Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                     “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib .....                     Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir .....                     "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" .....                     Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş .....                     "Buna ciddi ehtiyac var" .....                     Porno saytın təsisçisi həbs olundu .....                     Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU .....                     Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                 

“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Tarix: 4-02-2025, 09:36 | Çap et
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq”
Milli Məclisin keçmiş deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az saytının redaksiyasında olaraq, əməkdaşımıza geniş müsahibə verib. Fəzail Ağamalı müsahibənin I hissəsində, mərhum eks-prezident Əbülfəz Elçibəylə necə tanış olmağından, onun həbsindən, daha sonra milli azadlıq hərəkatına qoşulmağından və digər məsələlərdən danışıb.

- Fəzail müəllim, uzun bir siyasi yol gəlmisiniz. Bundan məmnunsunuzmu?

- Çox məmnunam. Bu mənim taleyimdir. Tanrının mənə vermiş olduğu həyatdır, alın yazısıdır. Hər kəsin də bu və buna bənzər izahı olmayan və yaxud da danışmağa ehtiyac duymayan həyatı var. Mən dünyaya gəldiyim, özümü dərk etdiyim ilk andan ayıq, nadinc, haqsızlıqla barışmayan, dalaşanda sona qədər al-qan olsam da döyüşən, qarşımdakını məğlub etmək istəyində olan, hətta bəzən ona çatmayan bir insan olmuşam.

Xarakter etibarilə mən maksimalistəm. Nəyi ki qarşıma məqsəd qoymuşam, oradan geri çəkilmək ağlıma gəlməyib. Bir sıra hallarda mən çayın əksinə getmişəm, bilmişəm ki, bunu etsəm çox ciddi problemlər yaşaya bilərəm, amma yenə də onu etmişəm.

1988-ci ildən Azərbaycanda başlamış azadlıq mübarizəsinin içində yer aldım və sona qədər gəldim. Ona görə sualınızın əvvəlində dediyim fikrə qayıdıram ki, dünyanın ən xoşbəxt insanı bu gün mənəm ki, düşündüklərimin içində bu gün yaşayıram.

Azərbaycanı hələ tələbəlik illərindən azad, müstəqil görmək istəmişəm. Rəhmətlik Əbülfəz Elçibəy müəllim kimi bizə dərs dediyi zaman, bizi cəlb etdiyi gizli dərnəyin üzvlərindən biri olmuşam. O gizli dərnək Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə uğrunda fəaliyyət göstərib. Bütün bunlara görə Əbülfəz Elçibəy 1975-ci ildə həbs olundu. O dövrdən Azərbaycanın azadlığını, müstəqilliyini özüm üçün başlıca məqsəd hesab etmişəm.

Bunun üçün də çox böyük çətinliklər yaşamışam, amma onu deyə bilərəm ki, 1982-ci ilədək bizim evə məktubları gətirən poçtalyon da məktubları izləyirdi. Təsəvvür edin ki, poçtalyon da “KQB”yə işləyirdi.

1982-ci ildən sonra mənim üzərimdəki qadağa birdən-birə götürüldü. Bunu edən sonradan Azərbaycanın milli təhlükəsizlik naziri olan Nəriman İmranov idi. Nəriman İmranov mənim Naxçıvanda müəllim işlədiyim dövrdə Naxçıvan komsomal təşkilatının birinci katibi olmuşdu. Mənim “Şərq qapısı” qəzetindəki yazılarım onun diqqətini cəlb etmişdi. Bir dəfə məni çağırdı, tanış olmaq istəyini bildirdi.

Sonda dedi ki, gənc müəllimsən, nəsə sözün olsa bildir. Xahiş etdim ki, mümkünsə, yoldaşıma iş tapmaqda kömək etsin, o da etdi.

Sonra Nəriman İmranovla dostluğumuz başladı. O, Komsomol Komitəsinin birinci katibi, mən də universitetin baş müəllimi idim.

Sonra Nəriman müəllimi göndərdilər Dövlət Təhlükəsizlik Komitəsinin məktəbinə, oranı bitirdikdən sonra gəldi Naxçıvana və Naxçıvan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədr müavini işlədi.

Daha sonra Naxçıvan DTK-nın sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Bahadır Hüseynovu Azərbaycan DTK-ya müavin apardılar, onun yerinə isə Nəriman müəllimi təyin etdilər. Nəticədə mənim izlənməm bitdi və əlavə imkanlar yarandı.
Hətta Naxçıvan Muxtar Respublikası Partiya Komitəsinin təlimatçısı işinə götürülməyim gündəmə gəldi, bunun üçün məni dəvət etdilər, bütün şöbələrdən keçdim.

