYİ... - NƏ ETMƏLİ?
Dünən, 08:58
Boğaza qədər zibilin içində olan səhiyyəmiz... - TƏBİB məlhəm ola bilmirsə...
Dünən, 08:52
"Gəncə Memorial Hospital"da DVX ƏMƏLİYYAT KEÇİRDİ - Cərimələndi / Külli miqdarda borcu da var
Dünən, 08:48
Qarşıdakı aylar həlledici olacaq: Qərbyönlü Paşinyan, yoxsa rusiyayönlü kilsə? - İNCƏLƏMƏ
Dünən, 08:27
"Rusiyada azərbaycanlılara qarşı baş verənlər artıq sistem xarakterlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:22
"Səs var oxumaq üçündür, səs də var, qatıq satmaq üçün..." - ETİRAZ
Dünən, 08:17
İran yeni savaş astanasında: sərhəddə aktivlik – Azərbaycanlılar silahlandırılır…
Dünən, 08:14
Rəsmi Bakı vətəndaşının arxasındadır: qarşısında kim olursa, olsun... - AKTUAL
Dünən, 08:11
Masallıda baş verən cinayət işinin motivi məlum olub
Dünən, 08:06
Masallıda kişi of tügəngilə qayınanasını öldürüb, qohumlarına xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 05:11
Postimperial və Putinal şovinizm - Ey, Kreml, ey, Kilsə, nə gündəsiniz ki...
Dünən, 02:46
Avropanın baş diplomatı İrəvana gəlir
Dünən, 02:41
Eyni Rusiya, eyni ssenari: Şovinizm və qəddarlıq - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 02:37
Rusiyadan Azərbaycana qarşı növbəti vandalizm: - Kreml Bakıdan üzr istəməlidir!
Dünən, 00:36
"Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər" - Yekaterinburqda işgəncə görən azərbaycanlı
28-06-2025, 23:49
Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb
28-06-2025, 23:43
Rusiyada öldürülən qardaşların əmisi oğlu da - QƏTLƏ YETİRİLDİ
28-06-2025, 12:06
Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edib
28-06-2025, 12:03
Səfərovlar ailəsinə sübh tezdən edilən basqının TƏFƏRRÜATLARI - Bütün kişiləri döyüb apardılar
28-06-2025, 11:57
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşlərinin gətirilməsi ilə bağlı tədbirlər görülür
28-06-2025, 11:55
Zaqatalada sel TƏHLÜKƏSİ: 100 dən çox ev su altında qala bilər - FOTO
28-06-2025, 11:33
“Gəncəli Mübariz” xərçəngə tutuldu – Vəziyyəti ağırdır
28-06-2025, 10:56
"Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik" - Seyfəddin Hüseynli
28-06-2025, 10:52
Azərbaycan XİN-dən Yekaterinburqdakı vəhşiliyə REAKSİYA - "Zorakılığı törədənlərin qısa müddət ərzində..."
28-06-2025, 10:47
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir - DİQQƏT
28-06-2025, 10:42
Rusiyada qardaşları öldürülən jurnalist danışdı: - “OMON evə basqın edən zaman…”
28-06-2025, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru