Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                 

Bir neçə nazir postunu İTİRƏCƏK... - Yeni İSLAHAT DALĞASI...
Tarix: 13-05-2021, 08:14 | Çap et
Bir neçə nazir postunu İTİRƏCƏK...
Mətbuatda yaxın günlərdə Azərbaycanda idarəetmə sahəsində ciddi struktur islahatlarının aparılacağı ilə bağlı məlumatlar yayılıb. İddialara görə, ölkədə mövcud olan nazirliklərin sayı 17-dən 11-ə, dövlət komitələrinin sayı isə 7-dən 3-ə endiriləcək. Eyni zamanda, bəzi dövlət xidmətləri və agentliklərinin də ləğv ediləcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün öncə iqtisadçı alim Qubad İbadoğlu da belə bir təşəbbüslə çıxış etmişdi. Onun təklifinə görə, bu qərarla Nazirlər Kabinetinin fəaliyyətini qərarların çevik qəbulu baxımından optimallaşdırmaq və büdcə nəzərindən də rasionallaşdırmaq olar.

Qeyd edək ki, indiyə qədər bu istiqamətdə çoxsaylı təkliflər irəli sürülüb və bəzi dövlət qurumları ya ləğv edilib, ya da digərlərinə birləşdirilib. Nəqliyyat, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və s. ləğvi bu qəbildəndir.

Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, inkişaf etmiş və etməkdə olan ölkələrin çoxunda nazirliklərin sayı minimum həddədir. Bir çox dövlət qurumları isə özəlləşdirilib. Xüsusən, təkrarçı qurumlar vaxtilə fəaliyyət göstərsə da, artıq mövcud deyil. Misal üçün, qonşu Gürcüstanda Nazirlər Kabineti 12 nəfərdən - Baş nazir və 11 nazirdən ibarət tərkibdə fəaliyyət göstərir. Azərbaycandan dəfələrlə böyük olan Ukraynada 17, Almaniyada isə cəmi 9 nazirlik fəaliyyət göstərir. Siyahını uzatmaq da olar.

Azərbaycan Nazirlər Kabinetinin tərkibinə isə 31 dövlət qurumu daxildir. Bunlardan 17-si nazirlik, 7-si dövlət komitəsi, 5-i dövlət xidməti, 2-si isə dövlət agentliyidir. Bununla yanaşı, Nazirlər Kabinetinin tərkibinə daxil olmayan çoxsaylı iri dövlət qurumları, agentliklər, ASC-lər, dövlət şirkətləri və s. mövcuddur.

Prezident İlham Əliyevin sərəncamı ilə bir müddət öncə dövlət qurumlarında şəffaflığı təmin etmək məqsədilə Azərbaycan İnvestisiya Holdinqi təsis edilib. Əksər dövlət qurumlarında ümumi rəhbərliyi və nəzarəti Holdinq, icraçı direksiyaya rəhbərliyi isə prezident, sədr və ya icraçı direktor həyata keçirir.

21 dövlət qurumu hazırda Azərbaycan İnvestisiya Holdiqinin tərkibinə verilib ki, onların arasında kifayət qədər nəhəng dövlət qurumları var: Azərbaycan Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişıq” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərkosmos” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və s. Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və s. qurumlarda Müşahidə Şurası insitutu yaradılıb. Müşahidə şuralarına digər dövlət qurumlarına rəhbərlik edən şəxslər sədrlik edirlər.

Azərbaycanda “su” adı altında fəaliyyət göstərən çoxsaylı müəssisələr var: “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Azəristiliktəchizat” ASC, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi və s. Olmazdımı ki, adıçəkilən qurumları vahid mərkəzdə birləşdirsinlər?!

Və ya Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzdində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hansı fərqli işləri görür? Eyni işi görən bu iki qurumun dövlət hesabına saxlanmasına nə ehtiyac var? Yaxud Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nəzdində iri büdcə ayırıb, əlavə olaraq Mənəvi Dəyərlərin Təbliği Fondu adlı qurumun saxlanması hansı zərurətdən qaynaqlanır?

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya şərhində deyib ki, idarəetmə sahəsində ciddi islahatlara ehtiyac var: “Əgər həqiqətən də Azərbaycan iqtidarı bu addımı atmaq niyyətindədirsə, bunu ancaq alqışlamaq lazımdır. Çünki bu qədər nazirliklərin, dövlət komitələrinin, dövlət xidmətləri və agentliklərinin dövlət büdcəsi hesabına saxlanılmasına ehtiyac yoxdur. Diqqətinizə çatdırım ki, Gürcüstanda bu addımı atıblar və kifayət qədər uğurlu nəticələri var. Nazirlər Kabinetinin tərkibi cəmi 12 nəfərdən ibarətdir. Baş nazirin müavinləri isə ictimai əsaslarla fəaliyyət göstərir. İqtisadiyyat və ədliyyə nazirləri həm də baş nazirin müavinləri olaraq fəaliyyətdədir”.

“Azərbaycanda isə uzun müddət Baş nazirin 6 müavini olub. Düzdür, hazırda onların sayları 3-dür. Bunların hansı işlə məşğul olduğu da heç kəsə bəlli deyil. Qonşu dövlətdə sosial müdafiə, səhiyyə və əmək sahələri vahid nazirlikdə fəaliyyət göstərir. Azərbaycanda isə bu istiqamətdə iki nazirlik və bir dövlət agentliyi fəaliyyət göstərir. Əhali sayı və Ümumi Daxili Məhsulu (ÜDM) Azərbaycandan dəfələrlə böyük olan ölkələrdə Nazirlər kabinetləri minimum sayla fəaliyyət göstərir. Təqribən onların hər birinin Nazirlər Kabinetinə 10-12 şəxs daxildir. Hesab edirəm ki, Azərbaycan üçün ən gözəl örnək Gürcüstan nümunəsidir və biz qonşu dövlətin bu uğurlu təcrübəsini tətbiq etməliyik”, - deyə həmsöhbətimiz bildirib.

Vəziyyətdən çıxış yolunu təkrarçı qurumların ləğvində və ya birləşməsində görən sabiq deputatın sözlərinə görə, ilk növbədə məhz onların ləğvi və birləşdirilməsi məsələsi gündəmə gəlməlidir: “Bu gün ölkədə bir-birini təkrar edən kifayət qədər qurumlar var. Misal üçün, dünyanın heç bir yerində Dövlət Gömrük Komitəsi deyilən qurum yoxdur. Gömrük işinin təşkilini müxtəlif qurumların tərkibində fəaliyyət göstərən xidmətlər həyata keçirir. Əsasən də onlar Maliyyə Nazirliyinin balansında olur. Azərbaycan təcrübəsində isə Gömrük Komitəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və ya Maliyyə Nazirliyinə birləşdirmək mümkündür".

"Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birləşdirilməli, vahid struktur olaraq fəaliyyət göstərməlidir”, - deyən Bəydəmirlinin fikrincə, bunu digər qurumların da fəaliyyətinə şamil etmək olar: “Hesab edirəm ki, nəzarət mexanizmini gücləndirmək və şəffaflığa nail olmaq, eyni zamanda xərcləri optimallaşdırmaq baxımından bu sahədə ciddi islahatların həyata keçirilməsinə ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycanın sosial və iqtisadi baxımdan kifayət qədər problemləri var və dövlət büdcəsini əhəmiyyətsiz qurumların saxlanmasına yönəltmək israfçılıqdır. Buna isə qətiyyən yol verməz olmaz”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru