Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                 

"Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur?!" - TƏBİB sədrinə ETİRAZ
Tarix: 15-06-2020, 14:09 | Çap et
"Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur?!"
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya

AÇIQ MƏKTUB

Hörmətli Ramin Bayramlı, mən, Seymur Kazımov jurnalist olaraq sizə suallardan ibarət quru informasiya sorğusu göndərə bilərdim. Amma qərara gəldim ki, orta statistik azərbaycanlı kimi həm də suallardan ibarət məktub ünvanlayım.

Azərbaycanda səhiyyənin vəziyyəti hamıya məlumdur, hətta bu sistemi tərif edən “zəhmətkeş” məktubları yazanlara da. Amma mən bizim səhiyyəmizin, konkret olaraq, sizin rəhbəri olduğunuz TƏBİB-in insanlara olan biganəliyindən yazmaq istəyirəm. Azərbaycan səhiyyəsinin növbəti qurbanı mənim atam oldu. 10 günün içərisində qızdırmadan əziyyət çəkən atama normal tibbi xidmət göstərilmədi. Mən sadalayım, siz oxuyun.

Birincisi, aidiyyatı üzrə qeydiyyatda olduğu Xırdalan Təcili Tibbi Yardıma zəng edilir. Telefonun o tərəfindəki qız “qızdırma” sözünü eşidən kimi, “yox, yox, yox, qızdırmadırsa, biz gəlmirik, TƏBİB-in qaynar xəttinə zəng edin” deyir. Heç məsələyə axıradək qulaq asmır.

İkincisi, zəng edirik TƏBİB-in qaynar xəttinə. Cavab vermir. Dəfələrlə zəng edirik. Hətta eyni anda bir neçə telefonla zəng edirik. Nəhayət, cavab verən tapılır. Buna da qızdırma sözünü deyirsən. Test olub-olmadığını soruşur. Yox cavabını veririk. Mərkəzə məlumat verəcəyini, gəlib test götürəcəklərini deyir. Saatlar, günlər keçir, gəlmirlər.

Üçüncüsü, qızdırma qalxır, temperatur 38-i keçir, bir də zəng edirsən. Bu dəfə birbaşa mərkəzə zəng edirsən. Mütləq test götürməli olduğunu deyirlər, gözləyirsən, gələn yoxdur.

Dördüncüsü, gözləyirik, gələn olmur. Özümüz müdaxilə etmək məcburiyyətində qalırıq. İynə-dərman edilir. Budur, saatlar sonra həkim gəlir. Gəlir, qızdırmadan qıvrılan, yanan adama baxır, baxır, baxır...dimedrol-analgin vurur və gedir.

Beşincisi, qızdırma şiddətlənir, bu dəfə məcbur qalan xəstə məhz o vəziyyətdə, bəli, o vəziyyətdə öz ayağı ilə rentgenə gedir, ikitərəfli ağciyər pnevmaniyası göstərilir.

Altıncısı, qızdırma cavam edir, bir gündə dava-qırğından sonra 2 həkim gəlir müxtəlif saatlarda hər ikisi yenə baxır, baxır və dimedrol-analgin vururlar və gedirlər.

Siyahını rəqəmlərsiz davam edirəm. Atam şəkərdən əziyyət çəkib, amma öldüyü gündən bir gün öncə istisna olmaqla, şəkərin dozasının artması halları yaşanmayıb. Ölümündən 4 gün öncə nəhayət test götürülür. Test götürən adamlar da onun vəziyyətini, hansı əzab-əziyyətlərə qatlaşdığını da görürlər. O vəziyyətdə qoyub gedirlər.

Son 4 gün qızdırma artıq 39-a doğru irəliləyir. Şəkər qalxıb 360-a. Bu dəfə Xırdalandakı təcili yardıma zəng olunur, deyirlər ki, testin cavabını gözləmək lazımdır, izah edəndə ki, “adam rəsmən ölür, testin cavabını gözləyənədək müdaxilə etmək gərəkdir”, bu dəfə eşitdiyimiz cavab çox “maraqlı” olur: “Bizə virusdan qorunmaq üçün paltar verilməyib”. Bakıdakı mərkəzə zəng edirsən, onlar da testin cavabini soruşurlar. Yenə eyni vəziyyət, izah edirsən, başa salırsan ki, adam ölür..yardım edin. Həkim gəlir, yox, bu dəfə gəlmir zəng edir və deyir, “biz onsuz da onu heç yerə aparası deyilik, gəlib dimedrol-analgin vurub gedəcəyik. Gələk?” Bəli, məhz elə bu cür də deyir.

Çatırıq öldüyü günə, iyunun 12-ə. Səhər saatlarında qızdırma və şəkər paralel irəliləyir. Bakıya zəng, dava-qırğınla bir həkim gəlir. Xəstənin vəziyyətini gözləri ilə görür, “mənə desinlər aparım, testin cavabı olmadan apara bilmərik” kimi söhbətlər edir. Ona, “görmürsünüz, adam ölür axı, bir şey edin” deyəndə də, başlayır özünü tərifləməyə, “mən 30 ilin həkimiyəm-filan”. Nə isə, bir dimedrol-analgin də bu vurur və gedir və iki saatdan sonra gələcəyini deyir.

Günortaya doğru vəziyyət kəskinləşir, şəxsi maşında “SEMAŞKO”yə gətirilir. Orada rentgen edirlər və yerləşdirirlər reanimasiyaya.

Günortadan bir qədər keçdikdən sonra xəstəxanadan zəng gəlir ki, pasiyentinizi götürün, sağ qalacağına ümid yoxdur. Soruşanda ki, “ikitərəfli pnevamaniyalı xəstədir, onu hara aparaq, heç testin nəticəsi də yoxdur”, cavab verilir ki, “gəlin, götürün”.

Gedirik, “götürməyə” və qohumlardan biri zəng edir, “tələsmə, atan keçindi, gəl morqun qarşısına”.

Ölümündən 2 saat sonra artıq işlətməyəcəyi nömrəsinə, “neqativ” mesajı gəlir.

Bu, bizim ailəmizin 10 gün ərzində atamla bağlı çəkdiyi əziyyətin qısa məzmunudur. Daha uzun yazıb “qiymətli” vaxtınızı almaq istəmirəm. İndi isə keçirəm suallara: bu sualları müstəqil media və jurnalistlərin buraxılmadığı, Operativ qərargahın birfinqində eşitməyəksiniz. Oxuyun.

1. Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur, yoxsa, başqa dərdi olanlar xəstəxanalarda müalicə ala bilməz? Məgər, qızdırma ancaq COVID-19 əlamətidir?

2. Həkimləriniz tez-tez deyir, elə Operativ qərargahda da dedilər ki, xəstəxanalarda yer yoxdur. Mən də soruşuram, xəstəxanaların dolması mənim atamın günahı idi? Yoxsa, Operativ qərargahın məsuliyyətsiz qərarlarında onun da imzası var?

3. "Xəstəxanada niyə yer yoxdur? məsələsinə”. Birdən-birə bütün obyektlərin açılması, insanların sərhədsiz küçələrə axışması qərarını kim verdi?

4. Operativ qərargahın tibbi heyəti kimlərdən təşkil olunub, onların adları və vəzifələri bugünədək niyə açıqlanmır, axı, xəstəxanaların dolmasına səbəb məhz bu şəxslərin aldıqları məntiqsiz qərarlardır.

5. İkitərəfli pnevmaniya, 39 qızdırma, 360 dozalı şəkər xəstəsinə “testinizin cavabı pozitiv olsa, sizi xəstəxanaya yerləşdirəcəyik, neqativ olsa ev şəraitində müalicə olun” demək göstərişini kim verib, siz? Bu qərara gəlmək hansı beynin məhsuludur?

6. Testin cavabı niyə 3 gün ərzində çıxır? Niyə ən geci 1 saat ərzində cavabı məlum olan testlər gətirilmir ölkəyə? İnsanlar niyə 3 gün ölümlə üz-üzə qalmalıdır? Korona fonduna milyonlar yığılıb, nə üçün onlar xərclənmir? Vəziyyət getdikcə gərginləşir, dünya açılıma gedir, Azərbaycan qapanır. Nəyi gözləyirsiniz?

7. “SEMAŞKO”da morqun qarşısında yaxınlarını itirmiş insanlala söhbət zamanı məlum oldu ki, demək olar ki, əksəriyyətin qohumu pnevmaniyadan əziyyət çəkirmiş. Pnevmaniya koronavirusun əsas simtopmlarından biri olsa da, onu virus hesab etmirsiniz, çünki cavabı 3-4 gündən sonra məlum olan test neqativ göstərir. Sizcə, pnevmaniyanın sayı niyə belə artıb. İndi yay fəslidir. Bu fəsildə onların hamısının ciyərlərinə soyuq dəyib? Ötən il nə qədər olub yayda pnevmaniyadan ölənlərin sayı?

Bilirəm, tez-tez Azərbaycanı bəzi ölkələrlə müqayisə edirlər- İtaliya, İspaniya, Fransa, ABŞ... “burada insanlar qırılırdı amma bizdə vəziyyət daha yaxşı idi”. Bəli, yaxşı idi, daha deyil. Bu adını sadaladıqlarınız səhvlərdən nəticə çıxardılar, amma Azərbaycan səhv etməyə davam edir. Yoxsa, “vətəndaşlar məsuliyyətsizdir, maska taxmır, spirtdən istifadə etmir, sosial məsafə gözləmir” kimi ədəbiyyata gərək yoxdur. Fərz edək ki, yuxarıdakı ölkələrin durumu pisdir, o zaman mən yaxşı nümunələri də bölüşüm: Almaniya (Operativ qərargahdakı həmkarınız İbrahim Məmmədovun bütün şüurlu jurnalist fəaliyyəti bu dövləti “dağıtmaq”a yönəlmişdi), İsrail, Cənubi Koreya, Çexiya, Sloveniya, Türkiyə və Gürcüstan. Məncə, sonuncunun üstündə ayrıca durmağa ehtiyac yoxdur. Onların nefti, qazı, peyki yoxdur. Ərazisi bizdən az, əhalisi də az, büdcəsi də. Orada günəlik yoluxma sayı əsasən 1-5 arasında dəyişir. Bizdə isə 300-ü keçib. Bu arada, onlar da müharibə şəraitindədir.

Əlqərəz, gəlirəm lap əvvələ, yuxarıda sadaladığım halları və yaşadıqlarımı əsas gətirərək tam əminliklə deyə bilərəm ki, mənim atam yarıtmaz səhiyyənin və pandemiya dövründə bir qrup məsuliyyətsizin verdiy məntiqsiz qərarların qurbanı oldu. Əmin olun ki, bu, yalnız mənim atamın vəziyyəti deyil. Sosial şəbəkələrdə bununla bağlı onlarla, bəlkə də yüzlərlə yazılar görə bilərsiniz.

Odur ki, səsləndirdiyim fikirlərə və suallara cavabı TƏBİB-in əməkdşlarından, şöbə müdirlərindən deyil, məhz Ramin Bayramlıdan tələb edirəm. Digərlərinin imzası ilə veriləcək cavablara ümumiyyətlə baxmayacağam.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru