"Qarabağ"ın hər hücumu təhlükəli idi" .....                     Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? .....                     Böyük Britaniya Cənubi Qafqaza qayıdır .....                     Gürcüstan Azərbaycana olan borcunu tam ödədi .....                     Paşinyandan “Putin NATO-su”na hücum .....                     Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib .....                     "Axı niyə fəhləyə qul kimi baxırlar?.." .....                     Sahil Babayev nazirin pulunu kəsdi .....                     Tərtərdə 20 illik hotel bağlanır .....                     Bakıdan İrəvana sərt tələb .....                     Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr .....                     Azərbaycanda BOKT ləğv olunur .....                     Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb .....                     "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Teatrda heç kimlə ikili oyun oynamıram" .....                     "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb .....                     ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” .....                     "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" .....                     Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ .....                     Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? .....                     Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? .....                     Günbəgün bahalaşan dərman bazarı... .....                     “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” .....                     Məmləkətin 'Azercell' boyda dərdi... .....                     Bu qanunsuzluq aradan qalxmasa... .....                     Təhsil problemini həll etməli olanlar... .....                     Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... .....                     Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? .....                     "Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" .....                     Bahalı geyimi ilə xalqa qarışmaq istədi... .....                     Barışa vurulacaq MÖHÜR... .....                     "Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" .....                     Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram .....                     Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA .....                     Azərbaycan suverenliyinin qələbəsi .....                     "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                 

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb - Üç nazirə şok müraciət
Tarix: 6-10-2021, 08:49 | Çap et
“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb
“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədovun dələduzluq və sənəd saxtalaşdırmağa görə 2 dəfə məhkum edilməsi haqda “Yeni Müsavat”ın ötən sayında yazmışdıq.

2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi, 2018-ci ildə isə Sabunçu Rayon Məhkəməsi Qurban Məmmədovun sənəd saxtalaşdırmaqla, etibardan sui-istifadə etməklə, bir qrup şəxslə əlbir olmaqla torpaq ələ keçirməsi ilə bağlı cinayət dosyelərini araşdırıblar. Hər iki məhkəmə Qurban Məmmədov barəsində ittihamedici hökm çıxarıb.

Reyder dəstəsinin dövlət torpağına gecə hücumu

Qurban Məmmədovun personası mətbuatın gündəminə sonuncu dəfə Nərimanov rayonu, Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki dövlətə məxsus səki və yaşıllıq zolağına bir qrup şəxslə birgə reyder hücumundan sonra gəlib. Belə ki, 2021-ci il aprelin 1-də Qurban Məmmədovun ətrafında olan şəxslər əraziyə gecə basqını edərək oradakı 60 xan çinarını, onlarla leylandr və söyüd ağaclarını sındırıb yaşıllığı məhv ediblər. Növbəti gün səhər isə Qurban Məmmədov gecə basqınında iştirak etmiş şəxslərin əhatəsində əraziyə gəlib. Həmin vaxt Nərimanov Rayon Polis İdarəsinin, rayon icra hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, telekanalların əməkdaşları ərazidə olub gecə basqını ilə bağlı araşdırma aparıblar. Baş verən “yaşıl terror”la bağlı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov və dəstəkçiləri barəsində Ekologiya Nazirliyi əməkdaşları tərəfindən protokol tərtib olunub. Qurban Məmmədov və dəstəkçiləri nazirlik əməkdaşları tərəfindən 12 min manat cərimə edilməklə toplanmış material barələrində cinayət işi başlanılması üçün Nərimanov Rayon Prokurorluğuna göndərilib. Ötən 6 ay ərzində Nərimanov Rayon Prokurorluğu “yaşıl terror”la bağlı hər hansı bir addım atmayıb.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

Qurban Məmmədov bu ilin aprelində zəbtinə cəhd olunan dövlət torpağında olarkən İTV, Xəzər TV kameraları qarşısında müsahibə verib. Əlindəki kağızları göstərməklə həmin torpağa aid sənədi olduğunu və 2008-ci ildən torpağın onlara verildiyini israrla deyir.

Zəbtinə hazırlıq görülən Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yaşıllıq sahəsi və piyada səkisi “Magistral Ekspress” ASC-nin giriş-çıxış qapısı və orada fəaliyyət göstərən kiçik sahibkarların iş yeri önündədir. Kiçik sahibkarlar deyirlər ki, Qurban Məmmədov mətbuat nümayəndələrinə göstərib 2008-ci ilə aid olduğunu bildirdiyi sənəd, ümumiyyətlə, mövcud deyil. Kiçik sahibkarlar bildirirlər ki, hazırda Qurban Məmmədov və onun adından danışanlar ortaya 29 iyun 2021-ci ildə Əmlak Komitəsi tərəfindən verilmiş 1121069551 qeydiyyat nömrəli çıxarış təqdim edirlər. Hansı ki, Əmlak Komitəsinin səkiyə və yaşıllıq zolağına nəinki çıxarış vermək, ümumiyyətlə, icarə müqaviləsi bağlamağa səlahiyyəti yoxdur. “Magistral Ekspress” ASC-nin üzvləri iş yerləri qarşısıda baş verən dövlət torpağının zəbtinin qarşısını almaq üçün Nərimanov Rayon Məhkəməsinə iddia təqdim ediblər. Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Əmlak Komitəsinin hüquqşünasının məhkəməyə təqdim etdiyi 2000-ci ilə aid 646 saylı rəsmi sənədi o zaman Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Rəfael Allahverdiyev imzalayıb.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

Kiçik sahibkarlar deyirlər ki, 646 saylı sərəncamda Qurban Məmmədovun atasının adının yazılmaması, onun özünün şəxsiyyəti, əvvəllər qrup şəkilində dələduzluğa və sənəd saxtalaşdırmağa görə məhkum olunması onlarda sənədin saxta olmasına əsaslı şübhələr yaradıb. Bundan başqa, Əmlak Komitəsinin əsaslandığı həmin rəsmi sənəddə “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin adı da çəkilmir. Buna baxmayaraq, Əmlak Komitəsi 646 saylı sərəncama əsaslanmaqla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə ayırıb. Kiçik sahibkarlar isə sual edirlər: “Necə olur ki, torpaq sərəncamla Qurbana, çıxarış İctimai Birliyə verilib? Və növbəti sualı verirlər: ”Əmlak Komitəsinə təqdim olunan rəsmi sənəddə torpağın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2000-ci ildə Qurban Məmmədova ayrıldığı açıq-aydın yazılıb. Komitənin hüquqşünası da deyir ki, çıxarışla torpağı “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinə vermişik. Bu cinayətə bərabər qanunsuzluğa kim imza atıb?"

Əmlak Komitəsini aldatmağı, saxta sənədi ora soxuşdurmağı bacaran kim ola bilər?

Kiçik sahibkarlar deyir ki, üstəlik, Əmlak Komitəsinin hüquqşünası 10.09.2008-ci il 7-5395/17 nömrəli bir məktuba da istinad edir: “Əmlak Komitəsinin əsas kimi götürdüyü 646 saylı sərəncam isə saxtadır, saxtalaşdırılıb. 646 saylı sərəncam Nizami rayonuna aiddir, Qurban Məmmədovun adına saxtalaşdırmaqla Nərimanov rayonuna aid edilib. Nərimanov Məhkəməsi iddianın Bakı İnzibati Məhkəməsinin səlahiyyətlərinə daxil olduğunu deyib baxılmamış saxladı. İddiamız əsasında araşdırma aparılarkən hakim Səlma Salahova Bakı Şəhər İcra Hakimiyyətinə 646 saylı sərəncamın surətinin təqdim edilməsi ilə bağlı sorğu verdi. 23 sentyabr 2021-ci ildə hakim Səlma Salahovaya BŞİH-dən təqdim olunan 646 saylı, 20.07.2000-ci il tarixli sərəncamın mətni tamam fərqlidir. Əmlak Komitəsinə təqdim edilən, Əmlak Komitəsi hüquqşünasının da Nərimanov Məhkəməsinə rəsmi şəkildə verdiyi 646 saylı sərəncam Qurban Məmmədovun xeyrinə saxtalaşdırılıb! Çünki 646 saylı sərəncam Qarabağ əlili Məcid Abbasova 30 kvadrat metr torpaq ayırılması haqdadır".

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

“Magistral Ekspess” ASC-nin üzvləri olan kiçik sahibkarlar deyirlər ki, onların iş yerlərinin önündə, giriş qapısının düz qarşısındakı 6 sot yaşıllıq zolağı və piyada səkisinin saxta sərəncam, onun əsasında alınan əsassız və qanunsuzluğu göz önündə olan çıxarışla ələ keçirmək cəhdi var.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

“Qurban Məmmədov 1 ildən artıqdır ki, ”Vətən müharibəsi əlillərinə kömək" İctimai Birliyi üzvləri ilə birgə ərazini zəbt etməyə çalışır, tez-tez reyder hücumlarına baş vururlar. 2020-ci ildə Ordumuz Qarabağda torpaqlarımızı düşməndən təmizlədiyi günlərdə Qurban Məmmədov başının dəstəsi ilə birgə bizim iş yerimizin qarşısına hücuma keçmişdi. Onlar dövlət rəhbərliyinin diqqətinin Qarabağdakı döyüş əməliyyatlarına cəmləndiyini bilib zamanı cinayət əməllərinin gerçəkləşməsi üçün ideal bilmişdilər. Zor gücünə, saxta əlilləri qabağa verməklə reyder hücumunu başa çatdırmağa çalışırdılar. Bu ilin aprelində sonuncu hücumları zamanı kiçik sahibkar Anar Dəmirovu döyüb ağır bədən xəsarəti yetirdilər. Anar Dəmirov ağır vəziyyətdə xəstəxanaya aparıldı. Lakin bu günə qədər bu cinayəti törədənlər cəzalandırılmayıb. Şikayət edirik, Qurban Məmmədov, makler Yusif Allahvrdiyev deyirlər ki, özünüzü yormayın, hamıya iş görmüşük, bizim arxamızda dayanacaqlar. Ad da çəkirlər - Nərimanov icra hakimiyyətinin başçı müavini İradə Mahmudovanın, onun xalası qızının gəlini olan Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın, nöqsanlara görə cənab nazir tərəfindən yenicə işdən çıxarılan 17-ci polis bölməsinin rəisi İltimas Əsgərovun, onun müavini Ramalın, Əmlak Komitəsi rəhbərliyini arxa-dayaq bilirlər.

“Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyi sədrinin adı daha bir saxta sənəd işinə qarışıb

Buna baxmayaraq, Qurban Məmmədov dövlət torpağını, iş yerimizin qarşını zəbt etmək üçün havadarlarının dəstəyi ilə, başının dəstəsi ilə birgə dəfələrlə əraziyə hücum edib qanunsuz hərəkətlər ediblər. Biz Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətlər etmişik. Abdin müəllim bizə məktub yazaraq bildirib ki, Qurban Məmmədovun zəbtinə çalışdığı torpaq dövlətə məxsusdur və kimsəyə ayrıla bilməz. “Magistral Ekspress” ASC-nin üzvləri olaraq daxili işlər naziri cənab Vilayət Eyvazova, baş prokuror cənab Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə də rəsmi müraciət ünvanlamışıq. Həmin müraciətimizə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 646 saylı hər iki sərəncamını - əslini və Qurban Məmmədovun xeyrinə saxtalaşdırılmışını da əlavə edib araşdırılmasını xahiş etmişik. Ümid edirik ki, müraciətimizə tezliklə baxılacaq. Rəsmi sənədi saxtalaşdıran, həmin sənədi Əmlak Komitəsinə təqdim edən cinayətkar tez bir zamanda cəzalandırılacaq" - deyə “Magistral Ekspess” ASC-nin üzvləri bildiriblər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qarabağ"ın hər hücumu təhlükəli idi" - "Benfika"nın ukraynalı futbolçusu
Bu gün, 10:30
Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28
Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15
Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08
Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57
"Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41
"Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39
Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36
Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32
"Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" - MÜRACİƏT
Bu gün, 06:27
Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski
Bu gün, 06:19
Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26
Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru