““Akkord”un 10 il əvvəl tikdiyi körpü evimizi dağılıb” - GİLEY
Tarix: 27-02-2020, 12:25 | Çap et
 “Akkord” şirkətinin 10 il öncə tikdiyi körpü bir ailənin evində ciddi problemlər yaradıb.
“Qafqazinfo”ya müraciət edən Şabran rayon sakini Əmircan Məmmədov bildirib ki, Bakı-Quba yolu üzərində 2010-cu ildə tikilib təhvil verilən körpü ətrafdakı evlərdə çatlar yaradıb: “Həmin vaxt körpünü tikən “Akkord” gəlib camaatdan sənədləri yığdı, bu evlərin plana düşəcəyini dedilər. Bizdən də sənədləri aldılar. Bəzi evlərə kompensasiya verib söksələr də, bizim evlər qaldı. İndi körpünün sütunu düz bizim evin hasarının dibindədir. Artıq 10 ildir ki, körpünün silkələnməsindən evimiz dağılıb. Həyətə də beton tökmüşəm, evi də betondan tikmişəm. Amma indi ev tən ortadan 5 santimetr enində çatlayıb. Evin yarısı sağa, yarısı sola gedir. Elektrik xətləri divarla çəkildiyi üçün naqillər dartınma nəticəsində qırılıb, evin bir hissəsində elektrik yoxdur. Divarlar bir-birindən aralanıb deyə evi isitmək olmur. Qaza nə qədər pul ödəyirik, amma bütün ailə evin içində soyuqdan donur. Hazırda bu evdə yaşamaq ailə üzvlərimin həyatı üçün təhlükəlidir, ev hər an başımıza uça bilər. Ev hər gün silkələndiyi üçün biz heç zəlzələ olanda hiss etmirik. Bizdən başqa da 10-a yaxın ev bu vəziyyətdədir”.
Ə.Məmmədov bildirib ki, rəsmi qurumlar ona heç bir cavab vermir: “Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etmişəm. Onlar da mənim məktublarımı bir-birinə göndərirlər. Evin “kupça”sı (çıxarışı) var, sənədlər hamısı qaydasındadır”.
“Akkord” şirkətlər qrupunun “Körpü Bina Tikinti” Birliyindən “Qafqazinfo”ya bildirilib ki, onlar 10 il öncə körpünü tikib təhvil verdikləri üçün bu gün baş verən hadisəyə görə məsuliyyət daşımırlar: “Vətəndaşa o vaxt kompensasiya ödəməyiblərsə, niyə indi deyir ki? Evi niyə körpünün yanında qalıb ki? Vaxtında müraciət edərdi, həmin zaman da köçürülərdi. Köçürülməyibsə, deməli həmin zaman Fövqəladə Hallar Nazirliyi və Şabran rayon İcra Hakimiyyəti o evin orda qalmasına rəy verib. Kritik bir şey olsaydı, o evi dərhal köçürərdilər. Qalıbsa, deməli icazə verilib. Biz 2010-cu ildə körpünü FHN və rayon İcra Hakimiyyətinə təhvil vermişik. Biz 10 il sonra baş verən hadisəyə görə məsuliyyət daşımırıq”.
Fövqəladə Hallar Nazirliyi isə Ə.Məmmədovun şikayətini baxılması üçün Şabran rayon İcra Hakimiyyətinə göndərib.
Şabran rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, həmin vətəndaşın şikayətinə cavab verilib və qeyd edilib ki, o, bu məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsin.
AYDA-nın mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu məsələdə onlar qərar verən qurum deyil: “Biz yolun çəkilişi ilə məşğuluq, həmin yolu o zaman özəl şirkət çəksə də, indi yol bizim balansımızdadır. Evin zərər görməsinin o yolun təsirindən olub-olmamasını yoxlamaq da bizim səlahiyyətimizdə deyil. Bu risklər o vaxt müvafiq qurumlar tərəfindən müəyyənləşdirilib qarşısı alınmalı idi. İndi isə aidiyyatı strukturlar evin zərər görməsinin səbəbini müəyyənləşdirməlidirlər, daha sonra qanunauyğun formada zəruri addımlar atılmalıdır”.







|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17 |
|
|
|
| • Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15 |
|
|
|
| • Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
| • “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53 |
|
|
|
| • "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44 |
|
|
|
| • Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
| • Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39 |
|
|
|
| • ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35 |
|
|
|
| • "450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30 |
|
|
|
| • Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02 |
|
|
|
| • Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
|