ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib .....                     Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                     “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib .....                     Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir .....                     "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" .....                     Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş .....                     "Buna ciddi ehtiyac var" .....                     Porno saytın təsisçisi həbs olundu .....                     Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU .....                     Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                 

“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Tarix: 14-01-2025, 17:41 | Çap et
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam”
Hacıyevlərin iki məşhur nümayəndəsi artıq məhkəmənin hökmü ilə uzunmüddətli həbs cəzası alıb. Onlardan biri ictimai fəal Bəxtiyar Hacıyev, digəri İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevdir. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Məlumat üçün bildirək ki, adıçəkilən şəxslərin ataları əmioğludurlar. Hər ikisi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi nəvəsidir.

Hafiz Hacıyev qohumu Bəxtiyar Hacıyevə 10 il hökm oxunmasına necə baxır?

Globalinfo.az-da danışan H.Hacıyev Bəxtiyar Hacıyevin atası ilə öz atasının əmioğlu olduğunu vurğulayıb.

O, B.Hacıyevin həbsindən danışarkən bunları deyib:

“Elə bir zəmanəyə gəlmişik ki, hansısa məmurun nöqsanını deyə bilmirik, dərhal həbsə atırlar. Zamanında biz də həbs edilmişik. Bu gün dünyanın üzərimizə gəldiyi bir dövrdə bu cür yollara əl atmaq düzgün deyil. Bəxtiyar və ya digərləri bu ölkəyə nə pislik edə bilər? Əllərində top-tüfəngləri yox, orduları yox. Düşünürdüm ki, hər halda Bəxtiyara daha az və yüngül cəza verilər. Təəssüf ki, o məni zamanında dinləmədi. Dinləmiş olsa, hazırda dörd divar arasında olmazdı. Demirəm, Bəxtiyar tamamilə səhvsiz və pakdır. Lakin bu cəza onun üçün çoxdur. Biz partiyalar da ölkədə barışıq olmasını istəyirik. Adi yas yerinə gedəndə də insanlar ölkə daxilində olan sosial problemləri müzakirə edirlər. Prezidentin işinə kölgə salmaq istəyənlərə qarşı çıxanları isə həbsə atdırırlar”.

Hafiz Hacıyev zamanında özünün həbs olunma səbəbini açıqlayıb:

“Sürət Hüseynov hakimiyyətə gələndə mən nazir idim. Həmin dönəmdə S.Hüseynov məndən 600 min dollar pul istədi. Mən bunu rəhmətlik Heydər Əliyevə çatdırdım. Onda da Heydər Əliyev Ali Sovetin sədri və prezidentin səlahiyyətlərini icra edirdi. Açıq şəkildə dedi ki, Sürət qələt edir, get işinə davam elə. Lakin Hüseynov keçmiş baş prokuror Əli Ömərova məni həbs etdirməyi tapşırmışdı. Onun tapşırığına əsasən də 2,6 il müddətinə azadlıqdan məhrum edildim. Heydər Əliyev olmasa idi, Sürət Hüseynov məni öldütdürərdi”.

Partiya sədri hazırda həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin də əmisi nəvəsi olduğunu deyib:

“Vilyamı o vaxt mənim xahişimlə icra başçısı təyin etmişdilər. Sonra bəzi hərəkətlərə yol verdiyi üçün həbs olundu. Keçmişə qayıtmaq istəmirəm. Düzü, heç biri ilə əlaqəmiz yoxdur. Hətta əzizlərimizin yas məclisində eyni masada əyləşsək də, bir-birimizlə danışmırdıq. Vilyam Hacıyevlə konkret nəyə görə danışmadığımız məlum deyil. Bəxtiyarla aramızda olan “düşmənçiliyə” səbəb isə Əlilərə, İsalara (Əli Kərimli ilə İsa Qəmbəri nəzərdə tutur – red.) qoşulmamağı tövsiyə etməyimdir. Amma qeyd edim ki, hər iki əmim nəvəsinin azadlığa qovuşması üçün müraciətlər etmişəm, gizlətmirəm də”.

Hafiz Hacıyev ona qəsd etmək istəyənlərin olduğunu düşünür:

“Zamanında İlham Əliyevə dəstək olduğum üçün məni hədələyən bəzi məmurların öz balaları bu gün vəzifədədirlər. Oturub, Azərbaycanın büdcəsini talayırlar. Əgər məni öldürməsələr, rezidentlə görüşüb, baş verənləri ona danışacam”.

Partiya sədri deyib ki, Hacıyevlər ziyalı nəsildirlər:

“Hacıyevlər ailəsini artıq dustaq ailəsi adlandırmaq olar. Fakt olaraq iki əmim nəvəsi həbsdədir. Bilirsiniz, nəslimiz böyükdür. Akademiklər, professorlar, imkanlı və ziyalı adamlar çoxdur. Biz hər zaman dövlətin və onun başçısının yanında olmuşuq”.

Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabr ayında saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib.

2020-ci ilin may ayının əvvəllərində DTX-nin xüsusi əməliyyatı ilə həbs olunan İmişlinin sabiq başçısı Vilyam Hacıyev isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Lakin sonradan onun cəzası 8 il 6 ay müddətinə azaldılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37
Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Dünən, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Dünən, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Dünən, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Dünən, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Dünən, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Dünən, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Dünən, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Dünən, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Dünən, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Dünən, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Dünən, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Dünən, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Dünən, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Dünən, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Dünən, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Dünən, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Dünən, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Dünən, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Dünən, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Dünən, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Dünən, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Dünən, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Dünən, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Dünən, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Dünən, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Dünən, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Dünən, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Dünən, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Dünən, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Dünən, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Dünən, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Dünən, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Dünən, 11:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru