Azərbaycan şou-biznesinin gizli faktları .....                     Qətər öz hava məkanını bağlayıb .....                     6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü .....                     “Heç bir düşmənçilikdən söz gedə bilməz” .....                     TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu .....                     Sabiq partiya sədrinin oğlu vəfat etdi .....                     İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? .....                     İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır .....                     "Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir .....                     Həbs edilən müğənni aranı qatdı .....                     Güney Azərbaycan “ölüm zonası”na çevriləcək .....                     İranda kürdlər silahlanır: .....                     “SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer .....                     Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı .....                     Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil .....                     Bazar üçün böyük təhdid: Əgər baş verərsə... .....                     Ermənistanda keçmiş şəhər meri saxlanılıb .....                     Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? .....                     Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır .....                     Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib .....                     Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA .....                     Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? .....                     “Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” .....                     Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub .....                     Gədəbəydə baş memarın OYUNBAZLIĞI... .....                     İran ilk dəfə İsrailə “Xeybər” raketləri .....                     Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? .....                     Hörmüz boğazında gərginlik artır .....                     16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? .....                     Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? .....                     Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir .....                     Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək .....                     Sara Netanyahudan İran xalqına: .....                     İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat .....                     İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu .....                     ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib .....                     TƏBİB artıq bu xəstələrə dərman verməyəcək .....                     Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar .....                     Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı .....                     Hörmüz boğazında ilişib qalan KAL ARMUD... .....                 

“Bu adamlar məhkəməni saymırlar...” - QALMAQAL
Tarix: 7-07-2021, 11:27 | Çap et
“Bu adamlar məhkəməni saymırlar...”
Sabah - iyulun 8-də Sabunçu Rayon Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyevin Milli Məclisin hazırkı deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Allahşükür qızı Salahzadə, deputatın atası, eks-deputat Hacı Qalib Salahzadə və digər şəxslərə qarşı iddiası üzrə məhkəmə prosesi davam etdiriləcək.

Ötən məhkəmə açıq elan edilsə də, faktiki olaraq qapalı keçirilib. İclasda iştirak etmək üçün Sabunçu Rayon Məhkəməsinin binasına gələn jurnalistlər zala buraxılmayıblar. Bundan başqa, hakim növbəti iclasın iyulun 22-də keçiriləcəyi elan edib. Mətbuat da bu haqda xəbər yazıb. Bundan sonra məhkəmə iclasının vaxtı iyulun 8-nə dəyişdirilib. İddiaçı Seymur Quliyev deyir ki, Qalib Salahzadə Sabunçu Rayon Məhkəməsinə “öz evinə gəlirmiş kimi” gəlib-gedir.

İyunun 24-də məhkəmə iclasına Qalib Salahzadə, onun deputat oğlu Əliabbas Salahzadə, gəlini Xatirə Allahşükür qızı və digəriləri qatılmayıblar: “Bu adamlar özlərini qanundan üstün sayırlar. Prezident deyir ki, hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Hacı Qalib Salahzadə, onun oğlu, gəlini və əqrəbası nə bilir, nə də eşitmək istəyirlər. Qalib Salahzadə mənim, qonşum Nurid Əliyevin evlərimizi talan edib, sındırıb, torpaqlarımızı zəbt edəndə deputat idi.

Bu gün onun deputat kreslosunda oğlu Əliabbas Salahzadə oturub. Mənim zəbt olunan torpağım Hacı Qalibin gəlini Xatirə Allahşükür qızının adına keçirilib. Sabunçu Rayon Məhkəməsində dəfələrlə şikayətimə baxılıb, hər dəfə də Qalib Salahzadənin və onun ailə üzvlərinin xeyrinə qətnamə çıxarılıb. Hər dəfə də yuxarı instansiyalar həmin qanunsuz qətnamələri ləğv edib. Azərbaycanın ən üst məhkəmə qurumu - Konstitusiya Məhkəməsinin əlimdə qərarı var ki, Bilgəh qəsəbəsində zəbt edilən torpaq mənim özəl mülkiyyətimdir. Amma illərdir mən öz özəl torpağıma gedə bilmirəm. Bu adamlar məhkəməni saymırlar. Hacı Qalib ötən məhkəmə prosesi zamanı Sabunçu Rayon Məhkəməsinin binasına gəlib, amma məhkəmə zalına daxil olmadı. Hakimdən səbəbini soruşdum, dedi ki, rəsmi çağırış göndərmişik, gəlməyiblər. Ona görə də hakimdən xahiş etdim ki, bu adamların məhkəmədə iştirakları təmin edilsin".

Seymur Quliyevə məxsus Bilgəh qəsəbəsində 20 sot torpaq sahəsi zəbt olunub, içindəki 2 və 3 mərtəbəli evlər talan edilib və özülünə qədər sökülüb. Bu işdə cavabdehlər Milli Məclisin deputatı Əliabbas Salahzadə, onun həyat yoldaşı Xatirə Salahzadə və atası, keçmiş deputat Qalib Salahzadədir. Ötən məhkəmə iclasına Qalib Salahzadə, oğlu Əliabbas Salahzadə, gəlini Xatirə Allahşükür qızı prosesə qatılmayıblar. Qalib Salahzadənin vəkili bunu onların məhkəməyə çağırış vərəqələrinin almamaları ilə izah edib.

Seymur Quliyev 2003-cü ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin, orada tikdirdiyi evlərin zəbt olunması, sökülməsi, əlində mülkiyyət hüququnu təsdiq edən sənədlər olduğu halda, həmin ərazinin son illər avtodayanacaq kimi istifadə olunması haqda danışıb. İddiaçı bildirib ki, son 10 ildə bu problemlərlə əlaqədar dəfələrlə məhkəmə çəkişmələri olub. Əlində onun haqlı olduğunu sübut edən 13 fərqli məhkəmə qərarı var. O, vurğulayıb ki, qeyd olunan ərazidə onlar yaşadıqları halda, Xatirə Salahzadənin adına çıxarış alınıb: “Halbuki həmin vaxt 10 il idi orada biz yaşayırdıq. Əlimizdə də öz ”kupçamız" var idi. Uzun məhkəmə çəkişmələrindən sonra məhkəmədə biz haqlı olduğumuzu sübut elədik. Buna baxmayaraq, Qalib Salahzadə qoçu kimi bizi ev paltarlarımızda yaşadığımız evdən çıxartdırdı. Evlərimi sökdürdü. Evimdəki əşyaları, uşaqlarımın oyuncaqlarını, hər şeyimi daşıyıb apardılar..."

Ötən məhkəmədə Qalib Salahzadənin vəkili deyib ki, müvəkkili Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində başlanmış cinayət işi üzrə istintaqa cəlb olunub. Buna görə də iddiaya baxışın dayandırılmasını istəyib. Vəkil bildirib ki, Seymur Quliyevə məxsus torpaq sahəsi iddiada göstərilən ərazidə deyil.

Seymur Quliyev isə bildirib ki, qarşı tərəf yalan danışır, onun torpaq sahəsinin koordinatları var, torpağı da Qalib Salahzadə tərəfindən qəsb olunub, torpağı üzərindəki əmlaklar varvarcasına dağıdılıb, talan edilib. Bundan sonra quru torpaq sahəsi gəlini Xatirə Allahşükür qızının adına rəsmiləşdirilib.

Seymur Quliyev bildirib ki, qarşı tərəfin yalanları alt-üst etmək üçün əlində dövlət qurumları tərəfindən kifayət qədər qanuni və əsaslı sənədlər var: “Qalib Salahzadə Hacı Məmmədova dönüb. Hacı Məmmədov hər dəfə məhkəməsində mənim şahidlərim var deyirdi, araşdıranda da məlum olurdu ki, şahid kimi adını çəkdiyi şəxs illər əvvəldən rəhmətə gedib. Hacı Qalib Salahzadə də hər dəfə mənim sənədim var deyib vaxt uzadır. Araşdıranda da məlum olur ki, sənəd saxtadır. İntəhası, Baş Prokurorluq onun saxta sənədləri ilə bağlı cinayət işi başlamaqdan yayınır. Onu rəsmən müdafiə edirlər. Üstəlik, məhkəməyə də təqdim etdiyim sənədləri it-bata salırlar. Sonuncu məhkəmədə məlum oldu ki, işin içində olduqca vacib, Hacı Qalib Salahzadənin yalanları alt-üst edən torpağın koordinatları haqda məlumat olan sənədləri iş materiallarından götürüblər. Mən iddia etmirəm ki, sənədlər Sabunçu Məhkəməsindən oğurlanıb, amma fakt bu idi ki, məhkəməyə təqdim etdiyim sənədlərin əhəmiyyətli hissəsi iş materialları arasından götürülüb. ”Bunu kim edib" sualını hakimə də verdim, cavab verə bilmədi. Mən ədliyyə naziri Fikrət Məmmədova, Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasova mətbuat vasitəsi ilə rəsmi şəkildə müraciət edirəm: sənədlərin yoxa çıxarılması məsələsi araşdırılsın və açıq məhkəmə prosesində jurnalistlərin iştirakı təmin olunsun".

İddiaçı Bilgəh qəsəbəsi, keçmiş A.Salahzadə (indiki Qələbə) küçəsi, 21-ci döngədə yerləşən və ona məxsus olan 2 saylı evin və torpağının boşaldılması, dağıdılmış daşınmaz əmlakların əvvəlki vəziyyətinə qaytarılmasını, bağ sahəsinə gedən yolun açılması, torpaq üzərində olan dəmir darvazanın, şlaqbaumun, parklanma avadanlıqlarının götürülməsi vəzifəsinin cavabdehlərin üzərilərinə qoyulmasını, vurulmuş mənəvi ziyanin 2 milyon manat və maddi zərərin əvəzi kimi (manatın devalvasiyası və inflyasiya nəzərə alınmaqla) üç milyon manat cavabdehlərdən pul tutulmasını istəyir.

Habelə xüsusi mülkiyyətimdə olan evin yerləşdiyi torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsinə görə beş il ərzində əldə edilmiş 450 min manat, daşınmaz əmlaklar sökülərkən dağıdılmış daşınar əşyalara görə (stol-stullar, mebel, soyuducu, qabyuyan, kondisionerlər, televizor və digər ev eşyaları) 96 min manat təzminat istəyir.

Hakim qərarını iyulun 22-də elan edəcək.

Seymur Quliyevin şikayəti əsasında DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində CM-in 186 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 188 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 320 (rəsmi sənədləri saxtalaşdırma və ya saxta sənədlərdən istifadə etmə) və 322-ci (özbaşınalıq) maddələrilə cinayət işi başlanıb, Qalib Salahzadə dindirilib. İstintaq belə nəticəyə gəlib ki, Salahzadənin əməlində CM-in 186 və 188-ci maddələrindən başqa, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), (vəzifə səlahiyyətlərini aşma) və 222-2 (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddələrinin də tərkibi var. Çünki hadisələr baş verəndə Qalib Salahzadə deputat idi. Bu maddələrlə istintaq aparmaq isə prokurorluğun səlahiyyətindədir. Yaxud da prokurorluq ayrıca razılıq verməlidir ki, daxili işlər orqanlarında istintaq davam etidirilsin.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi həmin maddələrlə istintaqın davam etdirilməsinə razılıq almaq üçün prokurorluq qarşısında vəsatət qaldırıb, 14 may 2020-ci ildə cinayət işinin materialları Baş Prokurorluğa göndərilib. O vaxtdan da cinayət işinin icraatı dayandırılıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan şou-biznesinin gizli faktları - SİYAHI
Bu gün, 21:01
Qətər öz hava məkanını bağlayıb
Bu gün, 20:47
6 yaşlı Ahu-nun qulağı əməliyyat zamanı çürüdü – Ana həkim Günel Məmmədlidən şikayətçidir
Bu gün, 20:42
“Heç bir düşmənçilikdən söz gedə bilməz” - Xalq artistlərindən Cavidana CAVAB
Bu gün, 18:15
TƏBİB-in daha bir milyonluq tenderi ləğv olundu
Bu gün, 18:12
Sabiq partiya sədrinin oğlu vəfat etdi - FOTO
Bu gün, 18:00
İcra başçısının müavini korrupsiyaya görə işdən çıxarılıb? - FOTO
Bu gün, 17:55
İran ABŞ-a qarşı əməliyyat keçirməyi planlayır
Bu gün, 17:52
"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirmə planından xəbərsizdir – şirkətdən baş nazirin ittihamlarına cavab
Bu gün, 17:46
Həbs edilən müğənni aranı qatdı – Yeni qalmaqal
Bu gün, 17:37
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA
Bu gün, 17:32
İranda kürdlər silahlanır: - Bu ərazidə onlara dövlət yaratmağa çalışacaqlar
Bu gün, 17:27
“SOCAR Polymer”dən “Azərbaycan Dəmir Yolları”na transfer - BUNDAN SONRA...
Bu gün, 17:22
Bakıda çimərliyi olan məşhur hotel satışa çıxarıldı
Bu gün, 17:20
Ərdoğan yol ayrıcında: Trampla mübahisəyə də, İranın dağılmasına da hazır deyil - “Regnum”
Bu gün, 17:18
Bazar üçün böyük təhdid: Əgər baş verərsə... - GƏLİŞMƏ
Bu gün, 17:09
Ermənistanda keçmiş şəhər meri saxlanılıb
Bu gün, 17:04
Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir? - İNCƏLƏMƏ
Bu gün, 17:01
Ermənistanın siyasi elitası Kallas ilə əlaqələrini genişləndirməyə çalışır - ŞƏRH
Bu gün, 16:57
Elşən Aslanzadə Gülpəri Bayramovanın 30 minini mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 16:53
Axundla qaçan qızla bağlı daha bir AÇIQLAMA – “Yeniyetməni ailə qurmağa təhrik edib…”
Bu gün, 16:49
Nizami rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:42
“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Bu gün, 16:37
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub - DETALLAR
Bu gün, 16:33
Gədəbəydə baş memarın OYUNBAZLIĞI... - FOTO, VİDEO
Bu gün, 16:31
İran ilk dəfə İsrailə “Xeybər” raketləri ATDI
Bu gün, 16:23
Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları ali təhsil alır? - SİYAHI
Bu gün, 16:21
Hörmüz boğazında gərginlik artır - Gəmilər istiqamətini dəyişir
Bu gün, 16:17
16 yaşlı qızla evlənən axundun aqibəti: hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 16:15
Qacarların varisi də sağdır: Hakimiyyətə qayıda bilər? - AKTUAL
Bu gün, 16:10
Əcnəbilərin İrandan Azərbaycana təxliyəsi davam edir
Bu gün, 16:08
Elarizin Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək - TƏFƏRRÜAT
Bu gün, 16:05
Sara Netanyahudan İran xalqına: - Mübarizəmiz sizinlə deyil!
Bu gün, 16:04
İnvestisiya Şirkətinin rəhbərliyində dəyişiklik olub: təyinat - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu - VİDEO
Bu gün, 15:51
ABŞ vətəndaşlarına Qətərdə növbəti bildirişə qədər evdən çıxmamaq tövsiyə edilib - KİV
Bu gün, 15:48
TƏBİB artıq bu xəstələrə dərman verməyəcək - Qurumdan ŞOK ADDIM
Bu gün, 15:00
Xırdalanda BİABIRÇILIQ: ağacları maşın yağı ilə qurudurlar - DƏHŞƏTLİ FAKTLAR
Bu gün, 14:57
Bir gecədə kriptovalyuta bazarında 133 min dollar batdı - “Emosiyalara qapıldım”
Bu gün, 14:52
Hörmüz boğazında ilişib qalan KAL ARMUD... - AKTUAL
Bu gün, 14:49
ABŞ-ın Suriyadakı hərbi bazasına hücum edilib - "Mehr"
Bu gün, 14:45
Prokuror "Toplum TV" işi üzrə ittiham aktını elan edib - TƏFƏRRÜAT
Bu gün, 13:08
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Bu gün, 12:59
Şimal-qərb küləyi gündüz arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:47
Rövşən Məmmədov Mahmud Əhmədinejat xəbərinə görə onu işdən çıxardı - FOTO
Bu gün, 12:35
“American Airlines”in reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
Bu gün, 12:29
Tanınmış aktrisa GİZLİNLƏRİ AÇDI: - “7 ay arxasınca süründüm”
Bu gün, 12:28
Kilsə Paşinyanı devirəcək? - “Yaxın 2 ay ərzində...”
Bu gün, 12:22
Azərbaycana qısa müddətə böyük gəlir gələ bilər, amma... - GƏLİŞMƏ
Bu gün, 12:16
AMİP qurultaya hazırlaşır - AÇIQLAMA
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru