“INTEKS” MMC-dən görünməmiş ÖZBAŞINALIQ: Bələdiyyənin binasını da ƏLƏ KEÇİRİBLƏR... - “Yerləşdiyimiz binanı söküb bizə demədən özəlləşdirdilər”
Tarix: 15-02-2022, 11:35 | Çap et
 Nərimanov Rayon Bələdiyyəsi “INTEKS” MMC-dən şikayətçidir. Belə ki, iyirmi ilə yaxın müddət ərzində bələdiyyənin fəaliyyət göstərdiyi binanın ərazisi pilot layihəyə düşdüyündən şirkətlə bağlanmış müqaviləyə əsasən bina sökülüb. DİA.AZ-ın məlumatına görə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, aralarında bağlanmış müqaviləyə baxmayaraq şirkət iyirmi il ərzində bələdiyyənin istifadəsində olan binanı satışa çıxarıb: “Biz düz 20 il idi ki, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 10 ünvanındakı 440 kv.m qeyri-yaşayış sahəsində - Bakı Şəhər Statistika İdarəsində fəaliyyət göstərirdik. 2021-ci ilin may ayında həmin şirkətlə müqavilə bağladıq və bina söküldü. Əvəzində yeni bina inşa olunmalı idi. Bina hazır olandan sonra 440 kv.m məkan tam təmirli şəkildə bizə verilməli idi. Söküntü işləri və binanın yenidən tikildiyi müddətdə biz öz fəaliyyətimizə Sabit Rəhmanov küçəsi 53A-da davam etməyə başladıq. Buranın bütün kirayə pulunu da elə şirkət özü ödəyirdi. Amma yanvar ayına qədər. Yanvar ayından artıq biz bildik ki, Natiq Əliməmmədov adlı şəxs həmin ərazini özəlləşdirib. Şirkət rəhbərliyi də məhz həmin çıxarışa istinadən müqavilə öhdəliklərinin icrasını dayandırıb. İyirmi il ərzində istifadəmizdə olan bina əgər satışa çıxarılırdısa, birinci növbədə bələdiyyəyə təklif edilməliydi”.
Təmraz Tağıyevin sözlərinə görə, vaxtilə Bakı Şəhər Statistika İdarəsinin yerləşdiyi bina istifadəsiz qaldığından binanın bir mərtəbəsinə müvəqqəti olaraq məcburi köçkünlər də yerləşdirilib: “Bu gün Nərimanov Bələdiyyəsi üzləşdiyi çətinliklərə baxmayaraq, dörd şəhid ailəsini işlə təmin etməklə yanaşı, 20 nəfər qazini və 15 aztəminatlı ailəni himayəyə götürüb”.
Bələdiyyə sədri onu da bildirib ki, “INTEKS” şirkəti Nərimanov Rayon Bələdiyyəsinin məktubuna reaksiya belə verməyib: “Natiq Əliməmmədov Nərimanov Məhkəməsinə müraciət edərək cəmi on gün ərzində vəsaitin ödənilməsini qadağan edən qərardad ala bilib. Qərardadı isə Məhkəmənin hakimi Gültəkin Əsədova imzalayıb. Təəssüf doğuran hal odur ki, iki dəfə keçirilən baxışa seçkili orqanın təmsilçiləri dəvət edilməyib və qərardad da iştirakımız olmadan qəbul edilib. Zəngin təcrübəyə malik bir hakimin belə qərar qəbul etməsi həqiqətən təəccüblüdür. Maraqlıdır ki, çox operativ şəkildə, faktiki vəziyyəti təhlil etmədən, araşdırmadan bələdiyyənin əleyhinə qərarın qəbul edilməsi ən azı hər kəsdə bu qərarın hansısa maraq naminə qəbul edildiyi ehtimalını yaradıb.
Qəbul edilmiş qərardad işin konkret hər hansı bir faktiki və hüquqi hallarına uyğun olmamaqla yanaşı iş üzrə cavabdeh olan bələdiyyənin iş ahəngini pozmaqla, hüquqların məhdudlaşdırılmasına səbəb olur ki, bu da qanunvericiliyin tələblərinə ziddir. İndi biz də Nərimanov Məhkəməsinin qərardadından apellyasiya şikayəti vermişik. Məhkəmə fevralın 23-nə təyin edilib. Hakimin ədalətli qərar çıxaracağına ümid edirik”.
Məsələ ilə bağlı dəfələrlə “INTEKS” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02 |
|
|
|
| • Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47 |
|
|
|
| • Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42 |
|
|
|
| • Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34 |
|
|
|
| • Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31 |
|
|
|
| • Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07 |
|
|
|
| • “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06 |
|
|
|
| • “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59 |
|
|
|
| • Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
| • Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39 |
|
|
|
| • Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35 |
|
|
|
| • Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30 |
|
|
|
| • Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27 |
|
|
|
| • Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24 |
|
|
|
| • Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13 |
|
|
|
| • Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08 |
|
|
|
| • Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02 |
|
|
|
| • Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55 |
|
|
|
| • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51 |
|
|
|
| • Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46 |
|
|
|
| • Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44 |
|
|
|
| • Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39 |
|
|
|
| • Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
| • Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23 |
|
|
|
| • MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22 |
|
|
|
| • Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13 |
|
|
|
| • Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12 |
|
|
|
| • Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11 |
|
|
|
| • “PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
| • Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04 |
|
|
|
| • Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02 |
|
|
|
| • Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01 |
|
|
|
| • “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48 |
|
|
|
| • "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47 |
|
|
|
| • Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42 |
|
|
|
| • Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30 |
|
|
|
| • Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14 |
|
|
|
| • Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10 |
|
|
|
| • Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05 |
|
|
|
| • Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03 |
|
|
|
| • İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54 |
|
|
|
| • TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53 |
|
|
|
| • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42 |
|
|
|
| • “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35 |
|
|
|
| • İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20 |
|
|
|
|