Bu ilin ilk 3 ayı ərzində Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar 1 miyard 519 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, birbaşa xarici investisiyalar ötən ilin eyni dövrü il müqayisədə cəmi 0,7% və ya 10,5 milyon dollar artıb.
Birbaşa xarici investisiyaların 26,7%-i və ya 405,7 milyon dolları Böyük Britaniyanın payına düşüb. Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 37,5 milyon dollar azalıb.
İnvestisiyaların 70%-dən çoxu 5 ölkənin – Böyük Britaniya, Türkiyə, Kipr, Birləşmiş Ərəb Əmirlikləri və İranın payına düşüb.
Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr və maliyyə qurumları bunlar olub:
Böyük Britaniya – 405,7 milyon dollar (26,7%);
Türkiyə – 300,8 milyon dollar (19,8%);
Kipr – 181,1 milyon dollar (11,9%);
Birləşmiş Ərəb Əmirlikləri – 110,3 milyon dollar (7,3%);
İran – 90,1 milyon dollar (5,9%);
Macarıstan – 80,3 milyon dollar (5,3%);
Rusiya – 64,3 milyon dollar (4,2%);
Yaponiya – 48,4 milyon dollar (3,2%);
ABŞ – 42,3 milyon dollar (2,8%);
Niderland – 22,3 milyon dollar (1,5%);
Finlandiya – 19,3 milyon dollar (1,3%);
İsveç – 18,7 milyon dollar (1,2%);
Avstriya – 12,6 milyon dollar (0,8%);
Hindistan – 10,9 milyon dollar (0,7%);
İsveçrə – 10,8 milyon dollar (0,7%);
Latviya – 10,4 milyon dollar (0,7%);
Gürcüstan – 10,2 milyon dollar (0,7%);
Çin – 7,4 milyon dollar (0,5%);
Qazaxıstan – 5,9 milyon dollar (0,4%);
Almaniya – 4,4 milyon dollar (0,3%);
Lüksemburq – 1,8 milyon dollar (0,1%);
Asiya İnkişaf Bankı – 1,6 milyon dollar (0,1%);
Estoniya – 1,6 milyon dollar (0,1%);
Beynəlxalq Maliyyə Korporasiyası – 1,3 milyon dollar (0,1%);
Xorvatiya – 1,3 milyon dollar (0,1%);
İsrail – 1,2 milyon dollar (0,1%);
İspaniya – 1,1 milyon dollar (0,1%);
Belarus – 0,8 milyon dollar (0,1%);
Oman – 0,6 milyon dollar (-).