Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                     “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                     Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır .....                     Revanşist ermənilər: nə qədər praqmatikdirlər? .....                     Zəngəzur dəhlizi an məsələsidir... .....                     Peşə təhsili siyasəti iflas həddində... .....                     Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? .....                     Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? .....                     Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? .....                     "Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" .....                     ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb .....                     Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır .....                     "Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" .....                     Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib .....                     ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib .....                     Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                     “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib .....                     Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir .....                     "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" .....                     Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş .....                 

`Azəriqaz`da rəhbər dəyişdi... vətəndaşa münasibət dəyişmədi... - "Tüstü borusunu, qaz xəttini bəyəm istehlakçı çəkib?"
Tarix: 31-08-2024, 12:58 | Çap et
`Azəriqaz`da rəhbər dəyişdi... vətəndaşa münasibət dəyişmədi...
Bakının Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanında Heydər
Əliyev Fondunun dəstəyi ilə 1-ci dərəcəli Qarabağ qazisinin istifadəsinə
2008-ci ildə verilən qeyri-yaşayış otağının çöldən “Kombi” sistemi ilə
qızdırılmasına “Azəriqaz” 16 ildir rüşvət tələbi ilə qadağa qoyub. Qaz
xidmətinin Qarabağ qazisini “qazlamağına” baxın, qeyri-yaşayış evinin
çöldən “Kombi” sistemi ilə qızdırılması təhlükə yaradır. Halbuki təhlükəyə
cavabdeh olan Fövqəladə Hallar Nazirliyi “Kombi” cihazlarının binanın
çölündə quraşdırılmalı olmasını bildirib.16 ildir ali dövlət hakimiyyəti
orqanlarından, Heydər Əliyev Fondundan “Azəriqaz”a gələn tapşırıqlara
çeşidli bəhanələrlə əməl edilmir. Özü də qaz xidmətinin işi yalnız qaz
sayğacı quraşdırmaqır, ondan o yana keçmir. Nədən bütün işlər görülüb,
mövcud qaz xətti binanın yanından keçdiyindən, 16 il qabaq xətdən
ventillə qaz götürülməsi üçün , rus terminologiyası ilə desək, “sosok”
qoyulub, bircə sayğac quraşdırmaq qalır ki, evi qızdırmaq mümkün olsun.
Qaz idarəsinin bu özbaşınalıqda rüşvətdən özgə nə marağı ola bilər ki, 16
ildir boynuna düşən görəvdən imtina edir? Xatırladırıq ki, “Azərişıq” anında
iki (!) işıq sayğacı quraşdırıb, “Azərsu” verdiyi texniki şərti məhkəmənin
qərarından sonra beş ildir icra edib, bircə qaz idarəsi erməni kilsələrinə
pulsuz verdiyi qazı Qarabağ qazisinə pulla da vermək istəmir. “Kombi”
sistemi isə qaz olmadan işləmir.
“Azəriqaz” hətta məhkəməyə də təzyiq edib. Bakı İnzibati Məhkəməsinin
hakimi Fərid Mədətli 17.06.2020-ci il tarixli (tərəflərin iştirak etmədiyi)
iclasda qərara alıb ki, 1-ci dərəcəli Qarabağ qazisi-istehlakçının
istifadəsinə SƏNAYE QAZ SAYĞACI verilməlidir. Bilirsiniz, hələ də
rəsmi qaydada verilməyən bu qərarla məhkəmə hakimi nə demək istəyir?
“ Qaz təchizatı haqqında” qanunun 13.9 maddəsində, “Qazdan istifadə
qaydaları haqqında” NK qərarının 4.2 bəndində MƏİŞƏT QAZ
SAYĞACLARInın təchizatının, quraşdırılmasının, dəyişdirilməsinin
QAZ PAYLAYICININ vəsaiti HESABINA, digər istehlakçılar üçün
İSTEHLAKÇILARIN vəsati HESABINA olduğu yazılıb. Yəni istənilən
halda , qaz xidməti xidmətdən imtina edə bilməz, sadəcə, xidmətin kimin
hesabına olması mübahisə predmetidir. Məhkəmə də başqa bəhanə tapa
bilməyib və qərara alıb ki, əlil-istehlakçı SAATDA 10 kub metrdən çox
qaz sərf edən SƏNAYE QAZ QURGUSUNDAN yararlanır !(?) ( Məişət
qaz qurğusu saatda 10 kub metrdən AZ, sənaye qaz qurğusu isə
ÇOX qaz işlədən qurğular sayılır). Özbaşınalığa baxın, guya “Kombi”
saatda 10 kubmetrdən çox qaz işlədir. Hakim Fərid Mədətlinin “Azəriqaz”ın
rüşvətilə “daxili inam” məntiqinə baxın, guya Qarabağ qazisi bir günə ən
azı 240 kub metr, bir aya 7200 kub metr hesabı ilə gündə 48
manatlıq, ayda ən azı 1440 manatlıq qaz işlətməlidir. Belə məhkəmə,
qaz xidməti rüşvətilə qazdan istifadə etmək olar?
Məhkəmə Hüquq Şurasına şikayətlər də sonuc verməyib və bədnam qərar
hələ də verilməyib. Qarabağ qazisi razıdır, qərarı cavabdeh “Azəriqaz” icra
etməli və 1-ci dərəcəli Qarabağ əlilinə SƏNAYE QAZ QURĞUSUNDAN
yararlanan istehlakçı kimi ƏLİLİN HESABINA SƏNAYE SAYĞACI
quraşdırmalıdır. Bəs niyə “Azəriqaz” məhkəmə qərarını icra etmir? Heç
demə, qərar cavabdehə də verilməyib. Bu necə olur, məhkəməyə belə
əndrabadi qərar sifariş edəsən və özünə verilməyə? Bəlkə “Azəriqaz”
utanıb-qızarır, ona görə məhkəmə qərarını gizlədir? Axırı, Nizami qaz
idarəsindən qaziyə zəng edib məhkəmə qərarının verilməsini istəyiblər. (?)
Bəs bu günlərdə Prezident Fərmanı ilə İqtisadiyyat Nazirliyinin yanından
Prezident yanında dövlət agentliyinə çevrilən Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidməti kobud istehlakçı hüququnun pozulmasına
nə deyir? Xidmətin rəis müavini İlqar Həsənovun imzası ilə gələn
cavab istehlakçının hüququnun yox, təbii inhisarçı qaz xidmətinin
rüşvətinin üstünlüyünün qorunmasını üzə çıxarır. Rəis müavini 1-ci dərəcəli
əlil istehsalçıdan “ərazisi planlaşdırılmayan ərazilərdəki tikililərə”
qaz çəkilməsinə görə qoşulma haqqının ödənilməsini, sayğacın
məişət obonentlərinə pulsuz olmasını və s. anlamsızlığı
vurğulayaraq ... məhkəməyə müraciət etməyi məsləhət bilir. Açıq-
aşkar qaz idarəsinin qanunsuz təzyiqi sezilir. Axı Nizami rayonu 50 ilə
yaxındır planlaşdırılıb və 16 ildir qeyri-yaşayış otağı dövlət sifarişi – Heydər
Əliyev Fondunun dəstəyi ilə tikilib. Vurğuladığımız kimi, çöldən “Kombi” ilə
qızdırmaq üçün hər şey hazırdır, bircə qaz sayğacı quraşdırmaq qalır;
məhkəmə də öz sözünü deyib ki, 1-ci dərəcəli əlilə öz hesabına SƏNAYE
QAZ SAYĞACI quraşdırılmalıdır. 50 ildir mövcud qaz şəbəkəsinə qoşulan
xəttə görə qoşulma haqqı ödənməlidir? Bu hansı qanunda yazılıb? Özü də
bu QOŞULMA HAQQI, daha düzü, HOQQASI 2022-ci ildə çıxarılıb, otaq
isə 2008-ci ildə tikilib. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi
normativ aktın geriyə qüvvəsini qadağan edir. Yalnız şəxslərin vəziyyətini
yaxşılaşdıran aktların geriyə qüvvəsi vardır. Bundan da xəbərsizdirlər
məhkəmələr, dövlətin xidmət qurumları?
Bu günlərdə 1-ci dərəcəli əlilin yaşadığı mənzilə qaz xidmətçisi baxış
keçirib və “tikinti obyektində” ( bəyəm mənzil tikinti obyekti sayılır?- M. B.)
detektor quraşdırılmadığı, tüstü borusunun standarta uyğun olmadığı”
“nöqsanını” bəlirləyib. Nooldu, indiyədək nöqsan yox idi, indi haqqını tələb
edəndə nöqsan tapılır? Tüstü borusunu, qaz xəttini bəyəm istehlakçı çəkib?
Qaz xəttinin standarta uyğun çəkilməməsinin “nöqsanı” əlil-istehlakçının
yox, qaz xidmətinin boynundadır. Bu barədə Xətai məhkəməsinin (h.
Raziya Ataşova) Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının rəyinə
əsasən qətnaməsini də “Azəriqaz”, Nizami qaz idarəsi 12 ildir icra etmir.
İstehlakçıların hüquqlarının müdafiəsinə təhkim edilən Dövlət Xidməti –
Agentliyi isə inhisarçı xidmət “qohumluğunu” qoruyur, ən yaxşı halda,
məhkəməni nişan verir. Məhkəmə qərarını verib də!
Qarabağ əlilinə, istehlakçıya qaz xətti yox, sayğac gərəkir. Binanın çöldən,
təhlükəsizlikdən yana, “Kombi” ilə qızdırılması üçün. Bu sadə gerçəyi qaz
xidməti, dövlət agentliyi anlaya biləcəkmi? Anlayış haqqı nə qədərdir?

Məğrur Bədəlsoy - Dia-az.İnfo










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32
Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21
ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37
Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Dünən, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Dünən, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru