Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                 

"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Tarix: 26-02-2025, 08:52 | Çap et
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir"
Prezident İlham Əliyev həftəsonu Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı qəbul edib. Dövlət başçısı Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün müasir qış-xizək mərkəzlərinin yaradıldığını bildirərək, bu cür yarışların təşkil olunmasının ölkəmizin qış turizm potensialı ilə yanaşı, ümumilikdə turizm imkanlarının təbliğində rolunu vurğulayıb.

Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman yarışlarına uğurla ev sahibliyi etdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizin bu sahədə müasir infrastruktur baxımından geniş imkanlarının, eləcə də böyük təcrübəsinin olduğunu deyib.

Yoxan Eliaş rəhbərlik etdiyi federasiyanın ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb. Qonaq Azərbaycanda beynəlxalq xizək yarışlarının keçirilməsi perspektivlərindən danışıb.

Görüşdə gələcək əməkdaşlıq, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın qış turizm imkanlarının və “Şahdağ” Turizm Mərkəzinin dünya səviyyəsində daha da tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, snoubord qışa xas olan bir idman növüdür. Surfbord və skeytbordinqdən fərqi bu oyunun qar üstündə oynanmasıdır. Snoubordçuların orta yaş həddi 18-24 arasındadır. Zərif cinsin nümayəndələri arasında bu idman növü ilə məşğul olanların sayı daha çoxdur. Ekstremal idman növlərinə daxil olan snoubordinq qış Olimpiya oyunlarının proqramında 1998-ci ildən nümayiş etdirilir.

Azərbaycan indiyədək Avropa və İslam Oyunlarına ev sahibliyi edib, bu işdə təcrübəsi var. Qış oyunlarını keçirmək üçün infrastruktur da formalaşdırıla bilər. Həm də təkcə Şahdağda deyil, işğaldan azad olunmuş dağ rayonlarında bu mümkündür.

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. İqtisadçı turizm sektorunun Azərbaycanın qeyri-neft sektoru üzrə prioritet istiqamətlərdən biri olduğunu xatırladıb: “Bugünkü mövcud şəraitə əsaslansaq, turizm sektoru digər prioritetlər arasında potensialı və reallaşdırılması birinci olan sektordur. Çünki qeyri-neft sektoru üzrə olan prioritetlər arasında hər birinin inkişaf etdirilməsi üçün müəyyən problemlər mövcuddur. Məsələn, kənd təsərrüfatı qeyri-neft sektoru üzrə prioritet olsa da, bu gün Azərbaycanın su ehtiyatı, torpaq ehtiyatı, torpağın keyfiyyəti və məhsuldarlıq məsələləri kənd təsərrüfatının neft sektoruna alternativ bir sahə olaraq inkişaf etdirilməsi və gəlir əldə olunmasına imkan vermir. Lakin Azərbaycanın turizm sektoru kifayət qədər potensiala malikdir. 2011-ci ildə dövlət tərəfindən həmin ilin "Turizm İli" elan edilməsindən sonra ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, eyni zamanda ölkənin qlobal turizm bazarında daha yaxşı tanıdılması üçün müxtəlif idman yarışları təşkil edildi. 2015-ci ildə Avropa Oyunları, sonrakı dövrlərdə “Avroviziya” müsabiqəsi, “Formula 1" yarışları keçirildi. Bütün bunların mərkəzində dayanan əsas məqsəd ölkənin qlobal turizm bazarında tanıdılması idi.

Bu tədbirlər müəyyən müddət ərzində öz təsirini göstərdi. 2019-cu ildə Azərbaycana 3,2 milyon turist gəldi və bu, ölkəmizin tarixində rekord göstərici oldu. Lakin 2020-ci ildə bu rəqəm 4 dəfə azalaraq, 792 min nəfərə düşdü. 2022-2023-cü illərdə isə turizmlə bağlı bizim rəqib ölkələrimiz - Türkiyə və Gürcüstan 2019-cu ilin rekord göstəricilərini təzələdilər. Lakin Azərbaycanda bu, mümkün olmadı.

Hesab edirəm ki, bunun iki əsas səbəbi var. Birincisi, ölkə sərhədlərinin qapalı saxlanılmasıdır. İkincisi isə turizm sektorunda hələ də dövlətin rolunun yüksək səviyyədə qalmasıdır. Turizm sektoru ölkə üçün strateji əhəmiyyət daşımadığından və ciddi risklər yaratmadığından, bu sahənin özəl sektora ötürülməsi məqsədəuyğundur. Dövlət isə tənzimləyici funksiyasını həyata keçirməli və bu rolda qalmalıdır. 2009-cu ildə Şahdağda qış turizm kompleksinin inşasına başlanıldı, 2015-ci ildə isə qapalı səhmdar cəmiyyəti yaradıldı. Lakin turizm mərkəzinin qapalı səhmdar cəmiyyəti kimi fəaliyyət göstərməsi turizmin inkişafına mənfi təsir edir. Çünki bu, özəl sektor olmalıdır. Azərbaycanın yeraltı sərvətləri və strateji müəssisələri - məsələn, “AzerGold”, metro, “Azəriqaz” və s. qapalı səhmdar cəmiyyəti formasında fəaliyyət göstərə bilər. Ancaq Azərbaycanın - bir nömrəli turizm mərkəzi ola biləcək bir məkanın bu formada idarə edilməsi başadüşülən deyil. 2016-cı ildən 2023-cü ilin sonuna qədər Şahdağ Turizm Mərkəzinin zərəri 103 milyon manatı keçib. Əgər biz turizm sektorundan gəlir əldə etmək istəyiriksə və ölkənin əsas turizm mərkəzi zərərlə işləyirsə, qeyri-neft sektoru kimi turizmin inkişafı sual altına düşür. Deməli, burada dəyişikliklər edilməlidir. Düşünürəm ki, bu sektorun özəl sektora ötürülməsi vəziyyəti yaxşılaşdıracaq".

İqtisadçı onu da dedi ki, dövlətin kifayət qədər yükü var: “Dünya təcrübəsi isə göstərir ki, özəl fəaliyyətin mümkün olduğu sahələri dövlət nəzarətdə saxladıqda, bu, büdcəyə yük olmaqla yanaşı, inkişafı ləngidir. Gürcüstan və Türkiyədə turizm sektorunu dövlət əlində saxlasa idi, eyni zərərlərlə üzləşərdilər. Çünki bu sahənin özünəməxsus xüsusiyyətləri var. 2021-ci ildə dövlət tərəfindən bu sahəyə 14 milyon manat, 2022-ci ildə isə 12 milyon manat vəsait ayrılıb. Bu vəsaitlərə baxmayaraq, turizm xidmətləri kifayət qədər bahadır. Bütün bunları vurğulamaqda məqsədim odur ki, cənab Prezidentin Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı ilə görüş və bu görüşdəki müzakirələrindən sonra turizmin özəl sektora ötürülməsi və bu istiqamətdə rəqabət mühitinin formalaşması vacibdir. Çünki rəqabət mühiti turizmin inkişafında əsas faktorlardan biridir.

Ötən il ölkəmizdə COP29 tədbiri keçirildi. Bu tədbirin ekologiya üçün faydası ilə yanaşı, Azərbaycanın turizm sektoruna da müsbət təsiri oldu. Ölkənin beynəlxalq arenada tanıdılması və yüz minə yaxın insanın ölkəmizə gəlməsi 2025-ci ildə 2019-cu ildəki 3,2 milyonluq rekord göstəricini yeniləmək üçün ciddi bir fürsət yaradır. Bir daha vurğulayım ki, quru sərhədlərin açılması, xüsusən də dəmir yolu nəqliyyatı ilə Gürcüstan və Azərbaycan arasında marşrutun bərpası, eləcə də turizm sektorunda dövlətin yükünü azaltmağa yönəlmiş strategiyanın icrası ölkənin turizm sektoruna töhfə verə bilər".

İşğaldan azad edilmiş ərazilərə gəldikdə isə iqtisadçı qeyd edir ki, bu bölgələrin turizm potensialı ölkənin digər əraziləri ilə müqayisədə daha yüksəkdir: “Quba, Qəbələ və Şəki istiqamətləri ilə bərabər səviyyədə olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin üstünlüyü uzun müddət əlçatan olmaması ilə bağlıdır. Bu da turistlər üçün əlavə maraq yaradır. Sadəcə olaraq, burada da müasir turizm mərkəzlərinin yaradılması və yaradıldıqdan sonra qapalı səhmdar cəmiyyət kimi dövlətin nəzarətində olması baş verəcəksə, bu zaman buranın da ölkə iqtisadiyyatı üçün fayda gətirməsində müəyyən risklər qaçılmaz olacaq”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru