"Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən elə..." - GİLEY
Tarix: 12-08-2021, 12:46 | Çap et
 İşlədiyi şirkətdə faciəli şəkildə xəsarət alan, iş qabiliyyətini itirən işçilər məhkəməyə üz tutub. Onlar çalışdıqları şirkətdən sığorta ödənişini ala bilmirlər. Bu səbəbdən müalicələri də yarımçıq qalıb.
Musavat.com-a müraciət edən Tovuz rayonunun Yanıqlı kənd sakini Ayət Abduləzov da həmin işçilərdən biridir. İş qəzasında zərərçəkən digər şəxslər isə Suliddin Abduləzov və Nihat Xudaidir.
Onlar “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti”nin (“Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.”) Azərbaycandakı nümayəndəliyinin işçisi olublar. Hadisə Tovuz rayonunun Aşağı Əyyublu kəndində yol çəkilişi zamanı baş verib. Adı çəkilən işçiləri elektrik cərəyanı vurub. Hadisə 1 il 7 ay əvvəl olub.
Bunun üzərindən aylar keçməsinə baxmayaraq, işçilər şirkətdən sığorta ödənişini ala bilmirlər.
Bədbəxt hadisə nəticəsində sağlamlığını itirən 41 yaşlı Ayət Abduləzov deyir ki, indi ailəsini və iki azyaşlı övladını dolandıra bilmir, müalicə almağa da imkanı çatmır.

Onun dediyinə görə hadisədən sonra Tovuz rayon xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Gəncəyə göndərilib və üç gün orada saxlanılandan sonra evə buraxılıb.
A.Abduləzov qeyd edir ki, iş vaxtı onları elektrik cərəyanı vuran zaman ölümcül vəziyyətdə olublar.
“Xəstəxanaya aparılanda ölümcül vəziyyətdə idik. Ağır yanıq xəsarətlərimiz var idi. Mən bir sutka sonra ayılmışam. Fevralın 12-də yenidən Şəmkir hospitalına müraciət etdim, müayinələrdən keçdim. Sonra Gəncədə müayinə zamanı sağ ayaqaltı sinirlərin neyropatiyası aşkar edildi. Mənə “sağ lateral və medial ayaqaltı sinirlərin neyropatiyası” diaqnozu qoyuldu. Uzun müddət xəstəxanadan “Forma-88” ala bilmədim. Buna görə də əlilliyin təyin olunması, sığorta ödənişi indiyədək verilmir.
Həkim izah elədi ki, evdə xəstələnsəydin özümüz bülleten aça bilərdik. Amma bu bədbəxt hadisə iş yerində olub. Ona görə də aktı şirkət verməlidir. Şirkət də uzadırdı, vermirdi. Vəkil sağ olsun, nə qədər yerlərə yazandan sonra axır ki, o aktı aldı. O aktla təsdiqlənir ki, həqiqətən belə bir bədbəxt hadisə baş verib və mən xəsarət almışam. Ondan sonra xəstəxanadan “Forma-88”i almışam. İndi onu Əlillərin Bərpa Mərkəzinə aparıb verməliyəm, bir də sığorta şirkətinə. Amma şirkət öz işçisinə sahib çıxmadı. Rəhbərlik hadisədən sonra vəd verdi ki, həm müalicə xərclərimizi ödəyəcək, həm də ailəmizin qayğısına qalacaq. Xəstəxananın xərclərini ödədilər. Amma qalan heç nə eləmədilər. Axırda da mənə dedilər ki, get, kimə şikayət eləyirsən elə. Mənə may ayına qədər pul vermişdilər. Ona görə ki, may ayına qədər mənə işçi kimi maaş yazmışdılar. Sonra veclərinə də olmadı ki, bu bədbəxtin ailəsi, 10-11 yaşlı iki uşağı, müalicəsi necə olacaq?".
Maraqlıdır ki, şirkət bu iddialara cavab olaraq deyir ki, keçmiş işçilərinə lazım olan maddi yardım verilib. Həmçinin hüquqi addımlar da atılıb.
Amma işçilər sığorta ödənişini ala bilmir...
Qeyd edək ki, “Polad Yol Yapı Sənaye və Ticarət Şirkəti” hələ sabiq nəqliyyat naziri Ziya Məmmədovun dönəmindən Azərbaycanda fəaliyyət göstərir. Ölkə üzrə yeni çəkilən əksər avtomobil yollarının salınması və digər böyük layihələr məhz bu şirkət tərəfindən icra olunur.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35 |
|
|
|
| • Vaqif Axundova ağır itki
Bu gün, 08:33 |
|
|
|
| • Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29 |
|
|
|
| • Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28 |
|
|
|
| • Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
| • Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06 |
|
|
|
| • Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03 |
|
|
|
| • Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02 |
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
|