Həmin ərəfədə mənə təklif gəldi ki, Gəncə Texnologiya İnstitutuna kafedra müdiri gedə bilərsənmi? Mən Partiya Komitəsinin təlimatçısı vəzifəsini deyil, Gəncəni seçdim.

- Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayan məsələlərdən biri də sizin Əbülfəz Elçibəylə olan münasibətinizlə bağlıdır. Bəziləri qeyd edir ki, Fəzail Ağamalı Elçibəyə xəyanət etdi, onu satdı və sair. Bu barədə heç danışmadığınız məsələləri eşitmək istərdik.

- Bu fikir mənim şəxsiyyətimə, tərcümeyi-halıma və fəaliyyətimə atılan şərəfsiz və ləyaqətsiz böhtan, insanlığa sığmayan yanaşmadır. 1969-cu ildə Əbülfəz Elçibəy bizə Asiya və Afrika ölkələrinin tarixinin yeni dövrü fənnini tədris edirdi. Qısa zamanda o, bizim qrupun ən sevimli müəlliminə çevrildi. Öz savadı, müstəqil danışığı və tələbələrə yanaşması ilə bunu qazandı. Siz təsəvvür edin ki, hələ sovet vaxtı o, tənəffüsdə bizimlə birlikdə siqaret çəkirdi. Onda Əbülfəz Əliyevin 32, mənim 22 yaşım var idi. Auditoriyadan çölə çıxıb siqaret çəkdiyimiz yer var idi. Biz “Avrora” çəkirdik, Elçibəy isə filtirli siqaret və o, bizi də filtirli siqaret qonaq edirdi. Belə şeylər bizi çox cəlb elədi. Sonra başladı bizə Azərbaycan tarixindən, 1918-20-ci illərin müstəqil dövlətindən danışmağa. Tarixçi olaraq biz bunların heç birini bilmirdik – kitablarda, tədqiqat əsərlərində yox idi, müəllimlərin heç biri bizə bunları demirdi. Biz də təəccüblənirdik, çünki Musavat, AXC bizə düşmən obrazında öyrədilirdi.

Beləliklə, dostluğumuz başladı. Elçibəyin “Papanin” (İndiki Cəlil Məmmədquluzadə-red.) məhəlləsində evi var idi, bizi ora dəvət edirdi. Biz gedirdik çay içirdik, söhbət edirdik, pulumuz olanda pivə içirdik. Mən o zaman Əbülfəz Elçibəyin evinə kimlərin gəldiyinin şahidi oldum – Vasif Məmmədəliyev, Rafiq İsmayıl və digərləri. Elçibəyin kimlərlə yüksək münasibət qurmağının da şahidi olduq – Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, Ziya Bünyadov, Süleyman Əliyarov. Bunlar həmin dövrün ən böyük ziyalıları, istiqlalı içində daşıyan və imkan düşdükcə, bunu millətə çatdıran insanlar idilər. Onlarla Elçibəyin necə münasibətdə olduğuna şahidlik etdik. Elə olurdu ki, bizim danışıqlarımız o qədər intensiv və maraqlı gedirdi ki, uzun söhbətin sonunda mən, Mirheydər Mirzəyev və Əbülfəz bəy kitabları başımızın altına qoyub yatırdıq.

Bu cür möhkəm dostluğumuz yarandı və biz onunla Azərbaycanın azadlığı uğrunda mübarizədə birgə rol aldıq. Həmin zaman kəsiyində Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını çap edib payladıq. Mən həmin vaxt Bakı Dövlət Universitetinin qəzetində çalışırdım. Orada makinaçı İzzət xanımdan xahiş edirdim ki, 4-5 qara kağız qoysun ki, poemanın üzünü çıxaraq. O, mənə deyirdi ki, səni tutacaqlar.

1970-ci ildə Həmid Əliyevin ustad şair Şəhriyarın şeirlərindən ibarət kiçik bir broşürü çıxdı. O kitabçada “Heydər babaya salam”, “Azərbaycan” şeiri də yer almışdı. “Azərbaycan” şeiri inqilabi, insanın ruhunu hərəkətə gətirirdi:

Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

Siz təsəvvür edirsiniz, 70-ci ildə əlində belə bir broşür tutmaq nə demək idi... Minlərlə kitabça yayılmışdı.

Bilirsiniz, bunu edən kim idi? Birmənalı şəkildə mərhum Heydər Əliyev. Heydər Əliyev icazə vermişdi o şeirlərin dərcinə.

Heydər Əliyev bu cür addımlarla, bu cür hərəkətlərlə milli şüuru, milli ideyanı, milli mənliyi formalaşdırırdı. Biz də Şəhriyarın şəklini həmin misralarla 100-200 nüsxə çıxarıb, nə qədər imkanımız çatırdısa, Bakı, Sumqayıt, Gəncə, Yevlax və Göyçayda yayırdıq.

Bütün bunların hamısı Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən geniş şəkildə nəzarətdə idi.

- Elçibəyin məhkəməsi ilə bağlı nələri deyə bilərsiniz?

- Elçibəyin məhkəməsində ondan sonra ən çox adı hallanan ikinci şəxs mən olmuşam. Bizdən bir kurs aşağıda oxuyan Nəsir Ağayev və onun qrup yoldaşı Fərhad Vahabov var idi. Onların hərəkətlərindən mən şübhələnmişdim. Əbülfəz bəyə dedim ki, onları bizim aramıza göndəriblər. Onlarla münasibət qurma, Elçibəy də dedi ki, narahat olma, onlar heç nə edə bilməzlər. Elçibəyin yanaşması fərqli idi. Deyirdi ki, hamını cəlb edin, millət üçün işləyirik. Bir də onun Aydın Hacıyev adlı qrup yoldaşı var idi. Nə baş verirdisə, hər şeyi çatdırırdı DTK-ya. Bütün bunların hamısı məhkəmədə açıldı. Hətta o da açıldı ki, Fəzail Ağamalıyev Əbülfəz Əliyevə deyibmiş ki, Fərhad Vahabovu bura göndəriblər, ondan ehtiyatlı olun. Özümün iştirak etdiyim məhkəmə prosesində bunların hamısı söylənildi.

Biz Elçibəylə 1970-ci illərdə də məktublaşırdıq, şifrəli danışırdıq - Naxçıvanda havalar buludludur, bura qar yağır, vəziyyət ağırdır. O da deyirdi ki, hər qışın bir yazı olacaq, bahar olacaq, bahar da gələr, quşlar da oxuyar, ağaclar da çiçək açar.

1975-ci ilin əvvəlləri idi. Yoldaşım Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyurdu. Mən də Elçibəylə tez-tez görüşürdüm. Amma bir dəfə dedi ki, ondan uzaq olum, onu izləyirlər. Ondan sonra görüşə bilmədik, özüm də gördüm ki, maraq göstərmir.

1975-ci ildə Naxçıvanda auditoriyada dərs deyirdim. Qrupda bilinirdi ki, məni izləyən adamlar var. Orada bir İlyas var idi. O pəncərənin önündən keçəndə ürəyimə damdı ki, nəsə olub. 5 dəqiqə sonra qapını döydü ki, Fəzail müəllim, sizi olarmı? Mən dəhlizə çıxanda orada DTK-nın Naxçıvan üzrə kuratoru Eldəniz Əliyevi gördüm. Dedi ki, onunla getməliyəm. Bilirdim ki, Elçibəyin işi gedir, çağırılacağımı gözləyirdim. Soruşdu ki, müəlliminin məsələsindən xəbərin var? Dedim ki, hansı müəllim, nə məsələsi? Sonra bildirdilər ki, Əbülfəz Əliyevin işi ilə bağlı Bakıya getməliyım. Gəldim evə, halallaşdım. Bildirdilər ki, biletin alınıb, saat 9-da Bakıya çatacaqsan, birbaşa komendaturaya gedəsən. Müstəntiqə zəng edərsən, o səni gözləyəcək. Qatara minib Bakıya yola düşdüm. Ordubada çatanda qatar qısa müddətə stansiyada dayandı, birdən orada Elçibəyi gördüm. Öz-özümə dedim bu nədir, nə baş verir... Tez qatardan düşdüm, Əbülfəz bəylə görüşdüm, yerini soruşdum, məndən 2-3 vaqon qarşıda gedirmiş. Dedim qatar tərpənsin, gələcəm sizin yanınıza. Qatar tərpəndi, mən getdim Elçibəyin olduğu vaqona, görüşdük, əllə, qolla, gözlə danışdıq, siqaret çəkmək adı ilə dəhlizə çıxdıq. Vaqonların arasında, iki vaqonun birləşdiyi yerdə bir tərəfdə o, bir tərəfdə mən durdum. Dedim ki, Əbülfəz bəy, nə məsələdir, məni də çağırıblar Bakıya. Dedi xəbəri var, gəlib anasıyla görüşməyə, sabah haqqında qətimkan tədbiri seçiləcək və həbs olunacaq.

Dedi ki, səninlə bərabər çoxlarını çağırıblar. Dedim ki, mənim mövqeyim aydındır, sizə orada necə kömək edə bilərəm? Cavab verdi ki, nə olubsa səninlə mənim aramda olub, mümkün olanı deyərsən, mümkün olmayanı deməzsən. Dedim ki, mən inkar mövqeyin tutacam. Heç nəyi bilmirəm, heç nəyi danışmayacam. Dedi özün bil, lazım gəlsə Cənubi Azərbaycan məsələsin deyə bilərsən.

Ayrıldıq, mən çatdımBakıya. Zəng vurub müstəntiqlə görüşdüm. Dövlət Təhlükəsizlik Komitəsinin binasına arxa girişdən daxil oldum. Qapını açdım, gördüm oradan bir adamın silueti görsənir. Bir serjant apardı məni yuxarı. O sual verir, mən də cavablandırırdım...

Deyirdim ki, belə şey yoxdur, o da nələrsə yazırdı, sonda oxuyub qol çəkməliydim. Dedim ki, verin özüm yazım, siz niyə yazırsınız? Dedi ki, olmaz, mən nə deyirəm ona cavab verməlisən. Gördüm kağıza Əbülfəz Elçibəyi ittiham edən xeyli şeylər yazıb. Mən qol çəkmədim, vərəqi cırıb atdı. Başqasını yazdı, yenə imzalamadım, yenə cırıb atdı. İstintaq şöbəsinin rəisi var idi – Səlimzadə.

O da gəldi, müstəntiq ona dedi ki, cənab polkovnik, bu adam mənim yazdıqlarıma qol çəkmir, deyir belə şeylər olmayıb.

İstintaq şöbəsinin rəisi əsəbi şəkildə cavab verdi ki, qol çəkmirsə, bu “senoku” sal müəllimin yanına, görsün hökumətə, dövlətə qarşı çıxmaq nədir.

İçimdən bir şey qopdu sanki. Dedim ki, yoldaş polkovnik, siz həqiqəti bilmək istəyirsiniz, mən də həqiqəti deyirəm. Ancaq əgər istəyirsinizsə, sizin dediklərinizi təsdiqləyim, onda kağızın altında qeyd edəcəm ki, mən burada yazılanlarla razı deyiləm, məni məcbur etdiklərinə görə qol çəkirəm.

Dedi ki, sən heç bilirsən nə danışırsan, harada olduğunun fərqindəsən? Dedim bilirəm, mən Dövlət Təhlükəsizlik Komitəsinin binasındayam. Göstəriş verdi ki, götürün bunu neynəyirsinizsə, edin.

Məndən Əbülfəz Elçibəyin əleyhinə heç nə ala bilmədilər.

O vaxt Dövlət Təhlüksizlik Komitəsi indiki Sərhəd Qoşunlarının binasında yerləşirdi. Bizim işlərə kuratorluq edən şəxs məni metroya qədər ötürdü. Yol boyu məni fikrimdən daşındırmağa çalışdı.

Ondan bir ay sonra məni yenidən Bakıya çağırdılar. Həmin vaxt böyük oğlum 1 yaş 1 aylıq idi, o biri oğlumun isə heç 40-ı da çıxmamışdı. Yoldaşıma dedim ki, məni yenə Əbülfəz Elçibəyə görə çağırırlar, uşaqlarla öpüşdük-görüşdük. Yoldaşıma dedim ki, ola bilər getdim, qayıda bilmədim, uşaqlara de ki, atanız şərəfli yol keçib. Yoldaşım çox pis oldu, dedim ki, mənim burada sənədlərim, məktublarım var, onları gizlət.

Allah ona insaf versin, mən gedəndən sonra bütün məktubları, sənədləri od vurub yandırıb.
Ətraflı

İkinci dəfə məni Bakıya dəvət edəndə gördüm fərqli münasibət var. Çağırıb xəbərdarlıq etdilər ki, bir də belə işlə məşğul olma. Buna bənzər bir izahat yazdılar, mən də qol çəkdim.

Orada bir məsələ oldu Cənubla bağlı. Dedilər bəs siz Elçibəylə Cənubi Azərbaycanla bağlı danışmısınız, çoxlu söhbətləriniz olub. Dedim vallah xatırlamıram, hansısa məxsusi söhbətlərimiz olsun.

Soruşdular ki, Elçibəyin imzasını, xəttini tanıyırsan, dedim bəli. Bir kağız göstərdilər, orada yazılmışdı ki, Fəzail Ağamalıyevlə bir sıra hallarda Cənubi Azərbaycan barədə söhbətlərimiz olub.

Mən də dedim ki, Elçibəy bizə Asiya-Afrika ölkələrinin yeni tarixindən dərs deyirdi, İran da bu ölkələrdən biridir. Onun üzərində bizim söhbətlərimiz marksizim və leninizm metodologiyası səviyyəsində olub, eyni zamanda bu mövzuda başqa müəllimlərlə də söhbət etmişik.

Sonra mənə bəlli oldu ki, Elçibəyi mühakimə edən prokuror Yamən Yusifovu istintaqın gedişində yuxarı orqanlara çağırıblar. Heydər Əliyev ona deyib ki, mənim sənə pisliyim keçməyib, düşmüsən təsir altına, görmürsən ki, bu işlər həm də mənə qarşı qurulub.

Çünki ermənilər Heydər Əliyevə qarşı Əbülfəz Əliyev amilindən istifadə edirmişlər.

Heydər Əliyev onları yanına çağırandan sonra Əbülfəz bəyin üzərindən ən ağır maddə götürüldü. Bu olmasaydı, biz də 5-6 il həbsdə qalmalıydıq.

Yəni rəhmətlik Heydər Əliyev Əbülfəz Elçibəyin məsələsini həll etdi.

- Bəs, sonralar sizə atılan böhtanların səbəbi nədir?

- Əbülfəz Elçibəy həbsdən çıxıb gələndən sonra mən onunla tez-tez görüşürdüm. Əlyazmalar İnistutunda işləyirdi. Münasibətimizdə bir gün belə fasilə yaşanmadı. Hərəkat başladı və mən o hərakatın içində Elçibəylə birlikdə idim. Mən Elçibəyin ünvanına, onun həbsinə imkan verən izahat versəydim, o, məni necə yanında saxlaya bilərdi?!

Mənə qarşı bu iftiranı yayan Zərdüşt Əlizadəydi. Bir dəfə müzakirə zamanı mən Zərdüşt Əlizadənin ünvanına sərt sözlər söylədim. Dedim ki, sizin atanız Əbülfəz Elçibəyin həbsində çox mühüm rol oynayıb. Onun bütün fəaliyyəti haqqında dosyeləri verənin biri də Şərqşünaslıq İnistutunun müəllimi kimi sizin atanız Mübariz Əlizadə olub. Eyni zamanda Tarix fakültəsinin müdiri kimi Məmməd Əfəndi və digərləri olub. Ondan sonra Zərdüşt yığıncaqların birində dedi ki, Fəzail Ağamalı mənim atam haqqında belə deyir, ancaq məndə olan məlumat görə, onun özü Elçibəyin həbsində vacib rol oynayıb.

Orada Elçibəy özü də çıxış edirdi və dedi ki, Zərdüştün söylədiyi kökündən yanlışdır, Fəzail Ağamalı proseslərdən alnıaçıq, üzüağ çıxdı. Həmin stenoqramı yazan Səfər Alışarlının çıxarmış olduğu kitabda Əbülfəz Elçibəyin bu sözləri yer alıb.

Sonra bu iftira yenidən gündəmə gətirildi. Ramiz Mehdiyevə qarşı aparmış olduğum mübarizədə onun tapşırığı ilə mənə qarşı müxtəlif səviyyələrdə çox böyük kampaniya başladıldı. Bu kampaniyanın içərisində Ramiz Mehdiyevin yaxın adamları da var idi, onunla əməkdaşlıq edən müxalifət də orada yer alırdı.

Mənim barəmdəki böhtanları müxalifətin dili ilə dedizdirirdilər ki, insanlar buna inansın. Mən bunun qarşısını almaq üçün Elçibəyin qardaşı Almurad bəydən xahiş etdim, bir açıqlama versin, onlar hər şeyi bilirlər. O da açıqlama verdi ki, Fəzail Ağamalı haqqında deyilən hər şey böhtandır. Fəzail Ağamalı Əbülfəz Elçibəyin məhkəməsindən alnıaçıq və kişi kimi çıxdı. Ondan sonra böhtançılar dayanmağa məcbur oldular.

- Hərəkat dövründə Heydər Əliyevi müdafiə etdiyinizi iddia edirsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Heydər Əliyevlə bağlı fikirlərimi həmişə demişəm, hərakat dövründə də deyirdim.

Bir dəfə Milli Məclisin qarşısında mitinq keçirilirdi. O mitinqlərin aparıcı şəxslərdən biri də mən idim.

Dedilər ki, mitinqləri sən apar, razılaşmadım. Mənim funksiyam tamamilə fərqli idi. Fikrim ovaxtkı prezident Ayaz Mütəllibovun istefasına nail olacaq mitinq təşkil etmək idi. Ona imkan vermədilər, hətta cəbhəçilərin özü buna qarşı idi. Xocalı soyqırımından sonra isə dedim ki, fürsəti əldən vermək olmaz, Ayazı göndərmək lazımdır. Ayazı istefaya göndərməkdə niyyətim o idi ki, Azərbaycan Kremilin təsirindən azad olsun. İkinci niyyətim isə bu idi ki, Azərbaycanın indiki faciələrdən çıxarmağın yeganə açarı Heydər Əliyevin əlindədir.

Heç ağlıma gəlməzdi ki, Ayaz Mütəllibovdan sonra Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələr, Elçibəy də mənə deyər ki, sən də get əmək və əhalinin sosial müdafiə nazirinin müavini ol.

Mitinqlər davam edirdi. Axşama yaxın mən çıxdım tribunaya, xahiş etdim ki, Azərbaycan Xalq Cəbhəsinin Bakı şəhəri üzrə məclis sədrləri də tribunanın ətrafına gəlsinlər.

Gəldilər, dedim, içəridə söhbət dolaşır ki, AXC ilə Ayaz Mütəllibovun danışıqları gedir. Niyyətləri odur ki, Ayaza Mütəllibovu formal olaraq prezident kimi saxlayırlar, hakimiyyət isə cəbhəçilərin əlinə keçir. Beləliklə, hakimiyyəti bölüşürlər. Dedim ki, bu, böyük xəyanətdir, Azərbaycanı fəlakətə aparan yoldur,

Ona görə də gəlin, biz Ayaz Mütəllibovun istefasına qədər fasiləsiz mitinq edək. Dedilər ki, sən avantüristsən, bunu etmək olmaz, çünki cəbhədən belə tapşırıq yoxdur. İki nəfər, Nəsiminin o zamankı icra başçısı Əli Quliyev və Arif Qarayev mənimlə razılaşdı.

O zaman Gülçöhrə xanım var idi, cəbhə dövründə İsgəndər Həmidov onu pasport idarəsinin rəisi təyin etmişdi. Onunla əlaqə saxladım, dedim ki, Xalq Cəbhəsindən dəstək yoxdur. Səndən bir xahişim var, mübariz qadınları topla, gətir parlamentə. İçəridə millətə xəyanət edirlər. Xocalı faciəsinə göz yuman Ayazı hakimiyyətdə saxlamaq istəyirlər.

Gülçöhrə xanım razılaşdı, 15 dəqiqədən sonra 20-25 mübariz qadınla parlamentə gəldi.

Parlamentdə o vaxt guya nizam-intizama nəzarət edən Yaşar Əliyev idi. O, həmin vaxt Bakı şəhərinin Baş Polis İdarəsində işləyirdi, mayor rütbəsində idi. Dedim Yaşar müəllim, sizi istəyən biri kimi deyirəm, baxın, burada başqa işlər gedir, Qarabağda Xocalı soyqırımı baş verib. Bu qadınların qabağında dura bilməyəcəksiniz. Elə bir fikrin olsa, başında papağın, çiynində paqonun qalmayacaq. Cavab verdi ki, mane olmayacaq, çıxsınlar yuxarı.

Mitinqə gələn xanımları parlamentə dəvət etdim. Yunus Orucla mən də yuxarıda idik. Dedim, Yunus, gedək daş yığaq, qadınlara paylayaq. Elə də etdik, qadınlara dedik ki, daşları yığın çantanıza, parlamentin aşağıdakı şüşələrini sındırın, yuxarıdakıları sındırsanız başınıza tökülər. Qoyun içəridə ajiotaj yaransın, bilsinlər ki, çıxış yolu yoxdur.

Qadınlar Milli Məclisin qapısının önündə dediklərimizin hamısını etdilər. Bundan sonra çıxdım tribunaya, mitinqdə iştirak edən qadınlara müraciət etdim, dedim ki, orada xanımlar var, onları tək qoymayın, siz də çıxın onların yanına. Əksər xanımlar çağırışıma əməl etdilər.

Bir saatdan sonra çıxıb kişilərə müraciət etdim ki, siz analarınızı, bacılarınızı tək buraxmayın. Beləcə, Milli Məclisi mühasirəyə aldırdıq, oradan bir nəfərin də çıxmağına imkan vermədik. 36 saat fasiləsiz mitinq keçiribAyaz Mütəllibovu istefaya göndərdik.

Bilirdim ki, qurtuluşumuz Heydər Əliyevin hakimiyyətə gəlməsindədir. Əks halda, Azərbaycan yox olacaqdı.

Bu mitinq 1992-ci il mart ayının 6-da oldu.

Hakimiyyət üstündə dava gedirdi. O zaman parlamentin sədri olan Yaqub Məmmədov deyirdi ki, mən siyasətdə “peşkayam” və sair və ilaxr. Bu da siyasi anarxiyanın göstəricisi idi.

Bir neçə gün sonra Azərbaycan Xalq Cəbhəsinin qərargahındakı yığıncaqda ölkənin ictimai-siyasi durumu müzakirə olunurdu. Belə qərara gəldilər ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ almağa tam hazırdır. Bununla da Azərbaycanı müstəqil edəcək, separatçılığa son qoyacaqlar və sair.

Məclisi Sabit Bağırov aparırdı, katib isə Gündüz Cəlilov idi. Yığıncaq onun adı ilə çağırılmışdı. Tiribunaya çıxaraq dedim ki, bunlar mümkün deyil. Biz hakimiyyətə gəlsək də, onu saxlamaq gücündə və səriştəsində deyilik. Ölkəni necə idarə etməklə bağlı təcrübəmiz yoxdur. AXC-də ən aparıcı insanlar laborant, müəllim olub, içərisində ən vəzifəlisi də mən olmuşam, o da kafedra müdiri, bundan yuxarı olmamışıq.

Bu güclə ölkə idarə etmək olmaz və mən təklif edirəm ki, Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edək. Biz onun yanında olmalıyıq, bərabər şəkildə birlikdə bu ölkəni fəlakətdən çıxarmalı və ona kömək etməliyik.

Məni orada biabır etdilər. Cahandar adlı biri var, Ülvi Həkimovla başladılar məni təhqir etməyə. Ülvinin atası Pedaqoji İnstitutda işləyirdi, hamıdan rüşvət alırdı. Ona atasını xatırlatdım, bildirdim ki, pul yığan atandı, mən həqiqəti deyirəm.

Dedim ki, Heydər Əliyev Naxçıvandan çıxır, hadisələr onu Bakıya gətirir. Mən onun çəkmələrinin səsini eşitməkdəyəm.

Xalq Heydər Əliyevi mütləq Bakıya gətirəcək. Siz yer axtaracaqsınız gizlənməyə. Kim idi sözümə baxan. Bir ildən sonra mən dediklərim baş verdi.

Mən bu hadisələrdən əvvəl, 1991-ci ildə Naxçıvana - Heydər Əliyevin yanına getmiş, onunla söhbətləşmişdim. Demişdim ki, seçimi etmişəm, gəlmişəm bura ki, sizin xeyir-duanızı alam, sizin yanınızda olam. O da demişdi ki, bu, sənin seçimindir, mən bir söz deyə bilmərəm. Dedi ki, get, Əbülfəz Elçibəyə kömək elə.
Demək istəyirəm ki, Azərbaycanın azadlıq ruhu daşıyan insanlarını, hətta Elçibəyi də Heydər Əliyev qoruyurdu.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Bu gün, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Bu gün, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Bu gün, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Bu gün, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Bu gün, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Bu gün, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Bu gün, 17:37
Porno saytın təsisçisi həbs olundu
Bu gün, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Bu gün, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Bu gün, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru