Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                 

Nə elmdən başı çıxır, nə də həlimdən... - Bu dəfə alim icra başçısından GİLEY ETDİ
Tarix: 10-09-2021, 12:08 | Çap et
Nə elmdən başı çıxır, nə də həlimdən...
“AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun planına əsasən əməkdaşlarımız hər il yay aylarında tədqiqatlar aparılması məqsədilə respublikamızın müxtəlif rayonlarına ezam edilir. Təsadüfi deyil ki, müstəqillik dövrünün son 20 ilində institutumuz tərəfindən aparılan arxeoloji və etnoqrafik tədqiqatlar nəticəsində yeni materiallar üzə çıxarılmış, Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri olması, tariximizdəki ağ səhifələrin yenidən yazılması və dünya ictimayyətinə çatdırılması sahəsində böyük işlər görülmüş, müxtəlif dillərdə cild-cild kitablar nəşr edilərək dünyaya yayılmışdır. İnstitutumuzun Fransa, Almaniya, Koreya, Yaponiya və s. dövlətlərin alimləri ilə birlikdə apardığı tədqiqatlar hazırda dünyanın bir sıra ölkələrində ölkəmizə marağın daha da artmasına səbəb olub”.

Bunu Moderator.az-a açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda baş elmi işçisi, tarix üzrə elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Solmaz Məhərrəmova söyləyib.

“Məlumdur ki, dövlətimizin siyasətində tolerantlıq, multikulturalizm siyasəti xüsusi yer tutur və Azərbaycan dünyada tolerant bir respublika kimi tanınır. Respublikamızda müxtəlif xalqların və etnik qrupların nümayəndələri Azərbaycan türkləri ilə bir ailə kimi səmimi yaşamaqdadırlar, eyni hüquqa malikdirlər, onların arasındakı qohumluq münasibətləri də genişlənməkdədir. Bütün bunları qeyd etməklə məqsədimin məğzini aydınlaşdırmaq istəyirəm” –açıqlamasının ardında bunları deyən AMEA baş elmi işçisi iyul-avqust aylarında

Qax rayonuna ezamiyyətləri zamanı həmin rayonun İcra Hakimiyyətinin ekspedisiya üzvləri olan qadın alimlərə laqeyd və məsuliyyətsiz münasibətindən bəhs edib.

“İnstitutumuzun təsdiq etdiyi fərdi plana əsasən “Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların ənənəvi toy adətləri” monoqrafiyası üçün material toplamaq məqsədilə 2019-cu ildə ekspedisiya təşkil olunub, indiyədək rəhbərlik etdiyim həmin ekspedisiya tərəfindən Qəbələ, İsmayıllı və Oğuz rayonlarından xeyli material toplanıb. Adətən biz ekspedisiyaya gedərkən ilk növbədə rayonların icra hakimiyyətlərinin humanitar şöbəsinə müraciət edirik, onlar da bizə hansı ərazilərə getməyimizi məsləhət görür, kənd və qəsəbə nümayəndəliklərinə kömək göstərilməsini tapşırırlar. İnsafən desək, Qəbələ, İsmayıllı və Oğuz rayonlarında bizim material toplamağımıza çox köməklik göstərildi. Buna görə həmin rayonların icra hakimiyyətlərinin bu işdə zəhməti olmuş əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.

2021-ci il iyulin 27-dən avqust ayının 27-dək eyni məqsəd üçün təşkil edilmiş ekspedisiya üzvləri ilə birlikdə Şəki və Qax rayonlarına ezam edildik. Əvvəlcə Şəkidə olduq. Burada elə bir çətinliklə üzləşmədik. AMEA-nın Şəki Regional Elm Mərkəzinə getdik. Mərkəzin direktor müavini Fərhad müəllimin köməyi ilə Şəki rayonunda rutulların, buşların və ləzgilərin yaşadıqları kəndlərdə olduq və maraqlı məlumatlar əldə etdik...

Təəssüf ki, Qax rayonuna səfərimiz bizi çox məyus etdi. 4 nəfər ekspedisiya üzvü və Şəki Regional Elm Mərkəzinin elmi katibi Elşən Abdurahmanovla bərabər Qax Rayon İcra Hakimiyyətinə gəldik və humanitar şöbənin müdiri Vəfa Heydərova ilə görüşmək istəyimizi çatdırdıq. Burada bizi qarşılayan polis nəfəri kobudcasına heç kəsin qəbul edilməyəcəyini bildirdi. Bu zaman içəridən ortaboylu kök bir adam (hərçənd ki, biz özümüzü təqdim etdik, amma o, heç özünü bizə təqdim etməyi də rəva görmədi) çıxaraq bizim nə məqsədlə gəldiyimizi soruşdu, ezamiyyə sənədlərimizə baxdı, bununla da kifayətlənməyib hətta mənim Elmlər Akademiyasının işçisi olmağım haqqında vəsiqəmi də tələb edib ona da baxdı. Biz məqsədimizi bildirdikdən sonra ağlımıza da gətirə bilməzdik ki, Qax Rayon İcra Hakimiyyətində ən bəsit məsələyə belə siyasi don geydirərlər” –deyən AMEA professoru Qax RİH-dəki “yeni üsuli-idarə”dən də bəhs edib.

“Yoxlanışdan sonra həmin əməkdaş bildirdi ki, əvvəlcə icra hakimiyyətinin yaxınlığında yerləşən mədəniyyət idarəsinə gedin. Əgər idarənin müdiri Dilarə xanım icazə verərsə, Vəfa xanım sizi qəbul edə bilər. Biz heyrət içərisində, mat-mat bir-birimizin üzünə baxdıq. Necə yəni, mədəniyyət idarəsi icra hakimiyyətinin müavininə icazə verir?! Tənbəllik etmədən Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizovanın qəbuluna getdik. Uzun gözləmədən sonra o, bizi qəbul etdi. Əvvəlcə bizi dinlədi, sonra hara isə zəng etdi (yəqin ki, Vəfa xanıma). Oradan nə cavab aldısa, fikrini dəyişdi və: “Sizi buraya səhv göndəriblər, mən necə Vəfa xanıma bunu deyə bilərəm”- deyə bizi yola verərək geriyə qaytardı. Əlbəttə, nəinki biz, hətta ən savadsız adam da gözəl bilir ki, mədəniyyət idarəsi icra hakimiyyətinə göstəriş verə bilməz. Nə isə... Fikirləşdik ki, yəqin Qaxda bizim bilmədiyimiz “yeni üsuli-idarə” yaranıb. Yenidən icra hakimiyyətinə qayıtdıq. Bu dəfə də polis nəfəri və “kök əməkdaş” bizə yeni “təklif”də bulundular: “Gedin yaxınlıqdakı “Heydər parkı”nda oturub istirahət edin, bəlkə Vəfa xanım sizi qəbul edər?” Mən: “Ay qardaş, ay yoldaş, biz parkda istirahətə gəlməmişik, biz alimik, elmi iş üçün gəlmişik. Nə çoxdur Bakıda park. Elə orda istirahər edərdık də, niyə buraya gəlirdik?” - desəm də bir əlac olmadı”.

Bundan sonra AMEA-nın ekspedisya qrupu Qax rayonu ərazisində öz təşəbbüsləri ilə fəaliyyyət göstərməyə məcbur olublar.

“Öz təşəbbüsümüzlə Qax rayonunun milli azlıqlar və etnik qruplarının yaşadığı iki kəndinin: Gürcü-Kötüklü və Tovlatala kəndlərinin nümayəndəliklərinə üz tutduq. Gündüz saat 11 olmasına rəğmən burada da heç kimi tapa bilmədik. İdarələr bağlı idi...
Kor-peşman geri qayıdaraq sakinlərə müraciət etməyi qərara aldıq. İcra Hakimiyyətinin məsələni siyasiləşdirməsinə baxmayaraq yerli sakinlər bizi çox səmimi, hətta böyük qonaqpərvərliklə qarşıladılar. İndi də Gürcü-Kötüklü kənd sakini, hazırda təqaüddə olan mədəniyyət işçisi Pediaşvili Mişa Besoyeviçin, onun qonşusu Eteri xanımın, Tovlatala kənd sakini Hacıyev Rasim Hacıxan oğlunun ekspedisiya üzvlərinə göstərdikləri diqqət və qayğının təəssüratından çıxa bilməmişik. Həmin sakinlərlə görüşüb maraqlı material topladıq və təşəkkürümüzü bildirdik...

Hələ də bu sual məni düşündürür ki, əgər Qax rayonundakı məmurlar dövlətimizin irəli sürdüyü tolerantlıq və dözümlülük siyasətinə belə qorxaqcasına yanaşırsa, orada yaşayan milli azlıqların və etnik qrupların vəziyyəti necə olacaq?... Onların vəziyyətinə acımamaq qeyri-mümkündür. Burada rəhmətlik şairimiz Qabilin: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”-misraları yada düşür. Belə kadrlarla yeniləşən, inkişaf edən Azərbaycan qurmaq mümkün olarmı?” –deyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi təəssüf hissi ilə sual edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru