Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                 

Astara sakini hakimi ədalətsiz hökm verməkdə ittiham edir - qarşı tərəf isə...
Tarix: 3-03-2020, 13:01 | Çap et
Astara sakini hakimi ədalətsiz hökm verməkdə ittiham edir
“Astara Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun qanunsuz qərarlarına məruz qalmışam”.

Bu barədə “Hürriyyət”in redaksiyasına gəlib şikayət edən Astara rayonu, Ovala kənd sakini Baxşıyev Bəhruz Qiyas oğlu bildirib.

“Qarşı tərəf məbləği şişirdərək faizlə hesablayıb, 19 min manat göstərir”

2012-ci il avqust ayında həbs olunduğunu qeyd edən B. Baxşıyev dedi ki, həbsdən azad olunanda sonra vətəndaş Baxşıyev Xanəli ondan mülki qaydada şikayət edib: “İşə 5 iyun 2018-ci il tarixdə hakim Mübariz Məmmədov baxıb. Hakim birinci instansiyada mənim xeyrimə qərar çıxartdı. Baxşıyev Xanəli və Baxşıyev Mehdi mənə uşaqlarını həbsdən buraxdırmaq üçün pul vermişdilər. O iş alınmadı. O işə görə də məndən şikayət etdilər. Mənə 7800 manat pul vermişdilər. Həmin pul da mən həbs olunmamışdan qabaq atam tərəfindən qaytarıldı. Özü də etiraf edir. Bu, idda aktında da var ki, 7800 manat pulu geri alıb. Amma o 7800 manat yox, məbləği çox göstərir. Həmin qarşı tərəf məbləği şişirdərək faizlə hesablayıb, 19 min manat göstərir”.

“Mübariz Məmmədov qanunsuz olaraq mənə 11 min 200 manat pul kəsib”

B. Baxşıyevin sözlərinə görə, hakim birinci dəfə bu işi onun xeyrinə ləğv etdikdən sonra qarşı tərəf bundan narazı olaraq Apellyasiya Məhkəməsinə şikayət edib: “Apellyasiya Məhkəməsinin də qərarı var. İşə 6 noyabr 2018-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zeynal Zeynalov baxıb, qərarı mənim xeyrimə saxlayıb. Bu qərardan narazı olub, həmin Xanəlinin qardaşı Baxşıyev Mehdi Meyvəli oğlu təkrar eyni məsələyə görə Astara rayon Məhkəməsində iddia qaldırmışdı. Yenə də işə Mübariz Məmmədov baxıb, qanunsuz olaraq mənə 11 min 200 manat pul kəsib”.

“Siz nə işin sahibi idiniz ki, sizə kimsə uşağını həbsdən qurtarmaq üçün pul verirdi” dedikdə B. Baxşıyev belə cavab verdi: “Gətirdi mənə pulu verdi ki, sizin adamınız var. Mən də verdim. Bu iş alınmadı, amma ona dəyən 7800 manat ziyanı qaytardım”.

“Bu insanlar məndən əl çəkmir”

B. Baxşıyev o işlə əlaqədar ona Bakı Ağır Cinayətlər Məhkəməsində 10 il iş verildiyini nəzərə çatdırdı: “Amma Ali Məhkəməyə müraciət etdim, mənim işimi 1 il endirdi. Mən həbs olunandan sonra isə qanunda dəyişiklik oldu. Məhkəmənin 2017-ci ilin 20 oktyabr qərarı ilə cəzam 5 ilə endi. 2017-ci il dekabrın 28-də azadlığa buraxıldım. Ondan sonra, mənə qarşı bu iddialar, təzyiqlər başladı. Qeyri-qanuni olaraq bu insanlar məndən əl çəkmir”.

“Hakim atamdan 2 min manat rüşvət istəyib, atam da ona verib”

“Siz pulu ödədiyiniz, həbs olunduğunuz halda, indi niyə bu iddialar qaldırılır” sualını isə şikayətçi belə cavablandırdı: “Astara Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovla birləşiblər, mənə bu oyunu oynayırlar. Onu da deyim ki, hakim atamdan 2 min manat rüşvət istəyib, atam da ona verib. Səs yazısı, yəni fakt da var. Atam gedib, ona deyir ki, 2 min manat məndən pul istədin, mən də sizə verdim. O da deyir ki, mən də qərarı birinci dəfə sənin xeyrinə vermişəm.

Hakimin mənimlə ədavəti var. Hətta qarşı tərəf mənə xəbər göndərir ki, səni yaşamağa qoymayacağıq, öldürəcəyik. Mən bununla bağlı keçən il daxili işlər nazirinə müraciət etmişdim. Mənə məktub gəldi ki, onu çağırdıq. Amma bir nəticə də olmadı”.

“5 min manatı mənə harada, kimin yanında verib?”

Hazırda ona ikinci bir cinayət işi açıldığını qeyd edən B. Baxşıyev vurğuladı ki, guya, Baxşıyev Xanəli Meyvəli oğlu öz oğlunun institutdan diplomunu almağa görə ona 5 min manat pul verib: “İndi də 5 min manatlıq iddia qaldırdı. Yenə işə Hakim Mübariz Məmmədov baxdı. 16 yanvar 2020-ci il tarixində qərar çıxıb. 10 min 200 manatdan başqa, hakim mənə 5 min manat da əlavə pul kəsib. İşin heç bir əsası yoxdur. Mən məsələ qaldırdım, məhkəmədə şikayət də etdim, dedim, bu 5 min manatı mənə harada, kimin yanında verib? Heç bir sübutları yoxdur. Sübut tapa bilmədilər. Yenə Mübariz Məmmədov qarşı tərəfdən rüşvət alaraq, qərarı onların xeyrinə verdi. Əslində qanun mən tərəfədir. Cəzamı çəkib çıxmışam. Sübut da olmaya-olmaya qarşı tərəfin xeyrinə belə qərarlar çıxarılıb”.

“Çox xahiş edirəm, hakimin bu ədalətsizliyinə son qoyulsun”

Hələ ki, prezidentə, Birinci xanıma müraciət etmədiyini bildirən B. Baxşıyev rəsmi şəkildə ölkə başışına da, Mehriban xanıma da müraciət edəcəyini söylədi: “Elə sizin qəzet vasitəsilə ölkə başçısına da, Birinci xanıma da müraciət edirəm, çox xahiş edirəm ki, mənim təhlükəsizliyim qorunsun, həm də mən çadırda yaşayan ailəyəm, hakimin bu qanunsuz hərəkətlərinə son qoyulsun. Mübariz Məmmədov mənə 10 min 200 manat, 5 min manat da bir pul kəsib, bizdən 2 min manat da rüşvət alıb. Hakim vəziyyətimizi də bilir. Heş nəyə baxmayaraq, bu qərarları çıxartdı. Mənə də dedi ki, kimə istəyirsən de. Mən Ali Məhkəməyə də müraciət etdim. Fevralın 6-da məhkəmə oldu, Ali Məhkəmə də qərarı onların xeyrinə saxladı. Mən belə vəziyyətdə qalmışam. Heç bir yerdə də işləmirəm. Çox xahiş edirəm, hakimin bu ədalətsizliyinə son qoyulsun, bir tədbir görülsün”.

“Hökmlə müəyyən olunmuş hallar mülki işə baxan hakim üçün məcburidir”

Astara Rayon Məhkəməsinin sədri Zamin İbrahimov isə “Hürriyyət”ə dedi ki, həmişə uduzan tərəf şər-böhtan atır: “İkincisi də burada mülki iddiaya baxılıb. Onun işinə Lənkaran Ağır Cinayətlər Məhkəməsi baxıb. O hökmlə dələduzluqla cəza alıb. Burada da onun mülki iddiası qaldırılıb. Mülki iddiada hökmdə nə yazılıbsa, onlar götürülür, ora yazılır. Bu, riyaziyyatdır. Hökmlə müəyyən olunmuş hallar mülki işə baxan hakim üçün məcburidir. Deyək hökmdə 5, 10, 15 min manat əksini tapıb ki, buna borcludur. Borclu da deyil, dələduzluq edib, etibarından sui-istifadə edərək, camaatın əmlakını alıb. Məhkəmə burada neynəməlidir? Həmin əmlakı qaytarmalıdır da.

İkincisi də o işlərlə bağlı apellyasiya instansiyası var. Ondan sonra, Ali Məhkəmə var. Bu instansiya elə son deyil ki, birinci instansiya məhkəməsidir. Hökmdan narazılığı var, Apellyasiya Məhkəməsinə versin. Oradan da narazı qalacaqsa, Ali Məhkəməyə versin”.

“Hakim bir dəfə qərar çıxardır”

“Bəhruz Baxşıyev dedi ki, “birinci dəfə Mübariz Məmmədov qərarı mənim xeyrimə çıxartdı. Mən səhv idimsə, bəs, mənim xeyrimə niyə qərar çıxardırdı””,- deyə nəzərə çatdırdıqda Z. İbrahimov belə cavab verdi: “O, elə bir şey deyə bilməz. Hakim bir dəfə qərar çıxardır. Hanı? O xeyrinə çıxan qərarı göstər. Onunla bağlı jurnalist araşdırmanızı aparın. Biz də sizə rəsmi şəkildə deyək ki, bu qətnamə çıxıb, tərəfə göndərilib. Əvvəlki iş də Apellyasiya Məhkəməsinə gedib, Ali Məhkəmədə də qərarı qüvvədə qalıb. Bu sonuncu işdir, ziyanına çıxıb. O da apellyasiya şikayəti verib. Apellyasiya şikayəti də Apellyasi Məhkməsinə göndərilib”.

“Gedin, onun barəsindəki dələduzluqla bağlı hökmü oxuyun”

“Bəhruz Baxşıyev onu da vurğulayır ki, pul faizlə hesablanılıb”,- deyə Z. İbrahimovun diqqətinə çatdırdıqda sədr sual etdi ki, elə bir şeyə inanırsınız: “Necə faizlə hesablanıb? Siz də aydınlaşdırın. Gedin, onun barəsindəki dələduzluqla bağlı hökmü oxuyun, oradakı rəqəmlərə baxın. O qətnamə ilə ki, ondan pul tutulub verilib iddiaçıya, o rəqəmlərə də baxın. Görün orada hansısa faiz məsələsi var? Yalan deyir”.

“Rüşvəti də tam yalan, şər-böhtan deyir”

B.Baxşıyevin atasından hakim M. Məmmədovun 2 min manat pul alması ilə bağlı iddiasına gəlincə, Z. İbrahimovun münasibəti belə oldu: “Mən məhkəmənin sədriyəm. Rüşvəti də tam yalan, şər-böhtan deyir. İkincisi də müvafiq orqanlar var. Mənə o, elə beşinci gün zəng etmişdi. Mən özüm indi sənədləşdirib, ondan şikayət verəcəm, qoy, araşdırma aparsınlar. İkincisi də qətnamələr çıxıbdır, Apellyasiya və Ali Məhkmənin qərarı da qüvvədə qalıbdır. O adam dələduzluqla məhkum olunub. Özü də necə dələduzluqdur? Guya ki, məhkəmələrdə, başqa orqanlarda kimlərəsə kömək edib. Soruşun, görün o vəkildir, ya hüquq təhsili var, ya da ixtisası nədir? Onun barəsində olan hökmü alın, oxuyun, ondan sonra görün ki, o, kimdir. Onun barəsində sizdə fikir formalaşacaq”.

“Onun atasının mənimlə görüşməyi də qətiyyən yalandır”

B. Baxşıyevin şikayətçi olduğu hakim Mübariz Məmmədov isə bildirdi ki, o, tamamilə böhtançıdır: “ O, dələduzluğa görə də məhkum olunub. O, 10 il müddətinə məhkum olunub. dələduzluq maddəsinin üçüncü hissəsi ilə məhkum olub. O, türmədən çıxandan sonra da onun zərərçəkmişləri məhkəmədə iddia qaldırıblar. Qanunla belədir və iddia əsasında biz mülki işə baxmışıq. Biz hökmdən kənara çıxa bilmərik ki. Hökmdə yazılır ki, bu, mülki qaydada həll olunsun. Mülki qaydada onlar iddia qaldırıb. Biz də onu kəsməliyik. Bizim başqa yolumuz yoxdur, axı. Onun atasının mənimlə görüşməyi də qətiyyən yalandır. Elə söhbət ola bilməz. Əgər onun elə bir şeyi dərc olunsa, böhtan atdığına görə, mən onun barəsində cinayət işi başladacam”.

“Birincidə iddiaçı səhv idi”

“Ancaq siz birinci dəfə onun lehinə qətnamə çıxarmısınız” dedikdə isə hakimin cavabı belə oldu: “Bəli, birinci dəfə o iddiaçı iddianı düz qoymamışdı. Mən onun xeyrinə çıxartdım və iddiaçı getdi Apellyasiyaya, Ali Məhkəməyə şikayət etdi, sonra qətnamə qüvvəsində qaldı. İkinci iddiada da 11 min istədi, hətta mən ona 10 min kəsdim. Ondan sonra da o şikayət etdi, Apellyasiya, Ali Məhkəmənin qərarı qüvvədə qaldı. Axırıncı iki iş hökm üzrədir. Yəni biz ondan kənara çıxa bilmirik. Birincidə iddiaçı səhv idi. İddiaçı öz oğlu, bir də qardaşı adından iddia verməliydi, öz adı ilə vermişdi. Ona görə də biz onun iddiasını rədd etdik. Yəni kimsə qardaşına çatası pulu özü tələb edə bilməz ki. Etibarnaməsi, bir şeyi yox. O, dələduzluqla məhkum olunmuş adamdır. O, elə dərk edir ki, “iddia birinci mənim xeyrimə çıxarılıb”. Elə zalda da deyirdi ki, mən belə yazacam, şantaj edəcəm, mənim xeyrimə qərar çıxardın. Bu, belə bir adamdır. O, 178-ci maddə ilə dələduzluğa görə məhkum olunub. Onun hökmünə baxasınız, o, məhkəməyə, başqa yerlərə işə düzəltmək adı ilə bir adama yox, 20 adama “atıb”. Hökm bəlkə də kitab dolub. Belə bir adama necə inanmaq olar ki?!”

“Əsassız bir şeyi işıqlandırmaq düzgün deyil”

“ O, yalan danışır. Onda nə səs yazısı ola bilər? Bu adam 178.3-lə məkum olunmuş adamdır. Onun şikyəti işıqlansa, mən onun barəsində tədbir görəcəm, cinayət işi başladacam. Mənim şərəf-ləyaqətim yoxdur? Mən məsləhət bilmirəm, onun dediklərini işıqlnadırasınız. Əsassız bir şeyi işıqlanadırmaq düzgün deyil”,- deyə hakim etirazını bildirdi.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru